31 Mart 2017 Cuma

Onurğalılar ilə onuğasızların fərqi

Onurğasızlar                                                     Onurğalılar
1.Süngərlər                                                      1.Balıqlar
2.Hidralar                                                         2.Amfibilər
3.Soxulcanlar                                                   3.Reptililər
4.Molyuskalar                                                  4.Məməlilər
5.Dərisitikanlılar                                              5.Quşlar
6.Neştərçə

Xüsusiyyətləri
Onurğasızlar
Onurğalılar
Qidalanması
Heterotrofdurlar

Heterotrofdurlar
Skeleti
Süngərlərdə-daxili skelet
Bəzilərində həm daxili həm xarici skelet var(Dərisitikanlılar,qarınayaqlı molyuskalar)
Onurğa və daxili skelet.Əzlələr skeletə birləşir.
Qan-damar sistemi
Əsasən açıq qan damar sistemidir.
Bəzilərində yoxdur(süngərlər,yastı soxulcan)bəzilərində isə qapalıdır (torpaq soxulcanı)
Qapalı qan –damar sistemi
İfrazat sistemi
İbtidailərdə bədən səthi ilə Bəzilərində isə nefridiim.malpigi boruları vasitəsilə
Böyrəklərlərlə
Sinir-sistemi
Yoxdur-süngərlərdə,Diffuz s\s-Hidrada,sinir düyünləri və şaxələri-soxulcan,molyuskalar
Mərkəzi sinir sistemi
Tənəffüs sistemi
Bəzilərində bədən səthi ilə
Dəri ,ağciyərlər
Cinsiyyət sistemi Çoxalma
Hermofrodit(süngər,soxulcan),bəzən ayrıcinslidir.
Ayrıcinslidir
Simmetrik görünüş
Simmetrik və asimmetrik olurlar
Simmetrikdirlər


Tozlanma

Yetişmiş tozcuğu erkəkcikdən dişiciyin ağzına düşməsinə tozlanma deyilir. Yəni tozlanma nəticəsində tozcuqlar dişiciyin ağızcığına düşür.
Tozlanma əsasən iki cür olur:
 1.Öz-özünə tozlanma-Eyni çiçəkdəki tozcuğun həmin çiçəyin dişiciyinin ağızcığına düşməsinə deyilir.(buğda,arpa ,noxud ,kətan, pomidor)
Əsas əlamətləri

  • Bu tip tozlanmanın olması üçün bir çiçəyin erkəkciyi və dişiciyieyni anada yetişməlidir.
  • Eynicinsli bir çiçəkdə yumurtacıq və tozluğu müxtəlif vaxtda yetişdirərərk öz-özünə tozlanmanı əngəlləyə bilər.
  • Öz -özünə tozlanan bitkilərin növ sayı çarpaz tozlanan bitkilərin növ sayından azdır. 
  • Öz -özünə tozlanma çox vaxtı çiçəklər açmazdan öncə baş verir.
  • Öz -özünə tozlanma həm təsərüffat həm də gələcək nəsil üçün zərərlidir.
  • Belə bitkilrədə get gedə cırlaşma getdiyindən məhsuldarlıq aşağı düşür,ona görə də onları vaxtaşırı süni tözlandırma apararaq məhsuldarlığı artırırlar.

 2.Çarpaz tozlanma-Tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına düşməsinə deyilir.( çovdar, qaraba.şaq , yonca ,yerkökü, çiyələk, moruq, albalı, alma) 
3 formada baş verir.
Küləklə-belə bitkilərin çiçəkləri xırda görkəmsiz ,ətirsiz,nektarsız olur.Tozcuq hüceyrələri çox yüngül olduğundan uzaq məsafələrə gedir.Belə tozlanan ağac və kol bitkiləri ya yarpaqlar açılanadək,ya da yarpaqlar acılan vaxtı çiçəkləyir.(fındıq,qoz,palıd,qarğıdalı küləklə tozlanır)
Həşəratlara-belə bitkilərin çiçəkləri ikicinsli,tozcuqları yapışqanlı və üzəri çıxıntılı olur. Çiçəkləri iri olur,bəzən nektar  və tozluqlar açıqda yerləşir.(qurdağzı bitkisi)
Heyvanlar və quşlarla-məsələn kolibri quşları vasitəsilə


Süni tozlanma-isə insan tərəfindən təsərrüfat əhəmiyyətli bitki sortları yaratmaq üçün aparılır.
Tozlanma nəticəsində tozcuqlar dişiciyin ağızcığına düşür.
Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) mayalanmada içtirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi ) tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, beləliklə mayalanma baş verir . Bitkilərdə bu cür mayalanma  ikiqat mayalanma adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə , digərinin mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin  tərəfindən müəyyən edilmişdir. 

