24 Eylül 2017 Pazar

İnsanın təkamülü

İnsanın yaranması və təkamülü haqqında həmişə təzadlı fikirlər olmuşdur.Elm adamları daha doğrusu təkamülçü alimlər və din xadimləri məsələyə hərə öz aspektindən baxaraq öz bilik çərçivəsinə uyğun  cavab vermişlər.
Mən ilk olaraq təbii ki elmi araşdırmaları diqqətinizə çatdırmaq istəyirəm.Sonda isə dinlə bağlı bir neçə məqamı sizlərə təqdim edəcəm ...

Bildiyimiz kimi ilk dəfə  K.Linney insanı pirimatlar dəstəsində yerləşdirmişdir.Təkamül nəzəriyyəsinə görə primatlar dəstəsi isə Mezazoy erasının Tabaşir dövründə kiçik cücüyeyən məməlilərdən başlanğıc götürmüşlər.

İnsanla heyvanların oxşar xüsusiyyətlərini sübut edən dəlillər

  • Hər ikisinin inkişafının mayalanmış yumurtadan başlaması
  • Balıqlarda olduğu kimi biraylıq insan rüşeymində 2 kameralı ürək,3 cüt qəlsəmə yarığı,quyruq arteriyası və qovuq şəkilli beyinin olması.
  • Amfibilərdəki kimi barmaqları arasında üzmə pərdəsinin olması.
  • Sürünənlərdəki kimi 1,5-3 aylığında onurğanın quyruq hissəsi yaranır,lakin sonradan reduksiya uğrayır və büzdüm sümüyü şəklində qalır.
  • Sabit bədən tempuraturu olmayan heyvanlardakı kimi  yeni doğulan və hətta 5 yaşadək uşaqlarda zəif istilik tənziminin olması
  • İbtidai məməlilərdə olduğu kimi dölün beynində də qırışlar olmur və kloakaya malik olur.
  • 6 həftəlik rüşeymdə bir neçə süd vəzisi olur
İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabəznzər meymunlardır.
İnsan və insanabənzər meymun arasında olan oxşarlıqlar
  • Mimiki əzələlər
  • 4 əsas qan qrupunun (O,A,B,AB)olması
  • Yüksək inkişaf etmiş sinir sistemi,yaxşı yaddaş olması.
  • Barmaqlar üzərində yastı dırnaqlar olması.
  • 12-13 cüt qabırğa,5-6 oma fəqərəsi olması
  • 32 daimi dişin olması.Azı,kəsici və köpək dişlərinin sayı.
  • Ümumi parazitlər ( baş biti) və xəstəliklər ( qrip,vəba,çiçək) olması
  • Sevinc və kədər hissi,nəsil qayğısına qalma.
İnsanabənzər meymunlar
İnsana ən yaxın olan insanabənzər meymunlar Qorilla,Şimpanze,Hibbon və Oranqutandır. Bunlar içərisində ən çox  insana şimpanze( zülallarının 99% oxşarlığı)oxşar olduğu sübut olunub.Onlarda xromosom sayı isə 48 dir.Digər meymunlar da müəyyən xüsusiyyətləri ilə oxşardır.
  • Qorillaümumi bədən nisbətlərinə görə,çanaq,bilək,pəncənin qurluşu
  • Şimpanze-kəllənin quruluşu və ətrafların ölçülərinə görə.
  • Oranqutan12 cüt qabırğasına görə
  • Hibbon-hamar formalı başı və yastı döş qəfəsinə görə.
Atavizmlər və rudimentlər də heyvanla insanın oxşarlığını sübut edən dəlillərdən biridir.
Rudiment və Atavizimlər
İnsanın heyvanlarla qohumuluğunu sübut edən digər dəlillər rudiment(Lat.-qalıq) və atavizimlərdir(lat.əcdada qayıtma).
Rudiment-təkamülcə öz ilkin əhəmiyyətini itirmiş qalıq orqandır.
Rudiment orqanlar özü də 3 qrupa ayrılır:
1.Tam yox olanlar
2. Bədənimizdə olan və fəaliyyət göstərməyənlər
3. Yeni funksiya əldə edənlər

Hal-hazırda insan bədənində 100-ə qədər rudimentin olması aşkar edilmişdir. Aşağıda onlardan bəzilərinə nəzər yetirək:



  • Appendiks 
  • Ağıl dişləri 
  • Büzdüm sümükləri ,
  • Üçüncü göz qapağı ,
  • Qulaq seyvanı əzələləri
  • Badamcıq vəziləri
  • Kişilərdə süd vəziləri
Bəzən insanlar əcdadlarının müxtəlif əlamətləriylə,yəni atavizmlərlə doğulması halları da məlumdur.Atavizm(lat :əcdada qayıtma)lərə misal olaraq quyruğun olması,sıx tük örtüyü və çoxməməliliyi  göstərmək olar.
                

                                             İnsanın təsnifatda yeri
                                     
İndi isə keçək məsələnin dini tərəfinə...
QURANI KƏRİMDƏKİ BİOLOJİ FAKTLAR  TƏKAMÜL NƏZƏRİYYƏSİNİ İNKAR YOXSA TƏSDİQ EDİR?
Bilirik ki yer uzərində həyat 4-4.5 miyard il bundan qabaq yaransada İlk bitkilər təxminən 3 milyard il  qabaq,heyvanlar isə 1,5 milyard il qabaq yaranmişlar.Yer üzərində yaşayan ilk canlilar müxtəlif şəkildən şəkilə düşərək inkişaf etmişlər və nəhayət canlilarin ən ali formasi insan əmələ gəlmişdir.Təkamül nəzəriyyəsində verilmiş bu fikirlər demək olar ki müqqəddəs kitabimiz Qurani Kərimdə də oz təsdiqini tapmisdir.
Nuh surəsinin 14 cu ayəsində deyilir:-Bir şəkildən başqa şəkilə sala-sala(mərhələlərlə)sizi yaratmişdir o axi:
Darvin nəzəriyyəsi yarandiğı gündən bu gunə kimi ona olan münasibət bir mənali olmayib,bu nəzəriyyə haqqinda az bir məlumata malik olan insanlar belə  ona qarşı cixirlar,oz etirazlarini bildirirlər.İnsanlarda bu aqresiyasina səbəb isə Darvinin insanin meymundan əmələ gəlməsi”fikri olmusdur.Darvin bunu meymunla insan orqanizmində olan oxşarliqla əlaqələndirirdi .Əslində Darvin insanın meymundan əmələ gəlməsini deyil,insan və insanabənzər meymunların eyni başlanğıcdan əmələ gəldiyini söyləmişdir.Təkamülün sadədən mürəkkəbə doqru getdiyini düşünsək bu fikri qəbul etmək olar.
  İstər təhsil aldiqim istərsə də Biologiya fənnndən Təkamül nəzəriyyəsini kecdim zaman bu fikirlər məni həmişə tərəddüdə salib və düsündürüb.-Doğurdanmi insan meymundan əmələ gəlib?
   Qurani Kərimdə Əl –Əraf surəsinin165-166 ci ayələrini oxuduqdan sonra,məndə yeni sual yarandi.
Bəlkədə insan meymundan deyil,əksinə meymun insandan yaranib?Əlbəttə ki həm psixoloji həm də fiziki cəhətdən həyat sadədədən mürəkkəbə doğru inkişaf etdiyindən,bunun əksinə olması yəqin ki,qəbul edilməzdir.Çox ehtimal ki Darvin də elə nəzəriyyəsini bu fikir əsasında qurmuşdur.Əlbəttə indiki müasir insanlar ilə ilk insanlar arasında həm fiziki,həm də əqli cəhətdən fərqlər var.
Əl-Əraf surəsi 165 ci ayə-“Onlar(baliq ovlayanlar)özlərinə verilən öyüdləri unutdukları zaman biz də(onları) pislikdən çəkindirənlərə nicat verdik,zülm edənləri isə itaətdən cixdiqlari,günah işlətdikləri üçün şiddətli əzabla məhv etdik.

166 ci ayə-“Qadağan olunduqlari (balıq ovuna)saymazyana münasibət bəslədikləri vaxt onlara :həqir zəlil meymunlar olun !”- deyə əmr etdik.
   Həmin tayfa yer üzərinə səpələnmş və insanlar kimi müxtəlifləşmişlər,indiyə kimi də meymun olaraq qalirlar.
 Qurani Kərimin  ayələrində olan fikirlərin bir coxu müasir elmimizin inkişafi nəticəsində  oz elmi təsdiqini tapib və bu davam etməkdədir.
                                  Dini məlumatlar - mənbə:Hacı Əyyub Heydərov
                                  X.Q.Qənbərov "Quranda olan bioloji fikirlər"kitabı



Qidalanma və Aclıq

 Canlıların əsas həyat xassələrindən biri  maddələr mübadiləsidir.Maddələr mübadiləsini əsas tərkib hisssələrindən biri isə qidalanmadır.Canlılarda qidalanma 2 tipdə baş verir.
      





Sağlam həyat tərzi keçirmək üçün əsas şərtlərdən biri də düzgün qidalanmaqdır.İnsan gün ərzində 3-4 dəfə qidalanmalıdır.Bu insanın gündəlik normal fəaliyyəti çox vacibdir.Gündəlik qida rasionuna zülallar,yağlar, karbohidratlar, vitaminlər və minerallar daxil edilməlidir.Səhər yeməyi 30%,nahar yemeyi 50%, şam yeməyi isə gündəlik yeməyin 20% in təşkil etməlidir.Düzgün qidalanma rejiminə əməl etmədikdə və orqanizm üçün lazım olan qidaları qəbul etmədikdə orqanizmdə piylənmə,ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təziqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, prostat və s. kimi xəstəliklər əmələ gəlir


Düzgün qidalanmanın əsas şərtləri aşağıdakılardır.

  • Sağlam və geni dəyişdirilməmiş qidalardan istifadə etmək
  • Qidanı  az miqdarda və tam çeynənilmiş şəkildə qəbul etmək.
  • Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul etmək
  • Qidada daha çox meyvə tərəvəzlərdən ,dəniz məhsullarından, ağ ətdən istifadə etmək.
                               

Bəzən insanlar köklükdən əziyyət çəkirlər bu zaman isə ac qalaraq ,dietalar edərək arıqlamağa çalışırlar.Lakin nəticədə orqanizmə bəzən istəmədən zərər yetirə bilirlər.Beləki, düzgün qidalanmama kimi ,acqalma da orqanizm üçün təhlükəli sayılır.                  
Uzunmüddətli acqalma zamanı  toxuma və hüceyrələrin metabolizminin, quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir və bu ölümlə nəticələnə bilər.
Metabolizmin assimilyasiya (anabolik) tərəfı daha çox bu hormonları tərəfındən tənzimlənilir. 

  • hipofız vəzin boy hormonu (somatostatin), 
  • qalxanvari vəzin tiroksin hormonu, 
  • mədəaltı vəzin insulin hormonu, 
  • cinsi vəzilərin estrogen və androgen hormonu

Dissimilyasiya (katabolik) tərəfi  daha çox bu hormonları tərəfındən tənzimlənilir. 

  • mədəaltı vəzin qlyukoqon hormonu, 
  • böyrəküstü vəzilərin katexolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon və s.) hormonları
Sinir və humoral tənzimləmə mexanizmləri bəzi metabolik prosesləri spesifık olaraq idarə edir, onlarda tarazsızlıq (disbalans) yarandığı hallarda korreksiyaedici, uyğunlaşdırıcı (adaptiv) təsir göstərir.Dolu bədənli sağlam adam birdən-birə yeməkdən məhrum olarsa və bu hal günlərlə davam edərsə, onun orqanizmində aşağıdakı kimi mənfı dəyişikliklər müşahidə edilir. 

  • Qanda şəkərin (qlükoza) miqdarı tezliklə aşağı düşür və bu, insulin hormonunun az, qlyükoqon hormonunun isə çox sekresiya olunmasına, qaraciyərdə ehtiyat şəkər kimi saxlanılan qlikogenin sürətlə parçalanmasına (qlikogenoliz) gətirib çıxarır. 
  • Əgər orqanizm bir sutka ərzində qida qəbul etməzsə, onun qlikogen ehtiyatı təxminən tükənir. 
  • Aclığın ikinci sutkasında isə orqanizmdə yeni proseslər silsiləsi meydana gəlir. 
  • Yağları parçalayan lipaza fermentlərinin fəallaşması ilə əlaqədar olaraq yağ depolarındakı mürəkkəb yağlardan çoxlu yağ turşuları əmələ gəlir və qaraciyərdə oksidləşir. 
  • Yağ depolarından (dərialtı piy təbəqəsi, daxili orqanlar üzərində yığılan piyliklər) səfərbər olan yağ turşularının oksidləşməsi hesabına periferik toxumaların, qaraciyərin və digər daxili orqanların enerjiyə olan tələbatı ödənilir. 
  • Piy toxuması bir neçə gün, hətta həftə ərzində orqanizmi enerji ilə təmin edə bilər. Orqanizm ilk həftələr ərzində uzunmüddətli aclığa uyğunlaşdıqca, qaraciyərdə yağların oksidləşməsi nəticəsində əmələ gələn keton maddələrinin miqdarı kəskin olaraq artır, piruvat, oksalasetat kimi madddələrin çatışmazlığı üzündən Krebs tsikli (limon turşusu və ya üç karbonlu maddələr tsikli) vasitəsilə bir sıra vacib metabolitlərin axını zəifləyir. 
  • Ürək və beyin kimi orqanlar öz enerji tələbatlarını keton maddələri hesabına ödəməyə uyğunlaşmağa başlayırlar. 
  • Əgər keton maddələri istifadə olunmadan artıq əmələ gələrsə, onda orqanizmdə metaboik asidoz yaranır, aclıq davam etdiyi hallarda enerji üçün toxuma zülallarının sərf edilməsi başlanır. 
  • İlk olaraq, mədə-bağırsaq toxumasınm, mədəaltı vəzin, sonra digər daxili orqanların (qaraciyər, dalaq), daha sonra əzələlərin və nəhayət, beynin aminturşuların katabolizmi sürətlənir və orqanizmin enerji ehtiyacları artıq onların hesabına təmin edilir. 
  • Uzun müddətli aclığın son mərhələlərində beyin öz enerji təminatını periferik orqanlarda gedən katabolik proseslər nəticəsində əmələ gələn energetik substratların hesabına ödəyir. 
  • Eyni zamanda əzələ toxumasının kütləsi, orqanizmin ümumi fəallığı və enerji sərfi azalır. Nəhayət,bütün növ qlikogen, yağ vəl zülal ehtiyatları tükəndikdə, orqanizm, hətta ürək, ağciyər, qan və s. bu kimi həyata vacib olan toxumaların struktur zülallarını sərf edir. Kollaps nəticəsində ölüm baş verir. 


Tam acqalma zamanı insan orqanizminin yaşama müddəti yaşlılarda 65-70 gün hesab edilir. Cavan orqanizm yaşlı orqanizmə nisbətən tez tələf olur. Qoca adamlar cavanlarla müqayisədə acqalmaya daha dözümlüdürlər. Çünki onlarda maddələr mübadiləsi, onsuz da çox yavaş həyata keçir. Qadınlar kişilərə nisbətən aclığı daha yüngül keçirirlər. Hesab edilir ki, orqanizmin piy ehtiyatları nə qədər çox olarsa, onun acqalma müddəti bir o qədər uzun çəkə bilər. Lakin eyni köklüyə malik olan müxtəlif adamlar, aclıqdan eyni şəraitdə ən müxtəlif müddətlərdə tələf ola bilər. Bu, görünür orqanizmin aclığa fərdi dözümlülüyündən, onun sinir sisteminin xüsusiyyətindən, maddələr mübadiləsinin və digər fiınksiyalarının səviyyəsi və xarakterindən asılıdır.

                      

23 Eylül 2017 Cumartesi

Canlıların əsas həyat xassələri

Canlılar aləmi 4 qrupa bölünür.

  1. Bitkilər aləmi- Bu aləmi öyrənən elm Botanika adlanır.
  2. Heyvanlar aləmi-Bu aləmi Zoologiya elmi öyrənir.
  3. Göbələklər aləmi- Bu aləmi Mikologiya elmi öyrənir.
  4. Bakteriyalar aləmi-Bu aləmi Bakteriyalogiya elmi öyrənir.
Canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır.

  • Maddələr mübadiləsi-Maddələr mübadiləsinin əsasını orqanizmdə üzvi maddələrin sintezi — assimilyasiyaüzvi maddələrin parçalanması, yəni dissimilyasiya prosesləri təşkil edir. Orqanizmin hər bir hüceyrəsi, orqanı, ümumiyyətlə, bütün orqanizm fasiləsiz olaraq maddələr mübadiləsi prosesində iştirak edir. Maddələr mübadiləsinin daim baş verməsi həyat fəaliyyətinin vacib şərtlərindən biridir.Maddələr mübadiləsinin əsasını qidalanma,tənəffüs və ifrazat prosesləri təşkil edir.                        
  • Çoxalma qabliyyəti-Həyatın fasiləsiz mövcudluğu üçün orqanizmlərdə özünütörətmə qabiliyyəti (çoxalma) yaranmışdır. Bu, əsasən, irsiyyət sayəsində mümkün olur və valideyn özünə oxşar nəsil törədir. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu oxşarlıq tam olmur və dəyişkənlik yaranır.   
  • Hərəkət qabliyyəti- canlıların əsas  xüsusiyyətlərindən biri də hərəkət etmə, yerdəyişmə qabliyyətinin olmasıdır.İstənilən canlıda sitoplazmanın hərəkəti baş verir.Bitkilərdə bu prosess passiv halda ,heyvanlarda isə aktiv halda müşühidə olunur.                                                                                                                       
  • Böyümə qabliyyəti-Bütün canlı orqanizmlər üçün böyümə və inkişaf səciyyəvidir. Böyümə orqanizmin kütlə və ölçücə artmasıdır. Bitkilər bütün ömrü boyu, heyvanlar isə müəyyən dövrə qədər böyüyür.                                                                                             
  •  İnkişaf etmə qabliyyəti-İnkişaf orqanizmin keyfiyyət dəyişkənliyidir.                                 
  • Qıcıqlanma qabliyyəti-Canlının ən başlıca xüsusiyyəti qıcıqlanma olub, xarici mühitin təsirinə qarşı orqanizmin cavabvermə xüsusiyyətidir.                                                                                                         
  • Uyğunlaşma qabliyyəti-Həyat tərzi ilə əlaqədar orqanizmin quruluşunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir və canlı sistem müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır (adaptasiya edir). Mühitə uyğunlaşma canlıların əsas xüsusiyyətlərindəndir.                                                                                
  • Tarixi inkişafı-Canlı aləm yarandığı gündən sadədən mürəkkəbə doğru inkişafda olmuş və indii də davam edir. Canlıların tarixi inkişaf prosesi təkamül adlanır.

Canlılar ilə cansızların oxşar xüsusiyyətləri.

Həm canlılar, həm də cansızlar kimyəvi tərkibcə yaxın olub, eyni kimyəvi elementlərdən təşkil olunmuşlar. Lakin canlılarda bunlardan əsasən 4 element — oksigen, karbon, azot və hidrogen üstünlük təşkil edir.

Canlıların quruluş səviyyələri



  1. Malekulyar səviyyə-Quruluş dərəcəsindən asılı olmayaraq, bütün canlılar zülallardan, nuklein turşularından, polisaxaridlərdən və digər bioloji makromolekullardan təşkil olunmuşlar. Maddələr mübadiləsi, irsi məlumatların ötürülməsi, enerji çevrilmələri molekulyar səviyyədən başlayır.                                                                  
  2. Hüceyrə səviyyəsi-Hüceyrə canlının ən kiçik quruluş və inkişaf vahididir. Hüceyrə səviyyəsində də məlumatın ötürülməsi, maddələr mübadiləsi və enerji çevrilmələri baş verə bilir.                                                                                                                               
  3. Toxuma – orqan səviyyəsi Çoxhüceyrəli orqanizmlərin mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma səviyyəsində canlıları histologiya elmi öyrənir. Toxumalar birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları yerinə yetirən orqanları əmələ gətirir.                                                                                                                                     
  4.  Orqanizm səviyyəsi- Orqanizm səviyyəsində elementar vahid ayrı ayrı fərdlər hesab olunur. Belə fərdlərdə müəyyən funksiyanı yerinə yetirmək üçün orqanlar sistemi əmələ gəlir. Bu səviyyə fərdlərin doğulan andan ölənə qədər olan inkişaf dövrünü əhatə edir.                                                                                                             
  5.  Populyasiya-növ səviyyəsi- Eyni növün tarixən müəyyən ərazidə yaşayan fərdlərinin cəmi populyasiya — növ səviyyəsi hesab olunur. Belə fərdlər orqanizmdən yuxarı səviyyədə duran sistem yaradır ki, bu da populyasiya adlanır. Populyasiya növün struktur vahididir. Bu sistemdə elementar təkamül dəyişkənliyi həyata keçirilir.                                                                                                             
                                                                                                            
  6.  Biogeosenoz səviyyə-Xarici mühitin təsiri şəraitində qarşılıqlı əlaqədə olan müxtəlif növlərə məxsus orqanizmlərin birgə yaşayışı  biogeosenoz  səviyyə  hesab  edilir.  Tarixən formalaşan belə birgə yaşayış sayəsində sistematik qruplardan ibarət dinamik və dözümlü sistem yaranmışdır.                                            
  7. Biosfer səviyyəsi-Bütün biogeosenozları birləşdirən sistem biosfer səviyyəsidir. Bu səviyyədə canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri baş verir.Biosfer yer üzərində canlıların yaşadığı sahədir.
                               

16 Eylül 2017 Cumartesi

Məqsədə doğru....

Əziz bloqumunun daimi izləyiciləri !Sizləri dərs ilninin başlaması münasibətilə təbrik edir,hər birinizə uğurlar arzulayıram !Yay tətili günlərində "Müəllimlərin peşəkar inkişafına" həsr olunmuş təlimlər ilə əlaqədar olaraq bloqdakı yayınlarıma müvəqqəti olaraq ara vermişdim.Bu gündən etibarən isə yenidən biologiya fəninə adi yeni mövzular ilə qarşınızda olacam.Ümid edirəm ki,bu il də hər birimiz üçün məhsuldar və uğurlu il olacaq! Hər birimiz elm və təhsilimizin gələcəyi naminə əlimizdən gələni əsirgəməməli ,daim innovasiyalara açıq olmalı onları fəaliyyətimiz zamanı tətbiq etməliyik!Bu işdə hər birmizə uğurlar!
      İnsan arzuları bitməz və tükənməzdir.  Bizim də hər brimizin arzularımız,istəklərimiz  və müəyyən məqsədimiz var.Biz bu məqsədimizə çatmaq üçün,daim arxaya baxmadan irəliləməli,hədəfimizi müəyyən etməli və bu yolda əzmlə çalışmalıyıq.Məqsədimizə çatmağın ən birinci amillərindən biri hədəf nöqtəsini seçərək ona uyğun plan tərtib etməyimizdən başlayır.Əgər biz düzgün plan tərtib etməsək bu istiqamət bizi məqsədimizdən uzaqlaşdırıb başqa səmtə yönəldəcək.
Hər hansı bir işdə uğur qazanmağın və ona layiq olmağın  yolları bu qaydadan başlayır.

  1. Düzgün, reallaşması mümkün olan hədəf nöqtəsi seçməli
  2. Plan tərtib etməli
  3. Gündəlik  və aylıq olaraq hesabat verməli(özünə)
  4. Plana uyğun olaraq əzm və səbrlə irəliləməli
  5. Daim pozitivə yükləmənməli, neqativ fikir və duyğuları özünüzdən uzaqlaşdırmalı
  6. Hədəfə doğru irəliləmənizdə sizi mane olacaq şəxsləri həyatınızdan çıxarmalı
  7. Qazandığınız hər bir uğurunuzdan yeni ilham alaraq irəliləməli
  8. Qarşınıza çıxan heç bir əngəl sizin geriləməniz səbəb olmasın,əksinə siz o çətinliyin üstünə gedərək,o əngəli qaldırın 
  9. Hədəfə doğru irəliləməniz üçün öyrənəcəyiniz isanlarda yarı seçkilik etməyin(bu savadsızdır,uşaqdır,yaşlıdır, və s. Əslində onlarda bilmədiyiniz anacaq öyrənəcəyiniz çox şey var) 
  10. Qazandığınız uğur sizdə baş gicəllənməsi yaratmasın,mənəmlik duyğusunu oyatmasın,eqonuzu yüksəltməsin.Əksinə biliklərinizi başqaları ilə paylaşaraq.onlrın da uğur qazanmağına səbəb olun.
Hər bir şəxsin bacarığı var .Bu bacarıqdan istifadə etmək də o şəxsdən asılıdır.Bəzən qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməyə çalışdıqda ,qarşımıza maneələr çıxır.Bizi bu işdən soyutmağa çalışanlar,özləri qazana bilmədiyi uğurları sənin də qazanmağın istəməyən insanlar olur.Bu bizi heç vaxt qorxutmamalı ,manelərə gülərərk qalib gəlməyi,yolumuza əzmlə davam etməyi öyrətməlidir.

Bir maraqlı hekayə ilə tanış olaq ümid edirəm ki bu sizə motivasiya olacaq.

"Bir gün hindəki toyuqlar dağa çıxır və orada böyük bir yuvada böyük yumurtalar görürlər.Onlar heç bu böyüklukdə yumurta görmədikləri üçün onlara maraqlı gəlir və yumurtalardan birini götürərək hinə gətirib toyuqlardan birnin altına qoyurlar. Bir müddət sonra yumurtalardan cücə çıxır.Həmin yumurtadan çıxan bir qədər böyük və qara cücə digərlərindən seçilirdi.Ana toyuq bu qartal balası olan cücəyə toyuqluğun  bütün sirrlərini öyrətdi.Tez bir zamanda o da toyuqlar kimi eşələnir dən tapıb yeyir,səhər tezdən oyanır,axşam hava qaralan kimi yatırdı.
Bir gün qartal balası həyətdə eşələnərkən gözünə göydə süzən qartallar dəydi,"anasına" sual verdi.
--Ana o hansı quşdur?
--Anası dedi:
--Onlar qartallardı 
--Nə gözəl uçurlar mən də elə uça bilərəmmi ana?
--Yox onlar qartaldır,sənsə toyuq.Toyuqlar heç vaxt qartallar kimi uça bilməz
Qartal balası bu sözləri eşidib çox məyus oldu və yerdə eşələnməyə davam etdi.Ancaq hər dəfə qartalları görəndə onlar kimi uçmaq arzusu olduğunu bildirdi.Hər dəfə də toyuqlardan eyni sözləri eşitdi.
--Boş boş danışma sən toyuqsan bunu heç vaxt bacarmazsan.Toyuqlar uça bilmirlər.
Beləcə qartal balası ətrafdakıların təsiri ilə  inanır ki o heç vaxt uça bilməz.Əslində varlığında qartal mahiyyəti olduğu halda o toyuq kimi yaşayır və ölür...

Bu ibrətamiz hekayə sizin üçün bir motivasiya olsun,hər zaman məqsədlərinizə doğru addımlayın.

(Əziz abuturiyentlər sözüm əsassən sizlərədir.Öz yolunuzu hədəfinizi düzgün seçin və ona doğru addımlayın)
Əgər artıq məqsədinizə çatmısınızsa o zaman sizi istəyəndə,istəməyəndə, yolunuzda mane törədən də bir nöqtədə toplaşacaq.Sizin ətrafınızda!