26 Mart 2024 Salı

Hardi -Vaynberq qanunu

 Populyasiya genetikası — genetikanın bir sahəsi olub, populyasiyanın genetik strukturunu, ona təsir edən faktorları, populyasiyada irsiyyət qanunauyğunluqlarını öyrənir.

Populyasiya genetikasının elmi əsasını Çarlz Darvin və Qreqor Mendel qoymuşdur. Bunlardan sonra Danimarka fizioloqu V.İohansenin böyük rolu vardır. 1903-cü ildə “Populyasiyalarda və təmiz xətlərdə irsilik” adlı əsərini dərc etdirmişdir.1908-ci ildə bir-birindən asılı olmayaraq ingilis riyaziyyatçısı Q.Hardi və alman həkimi V.Vaynberq riyazi analiz əsasında insanlarda allellərin və qan qrupunun tiplərinin genotipdə tezliyi haqqında məlumatı dərc etmişlər.

Populyasiya — müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət yaşayan,sərbəst çarpazlaşan döllü nəsil verən  hər hansı növün fərdlər cəmidir.; Növlər çoxlu populyasiyadan ibarətdir. Populyasiyaya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də Populyasiyanın tutduğu sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə Populyasiyanın ən çox əlverişli sayına onun homeostazı deyilir. Populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır.


İki cür populyasiyalar olur:

  1. Təbii şəraitdə təbii allellərin təsiri nəticəsində formalaşan populyasiya.
  2. İnsan tərəfindən spesifik mühit şəraiti yaradaraq süni seçmənin nəticəsində formalaşan süni populyasiya.

Populyasiyanı öyrənən əsas üsullar aşağıdakılardır:

  • Genetik analiz üsulu-Bu üsulla əsasən valideynlərin fenotipik keyfiyyətlərini öyrənərək nəsildə ayrı-ayrı qruplarda müəyyən əlamətlərin irsən keçmə xassələrini müəyyən etmək üçün istifadə olunur.

  • Kariotipin sitogenetik analizi-Bu üsulla populyasiyanın fərdlərində tərəqqiyə təsir edən xromosom anomaliyalarını öyrənir.

  • Ekoloji – fizioloji üsul-Bu üsul mühitin faktorlarının populyasiyanın vəziyyətinə təsirini və genetik potensialın əlamətlərlə, fenotipik səviyyədə özünü büruzə verməsi dərəcəsini və fenotiplərin yaşadığı şəraitdə uyğunlaşmasını müəyyən etməyə imkan verir.

  • Riyazi üsul-Populyasiyanın genetik sturuktur dinamikasının vəziyyətini əks etdirməyə və genetik faktorların əlamətlərinin nə dərəcədə fenotipik özünü büruzə verməsini müəyyən edir.Çetverikov riyazi metodlardan istifadə edərək o sübut etmişdir ki, heyvanların təbii populyasiyasında resessiv mutasiyalar itmir, gizli (heteroziqot) vəziyyətdə toplanır və təbii seçmə və dəyişkənlik üçün material verir.

Genefond-populyasiyanın ,növün və digər sxematik qrupların genlərinin cəmidir.

Hardi-Vaynberq qanunu

İngilis riyaziyyatçısı Q. Hardi və alman həkimi V.Vaynberq 1908-ci ildə bir-birindən asılı olmayaraq insanın qan qrupları sistemində genotiplərin və allellərin əmələ gəlmə tezliyini öyrənmişlər. Hazırda bu qanun Hardi-Vaynberq qanunu adlanır. 


Bu qanuna görə, əgər populyasiyada yeni mutasiyalar baş verməzsə vəseçmə təsir göstərməzsə, onda populyasiyada bir neçə nəsil mövcud olan allellərin nisbəti eyni saxlanılır. 
Yəni populyasiyada müəyyən şərtlər daxilində sərpəst çarpazlaşma zamanı genlərin  nisbi tezliyi (müvafiq homo və heteroziqot) nəsildən nəsilə keçdikcə dəyişmir,sabit qalır.
A və a allellərinin ümumi sıxlığı vahidə bərabər olmalıdır. A+a=1.
 Bu qanunda dominant allel (A) p ilə, resessiv allel (a) q ilə işarə edilir.
 Onda düstur belə yazılır: p+q=1. 

Populyasiyada bir allelinin rastgəlmə tezliyi verilibsə, digər allelinin rastgəlmə tezliyini aşağıdakı düstürlarla hesablamaq olur:

p + q =1 və ya p2 + 2pq + q2
p - dominant genin rastgəlmə tezliyi
- resessiv genin rastgəlmə tezliyi

Əgər populyasiyada A və a allellərinin sıxlığı bərabər olarsa, onda erkək və dişi orqanizmlərin hər biri bərabər miqdarda iki tip qamet hazırlamalıdır: 50% A, 50% a. 
Bu erkək və dişi qametlərin ehtimal kombinasiyaları:

Deməli iki cür erkək və dişi qametlər arasında 4 cür kombinasiya meydana gəlir.


AA---p2

aa----q2

p2AA + pqAa + pqAa + q2aa = p2AA + 2pqAa + q2aa



 Hardi-Vaynberq qanununun baş verməsi üçün populyasiyalar sabit olmalıdır.Çox zaman təbii şəraitdə bu baş vemir.Çünki təbii şəraitdə mütasiya da baş verir,miqrasiya baş verir,təbbi seçmə baş verir və s.Bu qanunun həyata keçməsi üçün aşağıdakı şərtlər ödənməlidir.

  • Populyasiya kifayət qədər böyük olmalıdır.
  • Sərpəst çarpazlaşma təsadüfi şəkildə baş verməlidir.
  • Seçmə olmamalıdır
  • Mutasiya olmamalıdır
  • Miqrasiya olmamalıdır
  • Təcridlər olmamalıdır

Əgər bir əlamətin 3 alleli olarsa  o zaman düsturda müəyyən dəyişiklik olunacaq.