29 Nisan 2017 Cumartesi

Sarkomastiqoforlar tipi-Sarkodinlər sinfi

Sarkomastiqoforlar tipi-Bu, ibtidailərin ən primitiv tipi sayılır. Bu orqanizmlərin əksəriyyəti bir nüvəli olub psevdopodilər və ya qamçılar vasitəsilə hərəkət edir. Onlar psevdopodilərin köməyilə həm hərəkət edir, həm də qida əldə edir.Bu sinfin əsas əlaməti Hazırda bu canlıların 18 000-ə qədər növü məlumdur.Bu tipə müxtəlif sərbəstyaşayan növlər, bir sıra parazitlər daxildir. Onların bəziləri insanlarda müxtəlif xəstəliklər yaradır. Orta ölçüləri 15 - 40 mkm.

               Sarkodinlər sinfi
1.Şirin su amöbü (Amoeba proteus) 
2.Dizenteriya amöbü (Entamoeba histolytica).
Şrin su amöbü
Şirin su amöbü gölməçələrdə, kiçik su hövzələrində yaşayır. O, birnüvəli canlı olub, sitoplazması 2 təbəqədən – ektoplazma və endoplazmadan ibarətdir. Psevdopodilər(yalançıayaqlara) vasitəsilə hərəkət edir və qeyri-cinsi yolla (bölünmə) çoxalır. Bütün bədən səthi ilə tənəffüs edirlər.Qıcıqlanma qabliyyəti var.Bu canlılar əlverişsiz şəraitə düşdükdə sista əmələ gətirir.

Əhəmiyyəti
Sarkomastiqoforlar biosenozda mühüm əhəmiyyət daşıyır. Onların əksəriyyəti bakteriofaq olub, bakteriyaların sayını və təsirini tənzimləyir, üzvi maddələrin toplanmasına, su və torpağın özünütənzimləməsinə şərait yaradır. Onlar ilkin produsentlər olub, mühiti qida maddələri ilə zənginləşdirir, onurğalı və onurğasız su heyvanları üçün qida mənbəyi rolunu oynayır. Sarkomastiqoforlar həm də ətraf mühitin göstəricilərini, çirklənmə dərəcəsini təyin edən bioindikatorlardır.
Dizinteriya amöbü
Dizenteriya amöbü-insan orqanizmində yoğun bağırsaqda parazitlik edir. Üzərində dizenteriya amöbünün sistası olan ərzağı udaraq insan bu parazitə yoluxur. Bu parazitin əmələ gətirdiyi şiddətli ishal və bol qanaxma ilə müşayiət olunan ağır xəstəlik amöbiaz adlanır.İnsan yetkin 4 nüvəli sistanı su,qida vasitələri ilə udduqda yoluxma baş verir.Orqanizmə düşmüş sistanın qabığı fermentlərin təsirindən əriyir və amöb bağırsaqda fəaliyyətə başlayır.
Dizinteriya amöbunun sistaları  dezinfeksiyaedici xlorun təsirindən belə məhv olmurlar.

Digər amöblər insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemində 10-a yaxın amöb aşkar edilmişdir.

Sporlular tipi

Sporlular tipi-Hazırda 20.000-ə qədər növü məlumdur. Bu tipin əsas əlaməti-qeyri cinsi çoxalma,cinsi çoxalma və spor əmələgətirmənin növbələşidir.Bu tipin nümayəndələrinin hamısı parazitdir.
Koksidkimilər sinfi
Hüceyrə daxili parazitdirlər.Qeyri cinsi çoxalma və cinsi çoxalma növbələşir.Onların arasında ən geniş yayılmış növlər malyariya paraziti və toksoplazmoz törədən parazitlərdir. 
Malyariya paraziti
Malyariya plazmodilərinin həyat tsikli cinsi və qeyri-cinsi çoxalmanın növbələşməsindən ibarətdir. İnsan orqanizmində plazmodilər qeyri-cinsi yolla çoxalır,ağcaqanadın bədənində isə cinsi yolla çoxalırlar.
Plasmodium cinsinə aid olan Plasmodium falciparum – insanlarda ağır infeksion xəstəlik olan malyariya xəstəliyini törədir.Parazit insan orqanizminə Anopheles ağcaqanadlarının dişi fərdlərinin sancması ilə daxil olur.

 Bu zaman törədicinin həyat siklinin birinci mərhələsi başlayır, (sporozoitlər) ağcaqanadın ağız suyu vasitəsilə qana və limfatik sistemə daxil olaraq qaraciyərə nüfuz edir. Burada qeyri-cinsi çoxalma (şizoqoniya) yolla çoxalırlar.
Qaraciyər hüceyrələrində sporozoidlər inkişaf edərək şizonta çevrilir. Şizontun nüvəsi şizoqoniya yolu ilə bölünərək çoxlu miqdarda qız nüvələri əmələ gətirir. Əmələ gəlmiş qız nüvələrin hər biri ana hüceyrənin (şizontun) sitoplazmasının kiçik bir hissəsi ilə əhatə olunaraq merozitə çevrilir. Merozitlər əmələ gəldikdən sonra qaraciyər hüceyrəsi dağılır və xaric olmuş merozitin hər biri yeni qaraciyər hüceyrəsinə daxil olaraq əvvəlki prosesi təkrar edir. Merozitlərin digər qrupu isə eritrositə daxil olur. Patazitin eritrositə daxil olana qədərki dövrü ekseritrositar dövr adlanır. Bu dövrdə xəstəlik özünü büruzə vermədiyi üçün gizli dövr adlanır. 
Əmələ gələn parazitlər eritositlərdə hemoqlobini udaraq şizoqoniya yolu ilə çoxalır. Parazit hemoqlobinin qlobin hissəsini udub, hem hissəsini qana buraxır. Sərbəst hem isə orqanizm üçün güclü zəhərdir. Məhz hemin qana düşməsi ağrılı malyariya qızdırmalarına səbəb olur.Sporozoitin eritrositə daxil olduğu vaxtdan 48 saat sonra eritrositlər dağılır və merozitlər xaric olur. 

Eritrosit dağıldıqda ondan 10-20 merozit və toksin təsirli ifrazat məhsulları, o cümlədən melanin piqmenti xaric olur. Toksik melanin piqmenti qanın plazmasına keçərək xəstədə hərarəti 40ºC qədər artıra bilər.Plazmodilərin cinsi yolla çoxalması isə ağcaqanadın orqanizmində baş verir.Eritrositlərə daxil olmuş merozitlərin bir qrupu şizontlara deyil hamontlara çevrilir.Ağcaqanadın bədənində hamontlar inkişaf edərək qametlərə çevrilir. Qametlər isə birləşərək diploid ziqot əmələ gətirir. Ziqotun ətrafında membran əmələ gəldikdən sonra, o sistaya çevrilir, daha dəqiq desək, oosistaya çevrilir. Sonra oosistalar meyoz bölünmə üsulu ilə bölünür və hər oosistanın içində haploid sporozoit formalaşır. Haploid sporozoitlər invaziv formadır, yəni ağcaqanad insanın dərisi üzərinə qonur, qanı sorur, qan sorarkən həmin invaziv formalar zədələnmiş nahiyəyə düşür və sikl yenidən başlanır. 

Xəstəlik yüksək hərarət, üşütmə, qaraciyər  böyüməsi, anemiya ilə müşayiət olunur. Xəstəlik malyariya ağcaqanadı üçün əlverişli ərazilərində - mülayim iqlim,bataqlıq və yağıntılı olan ərazilərdə daha geniş yayılmışdır.

Toksoplazmoz qondi

Toksoplazmoz mərkəzi sinir sisteminin inkişafının anadangəlmə anomaliyaları, ölüdoğuşlar, kimi hallara səbəb olur. Bu xəstəlik heyvandarlığa böyük ziyan vurur. Törədici sahibin bağırsaq hüceyrələrində parazitlik edir. Parazitlər müxtəlif orqanlarda çoxalaraq nekroz və iltihablar yaradır. Bu zaman nekroz baş beyin, qaraciyər, dalaq və s. orqanlara nüfuz edir. Parazitlər sahibin hüceyrələrini doldurur, sahib hüceyrənin nüvəsi parçalanır. Sahibin hüceyrəsinin membranının dağılması nəticəsində toksoplazmlar xaricə çıxaraq növbəti hüceyrələrə daxil olur. Müxtəlif orqan və toxumalarda çoxalan toksoplazmların ifraz etdiyi toksinlər ətrafdakı hüceyrələrə öldürücü təsir edərək onları dağıdır. Nəticədə sahibin hüceyrələrinin kütləvi məhvi onun xəstəliyini kəskinləşdirir və müxtəlif orqanların degenerasiyasına, daha sonra isə funksiyalarının pozulmasına səbəb olur. Toksoplazmozun törədicisi də mürəkkəb inkişaf sikli keçir.Tsiklin bir hissəsi pişiyin, digər hissəsi ayrı bir məməlinin, üçüncü hissəsi isə insan orqanizmində keçir.
İnsan qida vasitəsilə və ya heyvanalar qulluq zamanı yoluxa bilər.

İnfuzorlar tipi-Kirpikli infizorlar sinfi

Bir çox mütəxəssislər bu tipdə30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir.Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişir.Bədənləri 10 – 15 min ədəd kirpikciklərlə örtülü olur. Kirpikciklərin dalğavarı hərəkəti ilə infuzor təxminən 2 mm/san sürətlə hərəkət edə bilir.  Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbioz və parazitik münasibətlərdə olur.
Qeyd
Kommensal- birlikdə yaşayan 2 canlıdan biri fayda verir digəri isə neytral olur.(+:0)
Simbioz- birlikdə yaşayan 2 canlının yaşayışı- hər ikinöv üçün faydalı olur.(+:+)
Parazit- birlikdə yaşayan 2 canlıdan biri fayda verir biri zərər verir.(+:-)

 İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir 


İnfuzor tərlik 
Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan infuzorlar da mövcuddur.Bədən xaricdən qlafla örtülüdür,üzərində də kirpiklər  və qısa çöpcüklər yerləşir.Çöpcüklər qıcıqlanma zamanı xaricə atılır düşmənin bədəninə sancılaraq onu iflic edir.Kirpiklər tərliyin üzməsində,qidalanmasında iştirak edirBədənin ön hissəsində yığılıb açılan qovucuq var.Qııcığa qarşı cavab vermə qabliyyəti var.Əlverişsiz şəraitdə sistaya çevrilirlər.
Bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). 
Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
 Generativ nüvə (mikronukleus) isə çoxalma prosesini həyata keçirir.Bu nüvənin hər hansı bir səbəbdən itməsi infuzorun məhvinə səbəb olur.
Qidalanması
Əsasən, bakteriyalarla və yosunlarla qidalanan bu canlılarda bədənin ortasında ağız→udlaq yerləşir.Qida burda sitoplazmaya çatır,həzm qovucuğunda həzm olunur və həll olmayan bərk qida isə  tullantı dəliyindən xaric olunur.
Çoxalması
Cinsi və qeyri-cinsi yolla çoxalır. 
1.Cinsi çoxalma-konyuqasiya yolu ilə gedir.Bu zaman əmələ gələn infuzorlara həyati qabliyyəti yüksək olur,adaptasiya sürətli olur.
2.Qeyri-cinsi çoxalma-hər iki nüvə 2 yerə bölünür,bədən eninə arakəsmə ilə 2 hissəyə ayrılır.Təxminən bir sutkadan bir  bölünmə baş verir.Məsələ zamanı aşağıdakı düstur ilə hesablama aparmaq olar.

Parazit formaları
Bu tipin patogen nümayəndəsi insanlarda balantidioz xəstəliyi yaradan balantidilərdir.Bu növ parazit insanda parazitlik edən ibtidailərin ən irisi olub,yumurtaya oxşayır.İnsan çirkli su hövzələrindən su içdikdə,qida vasitələri vasitəsilə bu parazitlə yoluxa bilər.İnsan orqanizminə düşmüş parazitdən yoğun bağırsaqda sistada vegetatif forma çıxaraq çoxalır və bağırsaqda yaralar əmələ gətirir.

Sakomastiqoforlar tipi-Qamçılılar sinfi

Qamçılılar sinfi-Bu orqanizmlər şirin və duzlu su hövzələrində yaşayır və bitki, heyvan, həmçinin insan orqanizmində parazitlik edir. Hazırda 8000-ə qədər növü məlumdur.
Qurluşu
Qamçılılar oval, şarabənzər və ya uzunsov formada olur. Ölçüləri mikroskopikdir. Bədənləri ikiqat membranla örtülü olur. Sitoplazmada bir və ya bir neçə nüvə yerləşir. Bu orqanizmlər üçün maye mühitdə hərəkət etməyə imkan verən 1-8, bəzən daha çox (bir neçə min) qamçının olması səciyyəvidir. Hər qamçı bədənə birləşmiş fibrillərdən ibarətdir. Bu orqanizmlər arasında sərbəstyaşayanlara və parazitlik edənlərə rast gəlinir. 
1.Sərbəst yaşayan növləri
 Yaşıl evqlena yaşıl rəngdə, qamçılıdır.Ölçüsü-0,005mm dir.Bədəndə ifrazata xidmət edən 1yığılıb açılan qovucuq,1qırmızı gözcük,1 nüvə və 1 qamçı vardır.Qamçı aparatı  vasitəsilə hərəkət edir. Bu zaman evqlen daim öz uzununa oxu ətrafında fırlanarır. Əksər növlər həmçinin metabolik hərəkət metoduna da malikdir. Onlar güçlü uzanıb və qısalaraq bədən formalarını dəyişməklə, peristaltik dalğalarla hərəkət edirlər. Hüceyrənin ön hissəsində qamçı cibləri yerləşir. Onun kənarlarında qırmızımtıl ləkələr vardır. Bunlar fotoresptor orqanoidləri – stiqmalardır. Qamçı onların həyat dövriyyəsində müxtəlif sayda olur.Beləki sistalaşma zamanı qamçını itirdikləri üçün bu zaman qamçı olmur.Adi halda bir qamçıya malikdirlər ,bölünmə zamanı isə 2 qamçıya malik olurlar. Hüceyrənin demək olar ki, bütün həcmi çoxlu sayda yaşıl rəngli xloroplastlardan ibarətdir.Əlverişsiz şəraitdə sistaya çevrilir.

Qidalanması
Şirin sularda yaşayan evqlena qarışıq qidalanma tipinə (miksotrof) malikdir.Sitoplazmasındakı 20-25 ədəd xromotofor və onların içərisində də xlorofil yerləşir.Mənz bunun hesabına onlar gündüz bitkilər kimi qidalanırlar. Gündüz işıq vaxtı onun enerjiyə olan tələbatı fotosintez vasitəsilə təmin edilir. Günün qaranlıq vaxtı heterotrof qidalanmaya keçərək hazır üzvi maddələrlə qidalanır. Bu zaman xloroplastların rəngi tədricən solur.
Tənəffüsü
Bütün bədən səthi ilə gedir.
İfrazatı
Lazımsız maddələr yığılıb açılan qovucuqlar vasitəsi ilə vaxtaşırı xaric edilir.
Çoxalması
Uzununa bölünməklə( sutkada 1 dəfə) çoxalırlar.Əvvəl nüvə,sonra hüceyrə 2hissəyə bölünür.Bu zaman 2 qamçılı olduğundan hər yeni gələn hüceyrə də 1 qamçı olur.
Volvoks- ilk olaraq Anton Van Levenhuk tərəfindən 1700-cü ildə kəşf edilib.Kaloniya halında yaşayır.Kaloniya halında yaşamasına səbəb isə -tamamlanmamış bölünmə nəticəsində hüceyrələrin bir biri ilə əlaqəli qalmasıdır.Beləki kaloniyada olan armudşəkilli 2qamçılı hüceyrələr bir biri sitoplazmatik körpücüklərlə birləşir.Kaloniyada 1000dək hüceyrə olur.Kaloniyada hüceyrələr elə yerləşib ki qamçılar xaricə doğru yönəlir,nəticədə volvoksun hərəkəti bütün hüceyrələrin qamçılarının birgə fəaliyyəti nəticəsində olur.Koloniyada daxili hüceyrələr(iri hüceyrələr)çoxalmaya,xarici hüceyrələr isə hərəkətə xidmət edir.
2.Parazit növləri
 1.Tripanosomidlər-qan parazitidir."Yuxu" xəstəliyini törədirlər.Paraziti insana yoluxduran-"Se-Se" milçəyidir.
2.Leşmaniyalar-Parazit dərialtı toxumalarda və birləşdirici toxuma hüceyrələrində yaşayır."Leyşmanioz"  və ya başqa adla "İl yarası "  xəstəliyini törədirlər.Paraziti insana yoluxduran-mığmığalardır.Xəstəliyin adınının  "İl yarası" adlanmasına  səbəb-xəstəliyin inkubasiya dövrünün uzun 1 il  və biraz da artıq çəkməsidir.
3.Trixomonadlar-bir neçə növü var.Vagina trixonoması qadın və kişi cinsiyyət sistemində,insan trixonoması isə nazik və yoğun bağırsaqda yaşayır. "Trixomonoz" - xəstəliyini törədirlər.Paraziti insana yoluxduran növündən asılı olaraq dəyişir.
4.Lyamblilərdilər-Nazik bağırsağın yuxarı hissəsində yaşayırlar.Paraziti ilk dəfə1859 cu ildə D.F.Lyambl kəşf etmiş və ona görə də bu ad verilmişdir."lyamblioz"  xəstəliyini törədirlər.Parazitin insana yoluxması insanın parazitin sistasını qida vasitəsilə udması nəticəsində olur.

Birhüceyrəli heyvanlar aləmi

Birhüceyrəli heyvanlar eukariotdurlar,Hüceyrə sitoplazma və nüvədən ibarətdir.Bütün həyatı funksiyalar bu hüceyə vasitəsi ilə həyata keçirilir.Dəniz və şirin sularda ,nəm torpaqda,insan və heyvan orqanizmlərində yaşayırlar.Təbiətdə maddələr dövranında iştirak etdiyi üçün və su heyvanlarının qidasını təşkil etdikləri üçün əhəmiyyətli sayılırlar.Lakin bəzi növlər parazitlik etdikləri üçün xəstəliklərə səbəbolurlar.
İbtidai heyvanlar aləmi (Protistalar)olan birhüceyrəlilər25-30000 növü var, 5tipə bölünür.Protista anlayışını elmə 1866ci ildə ilk dəfə Hekkel gətirmişdir.Bu canlıları öyrənən elm sahəsi Protozologiya adlanır.
İbtidailəri (Protista) digər aləmlərin eukariot canlılarından fərqləndirən cəhət odur ki, onların real toxumalarının olmamaları və  bir hüceyrənin bir çox funksiya yerinə yetirməsi,müxtəlif qidalanma üsulu ilə qidalanmalarıdır
Aşagıda orta məktəb səviyyəsində öyrəniləcək tiplər haqqında məlumat veriləcək.


İbtidailərin qurluşu
İbtidailərin hüceyrə quruluşu çoxhüceyrəli orqanizmlərin hüceyrələrinə tam bənzəmir, onların bir hüceyrəsi onlar üçün bütöv bir orqanizmi əvəz edir. İbtidailərin bədən forması oval və ya uzunsov, ölçüləri isə əksər hallarda mikroskopik (3 - 150 mkm) olur. Onlar, əsasən, üçqatlı membranla (membranın qalınlığı ibtidainin növündən asılıdır) örtülmüş olur. Membranın hər qatı zülaldan ibarətdir.
Orqanoidlərin vəzifələri
İbtidailərin orqanoidləri (primitiv orqanlar) məqsəd və vəzifələrindən asılı olaraq ümumi və xüsusi olur.
1.Ümumi vəzifələri yerinə yetirən orqanoidlərə nüvə, mitoxondrilər, ribosomlar, sentriollar, Holci aparatı, lizosomlar və s. aiddir. Nisbətən iri ibtidailər çoxnüvəli, kiçiklər isə təknüvəli olur. Nüvə ikiqat membranla əhatə edilir. Xromosomların sayı orqanizmin növündən asılıdır və 2-dən 160-a qədər dəyişir.
2.Xüsusi vəzifələri yerinə yetirən orqanoidlərə hərəkət orqanoidləri, həzm, yığılma vakuolları aiddir. Hərəkət orqanoidləri qamçılar, kirpikciklər, psevdopodilərdir (yalançı ayaqcıqlar). Məsələn, amöblərin hərəkəti sitoplazmanın hərəkətinə əsaslanır. Ektoplazma endoplazmaya təzyiq edir, bunun nəticəsində sitoplazma bədənin o biri tərəfinə axır və burada psevdopodilər əmələ gəlir. Psevdopodilərin köməyi ilə orqanizm müxtəlif istiqamətlərdə yerini dəyişə bilər. Qamçılılar əsası xüsusi qranul (bazal cisim) olan, blefaroplast adlanan burulmuş fibrillərdən ibarətdir. Kirpikciklər fibrilyar struktura malikdir.
İbtidailərin qidalanması
İbtidailərin qidalanma üsulları olduqca müxtəlifdir. Bəziləri qidanı mayedə həll olmuş qidalı maddələri mənimsəməklə, digərləri hüceyrəvi ağız vasitəsilə, üçüncülər isə psevdopodilər vasitəsilə qəbul edir. Qəbul olunan qida həzm fermentlərinin iştirakı ilə xüsusi həzm vakuolunda həzm olunur. Qida qalıqları isə həzm vakuolu ilə birgə orqanizmdən kənar edilir.Su ibtidailərinin çoxunun bir və ya bir neçə vakuolu var. Bu vakuollar onların orqanizmində sabit osmotik təzyiq yaradır, həmçinin bədəni oksigenlə təchiz edir. İbtidailərin bir qismi bəzi bitki xüsusiyyətlərinə malikdir. 
Fotosintezetmə qabliyyəti
Bitkilər kimi onların bəzi nümayəndələrində də fotosintez prosesi olur. Tərkibindəki xlorofilə və digər piqmentlərə görə onların rəngi qırmızı, yaşıl, sarı, qəhvəyi, hətta mavi də ola bilir. İbtidailərin böyük bir qismi enerjini üzvi birləşmələrin oksidləşməsi nəticəsində alır. Onlar bakteriyalardan fərqli olaraq qeyri-üzvi maddələrdən enerji mənbəyi kimi istifadə edə bilmir.
İbtidailərin çoxalması
İbtidailər cinsi və qeyri-cinsi yolla çoxalır. Qidalanıb böyüyən orqanizm qeyri-cinsi yolla iki hissəyə bölünməklə çoxalır. Bölünmə nüvədən başlayır.
Qıcıqlanma qabliyyəti
İbtidailər xarici qıcığa cavab reaksiyası verə bilir. Qıcıqlanma reaksiyasına misal olaraq ibtidailərin əlverişsiz şəraitə düşdükdə sistaya çevrilməsini göstərmək olar. Bu xüsusiyyət onlara ən əlverişsiz şəraitdə məhv olmamaq imkanı verir. Əlverişli şəraitə düşən kimi sista aktiv vegetativ forma alır (trofozoit) və bu yolla yayılır.
Yaşayış formaları
Sərbəst-Bu canlıların böyük qismi sərbəstyaşayanlardır. 
Simbioz-Bəzi ibtidailər digər orqanizmdə, ona zərər vermədən yaşayır. Məsələn, qamçılıların müəyyən növləri (Hypermastigina dəstəsi) termitlərin və bəzi yüyürüklərin (tarakan) bağırsaqlarında yaşayaraq onlara sellülozanı həzm etməkdə kömək edir. 
Parazit- (3500 növü)ibtidailərin bir çoxu insan və heyvan orqanizmində parazitlik edir. İnsan 50 növ ibtidainin potensial sahibi hesab olunur. Onların 2 növü ağız boşluğunda, 12 növü bağırsaqda, 1 növü sidik axarlarında, 10-a qədəri isə qanda və digər toxumalarda parazitlik edir. Sista açılır və içərisindən aktiv hərəkətli fərdilər (trofozoitlər) çıxır. İbtidailər bu yolla yayılır.

28 Nisan 2017 Cuma

Çılpaqtoxumlular şöbəsi

Çılpaqtoxumlular- 750 növü var.Bu adı toxumlarının çılpaq halda qulcuqların qoltuğunda yerləşdiyi üçün almışdır.İlk iynəyarpaqlı bitkilər Palezoy erasının Daş -kömür dövründə yaranıb.


Əsas xüsusiyyətləri


  • Ali toxumlu bitkilərdir.
  • İlk dəfə bunlarda əsas kök və toxum əmələ gəlirb.
  •  Ağac və kol şəklində olurlar. Ot şəkilli növü yoxdur.
  • Soyuq və mülayim iqlimdə, yüksək dağlarda  yayılmış və həmişəyaşıl meşələr əmələ gətirmişlər.
  • Birevli bitkilərdir, 
  • Yarpaqları iynə və pulcuqşəkillidir,GİNKOSAQOVNİKLƏRDƏ-da isə enliyarpaqlıdır.
  • Yarpaqlar qışda tökülmür.
  • Toxum vasitəsilə çoxalırlar. 
  • Hər toxumun üzərində qanadcıq olur.
  • Toxumlar qanadcıqların köməyi ilə külək vasitəsilə yayılırlar.
  • Külək vasitəsilə çarpaz tozlanırlar. 
  • Çarpaz tozlanma adlanan proses may ayında gedir.
  • Mayalanma sudan asılı deyil.
  • Mayalanma hərəkətsiz erkək qametlər- spermlər vasitəsi ilə gedir.
  • Endosperm ancaq ana orqanizmin xüsusiyyətlərini daşıyır.
  • Meyvələri  və çiçəkləri olmur.
  • Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır.
  • Govdəsində qabıq hissə nazik ,oduncaq hissə isə qalındır.Özək də zəif inkişaf edib.
  • Oduncaq əsasən dayaq və ötürücü funksiya daşıyan ölü hüceyrələrdən təşkil olunub.
  • Bəzi növlərin qabıq və oduncağında içərisi efir yağları və qətranla dolu kanallar var.Bu maddələrin buxarlanması  ətrafa xöş iy  verir,bakteriyalara isə öldürücü təsir edir.
  •  Dünyanın ən hündür, yoğun və uzunömürlü ağacı sekvoya (mamont ağacı) da çılpaqtoxumlulara mənsubdur.

Erkək qozanın təsviri
Dişi qozanın təsviri
Dişi qozanın növləri
Çoxalması

Çılpaqtoxumluların müqayisəsi
1.Şam ilə Küknarın müqayisəsi
2.Ardıc ilə Sərvin müqayisəsi

27 Nisan 2017 Perşembe

Ürəyin işi

Ürək- döş qəfəsində iki ağciyər arasında  sola doğru meyilli olan yerləşən,təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi orqandır.Çəkisi-300 qramdır.O bütov arakəsmə ilə sağ və sol hissəyə ayrılır.İnsan ürək 4 kameralıdı .Qulaqcıqlar yuxarıda mədəciklər aşağıda yerləşir.Sol mədəciyin divarı sağ mədəciyin divarından qalındır.Hər zaman sol tərəfdə arterial,sağ tərəfdə venoz qan olur.Qulaqcıqlar ilə mədəciklər arasında birləşdirici toxumadan əmələ gələn taylı qapaqlar yerləşir.Mədəciklər ilə arteriyalar arasında isə 3ədəd aypara qapaqlar yerləşir.Qapaqlar qanın bir istiqamətdə axmasını təmin edir,geriyə axmasına mane olur. 

Qulaqcıq→Taylı qapaqlar→Mədəcik  
Mədəcik→Aypara qapaqlar→ Arteriyalar         
Ürək ürək yanı kisədə yerləşir.Ürək kisəsi birləşdirici toxumadan ibarət 3 qişadan təşkil olunub.
1.Endokard-daxili qişa
2.Miokard-orta qişa
3. Epikard-xarici qişa
Ürək əzələsi-eninəzolaqlı əzələdir,əzələ lifləri bir-biri ilə birləşərək sinsit tor əmələ gətirir.İşi qeyri-iradidir.Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.Ürək yığılıb boşalmaqla qanı ağciyərlərə və orqanlara qovur.

 Ürəyin işi
Ürək ritmik olaraq  yığılıb boşalır.Ürək əzələsinin yığılmasına-sistola,boşalmasına diastola deyilir.Ürəyin bir dəfə yığılıb boşalması ürək döyünməsi adlanır.Bir ürək döyünməsi  3 fazadan ibarətdir.Bir  ürək döyünməsinə sərf olunan vaxt isə 0,8 saniyədir.Sakit halda ürək dəqiqədə70-75 dəfə ,sutkada 100000 dəfə döyünür. Vurğuların tezliyi 60 dan aşağı olduqda bu hal bradikardiya, 90 dan artıq olduqda isə taxikardiya adlanır.Ürək döyüntülərinin sayı yaşla əlaqədardır.Dölün ürək döyüntüləri ananınkından 2 dəfə çox olur.1 yaşadək uşaqlarda  dəqiqədə 100-120,qocalarda 90-95 olur.
Ürəyin bir dəqiqədə qovduğu qanın miqdarı dəqiqəlik tutum adlanır.

Ürək döyüntülərinin sayına təsir edən amillər
Döyüntülər artır↓ 

  • Fiziki iş zamanı -artır.
  • Adrenalin- artır
  • Trioksin-artır                                 
  • Vazopressin-artır                       
  • Ca duzları -artır
  • CO2 nin artması-artır
  • Bədən tempuraturu-artır
  • Simpatik sinirlər
Döyüntülər azalır↓
  • K duzlar-azalır
  • Azan sinir-azalır
  • Histiamin
  • Asetilxolin
Fazalar
1ci faza- Qanla dolmuş qulaqcıqların yığılması,(sistolası) qanın qulaqcıqlardan mədəciklərə ötürülməsi (bu zaman mədəciklərin əzələləri boşalmış vəziyyətdə olurlar), qulaqcıqların yığılması ona açılan venaların mənfəzini daraltmış olur ki, bu da qanın geriyə qayıtmasının qarşısını alır.

2ci faza- Mədəciklərin yığılması(sistolası) qulaqciqların əzələlərinin boşalması ilə müşaiyət olunur. Mədəciklərlə qulaqcıqları ayıran üçtaylı və ikitaylı qapaqcıqlar qapanaraq qanın qulaqcıqlara qayıtmasının qarşısını almış olurlar. Bu zaman əksinə olaraq aorta və ağciyər arteriyası qapaqcıqları açılmış olurlar. Mədəciklərin yığılması qanı bilavasitə aorta və ağciyər arteriyalarına qovmuş olur.Hə sistola zamanı-70-75ml qan damarlara qovulur.Sağ və sol mədəciklər eyni miqdarda qanı qovur.

3cü faza-Diastola fazası və ya fasilə - tam ürək əzələlərinin boşalması və ya bu orqanın bir anlığa istirahəti kimi başa düşülə bilər.Bu zaman nıvbə ilə həm qulaqcıqlar,həm də mədəciklər boşalır.Bu fasilə zamanı venalardan qan qulaqcıqlara, qismən də isə mədəciklərə axmış olur. Yeni tsikl başlarkən qulaqcıqlarda qalmış qanın yenidən mədəciklərə ötürülməsilə tsikl təkrarlanmış olur.
Ürəyi qidalandıran damarlar
Ürəkdən qan dövranı zamanı damarlar vasitəsilə qan daşınır.Ümumilikdə bu daşınma prosesində 8 damar (6 vena,2 arteriya damarı)iştirak edir.


Ürək fəaliyyətinin tənzimi
1.Sinir
2.Hümoral yolla
1.Vegetativ sinir sisteminin parasimpatik və simpatik sistemi şöbələri tənzim edir.Ürək 2cüt mərkəzdənqaçan sinirlə tənzim olur: azan və simpatik.
Azan sinir ürək fəaliyyətini ləngidir.Mədəciklər yalnız simpatik sinirlə innervasiya olunur,onlar azan sinirlə innervasiya olunmur.
2.Vazopressin,trioksin,adrenalin damarları daraldır,ürək fəaliyyətini artırır.Histamin və asteilxolin isə əksinə təsir göstərir.


Xromosomlar

Xromosomun kəşfi
Xromosomlar- İlk dəfə 1848-ci ildə alman botaniki V. Qofmeyster tradeskansiya tozcuqlarının ana hüceyrələrini tədqiq edərkən xromosomları müşahidə etmişdir.Xromosom termini ilk dəfə 1888-ci ildə V. Valdeyer təkilf etmişdir. “Xromosom” yunan sözü olub, “chromo”- rəng, “soma”- cism deməkdir.

Xromosumun  qurluşu
Xromosomlar-genetik cəhətdən mürəkkəb, universal irsi vahidlər olub viruslarda, bitkilərdə və heyvanlarda təsadüf edilir.
Xromosom DNT və zülallardan əmələ gəlmiş hüceyrəvi sturukturdur.DNT-nin ikiləşməsindən sonra hər bir xromosom iki DNT molekulundan ibarət olur.Hər iki DNT molekulu ayrı-ayrılıqda xromatidlər (yun. “chroma” – rəng, “eidos” – görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə sentromer (lat. “centrum” – mərkəz, “meros” – hissə) adlanan hissə ilə birləşir.Sentomer olan hissə birinci  gərilmə adlanır,sanki onu 2 hissəyə ayırır.İkinci gərilmə isə nüvəcikdə olur.Xromosomların uzunluğu 0,2-dən- 50 mmk-aqədər, diametrləri isə 0,2-dən- 2 mmk-a qədər dəyişir. Xromosomların ölçüsü və forması daimidir.


Xromosom sayı
Hər növ müəyyən və sabit sayda  xromosom yığımına, yəni kariotipə malikdir.Kariotip orqanizmin sayı, ölçüsü və forması ilə səciyyələndirilən xromosom vəhdətidir.
Xromosomların sayı heyvan yaxud bitkilərin böyüklüyündən və onların inkişafsəviyyəsindən asılı olmur.
                                     Bəzi növlərin xromosom  sayı 



Homoloji xromosomlar
 İkiqat (diploid) xromosom yığımına malik orqanizmlərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlənməyən cüt xromosomlar olur. Belə cüt xromosomları homoloji (yun. “homos” – eyni) xromosomlar adlandırırlar. Homoloji xromosom cütləri zahirən bir-birinə oxşardır,onların sentromeri eyni yerdə olur və genlər eyni ardıcıllıqla düzülür.
Birqat- haploid yığımda xromosomlar forma və ölçüləri üzrə fərqlənirlər. 

Image result for xromosomlar

İnsanın xromosom sayı

İnsanın xromosom yığımı 46 xromosomdan ibarət olub, onların ikisinin cinsi müəyyən etdiyinə görə onlara cinsi xromosom deyilir(qalan 44-ünə somatik-bədən xromosomları deyilir). Kişilərdə bu cinsi xromosomlar XY,qadınlarda XX cütlüyüdür. Mayalanmada iştirak edən kişi cinsi spermatazoid və qadın cinsi hüceyrəsi yumurtahüceyrədə xromosom sayı bədən hüceyrələrində olduğundan 2 dəfə az-23 olur.

Mayalanma zamanı  ziqotda xromosomların paylanmasından asılı olaraq  dölün cinsiyyəti müəyyən olunur.

Hüceyrədə olan orqanoidlər arasında  mitoxondri xüsusi yer tutur.Mitoxondrilər oğul və qızlara istənilən halda yalnız ana-yumurtahüceyrə tərəfindən ötürülür. Spermatazoiddə mitoxondri olmasına baxmayaraq o, mayalanmada iştirak etmir.İstər oğlanların, istərsə də qızların mitoxondriləri onlara öz anaları tərəfindən, analarına öz anası tərəfindən və beləliklə bütün qadın xətti boyunca dayanmadan ötürülüb. Həmçinin,bütün oğlanlar öz Y xromosomlarını atalarından, ataları öz atasından və s. alır
Xromosom  xəstəlikləri

Tibbdə gen və xromosom patalogiyaları ilə əlaqədar olan 6000-dən artıq müxtəlif xəstəliklər müəyyən edilmişdi.Bu xəstəliklər sırasında karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun uzanmasının ləngiməsi, şəkərli diabet, epilepsiya, sonsuzluq, skelet pozğunluqları, böyrək patalogiyaları və .s. xəstəliklər mövcuddur. 
İnsanda  gen və xromosom mutasiyaları ilə nəticələnən xəstəliklər-irsi xəstəliklərdir.
  Xromosom saylarında olan pataloji dəyisikliklər, nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri Daun sindromudur. Belə xəstəliklərdə xromosom dəstinin sayı 46 deyil 47 olur. Artıq olan bir qeyri- cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin dərəcədə zəif olur.
    Bildiyimiz kimi, kişi xromosom dəsti 46_XY olur. Bəzi hallarda oğlanlarda artıq cinsi xromosom olmaqla 47_XXY xromosom dəsti olur. Belə oğlan uşaqları cinsi inkişafdan geri qalmaları,qadına bənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patalogiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələki mümkün hesab edilmir.

