31 Mart 2020 Salı

Beyin necə işləyir?

İnsan beynin tutumu sonsuzdur,beynimiz 2,5 milyon gb yaddaşa malikdir,nə qədər bililk alarsaq alalım,beyində hər zaman yer vardır.Beyində pozitif feedback  vardır,neqativ feedback yoxdur,yəni stakana nə qədər tutursa o qədər su qoymaq lazımdır,çox olarsa daşar beyin belə deyil,o daşmaz.
Beyin insanın bütün orqanlarını idarə edən1400-1500 qr ağırlığında,su içərisində üzən,1trilyon 100milyard hüceyrədən ibarət bir orqandır.
İnsanın həyatı boyu neyronlar daim inkişafda olurlar. Uzun illər boyunca alimlər sinir toxumalarının və neyronların inkişafını və bərpa olmasını mümkünsüz hesab edirdilər.Ancaq bunun belə olmadığı elmə aydın oldu. İnsan bədəninin digər toxumaları kimi neyronlarda insanın həyatı boyu inkişaf edir.Ancaq o digər hüceyrələrə nisbətən ləng inkişaf edir. Bu fakt beyinin və onun xəstəliklərinin tədqiq olunmasında yeni mərhələ yaratdı.

Beynin  qidalanması və inkişafı üçün daim vitaminə və keyfiyyətli qidaya yağlara ehtiyac duyur. B vitamin qrupu beyin və sinir sisteminin sağlamlığını qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Əks halda depressiya, unutqanlıq və əsəbiliyə yol aça bilər. Qara ciyər, taxıl məhsulları, paxlalılar sinfinə aid olan bitkilər və doşab B vitamininin ən yaxşı mənbəyidir.Tərkibində Omeqa 3 və Omeqa 9 yağları olan məhsullar qan dövranı sisteminin işini yaxşılaşdırır. Bu da beynin də funksiyalarının fəaliyyətini artırır. Odur ki, mütəmadi olaraq balıq və ya qoz yeyin.

İnsanlar arasında formalaşmış fikirə görə sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. İlk olararaq demek olar ki bu sahədə aparılan tədqəqatlar müxtəlif alimlər tərəfindən müxtəlif cür səsləndirilir. Bu tədqiqatlarda alimlərin gəldikləri nəticələr son zamanlar texnalogiyanın inkşafı ilə əlaqədar olaraq dahada genişlənib. Beyin hissələri üzərində aparılan araşdırmalar əvvəlki araşdırmaları ziddiyətli çıxmağa başlayır.Müxtəlif alimlər müxtəlif fikirlər söyləsə də ümumi fikir eyni idi ki, bu da hər iki beynin birgə fəaliyyət göstərməsidir.


Kaliforniya Universitetinin Professoru Robert Ornsteyn bu sahədə apardığı araşdırmada beyinin hər iki tərəfinin müxtəlif funksiyalara malik olub olmadığını praktiki olaraq göstərdi. O araşdırmasında bildirdi ki beyinin sol tərəfi zədələnərsə bədənin sağ hissəsi, sağ hissə zədələnərsə bədənin sol hissəsi iflic olur. Robert Ornsteyn beyinin hər iki tərəfinin birlikdə işlədiyi bildirərək identik beyin fərziyyəsindən çıxış etdi. O beyin hissələrinin hansı funksiyaları yerinə yetirdiyini öyrənmək üçün öz tələbələri ilə birlikdə tədqiqatlara başladı. Müxtəlif tələbələrini müxtəlif sahələrədə sınayaraq onların beyinlərinin hansı hissələrinin aktiv olduğunu müşahidə etdi. Bunun üçün xüsusi aparatdan istifadə edirdi. Məktub və inşa yazmaq, kubikləri düzəltmək, riyazı məsələləri həll etmək, məntiqi təhlil və xəyal etmək kimi müxtəlif sahələrdə beyin dalğalarını izlədi. Belə nəticəyə gəldi ki, sol beyin yarımkürəsi Riyazıyyatməntiq ,ağıl, grammatika, təhlil və yazı, sağ tərəf isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi funksiyalara ayrılır.
                                               

Onun araşdırmalarında oda müəyyən olunmuşdur ki insan beyninin hansı hissəsini daha çox işlədirsə həmin hissə də daha fəal olur. Lakin işlədilməyən hissələr isə geddikcə zəyifləyir. Ona görə də uşaqları böyüdərkən onların müxtəlif sahələrdə beyinlərinin inkşaf etdirilməsinə diqqət yetirilir.
Digər alimlərin fikrincə yaradıcılıq insan beyninin tək bölgəsində yada tək bir hissəsində olması fikri doğru deyildir. İnsan beynin yaradıcılığın hansı dövründə və hansı yaradıcılıqla məşğul olmasından aslı olaraq beyinin mütəlif bölgələri fəaliyyət göstərir. Beyinin müxtəlif bölgələri - həm sağ həmdə solda yerləşən hissələr qarşıya qoyulan məsələni tam olaraq yerinə yetirmək üçün birlikdə fəaliyyət gösdərir. Görülən işlərdən aslı olaraq beyinin müxtəlif hissələri bu işdə aktivlik göstərir. Misal olaraq demek olar ki gözümüzlə hər hansısa həcmi ölçmək və bunu anlamaq beyinin arxa hissəsi aktivləşir. Bu hissə isə müxtəlif hissələr ilə əlaqədədir:Əgər görülən iş dillə bağıldırsa bu zaman : beyinin səsə nəzarət edən Broca bölgəsi, danışıqları anlamağa nəzarət edən Wernicke bölgəsini gösdərmək olar.Ən son olaraq Utah Universitetinin alimləri 2 ilə yaxın araşdırma aparması nəticəsində müəyyən etdilər ki ,insan beyninin hər iki tərəfindən birinin dominantlığı yəni hər hansı bir yarımkürənin digərinə nisbətdə yaxşı işləməsi  bu tərəfin insan üzərində üstün olmasının doğru olmadığı bildirilir. Mindən artıq insan üzərində aparılan tədqiqatlarda nevroloqlar insan beyninin 7 min hissəsini ayrı ayrılıqda incələyir və qeyd edirlər.Bu tədqiqatlar Maqnit Rezonans aparatı vasitəsiyə aparılırdı. Jeff Anderson bu tədqəqatın nəticəsi olaraq bildirir ki, əslində insan funkisyalarının bəziləri insan beyninin yalnız bir hissəsində cəmlənmişdir. Ancaq Anderson bunun yarımkürələrdən hər hansısa birinin daha üsdün olduğu anlamına gəlmədiyini bildirdi.

Beyin haqqında maraqlı faktlar...
-Orta hesabla bir beyin insan çəkisinin 2 %-i qədərdir, amma bu orqan bədəndəki enerji və oksigenin 20 %-ni istifadə edir.
- Beynimizin 73 %-i maye ilə doludur və əgər 2 %-dən çoxu mayesiz qalarsa diqqət, yaddaş, qavrayış hisslərimiz zərər görə bilər.
- Bir araşdırmaya görə, beyindəki məlumat saatda 340 kilometr sürətlə hərəkət edir.Neyronların növü elə də çox deyil və onlarda məlumatın ötürülməsi saniyədə 0.5-lə 120 metr arasında dəyişir.
- Dünyadakı ən böyük beyin balinalardadır. Bu heyvanların beyni 8 kiloqrama qədərdir.
- Beyin enerjisiz və qidasız qalarsa, hüceyrələr bir-birini yeyərək həyatda qalmağa çalışır.
- Mütəxəssislərin tədqiqatına görə, tez-tez təyyarə ilə səyahət etmək baş ağrılarını 6 % artırır.
- Harvard Universitetindəki 7000 beynin saxlandığı araşdırma mərkəzinə gedərək beyinə qarşı olan xüsusi marağı öldürmək mümkündür.
- Gülərkən beynimizdə 5 fərqli bölgə fəal işləyir.
- Araşdırmalara görə, kədərli musiqi səsləndirilən məkanlarda beyin avtomatik olaraq daha çox alış-veriş etməyə köklənir.
- Xroniki stress beynin vaxtından əvvəl yaşlanmasına və zəifləməsinə səbəb olur.
- Elm adamları hesab edir ki, pəhriz saxlamaq beyni daxildən özünü yeməyə məcbur edir.
- Evdə baş verən şiddətli mübahisələrin uşaqların beyninə göstərdiyi təsir ilə müharibələrin əsgərlərin beyninə göstərdiyi təsir eynidir.
-Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur.Hər hüceyrə qlafında isə 70 voltluq enerji var.