30 Mart 2017 Perşembe

Dəyirmiağızlılar sinfi. Xəzər Minoqası

Dəyirmiağızlılar  — Çənəsizlərə daxil olan sinif. Təkamülə görə onlar balıqların davamçıları hesab olunurlar.Bu heyvanların ağızları qıf və ya 🔺 şəkilli olub,çənələri yoxdur.Ox skeleti ixordadandır,kəllə qutusu və skeletin digər hissələri qığırdaqdandır.Burun dəliyi təkdir.
Bunlarda yoxdur
1.Çənələr
2.Cüt üzgəclər
3.Pulcuq
4.Xarici skelet
Dəyirmiağızlılara iki dəstə daxildir:

  1. Minoqa(ilanbalığıkimilər) 
  2. Miksinlərkimilər
1.Minoqa


 Xəzər minoqasının xarakterik əlamətləri.
  • Dənizdə yaşayır
  • Bədəni ilanvari,pulcuqsuz,seliklidir.Seliyin 2 funksiyasi var(bədəni sürüşkən edərək hərəkəti asanlaşdırır və bədən boşluğuna düşən yad cisimləri zərərsizləşdirmək.)
  • Qurluşuna görə ilana bənzəyir,yaşayış tərzinə görə isə balıqlara lakin heç bir ilə qohumluğu yoxdur.
  • Cəmi 2 ədəd tək üzgəci(bel və quyruq) vasitəsi ilə hərəkət edirlər.
  • Ağızda ixtisaslaşmamış sadə dişlər və löhvə şəkilli dili var.
  • Başın üstündə hissetmə orqanı olan yan xətt orqanı var.
  • Başın yanlarıda hər iki tərəfdə 7 qəlsəmə dəliyi(cəmi=14) var
  • Parazitlik edir bəzi balıqlara yapışaraq onları sorur.
  • Ömründə 1 dəfə nəsil verir və ölür.
  • Əti dadlıdır və yeyilir.
Təkamüldə ilk dəfə mədəaltı vəzi dəyirmiağızlılarda yaranıb.

2.Miksinkimilər-bədənlərinin uzunluğu 45-70 sm olur.

Qaraciyər,qurluşu,funksiyaları

Qaraciyərin qurluşu
Qaraciyər qarın boşluğunda yerləşmiş,bədən olan ən iri həzm vəzdir.Çəkisi 1.5-2kq-dr. O sağ tərəfdə diafraqmanın və qabırğaların altında yerləşir.Sağ və sol paylara bolunur.Sağ pay sol paydan böyükdür.Onun Sağ payı sağ qabırğaaltı nahiyəsini və qarınüstü nahiyəsini və sol payı sol qabırğaaltı nahiyəsini tutur.
 Qadınlarda qaraciyər, ümumiyyətlə, bir az aşağı olur; qocalarda da bir qabırğa aşağı enir. tənəffüs və orqanizmin vəziyyəti qaraciyərin topoqrafiyasını dəyişdirir. Nəfəs alıb-verən zaman qaraciyər diafraqmanın hərəkətini təqib edir, belə ki, nəfəs aldıqda 2-3 sm aşağı enir və nəfəs verdikdə bir o qədər yuxarı qalxır. İnsan ayaq üstə durduğu və oturduğu zaman qaraciyər aşağı enir; uzandığı vəziyyətdə isə öz yerini tutur.
Yenidoğulmuşlarda qaraciyər yetkin şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə artıq olur. Yetkin şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır.Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir, sanki uzununa dartılmış olur; sonralar armud şəklini alır.

Təkamül baxımından ilk dəfə qaraciyər Molyuskalarda əmələ gəlmişdir.
                                    

Qaraciyrəin digər orqanlarla əlaqəsi

Qaraciyər bir çox qonşu üzvlərlə rabitədədir. Onun konsinstensiyası yumuşaq olduğu üçün hansı üzvə söykənirsə, o üzvün izi onun üzərində qalır və nəticədə aşağıdakı basıqlar əmələ gəlir:
Qaraciyərin funksiyaları
Qaraciyərin vəzifəsi çox müxtəlifdir. İndiyədək qaraciyərin 500 dən çox funksiya yerinə yetirdiyi öyrənilib.Onlardan mühüm olanları təqdim edirəm.
1. Öd  ifraz edir.Öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur
 2. Sidik cövhəri ifraz edir.Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur.
 3.Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. 
4.Qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir.
5.Yetkin  dövrdə isə qanazlığı zamanı yaşlı eritrositləri parçalayaraq hemoqlobinlərdən öd piqmentlərini  və yeni eritrositlərin hemoqlobinlərini əmələ gətirir.Qaraciyər demək olar ki qan ambaradır.Bədəndə olan qanın 10%burda ehtiyat halında saxlanılır.Lazım olan zaman orqanizmdə istifadə olunur.
6. Qaraciyər mühafizə vəzifəsini də daşıyır –  faqositoz vəzifəsini görür -bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələr(95%)i zərərsiz hala keçirir.
7. Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur
8.Qan damarında laxtalanmaya əngəl olan Heparin maddəsini əmələ gətirir.
9.Laxtalanmayı həyata keçirən Trombositləri və Fibrinogen zülalını qana verir.
10.A,D, K  vitaminlərini Fe,Cu,amin turşu və yağları ehtiyat halında saxlayar.(anbar rolu)
11.Provitamin A dan A vitaminin sintez eder.
12.Glikogeni ehtiyat halında saxlayar.
13.Limfa istehsalını təmin edir.
14."Artıq"hesab olunan bəzi hormonlar-qlukaqon və inusilin,cinsi hormonlardan testestron və estrogen,stress hormonlar-adrenalın burada parçalanır.
15.Və əsas funksiyalarından biri-Orqanizmə daxil olan ilkin məhsullardan orqanizmin yaşaması üçün lazım olan Zülal,Yağ və karbohidraların sintezini həyata keçirir.
Qaraciyərə qan iki damar ilə gəlir:
1. qaraciyər arteriyası –bu arteriya ilə gələn qanda qida maddələri az,oksigen çox olur. 
2. qapı venası – Burda şəkərin miqdarı çox ola bilər,bu zaman o ehtiyat şəkərə(qlikogenə) çevrilir.Qapı venası ilə gələn qanda qida maddələri çox ,oksigen az olur.

Qaraciyərdən çixan damar 1 ədədəir.
   1.Qaraciyər venası(qaraciyərdən aşağı boş venaya açılır)qlükoza qapı venasına nisbətən burda az olur.
Qaraciyərin xəstəlikləri
1.Hepatitlər(A,B,C)
2.Qaciyər serrozu
3.Qaraciyər piylənməsi
4.Qaraciyər xərçəngi


Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdə özünü yeniləyən çox vacib orqandır.Onun çixarılması insanın ölümü ilə nəticələnir.Lakin qaraciyər hüceyrələrini regenerasiya qabliyyəti nəticəsində onu 3\4 hissəsi itirilsə belə o bir neçə həftə ərzində itirilmiş hüceyrələrini yenisi ilə əvəz edir.Tam şəkildə öz işinə davam edir.


29 Mart 2017 Çarşamba

Kəlləlilər yarım tipi

   Kəlləlilər   və ya  Onurğalılar(lat. Vertebrata) – xordalılar tipinin bir yarımtipidir.Onların 45000 növü var.
ƏSAS XARAKTERİK ƏLAMƏTLƏRİ
  • Onurğalıların skeleti tam formalaşıb.dərinin üst təbəqəsi olan epidermis çoxqatlıdır.
  • Bunlarda kəllə qutusu,bağ beyin,onurğa beyin,onurğa,ürək,mürəkkəb hərəki reflekslər və hiss üzvləri yaxşı inkişaf etmişdir.
  • Bunların yalnız rüşeymində xorda olur,sonradan itib gedir əvəzinə fəqərələr inkişaf edir.(nərə vəakulada ömür boyu qalır)
  • Rüşeym mərhələsində qəlsəmə yarıqları olsada sonradan itib gedir.(dəyirmiağızlılarda isə ömür boyu qalır.

Onurğalılar növlərinə görə onurğasızlardan  xeyli azdır (45000 növ),  lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür.
        Kəlləlilər yarımtipinin təsnifatı

Xordalılar tipi

Xordalılar  ilk dəfə Proterozoy erasında yaranmışlar.
 Xordalıların  ümumi əlamətələri aşağıdakılardır.
1. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.
2. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
3. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu boru ağızla başlayıb, anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.
4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir
5.Bədənləri ikiyan simmetriyaya malikdir.
6.İbtidai xordalılarda  xorda ömrü boyu qalır,ali xordalılarda isə yalnız rüşeym mərhələsində olur,sonra onu fəqərələr əvəz edir.
7.Xordalıların qan damar sistemi qapalıdır.
8.İbtidai su xordalılarında qəlsəmə ömür boyu qalır,quru xordalılarında isə yalnız rüşeym dövründə olur.  
9.Xordalılar-ikinci bədən boşluğu olan heyvanların ali tipidir. 

Xordalılar tipinin 43 minə yaxın növü məlumdur. Bu tipi 3 yarım tipə ayırırlar: 
  1. Kəlləlilər(onurğalılar)
  2. Kəlləsizlər(onuğasızlar)
  3. Sürfəsixordalılar (onurğasızlar)
Xordalılar sözü ilə onurğalılar sözünü eyniləşdirmək olmaz .Bəzən çoxları xordalılar və ya onurğalılar kimi ifadələr işlədir.Bu yalnışdır.Çünki Xordalılar tipinin yalnız bir yarım tipinin -Kəlləlilər yarımtipinin nümayəndələri onurğalı heyvalardır.Onlarda skelet formalaşmışdır və epidermis çoxqatlıdır.Digər yarım tiplərin(Kəlləsizlər və Süfrəsixordalılar) və tiplərin hamısı onurğasız heyvanlardır.Onlarda isə epidermis -təkqatlıldır.Neştərçə öz qurluşuna görə onurğasızlar və onurğalılar arasında keçid yer tutur.
   
                          Onurğasızlar↔ Neştərçə↔Onurğalılar



28 Mart 2017 Salı

Hüceyrənin orqanoidləri

Hüceyrə strukturu
Şəkillər
Qurluşu
Funksiyası
Eukariotlarda
Prokariotlarda
Ribasom
Membransızdır,böyük və kiçik 2 hissəcikdən ibarətdir.
Zülal biosintezini həyata keçirir.
var
var
Endoplazmatik şəbəkə
Dənəvər(üzərində ribasom olan) və hamar (ribasomsuz)forması var

Zülal (dənəvər)  və lipid (hamar) sintezi, Əzələlərdə Ca ionun yığılması, qaraciyərdə dərmanları zərəsizləşdirilməsi
var
yoxdur
Mitoxondri

2membranlıdır.Tərkibində
DNT,RNT və ribasom var.
Bölünməklə çoxalırlar. (DNT hesabına)

Heceyrənin enerji mənbəyi,ATF-in sintezi
Hüceyrənin içərisində O2 istifadə edən,CO2 xaricə çıxaran orqanoiddir.
var
Yoxdur
Holci kompleksi
1membranlıdır.
Plazmatik membranın təzələnməsi,lizasomun formalaşmasını təmin edir.Mürəkkəb zülaların və karbohidratların sintezini və daşınmasını təmin edir.
var
yoxdur
Sentriollar
Membransızdır.
2 mikroborucuqdan ibarətdir.
Heceyrənin bölünməsində ,iy vətərlərinin əmələ gəlməsində iştirak edir.
Var(ali bitkilərdə,sinir və yumurtahüceyrədə olmur)
yoxdur
Lizasom
1membranlıdır.
Yaşlı ,xəstə hüceyrələrinin yox edilməsi,Fermentlerin sintezi
var
Yoxdur.
Nüvə
2membranlıdır.
İrsi məlumatların daşıyıcısı,RNT nin sintezi
var
yoxdur