15 Nisan 2020 Çarşamba

Bu gün etdiyiniz yaxşılıq bəlkə bir gün həyatınızı qurtarar...

Alexsandr Fleming 1920 ci ildə bir çoban idi.Bir gün meşədə olarkən imdad deyə bir səs eşidir.Səs gələn tərəfə qaçır və görür ki yaxınlıqdakı göldə bir nəfər boğulur.O gölə atılıb adamı xilas edib ,evə gətirir.Köməklik göstərib yola salır.İki gündən sonra təşəkkür etməyə gəlirlər.Gələn adam Çörçül olur.Və deyirlər ki biz sizə təşəkkür etmək istəyirik ,icazə verin bu uşağı oxudaq.Və onlar Alexsandr Flemingi oxutdururlar.
Fleming bir gün Petri fincanında mikroblar üzərində təcrübələr aparır,o zamanlar hələ antibiotik tapılmamışdır.
Fleminq axşamdan pendir yemiş və onun üzərində olan kifləri də petri çaşkaları ilə birlikdə zibil qutusuna atmış,səhər gəldikdə isə görmüş ki qutuda mikroblar(stafilokokk )inkişaf etmiş lakin pendir kiflərinin olduğu yerdə inkişaf etməmişdir.Və baxmış ki kif olan yerdə mikroblar ölmüş.Fleminq bunun əsasında kiflərin stafilokokları dayandıran bir maddə ifraz eləməli olduğunu nəticəsini çıxardı . O vaxt hələ saf halda alına bilməyən bu maddəni o, penisilin adlandırmışdır.(1927 ci ildə)
    Həmin vaxtlarda Çörçil Tobrukda yaşayırdı bir gün o bərk xəstələnir və qızdırması 39 dərəcəyə qalxır.Vəziyyəti çox pis olur.Hər kəs nə edək necə edək deyə düşünür.Deyirlər ki
sınaq mərhələsində olan bir dərman var,istəyirsinizsə onu istifadə edək.Çörçül razılaşır və özəl təyyarə ilə 1928 ci ildə Fleminqi İngiltərədən Tobruka (Liviyaya) gətirirlər.Fleming dərmanı istifadə edir,Çörçül sağalır.
Sonra Çörçül Flemingə pullar,nişanlar,professorluq verdirir.Və deyir ki sənə həyatımı borcluyam,sənə köşklər və s vermək istəyirəm.
Fleming deyir: Əfəndim siz illər öncə ödədiniz onu mənə.
Çörçül çaşqınlıqa soruşur necə yəni?
Fleming deyir siz illər öncə bir göldə boğulurdunuz və sizi o göldən xilas edən mən idim .Siz isə əvəzində məni oxutdurdunuz.Mən bütün bu uğurlarımı sizin sayənizdə əldə etmişəm.

Müəllif: İsmail Hakkı Aydın



4 Nisan 2020 Cumartesi

Beyin necə kontrol edilir?

Son zamanlarda aparılan araşdırmalarda beynin içərisindəki hüceyrələrin,neyronların bir biri arasındakı əlaqələr nəticəsində ortaya çıxan qərar neyro zehin,şüur  dediyimiz mənanı ortaya çıxarır.Gen xəritələr çıxarıldı.Əvəllər insanın insan edən,şəxsiyyət kimi formalaşmasını təmin edən gen olduğu zənn edilirdi.Ancaq indi 20.000  genimizin varlığı insan insan edən əsas xüsusiyyət olmadığı məlum oldu.Əsas insanın şurunu ,insanlığını,duyğularını,düşüncələrini əmələ gətirən konnektom dediyimiz,yəni 100 mliyard neyron hüceyrəsinin öz aralarında əlaqə yaratması nəticəsində ortaya çıxır.Sağ yarımkürə daima fərqli və məntiqi düşünür,sol yarımkürə isə duyğusaldır.Bir mənada sağ tərəf eqoist,sol tərəf isə həssasdır.Ancaq arada "korpus kallozum"deyə bir yer vardı,bütün duyğular bu korpus kallozum arasından iki tərəfə (sağ və sol) ötürülür və aralarında rabitə yaranır.Bu o deməkdir ki yeni bir qərar verilərkən necə edək ,nə edək deyə düşünən zaman bunu 100 milyard neyron 2 üstü 100 milyard şəklində bir əlaqə yaranır və bir qərar verilir.Yəni bu proses normal insanlarda belə baş verir,yəni hər hansı təsir altında qalmırsan .


Lakin bir də şüuraltı dediyimiz bir yer vardır.Bu hissəyə bir təsir mexanizmləri ilə təsir etmək mümkündür.


   Bu kontrol,təsir  mexanizmlər içərisində ən ğnəmlim rolu limbik sistem həyata keçirir.v
Beyninin 3 hissəsi var.
  1. Alt hissə-Sürünən beyin
  2. Orta hissə-Emosional və ya məməli beyin (limbik sistem)                          
  3. Üst hissə-Düşünən beyin(neokortex)
                                                          
1.Sürünən beyin ilə limbik sistem beynin ən köhnə hissələridir,Sürünən beyin isə beynin ən qədim hissəsidir. 400 milyon il bundan əvvəl inkişaf etmişdir. Bir sürünənin beynində olan əsas strukturlardan ibarətdir: beyin kök və serebellum. Başımızın içərisində dərin yerləşmişdir və onurğa sütunun üstünə yerləşdirilir. Bu ürək dərəcəsi, bədən istiliyi, qan təzyiqi, tənəffüs və tarazlıq kimi ən əsas funksiyaları nəzarət edir. Bu da başımızdakı digər iki "beyin" ilə əlaqələndirir. Sürünən beyin etibarlıdır, lakin bir qədər sərt və kompulsif olmağa meyllidir.

2.Limbik beyin-Limbik sözü Latinca “limbus” sözündən götürülüb “sərhəd,kənar" mənasının verir. İlk olarak Fransız doktor Paul Broca 1878 ilində bu bölge için büyük limbik lob anlamına gələn “le grand lobe limbique” sözünü işlətmişdir. Müasir dövrdə ise “limbik sistem” terimini 1949 Amerikalı Paul D. MacLean tərəfindən işlənmişdir.O,düşünürdü ki, beyin qabığının inkişafı təkamülümüzdəki duygusal beynimizin inkişafı qədər vacibdir.
"Xoşbəxtlik, limbik sistem tərəfindən aktivləşdirilmiş bir ruhi vəziyyətdir."- Antonio Damasio



Limbik sistem;hipotalamus,amigdala,talamus və hipokampustan ibarətdir.
Limbik sistem qorxu, öfkə, aclıq, cinsiyyət mərkəzləri ilə bərabər eyni zamanda öyrənmə və yadda saxlama işini həyata keçirir.
Hipotalamus endokrin sistemini (hormon ifrazı),avtonom sinir sistemini ve yuxu prosesesini nizamlayır. Əsas vəzifəsi qidalanma, cinsəllik, bədən tempuraturunun və bioloji saatın tənzinlənməsi
Amigdala beynin hər hansı bir təhlikə anında işləri avtomatik olaraq ələ alan qismidir. Stress hormonları ifraz edərək vücuda təcili siqnallar ötürür. Öfkə, şiddət, qorxu kimi duyğuların mərkəzi sayılır.Amigdala badam şəkilli bir quruluşdadır. Hippokampusun yanında yerləşir. Zövq, qorxu, narahatlıq və hirs kimi emosional reaksiyalarda mərkəzi rol oynayır. Xatirələri duyğularla əlaqələndirir, buna görə gizlətməyin nə qədər güclü olduğunu müəyyənləşdirir. Güclü emosional mənaları olan xatirələr daha daimidir.Amigdala qorxu ilə əlaqəli yeni xatirələrin yaranmasında, yaddaşların davamlılığı və emosional məzmununun tənzimlənməsində əsas rol oynayır. Dəhşətli xatirələr yalnız bir neçə dəfə təkrarlandıqdan sonra baş verə bilər. Amigdala fəaliyyətinin dayandırılması və ya aktivləşdirilməsi bədənin avtomatik qorxu reaksiyasına təsir göstərir. Amigdala reseptorları vasitəsilə yeni narahatlıq əleyhinə dərmanlar araşdırılır. Amigdalada yeni neyronların əmələ gəldiyi göstərilmişdir.Onun əsas funksiyası emosiyaları fizioloji və davranış qaydaları ilə uyğun reaksiya ilə birləşdirməkdir. Onların əlaqəsi yalnız emosional reaksiya yaratmır, həm də frontal lob ilə sıx əlaqəsi səbəbindən davranışın qarşısını alır. Beləliklə, o, emosional qaçırma və ya "Amigdala qaçırma" kimi tanınan şeylərə qarışır.Limbik sistemdə amigdala duyğularımızın kapitanıdır. Yalnız bu deyil, həm də hipokampus ilə əlaqədar emosional xatirələr yaradır. Və sonra hipotalamus ilə birlikdə əsas proseslərimizi emosional olaraq aşılayır.Məsələn, narahatlıq və ya mənfi hissləri yemək, yuxu və ya cinsi davranışla əlaqələndirir.Bəzən əsəbi olan insanlar daha çox yemək yeməyə başlayır.Xəyanət görmüş insanlar emosianal olaraq nə edə biləcklərini bilmədikləri üçün onlar da xəyanət edərək sanki bu bir qarşılıq vermə kimi yalnış hissə qapılır.
Talamus sensor və motor məlumatlarını duyğulardan (qoxu hissi məlumatından başqa) məməlilərin serebral korteksinin(serebral korteks-beyin qabığının ən xarici və inkişaf etmiş təbəqəsi,qırışlarla ibarət qatı) müvafiq sahələrinə və ya aşağı kordaların beyninin örtüyünə ötürülməsinə cavabdehdir. Talamus şüurun səviyyəsini, yuxu proseslərini və uyanıklığı tənzimləməkdə, diqqətin konsentrasiyasında mühüm rol oynayır.
Hipokampüs   uzun və qısa müddətli yaddaşa cavabdehdir.Hərəkətlərimizin davranışa çevrilməsində bir sözlə kimliyimizi ortaya qoyan bir yerdir.Qurluşca dəniz atına bənzədiyi üçün adı buradan götürülmüşdür.Beyin qabığının təkamül baxımından ən qədim hissəsi hipokampustdur.Yeni biliklərin depolanmsında hipokampusun rolu böyükdür.
                                                                 
Limbik sistemin beynin hansı hissələrin əhatə etdiyi hələ də tam olaraq aydınlaşdırılmayıb.Lakin avtonom sinir sistemi və endokrin sinir sisteminin fəaliyyətinin tənzinlənməsində böyük rol oynayır.Xöşbəxtlik ,məmuniyyət.sevinc,həyəcan,kədər,inciklik və qısqanclıq kimi  duyğular adətən gülmə,səsizlik,qəzəb,əsəb və ya ağlama kimi davranışlarla özünü büruzə verir.Bu duyğuların əmələ gəlməsində amiqdalanın önəmli rol oynadığı söylənilir.
Limbik sistemin ayrıca qorxu duyğusu ilə yaxından əlaqəsi var Beləki,digər duyğular öncə serebral korteksə gəlir orada dəyərləndirildikdən sonra limbik sisteme gəlir.Qoxu duyğusu isə birbaşa limbik sistemə gələn yeganə duyğudur.
Limbik sisitemin imbik sistemin əsas funksiyası emosional tənzimləmədir. Əslində tarixən bu sistemə tapşırılan əsas funksiya yalnız duyğuların idarə olunması idi.Eyni zamanda bu sistem bir çox funksiyadan məsuldur. Buraya yaşamaq üçün lazım olanlar daxildir, xüsusilə də hipotalamus barədə danışarkən. Onsuz yaşaya bilməzdik. Bu sistemi meydana gətirən hər hansı bir quruluşa zərər verdiyiniz təqdirdə ortaya çıxa biləcək xəstəliklərə dair bəzi nümunələri nəzərə çatdırsaq məsələnin mahiyyətini anlamaq daha asan olar:
  • Alzheimer: müxtəlif beyin quruluşlarının, xüsusən hipokampusların degenerasiyası nəticəsində istehsal olunur. Digər simptomlar arasında irəliləyən yaddaş itkisinə səbəb olur.
  • Kluver-Bucy sindromu: ikitərəfli amigdala və temporal lobları əhatə edir. Digər simptomlar arasında agnosiya və ya vizual tanınma, hiperseksuallıq və hiperfagiya çatışmazlığı yaradır.
  • Amneziya : Əsasən hipokampusun iştirakı ilə inkişaf edir.
  • Alexithymia: Özünüzün və başqalarının hisslərini ifadə edə və tanıya bilməməyinizlə xarakterizə olunur.
Bu xəstəliklər , digərləri arasında, limbik sistemin əhəmiyyətini göstərir. Yaddaşdan aclığa qədər bunun davranışımıza necə təsir etdiyini görə bilərik. Limbik sistem beynimizdə böyük əhəmiyyət daşıyır.Limbik (emosional) beyin, bir şeyleri öyrəndikdən sonra qısa yol yaradıb onu düüşnmədən avtomatik olaraq hərəkətə keçirməkdir.Məsələn masın sürməyi bilən insan maşın sürən zaman burada necə edərəm,yolu necə keçərəm deyə düşünmür avtomatok,olaraq həyata keçirir.Çünki onu praktik olaraq həyata keçirdiyi üçün düşünməyə ehtiyac duymur.
Mənfi duyğular sinir sistemində toplanır, əgər onları sağaltmasaq,bu yığımları görməməzlikdən gəlsək, emosional partlayışlara səbəb olur.Limbik sistemimizi bu dərinliklərə nüfuz edən qaranlıq hisslərdən, keçmişin xəsarətlərindən xilas etmək, zəruri olmayan nəticələr və kök inanclarını dəyişdirmək, bir sözlə, emosional dünyamızı əqli, fiziki və mənəvi bütövlüyümüzə bərpa etmək olduqca vacibdir.
Əgər komfort zonasını tərk etmək və dəyişməyə qarşı müqavimət göstərmək istəməyən duygusal beynimizin hökmranlığından qurtarsaq, diqqətimizi bizə zərər verən davranışların dəyişdirilməsinə yönəltsək, sağlam bir emosiya dünyasına qovuşa bilərik.
Limbik sistemin işləmə yolu ağrının qarşısını almaq və həzz almaqdır. Bəzi vərdişlərimiz var ki bilirik ki bu vərdişlər bizə zərərlidir,səhv yoldayıq lakin o vərdişlərdən əl çəkmirik və ya çəkmək istəmirik. Bu, "rahatlıq zonası" adlandırdığımız bölgədir, yəni adət halımızdır. Pis vərdişi dəyişdirmək istədiyimiz zaman dəyişməyə imkan verməyən limbik sistem hökmranlığıdır..
Bununla birlikdə, limbik sistem qısa yolları yaratmağı sevir, həm də yaxşı bir vərdişimiz olduqda bizi tətbiq etməyə kömək edir. Bu proseslərdə avtomatik olaraq tərk etmək və keçmək vərdişində nizam-intizam və davamlılıq çox vacibdir. İdeal olaraq, 40 gün ərzində davamlı olaraq və iradə göstərərək istədiyiniz davranışı tətbiq edə və ya tərk edə bilərik.Yetər ki özünüzə əgər yaxşı davranışdırsa ardıcıl olaraq onu 40 gün təkrar edin və ya pis vərdişdirsə etməyin.
Limbik sistemin özü bir neçə sahələrə ayrılır və hər biri də özlüyün bir çox mürəkkəb prosessləri yerinə yetirirlər.
Onlardan bəziləri modulyasiya olunan yaddaş, motivasiya, duyğu və oyaqlıq zövq və bağılılıqların tənzimlənməsində iştirak edən möhkəmləndirmə təkmilləşdirmə mərkəzlərindən biri hesab olunur.
  • Ön cəbhə korteksi dediyimiz hissə isə beynimizi heyvanlardan ayıran rasional hissəsidir. Limbik sistemdə onun vəzifəsi ondan gələn emosional "impulsları" susdurmaq və ya dayandırmaqdır. Bu ,impulsları idarə etmək üçün məsuliyyət daşıyan və digər beyin quruluşlarına nisbətən daha gec inkişaf edən bir quruluşdur.
  • Beynimizin bu hissəsi duyğularımız ilə idarə olunduğundan hisslərimizdə yanıldığımız məqamlar ora bilər,bu zaman doğru qərar vermək üçün limbik beyinə Neocortexin (düşünən beynin )köməyi lazım olur.Hər birmizin ağıl yoxsa ürək  kimi sualın qarşısında aciz qaldığımız məqamlar olub.
Bu məqamda Neocortex tərəfindən doğru qərarın verilməsinin özü də limbik sisteminin  erkən yaşlarında formalaşdırdığı duyğuların məcmüsü ilə əlaqədardır.Çünki beyində gedən bütün bu əlaqələr neyronlar vasitəsilə həyata keçirilir.Beyində 100 milyon neyron var və hər neyron da 10000 digər neyronla əlaqəlidir.Biz 7 yaşına gələnə kimi neyronlar arasındakı əlaqə sabitlənir və biz həyatla əlaqədar yaxşı nədir,pis nədir kimi hisslərimizə dayanaraq bəzi qərarlar verə bilirik.Məhz ona görədə uşaqların 7 yaşına kimi adlıdığı tərbiyə,sosial həyatı ,inancları onların gələcək həyatında verdiyi qərarlarda əsas rol oynayır.Davranışlarımızın formalaşmasında limbik sistem(emosianal beyin)rol oynasa da qərarlarımızın verilməsində isə əsas Neocortex(düşünən beynin )in rolu olur. 

3.Neokortexs(düşünən beyin)-Neokortex isə beynin  ən son inkişaf etmiş hissəsidir,başqa sözlə desək "yeni beyin"dir.Bu hissə beynin məntiq ilə düşünüb,qərar vermə qabliyyətidir.Neokorteks ilk növbədə primatlarda əhəmiyyət qazanmış və insan beynindəki iki böyük ölçüyə(sağ və sol yarımkürələr) çatmışdır. Bu yarımkürələr insan dilinin, abstrakt düşüncənin, təxəyyülün və şüurun inkişafı üçün məsuliyyət daşıyır. Neokorteks çevik və demək olar ki, sonsuz öyrənmə qabiliyyətinə malikdir. Neokorteks insan mədəniyyətlərinin inkişafına imkan verən beynin sayılır.
Neokorteksin ən son inkişaf edən hissəsi icra beyin adlanır. Bu, özünü idarə etmək, planlaşdırma, şüur, rasional düşüncə, maarifləndirmə və dil üçün mexanizmlər təqdim edir. Gələcək, strateji və məntiqi düşüncə və əxlaqla məşğul olur. Köhnə primitiv beyinlərin doğru olmayan fikirlərinə sanki nəzarət edir onu nizama salır,davranışlara maneə törətməyə və ya əyləc etməyə imkan verir.
 Hər 3 beyin bir birilə çoxsaylı əlaqə quraraq fəaliyyət göstərir.Hər bir insan doğulan zaman müəyyən duyğular ilə doğulur,duyğular hərəkərlərimizə və davranışlarımıza təsir edir.Bütün bunlar həm qeyri iradi həm də iradi olaraq baş verir.Limbik sistem duyğularımıza cavabdeh olan hissə olsa da neocortex məntiqi düşünmə ,doğru qərar vermə kimi xüsusiyyətlərə malikdir.
Bir sözlə irsiyyətimizdən,irqimizdən və milliyətimizdən asılı olmayaraq özümüzü "yaxşı "və ya "pis "insan kimi inkişaf etdirmək hər kəsin sadəcə öz əlindədir.Xarakterinizi sizi müəyyən etmir,siz xarakterinizi formalaşdırırsınız!