-Beyin günortadan fərqli olaraq gecələr daha fəaldır. Beləki, insan yuxuya getdikdə, beyin daha da aktivləşir. Alimlər bunun hələ də, dəqiq səbəbini anlaya bilmir.
-Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə bir o qədər çox yuxu görür. 
-Beyində ağrı reseptorları olmadığı üçün o ağrını hiss etmir. Bütün bunlara baxmayaraq, bu sizi baş ağrılarından xilas etməyəcək. Beyin çoxlu sayda toxuma, sinir və qan damarları ilə əhatə olunduğu üçün ağrıya qarşı həssasdır.
Ən əsas və maraqlı fakt odur ki alimlərin fikrinə görəgələcəkdəbeyinlər arasında bilik alışverişi,hətta  bilik nəqli  də mümkün olacaq.....


Ardı var....

Göbələklərin növləri və çoxalması


                               
Yeməli  Göbələklər
Göbələkərdən qidamazıda da stifadə edilir və dadlı yeməklər və salatlar hazırlanır.Lakin xarıcı görnüşünə görə bəzi zəhərli göbələklər ilə yeməli göbələklər çox oxşayır.Ona görə də göbələkərin yiğimi zamanı ehtiyatlı olmalı,yeməli göbələkləri seçməliyik.Məsələn yalançı tülkü qulağı göbələyinin papağının kənarı hamar,yeməli tülkü qulağının papağının kənarı dalğalı olur .
Və ya şampiyon və solğun əzvay göbələyi də bir birinə oxşardır,lakin şampinyonda papağın altı çəhrayı rəngdə,solğun əzvayda isə ağdır.
Yeməli göbələklərə     
                               

  1. Ağ göbələk                 
  2. Şampinyon
  3. Qırmızı baş göbələk(ağacqovaq)
  4. Tozağacı göbələyi   
  5. Yağlı göbələk
  6. Sarı-qırmızı göbələk
  7. Yeməli tülküqulağı
Zəhərli göbələklər isə aşağıdakılar aiddir.Ən zəhərli göbələk solğun amanita sayılır.
  1. Milçəkqıran
  2. Solğun əzvay
  3. Yalançı tülkü qulağı
  4. Yalançı kötük göbələyi
Coxalması
1.Vegetativ-mitselinin bir hissəsi ilə gedir
2.Qeyri-cinsi-spor və zoospor vasitəsilə gedir(Qeyri-cinsi çoxalma endogen və ekzogen sporlar vasitəsilə də həyata keçə bilir. Endogen sporlar xüsusi ixtisaslaşmış hüceyrələrin – sporangiyaların daxilində yaranır. Ekzogen sporlar və ya konidilər mitselinin xüsusi şişlərinin (konidi daşıyıcıları) ucunda formalaşır. Əlverişli şərait zamanı inkişaf edən spordan yeni mitseli yaranır.)
3.Cinsi-İzo,hetero və ooqomiya usulları ilə(Bəzi göbələklərdə bu proses hiflərin sonunda yerləşən 2 hüceyrənin (erkək və dişi qametlərin) qovuşması nəticəsində baş verir.)

Maraqlı görnüşü ilə fərqlənən göbələklər

 Maraqlı görnüşü ilə fərqlənən göbələklər
1.Entoloma hochstetteri növünün mavi göbələyi göydür Yeni Zelandiyanın və Hindistanın meşələrində yaşayır. Bu mavi göbələklər az miqdarda zəhərlidi. Ona mavi rəngini azulinu piqmenti verib.
2.Biolyuminessentnıy göbələk-yaşıl işıqla işıqlanırlar.
3. Daraq-daraq Yejovik-Daraq-daraq Yejoviki bəzən "meymun başı" adlandırırlar. Bu yeməli göbələk həm sag, həm də ölü ağaclarda artır.O antioksidantnımiyə malik olaraq və qanda qlükozanın səviyyəsini aşağı salaraq ənənəvi Çin tibbində istifadə olunur.
4.Yanlış quzugöbələyi -Gyromitra esculenta növünün quzugöbələyi görünüşcə beyini çox xatırladırlar, yalnız tünd-purpurnoqo və ya qəhvəyi rəngdə olması ilə fərqlənirlər. Bu göbələklər bəzi yerlərdə "göbələk-bifşteks" adlandırılır, çünki onlar düzgün hazırlananda əsil delikatesdir. Əgər siz bu göbələyin hazırlanmasını bacarmırsınızsa onda bu ölümə səbəb olar. Çiy növdə bu göbələklər zəhərlidir.
5."Torpaq ulduzu" göbələyi- ya üç qatın zvezdovik-i göbələk-plaşlara aiddir, müxtəlif yerlərdə bütün dünyada tapmaq olar. Bu qeyri-adi göbələk torpaqdan baş qaldıran kimi öz görkəmini dəyişir.
Bəzi hindi tayfalarında bu göbələk öz dərman xüsusiyyətləriylə məşhurdur, həmçinin mövhumata əsasən o qarşıdakı təbii hadisələri qabaqcadan xəbər verir.
6."Qanayan diş" göbələyi--Pekin Qidnellum-u və ya "qanayan diş" göbələyini adlandırırlar, Sakit okeanın şimal-qərb hissələrində və mərkəzi Avropada iynəyarpaqlı meşələrdə tez-tez rast gəlinir.Göbələkdən ayrılan parlaq qırmızı maye qanı xatırladır. Əslində bu göbələk zəhərli deyil, amma yırtıcıları və insanları çox acı dadı ilə qorxudur. "Qan"a gəlincə analiz göstərdi ki bu maye atromentin antikoaqulyantını özündə saxlayır.

7. İt Mitinus-u--, mitinusanın tünd təpəsi həşəratları cəlb edir və pişik ekskrementlərini xatırladan qoxuyla fərqlənir.Göbələklər ola bilər ki, yeməlidir, amma onları qidada istifadə etməyi məsləhət görmürlər.

Göbələklər qidalanması

Göbələklər qidalanmasına görə 3 qrupa bölünür.
1.Parazit göbələklər

Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi papazit həyat keçirir .Belə göbələklərdən biri də "Plazmapola - Vitikola "dır. Bu papazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar.
Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır.Ümumilikdə götürsək parazit göbələklərə aşagıdakilar aiddir.

  • Qov göbələyi
  • Plazmapola-Vitukola
  • Sürmə 
  • Kartof göbələyi
  • Çövdar mahmızı
  • Pas göbələyi
  • Dəri göbələyi

2.Simbiotik göbələklər

Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi , çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk , küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar . Bu göbələklər bitki tərəfindən çətin mənimsənilən humus maddəsini mənimsəməyə kömək edir,əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni, oksigeni azotsuz birləşmələri kök vasitəsilə ötürür.Simbiotik göbələklərə mikoriza misal ola bilər.Mikoriza-göbələk tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir.Bu hadisə 1971 ci ildə F.M.Kamenski tərəfindən aşkar olunub.

3.Saprotrof göbələklər 

Göbələklərin 3/4 hissəsi saprotrofdu.Bunlara aşağıdakılar aiddir.

  • Papaqlı göbələklər
  • Pensil göbələyi
  • Kif göbələyi
  • Maya göbələyi

Göbələyin faydası


Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.Bundan əlavə göbələklər xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir. 

Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Göbələklər haqqinda ümumi məlumat

                                               
Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 1,5 milyona qədər növü var.
Göbələklər 3 şöbəyə ayrılırlar.
1.Həqiqi göbələklər
2.Oomisetlər
3.Şibyələr
Həqiqi göbələklər də 2 yerə ayrılır.
1.İbtidai( İbtidai göbələklərin mitselisi birhüceyrəli)
2.Ali     (ali gobələklərin mitselisi coxhüceyrəlidir)
Göbələklərdə xlorofil,nişasta  olmur.Onların hüceyrəsində 1 və ya 1 neçə nüvə olur yəni eukariotdurlar. Onlar mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür.Göbələklər bəzi xüsusiyyətlərinə görə bitkilərə(daim böyüməkləri,sporlarlarla çoxalmaları,qidanı sormaları),bəzi xüsusiyyətlərinə görə isə heyvanlara (xitin və melaninə malik olması) oxşasalarda onla nə bitki nə də heyvandır.Ona görə onları ayrıca aləm kimi təsnif edirlər.

Göbələklərin heyvanlara oxşar xüsusiyyətləri


  • heterotrofluq;
  • hüceyrə divarının tərkibində xitin maddəsinin olması (bu buğumayaqlıların xarici skeletində rast gəlinir);
  • hüceyrələrdə xloroplastın və fotosintetik piqmentlərin olmaması;
  • ehtiyat maddə kimi qlikogenin toplanması;
  • metabolizm məhsulu olan sidik cövhərinin yaranması və ifrazı 
Göbələklərin bitkilərə oxşar xüsusiyyətləri
  • Aydın təzahür edən hüceyrə divarı
  •  vegetativ vəziyyətdə hərəkətsizlik
  • sporlarla çoxalması
  • vitaminlər sintez etmək qabiliyyəti
  • qidanı sormaqla (adsorbsiya) qəbul etməsi


Göbələklərin əsas xarakterik əlamətləri bunlardir:
  • Göbələklərin əksəriyyəti kökü əvəz edən mitseli, gövdə və papaqcıqdan ibarətdir.
  • Onların hamısı sporla çoxalır.
  • Papağın alt hissəsində sporangilər yerləşir.
  • Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır.
  • Göbələklərin ömrü çox deyil.
  • Göbələk kölgəsevən canlılardır.
  • Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlılardırlar .Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.
  • Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər və bu xassə onları bitkilərə bənzəyir.
  • Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunub.
  • Göbələklər daim böyüyürlər.
Göbələklər olduqca müxtəlifdir. Onlar bir-birindən quruluşuna, ölçülərinə, yaşadığı yerə, fizioloji funksiyalarına görə fərqlənir. 20 – 26 0C-də yaxşı böyüyüb inkişaf edir. Bu canlılar təbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışlar. Onlara suda, torpaqda, ölü üzvi toxumalarda da rast gəlmək mümkündür. Bəzi göbələk növləri bitki, heyvan və insan toxumalarında parazitlik edir. Hesablamalara görə, meşə döşənəyinin biokütləsinin 78 – 90 %-i göbələklərin payına düşür

Göbələyin meyvə cismi (miseli) – nazik, şaxələnmiş böyüyən və yanlara şaxələnən uc saplar (hif) sistemindən ibarətdir. Başqa sözlə, hiflərin məcmusu miseli yaradır. Hər bir hif çoxnüvəli hüceyrələrdən ibarət nazik və sərt xitin (azot tərkibli polisaxarid) divarla əhatə olunmuşdur.
Miselinin quruluşu
Göbələklərdə miselilər arakəsməsiz (septasız) və arakəsməli (septalı) olur. İbtidai göbələklər (xitridiomitsetlər, oomitsetlər və s.) əsasən septasız, ali göbələklər isə septalı olur.
Göbələklər göbələyəbənzər orqanizmlərə (selikli göbələklər, oomisetlər və s.) və əsl göbələklərə (kisəli və bazidili) ayrılır. İbtidai göbələklər birhüceyrəli orqanizmlərdir. Onlar çoxlu nüvəyə malik olan tamamən bir hüceyrədən ibarət olur. Ali göbələklər çoxhüceyrəli orqanizmlərdir.
Göbələklər digər orqanizmlərlə simbioz yaşaya bilir. Məsələn, onlar yosunlarla və ya sianobakteriyalarla simbioz əlaqə yaradıb, şibyələri əmələ gətirir. Onlar ali bitkilərin köklərinə sarılaraq hiflər vasitəsilə onlara daxil olur və mikoriz (yun. miko – göbələk, rizo - kökadlanan struktur (kök + göbələk) yaradır.
Mikoriz strukturu – göbələklərin ağac kökləri ilə simbioz əlaqəsi
Bu cür simbioz bitkilərin fosfatlara olan tələbatını ödəyir. Məsələn, yerüstü bitkilərin 80%-i və bir çox kənd təsərrüfatı bitkiləri Glomus versiforme göbələyi ilə simbioz formalaşdırır. Bu göbələk onların köklərində yaşayaraq bitkilərə fosfatları və qidalı mineral maddələri rahat mənimsəməyə imkan yaradır. Göbələk isə bunun müqabilində ağacdan üzvi maddələr alır. Onlarda fotosintez olmadığından üzvi maddələri sintez edə bilmir. Məhz bu səbəbdən bir çox qiymətli göbələkləri süni surətdə yetişdirmək mümkün olmur.
Bu aləmin nümayəndələri arasında həm birhüceyrəli (mikroskopik), həm də çoxhüceyrəli (ali) göbələklərə rast gəlinir.

26 Mart 2020 Perşembe

Vaksinlərin həyatımızda rolu...

