23 Eylül 2017 Cumartesi

Canlıların əsas həyat xassələri

Canlılar aləmi 4 qrupa bölünür.

  1. Bitkilər aləmi- Bu aləmi öyrənən elm Botanika adlanır.
  2. Heyvanlar aləmi-Bu aləmi Zoologiya elmi öyrənir.
  3. Göbələklər aləmi- Bu aləmi Mikologiya elmi öyrənir.
  4. Bakteriyalar aləmi-Bu aləmi Bakteriyalogiya elmi öyrənir.
Canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır.

  • Maddələr mübadiləsi-Maddələr mübadiləsinin əsasını orqanizmdə üzvi maddələrin sintezi — assimilyasiyaüzvi maddələrin parçalanması, yəni dissimilyasiya prosesləri təşkil edir. Orqanizmin hər bir hüceyrəsi, orqanı, ümumiyyətlə, bütün orqanizm fasiləsiz olaraq maddələr mübadiləsi prosesində iştirak edir. Maddələr mübadiləsinin daim baş verməsi həyat fəaliyyətinin vacib şərtlərindən biridir.Maddələr mübadiləsinin əsasını qidalanma,tənəffüs və ifrazat prosesləri təşkil edir.                        
  • Çoxalma qabliyyəti-Həyatın fasiləsiz mövcudluğu üçün orqanizmlərdə özünütörətmə qabiliyyəti (çoxalma) yaranmışdır. Bu, əsasən, irsiyyət sayəsində mümkün olur və valideyn özünə oxşar nəsil törədir. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu oxşarlıq tam olmur və dəyişkənlik yaranır.   
  • Hərəkət qabliyyəti- canlıların əsas  xüsusiyyətlərindən biri də hərəkət etmə, yerdəyişmə qabliyyətinin olmasıdır.İstənilən canlıda sitoplazmanın hərəkəti baş verir.Bitkilərdə bu prosess passiv halda ,heyvanlarda isə aktiv halda müşühidə olunur.                                                                                                                       
  • Böyümə qabliyyəti-Bütün canlı orqanizmlər üçün böyümə və inkişaf səciyyəvidir. Böyümə orqanizmin kütlə və ölçücə artmasıdır. Bitkilər bütün ömrü boyu, heyvanlar isə müəyyən dövrə qədər böyüyür.                                                                                             
  •  İnkişaf etmə qabliyyəti-İnkişaf orqanizmin keyfiyyət dəyişkənliyidir.                                 
  • Qıcıqlanma qabliyyəti-Canlının ən başlıca xüsusiyyəti qıcıqlanma olub, xarici mühitin təsirinə qarşı orqanizmin cavabvermə xüsusiyyətidir.                                                                                                         
  • Uyğunlaşma qabliyyəti-Həyat tərzi ilə əlaqədar orqanizmin quruluşunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir və canlı sistem müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır (adaptasiya edir). Mühitə uyğunlaşma canlıların əsas xüsusiyyətlərindəndir.                                                                                
  • Tarixi inkişafı-Canlı aləm yarandığı gündən sadədən mürəkkəbə doğru inkişafda olmuş və indii də davam edir. Canlıların tarixi inkişaf prosesi təkamül adlanır.

Canlılar ilə cansızların oxşar xüsusiyyətləri.

Həm canlılar, həm də cansızlar kimyəvi tərkibcə yaxın olub, eyni kimyəvi elementlərdən təşkil olunmuşlar. Lakin canlılarda bunlardan əsasən 4 element — oksigen, karbon, azot və hidrogen üstünlük təşkil edir.

7 yorum: