15 Temmuz 2014 Salı

Mentiq elmi nədir?


Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrde formalaşmışdır ve bu elmin banisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözü də məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazır ki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları ve bu formalar üzərində aparılan məntiqi əməliyyatlar ve qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir ve üzə çıxarır. Məntiq elmi insana necə fikirleşmeli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni- yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahesidir. Məs:

  •  sematik məntiq
  • predikatlar məntiqi
  • simvolik məntiq
  • ehtimali məntiq
  • qeyri-səlis məntiq
  • dialektik məntiq
  • konstruktiv məntiq ve s.

1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununlada təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir ve bu fenomendən uğurla istifad edir.
2. Məntiq kortebii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ ve problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.
3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin ve sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana  kömek edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sisteminde özünün həqiqi yerini ve rolunu müəyyənləşdirir.

Təfəkkür gerçəkliyin əks olunmasının ali formasıdır və bir birilə sıx bağlı olan idraki və emisional proseslərin bütöv bir sistemidir.İnsanın obyektiv aləmə münasibeti tefekkür tərzinde öz əksini tapıb.Bu münasibət özünü ifadə vasitəsi saydığımız nitqdə gerçəkləşir.
A.Leontyevin fikrincə dil dərketmə vasitəsi,nitq isə komminkasiya vasitəsidir.Ona görə də təfəkkürün iki forması" idrakı tefekkür""komminikativ tefekkür" yaranıb.