Bakteriyalar

                                  Bakteriyalar haqqında ümumi məlumat
Canlılar aləminin təşkil edən 4 qrupdan biri Bakteriyalardır.Bakteriyalar- təkhüceyrəli, prokariot (nüvəsiz)orqanizmlərdir.Ölçüləri 0,1-10nm-dir.Bakteriyaları ilk dəfə17ci əsrdə Holland alimi A.V.Levenhuk kəşf edib.Bakteriyaların yaşı 3,5milyard ili ötüb.Dünyada ən cox yayılmış orqanizmlər-bakteriyalrdir.Onlar hər 20-30 dəqiqədən bir ikiyə bölünmə yolu ilə çoxalır.1qram torpaqda 40milyondan çox bakteriya yaşayır.Bakteriyalar ölçülərinə,tənəffüs və qidalanma xüsusiyyətlərinə görə bir birindən fərqlənirlər.Bakteriyalar rəngsiz olur ona görə də onları mikroskop altında daha yaxşı görmək üçün müxtəlif boyalarla rəngləyirlər.Bakteriyaların çoxunda xlorofil olmadığından onlar maddələr mübadiləsi zamanı günəş enerjisindən istifadə etmirlər.Enerjini yaşadığı mühitdə olan üzvi və qeyri üzvi maddələrin parçalanmasından alırlar.Bakteriyalr suda torpaqda,havada,insan və heyvan orqnizmlərində yaşayır.
Bakteriyalar 3 yarım aləmə ayrılır.
1.Həqiqibakteriyalar
2.Arxeobakteriyalar
3.Oksifotobakteriyalar


Image result for bakteriyalar haqida
                                        
Bakteriyalar qidalanmasına görə 2 qrupa ayrılır.
Aftotrof bakteriyalar

Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmə qabiliyyətinə malikdirlər. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa, fototrof və xemotrof bakteriyalara bölünür. Fototrof bakteriyalar, yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalar yaşıl və qırmızı bakteriyalar, həmçinin siano bakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir. Xemotrof bakteriyalar, fototroflar kimi , qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və kükürd bakteriyaları)
Heterotrof bakteriyalar
Bakteriyaların əksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprofit bakteriyalara bölünür. Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır, nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir.
Saprofit bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Hetrotrof çürüntü bakteriyaları bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıcqırma bakteriyaları da aiddir.

Bakteriyalar tənəffüs etmələrinə görə də 2 qrupa bölünür
 Anaerob bakteriyalar-oksigensiz mühitdə yaşayırlar,təəffüs üçün oksigendən istifadə etmirlər
Aerob bakteriyalar -isə tənəffüs zmanı oksigendən istifadə edirlər.
                                                             Bakteriyaların növləri

                          
                                   

Bakteriyalar müxtəlif forma və ölçülərə malikdirlər-
  • Kürə şəklində olanlar-koklar(dm-0,5-1mkm)
  • Çöp şəklində olanlar-basillər(dm0,5-2mkm,l1-8mkm)
  • Vergül çəklində olanlar-vibrionlar,
  • Spiral şəklində olanlar-sprillər vəs.

Bakteriyalar çox kiçik ölçülərə malik olduğunda bəzən mikroskopla görmək mümkün olmur.Lakin böyük ölçülü görünən bakteriyalarda var.
Bakteriyaların faydası və zərərləri
Bakteriyaların faydaları
  • Təbiətdə enerji və maddələr mübadiləsində iştirak etməklə ,biosferin formalaşmasında böyük rol oynayır.
  • Bəzi bakteriyalar baqirsaqlarda K,E vitaminin sintezində iştirak edir.
  • N,P,C elementlərinin çevrilməsi prosesində iştirak edir.
  • Süd turşusu prosesi qıcqırma prosesini təmin edir(qatıq,pendir,sirkənin əmələ gəlməsi)
Bakteriyaların zərərləri
  1. Müxtəlif xəstəlikləri törədirlər
  2. Qidada artan zaman qida zəhərlənməsi yaradırlar
  3. Suyu çirkləndirirlər

7 yorum: