1 Mayıs 2017 Pazartesi

Lentşəkilli qurdlar sinfi-Öküz soliteri


      Lentşəkilli qurdlar-(sestodlar)sinfi
Xarakterik əlamətləri

  • Bədəni başcıq, boyuncuq və buğumlardan(bəziləri buğumsuz) ibarətdir.Yeni buğumlar boyuncuğun sonunda əmələ gəlir. Bədənin axırıncı buğumlarıolan yaşlı buğumlar isə yetişdikdə qopub ayrılır və nəcislə xarici mühitə düşür. 
  •  Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır. 
  • Parazitdirlər.
  • Parazit yetkin mərhələdə onurğalı heyvanların və insanın nazik və yoğun bağırsağında , sürfə mərhələsində isə bir çox onurğasızların və məməlilərin daxili orqanlarında parazitlik edir.
  • Lentşəkilli qurd – onun sancaq boyda başı olur. Qurdun başı bağırsaqda qalır özü isə qırılıb düşür və müalicə etmək də mümkün olmur. 
  • Bu qurdlar da çox sürətlə artırlar və bəzən 10-12 metrə kimi uzanırlar.Qurdunu zunluğu buğumların sayından asılı olaraq dəyişir.(0,5mm-dən- hətta 20 m dək) Buğumların sayı bəzən 1000 dən çox olur.
  •  Onlar əsasən nazik bağırsağda parazitlik edir və başlarını bağırsağın divarına bərkidir, orada çox böyük sürətlə inkişaf etməyə başlayır və öz yumurtalarını tökürlər.
  • Qidalanma bütün bədən səthi ilə sahibin bağırsağındakı qida hesabına olur.
  • Əksəriyyəti hermofroditdir.İnkişafı nəsil növbələşməsi və sahib dəyişməklə gedir.
  •  Bu qurdlar ən çətin müalicə olunan qurdlar hesab olunurlar. Çünki, bu qurdların başı düşməsə müalicə etmək olmur

                      Öküz soliteri
Qurluşu
Uzunluğu 4–10 m-dir. Bədən başcıq,boyuncuq və buğumlardan ibarətdir.Başcıqda insanın nazik bağırsağına yapışmaq üçün 4 sormacıq vardır. Buğumlarının sayı 1000-ə qədər olur.
Qarmaqların olmamamsına görə donuz soliterindən fərqlənir.


Həzm sistemi
Əsas xüsusiyyəti həzm orqanlarının olmamasıdır.O insanın bağırsağındakı qida məhsullarını sbütün bədən səthi ilə sorur,özünün ifrazat məhsullarını isə bağırsağa buraxaraq zəhərləyici təsir edir.

Çoxalması
Yastı qurdlar əksəriyyəti kimi hermofroditdir. Yəni eynicinslidir.İnkişaf etmiş hər buğumda 2paylı 1 ədəd yumurtalıq və çoxlu toxumluq olur.
İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur. Yaxşı qaynadılıb bişirilməmiş və ya qızdırılmamış mal ətində olur.

İnkişaf tsikli
Yetkin fərdi insanın nazik bağırsaqlarında,sürfə mərhələsində qaramalın əzələlərində yaşayır. Aralıq sahibinin bədəninə finna şəklində daxil olur, yumurta şəklində tərk edir. 
İnsan parazitə yoluxduqdan 2-3 ay sonra parazit bağırsaqlarda 150-170 minə yaxın sürfə qoyur. Yumurta ilə dolu buğumlar qopur və orqanizmdən xaric olunur. Orqanizmdə olan sürfələrin çoxu 9-12 ay ərzində məhv olur və toxumalarda duzlaşır, bəziləri isə bir-neçə il insanın bağırsağında yaşayır.Yumurtalar xaricə düşür və otla birlikdə udulur və qaramalın mədəsində yumurtdan 6 qarmaqlı sürfə əmələ gəlir,sürfələr mədənin divarını deşərək qana keçir,qanla bütün orqanları gəzir və sonda özünə ən rahat yer olaraq əzələləri seçir və orda finnaya çevrilir.Bu Finnoz xəstəliyi adlanır.İnsan yaxşı bişirilməmiş finnalı əti yedikdə parazitə yoluxir.Və  insanın mədə bağırsaq sistemində fermentlərin təsirindən finnanın qabığı əriyir və içindən cavan soliterin başcığı çıxır o sormacı ilə bağırsağın divarına yapışır və yetkin fərdə çevrilir. 






Törətdiyi xəstəlik-Teniarinxoz adlanır.
Teniarinxoz insanlarda aşağıdakı əlamətlərllə xarakterizə edilir:
– baş gicəllənməsi
– zəiflik
– ürəkbulanma
– qarında gurultu və köp
– iştahanın azalması və ya çox yemək
– nevroloji əlamətlər
– epilepsiya tutmaları.

5 yorum:

  1. Məndə bu qurddan var təbii yolla nə edirəm düşmür

    YanıtlaSil
    Yanıtlar
    1. Seyfeddin Esede müraciet edin o bu qurdu tam şekilde müalice edir emin ola bilersiniz 💯%

      Sil
    2. Mendede var nece edim

      Sil
  2. Nüfdassddafghhəzdcfxaşksjdnhsjsjaksksjdjdhdhshdhskdijrrvrvdkdoxjx

    YanıtlaSil
  3. Mended bu qurtdan var hansı hekime muraciyet ede bilerem

    YanıtlaSil