1 Mayıs 2017 Pazartesi

Sorucu qurdlar sinfi-Qaraciyər sorucusu

Sorucu qurdlar -Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir.Sorucu qurdlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.İnkişafları bir neçə sahib dəyişməklə,və nəsil növbələşməsi ilə olur.

Qaraciyər sorucusu

Bədəni yarpaqşəkilli 3-4 sm uzunluqda olub,kirpiksizdir.Yapışmağa xidmət edən ağız və qarın sormacları var.
Həzm sistemi
Qaraciyər sorucusu qaraciyərdə olan qaraciyər və qan hüceyrələri və ödlə ilə qidalanır.
                             Ağız sormacı→udlaq→2şaxəli bağırsaq
Tənəffüs sistemi
Yoxdur.Parazitin toxumalarında oksigensiz tənəffüs -anaerob tənəffüs gedir.
İfrazat sistemi
Protonefrredial qurluşdadır.
             ifrazat boruları→sidik qovuğu→ifrazat dəliyi→xaricə açılır
Sinir sistemi
1cüt sinir düyünündən və ondan çıxan 3cüt(6) sinir sütunundan ibarətdir.
Çoxalması 
hermofroditdir.Parazitin inkişafı sahib dəyişmək və nəsil növbələşməsi ilə gedir.Həyat dövriyyəsində iki sahib olur.
1.Əsas sahib -insan və müxtəlif onurğalı heyvanlar.(at,qoyun,keçi,qaramal,ceyran)
2.Aralıq sahib-Gölməçə ilbizi

İnkişafı



Xüsusi qeyd.
1.Sürfənin inkişafı üçün o mütləq suda olmalı və ilbizə rast gəlməlidir,əks halda məhv olur.
2.Sürfə ilbizin  bədəninə kirpikli sürfə kimi daxil olub,quyruqlu sürfə kimi xaric olur.
3.Yumurtanın inkişafının sudan asılı olması onların təkamül prosesində suda yaşayan canlılardan başlanğıc aldığını göstərir.

1 yorum: