17 Mart 2023 Cuma

Biotexnologiya

  • İlk dəfə 1675-ci ildəİlk dəfə 1675-ci ildə Antoni van Levenhuk mikroorqanizmlərin təsvirini vermiş və mikrobiologiyanın təsviri dövrünün əsasını qoymuşdur.  təsvirini vermiş və mikrobiologiyanın təsviri dövrünün əsasını qoymuşdur.  
  • Mikroorqanizmlər insan həyatında mühüm rol oynayır. Onların bir çoxu sənaye və təbiətin müxtəlif sahələrdə istifadə olunan maddələr yaradır.
  • Yeyinti sənayesinin çörəkbişirmə,spirt istehsalı,şərabçılıq mikroorqanizmlərin fəaliyyətinə əsaslanmaşdır.İnsan sağlamlığı üçün zəruri olan vitaminlər bitki və bəzi mokroorqanizmlər tərəfindən hazırlanır.Eyni zamanda xəstəliklərin müalicəsində istifadə olunan antibiotik də bəzi mikrob və göbələklərin həyat fəaliyyəti məhsuludur.İnsan tərəfindən istifadə olunan bu və ya digər məhsullar  onları sintez edən mikroorqanizmlərin ştammlarından seçmə yolu ilə alınır.
  • Mikroorqanizmlər irsi dəyişkənlik (mutasiya) xassəsinə malikdir.Bu xüssiyyətlərini nəzərə alaraq insanlar onlara rentgen şüaları və kimyəvi maddələrin təsiri ilə  mikroorqanizmlərin irsi dəyişkinliyini on və yüz dəfələrlə yüksəldərək yüksək məhsuldar ştammlar əldə edirlər.

Ən mükəmməl bioloji proseslərə əsaslanaraq insana lazım olan maddələrin istehsal olunması prosesi biotexnologiya adlanır.


Hazırda yeni biotexnologiya (biomühəndislik) – gen mühəndisliyi, yəni geni dəyişdirilmiş bitki, heyvan və mikroorqanizmlərin yaradılması və istifadə texnologiyalarına dair elm sahəsi formalaşmışdır. 

Biotexnologiya sahəsində XXI əsrdə gözlənilən nailiyyətlər:

 İnsanların irsiyyəti ilə bağlı bir çox xəstəliklərə səbəb olan genlərin sağlam genlərlə dəyişdirilməsi nəticəsində xərçəng, qan təzyiqi, şəkərli diabet, cırtdanboyluluq və s. xəstəliklərin qarşısının alınması;

 Qocalığa səbəb olan genlərin nəzarət altına alınması və ya dəyişdirilməsi nəticəsində uzunömürlülüyün yaranması (1996-cı ildən başlayaraq hələ ana bətnindəki rüşeymin ilkin inkişafına əsasən insan ömrünün nə qədər olacağının təxmin edilməsi sahəsində ciddi tədqiqatlar aparılır);

 Bir canlıda olan əlamətlərin meydana çıxmasını təmin edən genlərin digər orqanizmlərə köçürülməsi nəticəsində onda olan qüsurlu əlamətlərin aradan qaldırılması, bəzi yeni xüsusiyyətlərin isə qazandırılması (məsələn, əgər C vitaminini qaraciyər sintez edərsə, qidada onun olması vacib olmayacaqdır);

 Bitki və heyvanlarda məhsuldarlığın artırılması və bir çox maddələrin sintezinin məhz mikroorqanizmlərin payına düşməsi;

 Genlərin dəyişdirilməsi nəticəsində transgen orqanizmlərin meydana çıxması;

 Yeni texnologiyaların tətbiqi nəticəsində toxuma və orqanların bərpası.

 




Canlı orqanizmlərdən istifadə etməklə sənaye üsulları ilə insana lazım olan məhsulların alınması biotexnoloji proseslərlə həyata keçirilir. Biotexnoloji proseslər nəhəng qurğular olan bioreaktorlarla (ferminter) həyata keçirilir. Ferminterlərdə bakteriyalar, maya göbələkləri, aktinomisetlər və s. xüsusi qidalı mühitdə yetişdirilərək müxtəlif zülallar, fermentlər, dərman preparatları alınır. Bəzi bakteriyalar metalları oksidləşdirməklə onları həll ola bilən birləşmələr şəklinə salır. Bu proseslər zamanı çox vaxt zərərli tullantılar, əsasən, zəhərli qazlar alınır.




Gen mühəndisliyinin əsas məqsədlərindən biri zülal sintez edən hüceyrələr almaqdır. Hazırda genotipə yeni gen daxil etməklə hüceyrənin heç vaxt sintez etmədiyi zülalı sintez etməsinə nail olunmuşdur. Sənayedə bağırsaq çöplərinə insulin sintezini təmin edən gen daxil edilir və onlar insulin sintez edirlər. Bağırsaq çöpü bakteriyaları - interferonlar (virusların çoxalmasının qarşısını alan zülallar) və somatotropin (böyüməni təmin edən zülal) alınmasında mühüm rola malikdir.


  • Başqa bitki, yaxud heyvan növlərinin geni köçürülən və müvəffəqiyyətlə fəaliyyət göstərən bitki növlərinə transgen bitkilər deyilir. 
  • Genköçürmə əməliyyatı ona görə aparılır ki, respiyent bitki insanın istədiyi xassələri özündə cəmləşdirsin, yəni viruslara, herbisidlərə, bitki ziyanvericilərinin və xəstəliklərin təsirinə yüksək dərəcədə davamlı olsun. 
  • Geni dəyişdirilmiş bitkilərdən alınan qida məhsullarının dadı yaxşılaşdırılır, görünüşü qəşəng olur və uzun müddət saxlanıldıqda korlanmır. Belə bitkilər özlərinin təbii analoqlarına nisbətən daha zəngin və stabil məhsul verir. 
  • Genetik dəyişdirilmiş məhsul almaq üçün laboratoriya şəraitində müəyyən bir orqanizmdən götürülmüş gen digər bir orqanizmin hüceyrəsinə köçürülür. Məsələn, pomidorun və çiyələyin şaxtaya davamlılığını artırmaq üçün onların hüceyrələrinə şimal dənizlərində yaşayan balıqların genlərini yeridirlər. 
  • Qarğıdalını ziyanvericilərdən qorumaq üçün onun hüceyrəsinə ilan zəhərindən alınmış aktiv gen köçürürlər.
  •  Qaramalın tez kökəlməsi üçün ona dəyişdirilmiş boy maddəsi vururlar. Yazılanlara görə, bu zaman qaramalın südündə artan hormonlar xərçəng xəstəliyi törədə bilir. 
  • Paxla fəsiləsindən olan soya bitkisinə ziyanvericilərin təsirinin qabağını almaq üçün hüceyrəsinə petuniya deyilən çox zəhərli çiçəyin genini, habelə bəzi viruslar və bakteriyalar vururlar.
  •  Donuzların yaxşı inkişafını təmin etmək üçün onlara insan geni köçürülür. 
  • Soya qaramal yeminin və qida məhsullarının təqribən 60 faizinin əsas komponentlərindən biridir.

                                Biotexnologiya elminin faydaları



                           Biotexnologiya elminin zərərləri