2 Şubat 2018 Cuma

"Kreativ dərslərin yığılması" təlimi uğurla başa çatdı.

27-30 yanvar tarixlərində Müasir İnnovasiyalar Liseyində müəllimlərin peşekarlıq səviyyəsinin yüksəldilməsinə həsr olunmuş təlimlərdən biri "Kreativ dərslərin hazırlanması" təlimi keçirildi.təlimdə Müasir İnnovasiyalar Liseyinin müəllimləri ilə bərabər Bakı şəhərinin müxtəlif məktəblərindən müəllimlər iştirak etmişdir.4 günlük təlimin sonunda müdavimlər uğur sertifikatı almaq üçün imtahan veriblər.İmtahan nəticələrinin yüksək toplanması nəticəsində bütün müdavimlər "Uğur"sertifikatı alaraq növbəti təlim mərhələsinə keçmişdir.
  Təlim sonunda müəllimlər təlim və onun keyfiyyəti barədə müsbət fikirlərini bildirmiş ,təlimçilər haqqında xoş fikirlər səsləndirmişlər.Sonda xatirə şəkli çəkdirilmişdir.
Təlimçilər Rumiyyə Camalova və Nailə Sadıqovaya öz xüsusi təşəkkürümüzü bildiririk.