27 Ağustos 2016 Cumartesi

Daun sindromu ilə doğulan sevimli mələklər





İnsanlarda 46 xromosom var. Xromosomların 23-ü atadan, 23-ü isə anadan övlada keçir. Daun sindromlu şəxslərdə isə 47 xromosom olur. Daun sindromu 21-ci xromosomlarda baş verən anomaliya zamanı meydana gəlir. Bu da uşağın zehni cəhətdən inkişafdan qalmasına səbəb olur. Daun irsi yolla keçən xəstəlikdir. Eyni zamanda bu sindroma əsasən 35 yaşından sonra övlad dünyaya gətirən anaların övladlarında rast gəlinir.Daun sindromlularda bəzi sağlamlıq problemlərinə daha çox rast gəlinir.  Onların 60 %-də eşitmə ilə bağlı problemlər olur. 40 %-də anadangəlmə ürək qüsurlarına rast gəlinir. Həzm sistemi ilə bağlı problemlər də normadan artıq olur. Çox zaman qidalanmada da problemlər yaşanır. Tiroid funksiyası pozğunluqlarına da tez-tez rast gəlmək olar. Daun sindromlu uşaqlarda qan xərçənginə daha çox rast gəlinir. Körpələr yaşıdlarındam daha gec gəzir və gec danışmağa başlayır.

Daun sindromu genetik xəstəlikdir.Buna səbəb  olan  faktorlar- ananın yaşı,radiasiya,narkotik və spirtli içkilərin istifadəsi göstərilsə də bunların içində qətilik qazanılmış olan səbəb yoxdur.Son araşdırmalar göstərir ki sindromun yaranma səbəbi kimi spermatozoidlərin  də tərkib hissəsi önəmlidir.
Bu sindroma malik  qizlarda  gələcəkdə övlad sahibi olma ehtimalı  olsada ,oğlanlarda bu faiz çox aşağıdır.Daun sindromuna malik uşaqlarda əsas diqqət cəkən çəkik gözlərin,qisa boyun ,kiçik burun olmalısıdı.Onlarda zəka geriliyi olur.Normal uşağın 3-4 ilə göstərdiyi nəticəni ,onlar 9-10 ilə göstərir.Diqqətləri dağınıq olur,nitqləri aydın olmur,amma güclü təqlid bacarıqları var.
Bu usaqlara diqqət və qayğı  lazımınca göstərilərsə onlar da hər bir sağalam insan  kimi cəmiyyətə faydalı bir şəxsiyyət kimi formalaşa bilər.Onlar da hər bir uşaq kimi kəşf etmək,oynamaq,öyrənmək,gülmək istəyirlər.Belə uşaqları mümkün qədər ictimai mühitdə böyütmək son dərəcə faydalıdır. Allah bütün balaları qorusun!




24 Ağustos 2016 Çarşamba

Canlıları cansızlardan fərqləndirən əsas əlamətlər

Orqanizm yaşaya bilən canlı varlığa deyilir.Ölçüsünə,rənginə,həyat tərzinə və bir birlərindən fərqlənən canlı orqanizmləri birləşdirən əsas əlamət canlı orqanizm olmalaridir.Canlılar əlami 4 qrupa bölünür.
1.Bakteriyalar(on minlərlə növü var)
2.Göbələklər(100 mindən çox  növü var)
3.Bitkilər(350 min)
4.Heyvanlar(2 milyon)
Bütün canlılar hüceyrəvi qurluşa malikdir.
Canlıları cansızlardan fərqləndirən əsas əlamətlər
1.Canlılarda maddələr və enerji mübadiləsi gedir(qidalanma-ifrazat)
2.Canlılar-qidalanır
3.Canlılar -hərkət edir
3.Canlılar- tənəffüs edir
4.Canlılar-böyüyüb inkişaf edir
5.Canlılar-çoxalır
6.Canlılar-qıcıqlanır
7.Canlılar-ifraz edir

Bitkilərdə böyümə ömrü boyu davam edir,heyvan ,bakteriya və göbələklərdə isə müəyyən həddə catdiqdan sonra böyümə dayanır.





21 Ağustos 2016 Pazar

İnsan askaridi

I
                                                             
 Qurluşu
Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir.Erkəklərin arxa ucu qarın tərəfə doğru qıvrılıb.Qurdun bədəni xaricdən kitukula ilə örtülü olur ki bu da onu bağırsaq fermentlərinin təsirinndən qoruyur.



Bədəni 3 qatdan təşkil olunub.İlk bədən boşluğu ilk dəfə askaridin mənsub olduğu tipdə yaranıb .

Hərəkəti
Uzununa əzələlərininin köməyi ilə dalğavari hərəkət edir.Eninə əzələri olmadığı üçün uzanıb qısala bilmir.
Həzm sistemi

Bədənin önündə 3dodaqlı ağız var.
                                       Ağız→Udlaq→Qida borusu → Bağırsaq→Anal dəlik
Tənəffüsü
Tənəffüs orqanı yoxdur.Sürfə oksigenli ,Yetkin fərd  isə oksigensiz mühitdə yaşayır.
İfrazatı
1cüt ifrazat kanalları bədənin önündə birləşərək xaricə açılır.
Sinir sistemi
Udlaq ətrafı sinir halqasından və sinir sütunlarından ibarətdir.
Çoxalması
Ayrıcinslidir. Cinsi dimorfizm(müxtəliflilik) var.Erkəkdə 1 toxumluq,dişidə 2yumurtalıq var.Dişi askarid gündə 200 minədək yumurta qoyur.




İnkişafı
Son  və yeganə sahibi  insandır.Askariddə aralıq sahib olmur.Dişi askarid gündə 200 minədək yumurta qoyur.yumurtalar insan nəcisi ilə xaricə çıxır.Yumurtanın inkişafı üçün rütubət,oksigen, tempuratur və 2 həftə vaxt lazımdır.Yumurtadan sürfə inkişaf edir.
İnsanın yoluxması və xəstəliyin inkişafı
Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər, oyuncaqlar və ev heyvanlarının tükləri  birbaşa infeksiya mənbəyi sayılır. Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə olduğundan, çirkli meyvə əllərdən asanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur. İnsan törədiciyə qida və su vasitəsilə yoluxur. Yoluxma yumurta mərhələsində baş verdiyindən bağırsağa düşmüş yumurtadan sürfələr çıxır.Sürfələr baqirsaqin divarini deşərək vena qan damarlarına kecir,burdan isə orqanlara gətirilir.8saatdan sonra qaraciyərə→ürəyə→1sutkaya isə ağciyərin kapliyar qan damarına çatırlar.Burdakı damarları dələrək nəfəs yollarına keçir və  öskürək əmələ gətirərək ağıza düşür.Burada tüpürcəyə qarışaraq ,qida ilə udulur və yeniden nazik bağirsağa düşür.Burda sürfədən 2 aya cinsi yetişmiş askaridlər əmələ gəlir.Bağısaqdakı ömrü 1 ildir,təkrar yoluxma olarsa illərlə qala bilər.Yetkin qurdlar bağırsağın selikli qişasını dağıdır və oradaki hazir qidaları və vitaminləri mənimsəyirlər,əvəzində isə öz ifrazatlarını buraxirlar.Zərərli maddələr qana sorulub,bütün orqanlara yayılır nəticədə xəstəliklər əmələ gəlir:eoziyalar,xora,ishal və ya qəbizlik və s.

Helmintin tam miqrasion dövrü beləliklə 14-15 gün davam edir.Törətdiyi xəstəlik Askaridioz adlanır.Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır:Askaridoz — askarid adlı iri helmintlər tərəfindən törədilən qurd  xəstəliyidir.Askarid yoğun bağırsağa keçib kolit,appendisit törədə bilər.Bəzən isə bir birinə dolaşaraq bağırsaq keçməzliyi əmələ gətirir.

Askaridin sürfə mərhələsi daha təhlükəlidir cünki onlar ancaq qanla qidalanır(gündə 0,5litr).Və bu zaman damarları və orqanları zədələyirlər.Askaridin diaqnozu nəcis vasitəsilə qoyulur.Onlar yoluxmadan 3ay sonra yumurtalamağa başlayır.
                                  




20 Ağustos 2016 Cumartesi

Orqanizmimizin dəvətsiz qonaqları və ya parazitlər


Parazitlər-(parazit-yun"para-yaninda"  "sitos-qidalanma "canlı orqanizmlərdə yaşayaraq,ondan qida mənbəyi kimi istifadə edən,özünün xarici mühitlə munasibətinin tənzim olunmasını qismən yaxud tamamilə sahibə "həvalə edən"və ona zərər verən orqanizmlərdir,Parazitlər 2 qrupa bölünür:
1.Ektoparazitlər-sahibin üzərində yaşayanlar(bit,birə)
2.Endoparazitlər-sahibin daxilində yaşayanlar(parazit qurdlar)
Parazitlə sahibin birgə yaşayış formasına-parazitizm deyilir.Parazitizmin də 2 növü var.
1.Müvəqqəti-bu zaman parazit sahibin bədəninə ancaqqida qəbulu zamanı daxil olur ,sonra isə orani tərk edir.Məs: Zəli,gənə və qansoran cücülər
2.Stasionar-bu zaman isə parazit uzun müddət hətta bir ömür boyu sahibin bədənində qalır.Stasionar parazitizmin də 2 forması var :Dövrü və Daimi
1.Dövrü parazitizm-də parazit inkişafının müəyyən mərhələsini xarici mühitdə sərbəst keçirir.Onun bu mərhələsi,başlıca olaraq paraziti yaymağa və yeni sahib orqanizmləri yoluxdurmağa xidmət edir. Sporlar,helmintlər,buğumayaqlılar və s.
2.Daimi parazitizm-parazit xarici mühitdə hətta qısa müddətdə də yaşaya bilmir,onun  inkişaf mərhələləri bir neçə sahib orqanizmdə keçir.(qan parazitləri)
Parazitizm-anlayışını  elmə V.Dogel tərəfindən gətirilib.Parazitologiya-heyvan və insan orqanizmində olan parazit və onların törətdiyi xəstəlikləri öyrənir.Parazitosenoz-orqanizmdə parazitlik edən canlıların məcmusu.Bunlara-spiroxetlər ,bakteriyalar, göbələklər, ibtidailər, helmintlər, buğumayaqlılar aiddir.