10 Nisan 2017 Pazartesi

Heyvanlar aləmi haqqında ümümi məlumat

Heyvanlar aləmindən bəhs edən elm zologiya adlanır.Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. 

Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvan olan göy balinanının kütləsi 150 ton,kiçik qonurdişin kütləsi isə 3 qramdır.
Heyvanları quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. 
Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. 
  
                Tip→Sinif→Dəstə→Fəsilə→Cins→Növ

Heyvanlar aləmi 2 qrupa bölünür
1.İbtidai heyvanlar(Bir hüceyrəlilər)
2.Ali heyvanlar(Çoxhüceyrəlilər)


Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

5 yorum: