28 Şubat 2017 Salı

Həzm sistemi

İnsanın normal yaşaması və inkişafı üçün onun qidalanması əsas şərtlərdən biridir.İnsan yaşadığı dövr boyunca 2 fil ağırlığında qida qəbul edir.Qidalanma həzm orqanları tərəfindən həyata keçirilir.Həzm sisteminə həzm kanalı və vəziləri aiddir.Həzm sistemi orqanlarında qidanı həzm kanalından keçdiyi yol belədir.
Qida⇒Ağız boşluğu→udlaq→ qida borusu→mədə→bağırsaq(nazik→yoğun)
Həzm kanalının uzunluğu 8-10m dir.Həzm sisteminin böyük vəzilərinə(5ədəd)  iri ağız suyu vəziləri 3cüt (qulaqyanı,dilaltı, çənəaltı), qaraciyər,mədəaltı vəziləri aiddir və bunlar həzm kanalının boşluğuna açılır.
həzm kanalının divarı 3qatdan təşkil olunub.

  1. Xarici-sıx birləşdirici
  2. Orta-saya əzələ qatı
  3. Daxili-Selikli qişa


Müxtəlif dövrlərdə həzmin 3 forması inkişaf etmişdir.

  1. Hüceyrədaxili
  2. Hüceyrəxarici
  3. Membranhəzm
Həzm kanalının funksiyaları 3cürdür.
  1. Hərəki(motor)
  2. Sekretor
  3. Sorulma
Həzm sistemi vegetativ sinir(avtonom)sistemi vasitəsilə və humoral yolla tənzim olunur.Vegetativ sinir sisteminin parasimpatik şöbəsi onun işini gücləndirir,simpatik isə tormozlayır.

Ağız boşluğu-dəhliz və xüsusi ağız boşluğundan ibarətdir.Ağız boşluğu alt və üst dodaqlar, yanaqlar,damaq,dil və ağız boşluğundakı əzələ ilə əhatə olunub.Ağız boşluğuna 3cüt iri ağız suyu vəziləri açılır.Həmin vəzlər gün ərzində 0,6-2l tüpürcək ifraz edir.Ağızda mühit zəif qələvidir.Ağız suyunun tərkibində maltaza fermenti kapbohidratları parçalayır.
Dil ən güclü əzələvi orqan olub,üzərində 10000dək dad tumurcuğu (tumurcuğun ömrü 10 gün) var
Dişlər inkişafı ana bətnində 9-12 ci həftəliyində başlayır.6ayliq körpədə ilk süd dişləri çıxmağa başlayır,6 yaşında onların sayı 20 olur.(8 kəsici,4köpək,8 kiçik azı dişi)10-12 yaşlarında isə süd dişləri daimi dişləri ilə əvəz olunur.Süd dişlərin sayı 20, daimi dişlərin sayı isə 32 olur. 
8 kəsici
4 köpək 
8 kişik azı
12 böyük azı(4 ü 16-22 yaşlarında çıxır.Ağıl dişi)
Dişlər  tac,boyun və kök hissədən ibarətdir.Dişin daxili hissəsi boşdur,buradan qan damarları və sinirləri olur.Dişin mərkəzində özəyi(pulpa) olur.Dişin tacı mina qatı ilə örtülüdür.
Mədə-həzm kanalının ən kenişlənmiş hissəsi olub,həcmi 1,5-3l dir.Mədədə həzm 3-10saat davam edir.Mədənin divarı da 3 qatdan təşkil olub.


  1. Xarici-sıx birləşdirici
  2. Orta-əzələ qatı
  3. Daxili-Selikli qişa

Mədə şirəsinin tərkibi fermentlər,xlorid turşusu.seliyəbənzər maddələr vardır.Sutkada 2l mədə şirəsi ifraz olunur. Mədədə mühit turşdur.Burada zülalların parçalanması gedir.Mədədə karbohidratları parçalayan ferment yoxdur,lakin ağızda parçalanmağa başlanan karabohidratın parçalanması davam edir.
Mədə şirəsini ifrazı 3 fazaya ayrılır.
  1. Beyin fazası-mürəkkəb şərti və şərtsiz reflekslərin  qıcıqlanması ilə başlayır.
  2. Mədə fazası-mədəyə qida düşdükdə başlayır.
  3. Bağırsaq fazası-bağıesabına bioloji fəal maddələrin hrsağın selikli qişasından qana ifraz olunan baş verir.
Nazik bağırsaq-uzunluğu 5-7 mdir.Daxili səthi xovlarla örtülüdür.1sm2 də 2500 xov olur.Hər bir xov 3000 mikroxovdan ibarətdir.Nazik bağırsağın mühiti qələvidir,mədədən daxil olan mühiti neytrallaşdırır.Burada həzm 3 mərhələdə gedir.
  1. Boşluq həzmi 
  2. Membran həzmi (A,M.Uqoleyev kəşf edib)
  3. Sorulma
3hissədən ibarətdir.
  1. Onikibarmaq bağırsaq-bura qaraciyər və mədəaltıvəzin axarları açılır.
  2. Acı bağırsaq
  3. Qalça bağırsaq
Yoğun bağırsaq-uzunluğu 1,5-2m dir. Burada xovlar olmur.,gün ərzində 1 litrədək  suyun və mineral maddələrin sorulması baş verir.Buradakı mikroorqanizmlər  B və K  vitaminlərini sintez edir.
3hissədən ibarətdir.
  1. Kor bağırsaq 
  2. Çəmbər
  3. Düz bağırsaq



Qaraciyər-orqanizmdəki ən iri vəzdir.çəkisi1,5-2kq dır.O sağ tərəfdə diafraqmanın və qabırğaların altında yerləşir.Sutkada 500-1200 ml öd hazırlayır.Öd zəif qələvi reaksiyaya malikdir.Qaraciyər bağırsaqlardan qana sorulan zərərli maddələrin 95% burada zərərsizləşir, ammonyakı sidik cövhərinə çevirir.
Qaraciyərə 3 damar birləşib.
1.QAPI VENASI(GƏLƏN)(qanda şəkər çox olsa  bu normaldır.)
2.QARACİYƏR VENASI (ÇIXAN)(qanda şəkər çox olsa  bu insan şəkərli diabet xəstəsidir.)
3.QARACİYƏR ARTERİYASI (GƏLƏN)


63 saylı məktəbdə 1B sinifini "Ana dilim" tədbiri

Hər bir xalqın borcudur ki, öz dilini mükəmməl bilsin və gələcək nəsillərə çatdırsın.Mən deyərdim biz bəlkə də yeganə millətlərdənik ki, çox zaman öz dilimizdə yox bildiyimiz başqa xarici dillərdə danışmağı daha məqbul sayırıq.Hətta bəziləri belə olanda özlərini daha savadlı olduğunu sübut etməyə çalışmağa və ya göstərməyə çalışır..Mən  də çox dilləri bilməyin tərəfdarıyam  və bu indiki dövrdə çox vacibdir,lakin  hər birimiz ailəmizdə övladlarına öz doğma dilimizi öyrətməyə  borcluyuq.Axı doğma dilini mükəmməl bilməyən insan onu düzgün təbliğ edə bilməz..Kimlər məni bu fikrimdə qınasa da mən belə düşünürəm ...

Nə yaxşı ki doğma dilimizi qoruyan ,onu uşaqlara sevdirən müəllimlərimiz var..Belə müəllimlərdən biri də Bakı şəhəri 63 saylı orta məktəbin 1B sinifinin sinif rəhbəri İlhamə müəllimədir.O, savadı, peşekarlığı, yüksək mədəniyyəti ilə seçilən bir müəllimədir.Eyni zamanda doğma elini sevən,onu uşaqlara sevdirən gördüyü işlərlərlə bir çox müəllimlərə nümunə ola biləcək bir müəllimədir.
    O, 21 fevral 2017ci ildə rəhbəri olduğu 1b sinif sagırdləri ilə birlikdə "Ana dilinə "həsr olunmuş çox gözəl tədbir hazırlamışdır.Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur.Baxmayaraq ki, uşaqlar 1sinif şagirdləri idi, onlar bir dəfə də olsun çaşmadan çox gözəl tədbiri başa vurdular.Bu isə müəlliməni uğuru və peşekarlığ nəticəsində olmuşdur.
    Sonda Valdeyinlər adında müəlliməyə Təşəkkürnamə təqdim edildi.