26 Nisan 2017 Çarşamba

Hüceyrə səviyyəsində çoxalma-Meyoz


Meyoz bölünmə-meyozis-azalma deməkdir.Bu bölünmə zamanı xromosom sayı 2dəfə azalır.Bu bölünməyə başka adla reduksion bölünmə də deyilir.Meyoz 2 ardıcıl bölünmədən (fazadan) ibarətdir.
1 ci fazada xromosom sayı ana hüceyrədə olduğu kimi diploid -2n olur.
2-ci fazada isə xromosom sayı 2 dəfə azalır-n olur.
Meyoz bölünmədə nüvə 2 dəfə(1və2ci fazada),xromosomlar isə 1dəfə bölünür.Bu bölünmə zamanı xromosomların sayı 2 dəfə ,DNT-nin miqdarı isə 4dəfə azalır.
Meyoz bölünmənin məhsulu- cinsi hüceyrələr-qametlərdir.
                    Meyozun tipləri       
Ziqot tipi (başlanğıc)
Spor tipi(aralıq)
Qamet tipi(son tip)
Meyoz mayalanmadan dərhal sonra ziqotda başlayır.
Əsasən ali bitkilərdə -sporofit və qametofit nəslin yaranmasında müşahidə olunur.
Bəzi ibtidai bitkilərdə, heyvanlarda və insanda qametlərin törəməsindən əvvəl başlayır,son məhsulu qametlər olur.



Meyoz bölünmənin mərhələləri və fazaları


Mərhələləri
             1 faza
          2 faza
Profaza
Xromosomlar,burulur.qısalır,yoğunlaşır.Sonra bir birinin oxşarı olan homoloji cütlər yaradaraq bir-birlərinə yaxınlaşırlar və birləşirlər.Bu yaxınlaşma konyuqasiya adlanır.Homoloji xromosomlar gen sahələrinə və genin yerləşmə yerinə görə tam oxşar olduğundan birləşmə zamanı onlar arasında gen mübadiləsi baş verir.Bu rposes isə krossinqover adlanır.Nəticədə genlərin yeni kombinasiyaları əmələ gəlir.Konyuqasiyadan sonra xromosomlar ayrılır,nüvə pərdəsi əriyir,nüvəcik itir,xromosomlar sərbəst halda sitoplazmada yerləşirlər.
Çox qısa davam edir. Xromosomlar aydın görünür sitoplazmada sərbəst yerləşirlər, bölünmə vətərləri yaranmağa başlayır.
Metofaza
İki sromatidli xromosomlar hüceyrənin ekvatoru boyunca düzülürlər,metafazalöhvəsini əmələ gətirirlər.Xromosomu n hər birinin sentromerinə yalnız bir qütbdən bir vətər teli birləşir.(mitozdan fərqli olaraq)
2xromatidli xroomosomlar hüceyrənin ekvatoru boyunca düzülürlər.Hər setromerə hər qütbdən 1 vətər(cəmi 2vətər) birləşir.
Anafaza
Qütblərə 2 xromatidli tam xromosomlar çəkilirlər.Qütblərə homoloji cütdən yalnız bir xromosom çəkildiyindən,xromosomların sayı dəyişmir.
Qütblərə xromosomun yarısı yəni xromatidlər çəkilir.
Telofaza
Ana hüceyrədən haploid xromosoma malik  2qız hüceyrə əmələ gəlir.(bəzən isə bu mərhələ olmur)
Xromosomlar nazikləşir,işıq mikroskopunda görünməz olur,nüvə pərdəsi və nüvəcik yaranır.Hüceyrənin sitoplazması 2yə  bölünür.
Meyoz nəticəsində sonda bir diploid hüceyrədən 4 haploid hüceyrə əmələ gəlir.


Xüsusi qeydlər.

  • Meyoz bölünmənin birinci profazasında homoloji xromosomlarda tam oxşarlıq olmazsa onda onlarda konyuqasiya baş verməz,Nəticədə meyozun gedişi pozular,dölsüzlük baş verər.
  • Adətən konyuqasiyadan sonra krossinqover baş verir.Lakin konyuqasiyadan sonra krossinqover baş verməyə də bilər.
  • Meyozun 2ci bölünməsində DNT ikiləşməsi olmur.
  • Meyozun sonunda bir başlanğıc cinsi hüceyrədən 4 haploid(1n,1c)qız hüceyrə əmələ gəlir.
  • Meyozun 1ci telefoza və 2ci anafazasındakı xromosom sayı fərdin somotik hüceyrəsindəki xromosom sayına bərabər olur.
     Meyoz və mitoz bölünmə arasındakı əsas fərqlər
       Bölünmə zamanı xromosom və DNT nin miqdarı
Meyoz bölünmənin əhəmiyyəti
Meyoz zamanı xromosom sayı 2 dəfə azalır,nəticədə sonrakı nəsillərdə xromosom sayı artmır.Bu zaman qametlər haploid xromosoma malik olur ,mayalanma nəticəsində isə növ üçün səciyyəvi olan xromosom sayı bərpa olunur.(2n)