20 Ocak 2018 Cumartesi

Çiçək qrupları

                                    Çiçək qrupları
                             

Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir çobanyastığı,alma,gilas,inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.Qrupda olan çiçəklər xırda olur.Çiçəklərin qruplara toplanması tozlanma üçün əlverişli uyğunlaşmadır.Çiçək qruplarında çiçəyin miqdarı bir neçə ədəddən bir neçə minədək olur.Çiçək qruolarının ölçüləri də bir neçə sm dən bir neçə metrədək olur.Çiçək qruplarında əsas və yan oxlar olur.Çiçəklər əsas oxda yerləşərsə sadə çiçək qrupuna,yan oxda yerləşərsə mürəkkəb çiçək qrupuna malik olur.
Sadə çiçək qrupları.
Sadə çətir-çiçək oxu qısadır,çiçək saplaqları eyni uzunluqda olub,bir nöqtədən çıxır.(alma, albalı,söğan)
Sadə salxım-əsas oxu uzun olur,çiçəklər bərabər uzunluqda olan saplaqlar üzərində düzülürlər.(qarağat,inciçiçəyi.atşabalıdı)
Sadə sünbül-uzun əsas oxun üzərində çiçəklər saplaqsız düzülürlər.(bağayarpağı)
Səbət- qısalmış əsas ox üzərində çiçəklər saplaqsız yerləşir.Xaricdən sarğı adlanan yaşıl  yarpaqla əhatə olunub.(günəbaxan,zəncirotu)
Qalxan-müxtəlif uzunluqda saplağa malik çiçəklər ümumi oxa birləşir.(armud)
Başcıq-çiçək oxu qısadır,çiçəklər ya çox kiçik saplaqlarla ya da saplaqsız vəziyyətdə oxa birləşir.(qara yonca)
Qıça-çiçək oxu yoğun və lətlidir,çiçəklər saplaqsız yerləşir.(salxım çiçək qrupuna bənzəyir) (qarğıdalı)
Süpürgə-əsas oxdan yan oxlar çıxır və onların üzərində çiçəklər yerləşir.(vələmir ,çəltik)


Mürəkəb çiçək qrupları

Mürəkkəb çətir-əsas ox üzərində bir neçə sadə çətir yerləşir
Mürəkkəb sünbül-əsas ox üzərində bir neçə sadə sünbül yerləşir(arpa ,buğda,çovdar)
Mürəkkəb salxım-əsas ox üzərində bir neçə sadə salxım yerləşir(üzüm,zirinc)