Eyni zamanda sonda Təhsil İnustutu tərəfindən müəlliməyə "Qızıl qələm" mükafatı təqdim olundu.
               

Böyrəklər və ya süzücü aparat

İnsan orqanizmin o qədər müəkəmməl şəkildə qurulmuşdur ki, orada hər bir orqanın özünün vəzifəsi iş prinsipi var. Maraqlı burasıdır bəzən orqanlar müəyyən bir işi görmək üçün əməkdaşlıq edirlər və birləşərək bir sistem əmələ gətiririr. Belə orqanlar sistemindən biri də ifrazat sistemidir.
İfrazat sistemi orqanlarına böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı aiddir.Böyrəklər  2ədəd paxlaşəkilli orqan olub qarın boşluğunu arxa tərəfində,bel nahiyəsində  onurğanın hər iki yanının da yerləşir. Böyrəyin uzunluğu 10-12sm,eni 6sm,qalınlığı 3-4smdır. Çəkisi 120-200 qramdır. Böyrəklərin onurğa sütununa tərəf olan hissəsi basıqdır və bura qapı venası adlanır.Buradan sinirlər,qan (böyrəyə gələn arteriya və böyrəkdən çıxan vena) və limfa damarları keçir.Sidik axarları da buradan çıxır.
Böyrəklərin struktur və quruluş vahidi nefrondur.Hər bir böyrəkdə təxminən 1 milyon nefron var. Böyrəklər xarici qabıq və daxili beyin maddəsindən əmələ gəlmişdir. Qabiq maddədə çoxlu sayda nefronlar, Beyin maddədə isə böyrək piramidləri yerləşir. Piramidlərdə yığıcı borucuqlar var , bunlarda uclarındakı dəliklə böyrək ləyəninə açılır və oradan isə sidik axarları başlanğıcını götürür bunlar isə sidik kisəsinə açılır.Kisənin sidik kanalına keçən hissəsində isə 2 dairəvi əzələ qalınlaşması daxili və xarici  sfinktor əmələ gətirir.Sidik kisəsinin əzələsi yiğilarkən sfinktor açılır və sidik kanalı vasitəsi ilə sidik orqanizmdən xarıc olunur.
                                   Sidiyin əmələ gəlməsi...
Böyrəyə arteiya damarları vasitəsi ilə 1 dəqiqədə 1-1.2 litr(aortaya qovulan qanın 1/5 i) daxil olur.Bu arteriya damarları kiçik damarlara şaxələnir və qədəhəbənzər kapsulda kapliyar və ya Malpigi yumağı əmələ gətirirlər.Sonra arteriya kapliyarları birləşərək  yumaqdan çıxan nisbətən kiçik arteriya damarları əmələ gətirirlər.Bu proses ilk sidiyin əmələ gəlməsinə səbəb olur.Beləki yumağa daxil olan damarların dm-i ,çıxan damarların dm -dən böyük olur və nəticədə yumağın divarından qan plazmasının süzlməsi  ilk sidiyin əmələ gəlməsini təımin edir.Bir sutkada böyrəkdən keçən 1500-1700 l qandan 150-170l ilk sidik əmələ gəlir.İlk sidik  daha sonra böyrək kanalcıqlarına daxil olur və burada ilk sidiyin tərkibindən qlükozanın, amin turşuların,suyun(99% i)geriyə sorulur.(reabsorbsiya)Sutkada 1,5l son sidik əmələ gəlir.Deməli ilk sidik yumaqcıqda (kapsulda ) son sidik isə böyrək kanalcığında əmələ gəlir.Sisik ifrazı 2-3 yaşadək qeyri iradi olub,onurğa beynin oma şöbəsi ilə tənzimlənir.

Böyrəklərin süzücü səthinin sahəsi  5-6m2,sidik kisəsinin həcmi isə 200-300 sm3dır.
Böyrəklərin içinin sinirlə tənzimində onurğa beyni və baş beynin qabıq qatı iştirak edir.
Böyrəklər maddələr mübadiləsinin son məhsullarını -karbon qazını.su və sidik cöhvərini qan vasitəsi ilə  toxuma hüceyrələrindən  çıxarır .İnsanda tərkibində duzun sidik cövhərinin miqdarı daha az olan damar -böyrək venasıdır.İnsanlarda çəkisizlik şəraitində və çoxlu maye qəbul etdikdə böyrəklərin fəaliyyəti artır.

17 Şubat 2017 Cuma

Vitaminlər haqqında nə bilirik?



Qida ilə orqanizmimizə üzvi birləşmələr olan Vitaminlər daxil olur. Vitaminlər(latınca "vita"-"həyat"-həyat amini )haqqında təlimin banisi N.İ,LUNİNDİR. Vitaminlərin kəşfi 1912 ci ildə Polşalı alim Funkun adı ilə bağlıdırş.Bunlar insanın sağlam yaşaması üçün çox vacibdir.İnsan orqanizmində 50 yaxın vitamin var,lakin bunlardan 20 i insanın həyat fəaliyyəti üçün zəruri hesab olunur..Lakin biz bu gün bizim üçün mühüm olan A,B,C,D vitaminləri haqda danışacıyıq.Orqanizmində hər hansı bir vitamin çatışmamazlığı avitaminoz adlanır.
Vitaminlər 2 qrupa bölünür.

1.Yağda həll olanlar(A,D,E,K)
2.Suda həll olanlar(C,Bqrupu)
                                           

A vitamini
 vitamini orqnizmdə görmə qabliyyətinə(buna səbəb kimyəvi qurluşuna görə karotin maddəsinə bənzəməsidir) və boy artımına təsir edir.Onun orqanizmində çatışmaması toyuq korluğu xəstəliyi yaradır.Belə insanlar alatoranlıq vaxtı görmürlər.Gündəlik norma 1mq dır.
A vitamini ilə zəngin qidalar:ərik,pamidor,bibər,yumurta,kərə yağı,balıq
                                                     
                 

B qrupu vitaminlər (B1,B2,B6,B12)
B1 orqanizmdə maddələr mübadiləsinə və sinir sisteminin fəaliyyətinə təsir edir.Orqanizmdə çatışmadıqda "beri-beri" xəstəliyi əmələ gəlir.Gündəlik norması 2-3mqdır.B12 nin çatışmaması orqanizmində qan azlığına səbəb olur.
B vitamini ilə zəngin qidalar:düyü,lobya,yumurta sarısı
                                             
C vitamini 
Bu vitamin askorbin turşusu hormonların sintezində,aminturşuların mübadiləsində,qan yaranmasında iştirak edir.İmmumitetin artmasına səbəb olur.Orqanizmdə çatışmadıqda "Skorbut" xəstəliyi var.Gündəlik norması 50-78mqdır.
C  vitamini ilə zəngin qidalar:itburnu,qarağat,limon,kələm
                                                      

D vitamini 
Bu vitamin orqanizmdə kalsium və fosfor mübadiləsi,sümük yaranma prosesində iştirak edir.Yeganə vitamindir ki qidadan başqa,ultrabənövşəyi şüaların təsirindən də orqanizmdə dəridə əmələ gəlir.D vitamini çatışmadıqda "raxit" xəstəliyi əmələ gəlir.Gündəlik norması-0,01-0,02 mqdır.

D vitamini ilə zəngin qidalar: balıq yağı,qaraciyər,yumurta sarısı

12 Şubat 2017 Pazar

Qan qrupları və onun xarekterimizə təsiri




İnsan orqanizmində 4 qan qrupu var.Bunlar 0(1 qrup) , A(2ci qrup) , B(3 cü qrup) , AB(4cü qrup) ilə işarə olunur1ci qan qrupunun işarəsinin 0 olmasına səbəb həmin qan qrupuna aid insanların qanın da aqqlütönogenlər yoxdur.Digərlərində isə bəzilərində A(2ci qan qrupunda) ,bəzisində B(3cü qan qrupunda ) ,bəzən isə hər ikisi AB (4cü qrupda) olur.Qan qrupları irsən keçir və ömür boyu dəyişməz olaraq da qalır.Valdeyinlərin qan qrupunu bildikdə onların övladlarında hansı qan qrupunun olması ehtimalını müəyyən etmək olur.
Qan qrupları arasında ən çox yayılan qan qrupu 1,ən az olan isə 4 cü qrupdur.Qan qrupu ilə yanaşı RH(Rhesus)rezus faktorunu da  qeyd etmək lazımdır. Dünya əhalisinin 85%də +RH,15% ində isə - rezus fatoru var.Qurulan ailələrdə gələcəkdə sağlam və ya xəstə övlad dünyaya gəlməsində rezus faktorunun rolu böyükdür.Adətən - Rh a malik qadınlar ,+Rh a malik kişi ilə ailə qurduqda onların dünyaya gələcək övladlarında bu 4 xəstəliyin olma ehtimalı yüksəkdir.Adətən belə qadınlar ilk övladlarını sağlam dünyaya gətirsələr də  digər uşaqlar da bu risk artmış olur.Lakin bununla yanaşı heç bir uşaqda bu xəstəliyin olmama ehtimalı da var.Bu xəstəliklərə aşağıdakılar aiddir.
  1. Ölü doğulma
  2. Sarılıqla doğulma
  3. Şişlə (ödemlə) doğulma
  4. Qan azlığı ilə doğulma
Hər hansı qəza keçirəndə qan itirdiyimiz  zaman və  ya qan  xəstəliyi zamanı orqanizmə qan vurmaq lazım gəlir .Bunun üçün də  bizə uyğun olan donorun qan qrupunun hansı olduğunu bilməyimiz vacibdir. 

                                     1ci qan qrupu kimlərə qan verə bilər
2ci qan qrupu kimlərə qan verə bilər
3cü qan qrupu kimlərə qan verə bilər

cü qan qrupu kimlərə qan verə bilər



Alimlərin  fikrinə görə qan qruplarının bizim xarakterimizə də təsiri vardır.









11 Şubat 2017 Cumartesi

Biogenetik qanun haqqında bilmədiklərimiz...

Hər hansı bir elm sahəsində kəşflər olan zaman onu qəbul edənlər və inkar edənlər olub.Bu Biologiya sahəsində daha çox müşahidə olunub.Uzun illərdir Təkamül nəzəriyyəsi mübahisələrə səbəb olmuşdur.Onu qəbul edənlər ilə yanaşı inkar edənlər də kifayət qədərdir.Hətta bununla bağlı bəzi ölkələrdə dərsliklərdən   müəyyən mövzular çıxarılmışdır.

                Öyrənidyimiz Biogenetik qanun
        Embiriologiya-müxtəlif canlıların embirionlarını müqayisə etməklə öyrənirlər.Heyvanların rüşeyminin  inkişafı zamanı onlarda əvvəl tipin,sonra sinfin,dəstənin,fəsilənin,cinsinin və nəhayət növün əlamətləri formalaşır.
Biogenetik qanun-Ontogenez(fərdi inkişaf)Filogenezin(tarixi inkişaf) qısa və sürətli təkrarından ibarətdir.Bu qanun F.Müller və E Hekkel tərəfindən  kəşf  edib.Bu nəzəriyyəyə görə canlı embirioloji inkişafında əcdadlarına məxsus bir inkişaf yolu keçir.Bu qanuna misal olaraq quşların və məməlilərin embiriogenezində qəlsəmə yarıqları, quyruqsuz suda -quruda yaşayanların sürfəsində quyruğun olması,İnsanın embirioognezində dəri epidermisinin inkişafını:təkqatlısilinidrik→çoxqatlı bunuzlaşmamış→çoxqatlı zəif buynuzlaşmış→tipik buynuzlaşmış epiteli  və s göstərmək olar.
   Uzun illərdir ki biz bu mövzuları öyrənmişik və bu gun isə tədris edirik.Lakin elm və texnikanın inkişafı sürətlə getdiyindən ,uşaqların bilik və davranışları da bunlara uyğun olaraq dəyişir.Dünən biz bu qanunları sorqulamadan,müəllimlə mübahisə etmədən öyrənirdiksə bu günün şagirdi belə deyil.Onlar  bizlə bəzən haqlı olaraq razılaşmırlar,daha dəqiq məntiqli elmi sübut tələb edirlər.

               Əslində Biogenetik qanun 
     Zaman keçdikcə bəzi qanunlar və kəşflər öz əhəmiyyətinin itirməyə başlayır.Bu qanundan biri də Biogenetik qanundur.Sonralar bu qanun əslində saxtakarlıq nəticəsində meydana gəldiyi ortaya çıxdı və bu qanun 1950 ci ildə dərsliklərdən  çıxarıldı.Sonrakı illərdə bu nəzəriyyənin tamamilə xəyalı ssenari olduğu ortaya çıxdı.İnsanın embirionun ilk mərhələsində  qəlsəmə kimi qələmə verilən əslində orta qulaq kanalının ,qalxanabənzər ətraf vəzilərnin və timus vəzi olduğu aydın oldu.Quyruq kimi göstərfikləri orqan isə əslində insanın onurğa sümüyüdür və ayaqlardan öncə ortaya çıxdığı üçün  quyruq kimi görünür.
 Hekkel nəzəriyyənin saxta olduğunu özü etiraf edərək sübut üçün olaraq göstərdiyi şəkillərdə dəyişikliklər etdiyini və əslində isə onların embirionunda heç bir oxşarlığın olmadığını söyləmişdir,lakin özünə bəraət qazandırmağı da yaddan çıxarmamışdır.
"Bu etdiyim saxtakarlıq etirafından sonra özümü qınamağım lazımdır. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana durduğumuz yüzlərlə yoldaş, bir sıra etibarlı müşahidəçi və məşhur bioloqlar vardır ki, onların ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənimki kimi saxtakarlıqlar, dəqiq olmayan məlumatlar, az-çox təhrif edilmiş, sxematizə edilib yenidən təşkil edilmiş şəkillər var." (Francis Hitching, The Neck of the Giraffe: Where Darvin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)
Mənim üçün maraqlıdır hər zaman dünyaya inteqrasiyadan danışırıq, digər ölkələrdə olan  yenilikləri  tətbiq etməyə çalışırıq bəs nə üçün indiyədək bu nəzəriyyə bizim dərsliklərdən çıxarılmır?


  

6 Şubat 2017 Pazartesi

Emosiyalar və Yaddaş

İnsanlar  hər hansı bir hiss keçirən zaman onlar siması buna uyğun olaraq dəyişir.Və bu hisslər qəlbimizdə müəyyən hisslər buraxaraq  omür boyu  yaddaşımızda qalır.İnsanların keçirmiş olduğu hisslərin təzahürünə Emosiyalar deyilir.  Emosiyaların növüündən asili olaraq orqanızmdə hormonların miqdarı dəyişir.Emosiyaların işi iradidir,bu proses beynin qabığının  alın və gicgah payları ilə əlaqədardır.Emosiyaların yaranması böyük beyin yarımkürələrinin və ara beyin şöbələrinin fəaliyyətindən asılıdır .
Yaddaş - mərkəzi sinir sistemində gedən və fərdi təcrübə toplamağa , onu uzun müddət saxlamağa , idarə etməyə  kömək edən proseslər məcmusudur.Yaddaşın yaranması baş beyin yarımkürələrinin  müəyyən şöbələri ilə əlaqədardır . Beynin bu şöbələri bir birləri ilə neyronların qapalı zəncirləri ilə əlaqə saxlayır . Qabığın alın və gicgah payı zədələndikdə insanın bütün yaddaşə zəifləyir . 


Emosiya və Yaddaşla bağlı daha ətraflı aşağıdakı linkdən öyrənə bilərsiniz.
http://video.edu.az/video/624