Vaksin bir bioloji maddədir ki insanin bədəninin müqavimətini xəstəliklərə qarşi qüvvətləndirir.
Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır. Qədim dövrlərdən müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən, bu xəstəliyə daha tutulmur və ya xəstəliyi yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı belə şəxslərdən müəyyən qruplar yaradılırdı və onlar xəstələrə qulluq edirdilər.
"Vaksin" sözü fransızca "vacca - inək" deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. Cenner ilk dəfə olaraq insanları təbii çiçəkdən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Lui Paster onun davamçısı olmuş və diri mikrobları zəiflətməklə onların təbii antigenliyini zəiflədərək, onlardan vaksin hazırlamışdır. Bu məqsədlə o, yüksək temperaturdan isdifadə etmiş və buradan da "pasterizasiya" termini əmələ gəlmişdir. Toyuq vəbası, quduzluq və qarayaraya qarşı vaksinlər təklif etmişdir.Bir elm kimi immunologiyanın əsasları 1891-ci ildə məşhur fransız alimi Lui Paster tərəfindən qoyulub. Alim öz kəşfini dahiyanə bir prinsiplə ifadə edib: “Əgər mikrobun zəhərliliyini azaltsaq, o özünün törətdiyi xəstəliyə qarşı mübarizə vasitəsinə çevrilə bilər”.Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. “İmmunitet” termini isə rus alimi İ.İ.Meçnikov və fransız mikrobioloqu L.Paster tərəfindən təklif edilmiş və mənası latın dilində olan “immunis” sözündəndir. Qədim Romada bəzi dövləti mükəlləfiyyətlərindən azad edilmiş şəxslər belə adlandırılıdı.
Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq XX əsrin ortalarından etibarən, ingilis alimi P.Medavrın apardığı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, immunitet insan orqanizmini onun üçün qenetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur. Beləki insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.
Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən Vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır.
Müasir dövrdə vaksinin bir neçə növü var.

  • Hər hansı bir peyvənd vurulandan sonra orqanizmdə daxil olan vaksinə qarşı immunoloji proseslər getməyə başlayır və həmin xəstəliyin əleyhinə immunitet, yəni müdafiə yaradır. Yaranan immunitetin davamlılığı və gərginliyi bir çox amillərdən asılıdır. Həmin amillər sırasına peyvəndin vurulma sayı, peyvəndlər arasındakı vaxt intervalı, peyvəndin keyfiyyəti, ən əsası isə uşağın vaksinasiyasından əvvəlki və sonrakı sağlamlıq durumu daxildir. Uşağın səhhətində problemlər olarsa, immunitetin davamlılığı və gərginliyi aşağı düşə bilər. Ona görə də yalnız sağlam uşaqlar peyvənd olunmalıdır. Peyvənd günü uşaqlar ciddi şəkildə həkim müayinəsindən keçməli, bədən temperaturu mütləq ölçülməli, ağciyərlərə qulaq asılmalıdır.
Peyvəndlərin növləri:
Əzələ daxilinə 
  • AGDT (difteriya, göyöskürək və tetanus əleyhinə)
  • ADT (difteriya və tetanus əleyhinə)
  • pentavaksin (difteriya, göyöskürək, tetanus, haemofil infeksiyası, hepatit B əleyhinə), 
  • pnevmokok, hepatit B və inaktivləşdirilmiş poliomielit vaksinləri, 

Dəri altına

  • QPM vaksini (qızılca, parotit və məxmərəyə qarşı), 

Dəri içinə

  • Vərəm əleyhinə BCG peyvəndi, 

Ağızdan

  •  OPV (oral polimielit vaksini) qəbul edilir. 
Çox təəssüf ki əhali arasında peyvəndin vurulması haqqında təzadlı fikirlər var ,bəziləri bunun doğru ,bəziləri isə yalnış olduğunu düşünür.Müasir dövrdə peyvəndin tədbiq olunması həkim pediatr tərəfindən müəyyən olunur. Pediatr həkimlər uşağın vəziyyətinə əsasən istiqamət alırlar. Cədvələ əsasən uşaqlara olunan peyvənd 14 yaşa qədəridir.
Böyük yaşlarda artıq 10 ildən bir difteriyaya və tetanusa qarşı peyvəndlər olunur.Peyvənddən öncə uşağı həkim müayinə etməlidir. Yalnız tam sağlam olmayan zaman uşaqlar peyvənd olunmaya bilər. Peyvənddən sonra əsasən heç bir narahatlıq olmur. Bəzi hallarda temperatur yüksəkliyi ola bilər. Bu normal hal qəbul olunur. Yox, əgər uşaqda başqa simptomlar aşkarlanırsa bu zaman mütləq həkimə müraciət etmək lazımdır.