18 Temmuz 2023 Salı

İrsi məlumatlar genetik kod

 DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quruluşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrində saxlanılır. Beləliklə, gen (yun. “genos” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu barədə məlumat daşıyan DNT sahəsidir.

Genetik kod.DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Genlərdə sintez olunacaq bu və ya digər zülalın aminturşular ardıcıllığı barədə məlumatlar saxlanılır . Bu məlumatlar sonradan komplementarlıq prinsipi əsasında m-RNT-yə köçürülür və nəslə ötürülür.Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Bu polimer 4 cür nukleotidin 3-3(3 nukleotid=triplet)  birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir.Orqanizmlərdə olan müxtəlif züllalar 20 tip amin turşularının müəyyən ardıcıllıqla birləşməsi sayəsində meydana gəlir.DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və triplet adlanır..Hər bir triplet 1 amin turşusunu kodlaşdırır, lakin bəzi aminturşular bir və ya bir neçə kodla kodlaşa bilir. ,Genetik kodda genlər arasında onları bir-birindən ayıran və heç nəyi kodlaşdırmayan boş tripletlər də olur. Bütün canlı orqanizmlərdə eyni aminturşulara eyni tripletlər uyğundur.

 DNT və m-RNT-si molekullarında zülalın ilkin quruluşu haqqında məlumatın nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülmə qaydası genetik kod adlanır.Kodun mahiyyəti ondan ibarətdir ki mRNT-də nukleotidlərin yerləşmə ardıcıllığı amin turşuların yerləşmə ardıcıllığını müəyyən edir.Genetik kodda olan 3 xüsusi triplet var ki (UAA,UAQ,UQA) bunlar stop kodonu adlanı və zülül sintezinin başa çatdığını bildirir.




Yadda saxlamamız gərəkən məlumatlar!


  1. 1 nukleotidin uzunluğu = 0,34 nm
  2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı)
  3. Aminturşuların sayı = nukleotidlərin sayı : 3
  4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi
  5. 1 nukleotidin kütləsi ≈ 300 a.k.v.
  6. 1 aminturşu qalığının molekul kütləsi ≈ 110 a.k.v.
  7. DNT molekulunda nukleotidlərin nisbəti : А+Q / Т+S = 1

Genetik kodun xüsusiyyətləri

  1. Genetik kod bütün orqanizmlər üçün vahiddir – universaldır.Yəni bakteriya və göbələkdə istərsə də bitki və ya heyvanlarda və ya insanda eyni cür tripletlər eyni amin turşusunu kodlaşdırır.
  2. Kod tripletlidir. Hər bir aminturşusunun yeri ciddi sürətdə, məlumat RNT-də müəyyən üç nükleotidlər ilə kodlaşır və bir spesifik kodon əmələ gətirir.
  3. Bir aminturşusu bir neçə kodonlarla (birdən-altıya qədər) kodlaşa bilər. Yalnız 2 aminturşusu bir tripletdə kodlaşır – metiomin (AUQ) və triptofan (UQQ).Leysin aminturşusu maksimum kodonla (altı ədəd) kodlaşdırılır.
  4. Kod üst-üstə düşmür. Nukleotid ardıcıllığı sıra ilə bir istiqamətdə 5-dən 3-ə triplet tripletin ardınca hesablanır.
  5. AUQ kodunu məlumat RNT-nin başlanğıcında – 5' ucunda yerləşdikdə polipeptid zəncirinin sintezinin təşəbbüşçüsü olacaq. Əgər AUQ kodunu məlumat RNT-nin ortasında yerləşirsə, onda o, metionin aminturşusunu kodlaşdıracaq.
  6. UAQ ("amber") UAA ("oxra") və UQA ("opal") kodonları, sintezin terminatorlarıdır, yəni (stop-siqnalları)

Məlumat RNT-də genetik məlumatın hesablanması bu kodonların birinə yaxınlaşan kimi, sintez dayanır və polipeptid zəncir ribosomdan ayrılır.

Beləliklə, hər bir hüceyrənin DNT molekulunda bütün orqanizmin genetik məlumatı kodlaşıb və bu məlumat biosintez yolu ilə biokimyəvi proseslər, fizioloji xüsusiyyətlər və morfoloji əlamətlər şəklində ontogenezdə realizə oluna bilər.



17 Temmuz 2023 Pazartesi

Karbohidratlar,Lipidlər

Karbohidratlar - tərkibi Cn(H2O)m ümumi formulu ilə ifadə olunan üzvi maddələrdir.“Karbohidrat” sözünün mənası “hidratlaşmış karbon” ( sulu karbon) deməkdir. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir.

Karbohidratlar — yüksək enerjiyə malik üzvi maddələr olub, orqanizmə qida ilə daxil olur və insan orqanizminin tam müxtəlif ehtiyaclarını ödəyir.

 Karbohidratlar sadə (monosaxaridlәr və disaxaridlәr) və mürəkkəb (polisaxaridlәr) quruluşda olur.

Sadə karbohidratlar

Sadə karbohidratlara süd məhsullarında, meyvə və şirniyyatlarda rast gəlirik. Onlar tez həzm olunaraq sorulur, aclıq hissi ilə isə yenidən yaranır.

Monosaxaridlәr suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayılan monosaxaridlər qlükoza, fruktoza, qalaktoza, həmçinin nuklein turşuları və ATF-in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.

Qlükoza çoxlu miqdarda üzüm şirəsində (ona görə ona üzüm şəkəri deyilir), balda, yetişmiş meyvə və giləmeyvələrdə olur. İnsan orqanizmində qlükoza əzələlərdə və qanda (0,1%-ə qədər) olur. Qlükoza bitkilərdə fotosintez reaksiyası üzrə əmələ gəlir:

Fruktoza (C6H12O6) bir çox meyvələrin tərkibində olduğu üçün onu meyvə şəkəri adlandırırlar. Fruktoza həmçinin balın mühüm tərkib hissəsidir (50%). O, qlükozadan şirindir və bu da balın çox şirin olmasına səbəb olur.

Eyni formula malik olduqları üçün qlükoza və fruktoza bir-birinin izomeridir.

Təbabətdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən müalicə vasitəsi kimi istifadə olunur. O, toxuculuq sənayesində parçalara bəzək vurulmasında, qənnadı sənayesində, həmçinin C vitamininin (askorbin turşusunun) alınmasında işlədilir. Praktikada qlükozanın qıcqırdılmasından etil spirti alınır.

Disaxaridlər Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlәr əmələ gəlir. Disaxaridlər də xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir. Disaxaridlərə çuğundur və ya qamış şəkəri (saxaroza) və süd şəkəri (laktoza) aiddir.

Mürəkkəb karbohidratlar


Polisaxaridlər çoxsaylı monosaxarid halqalarından təşkil olunmuşlar. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstünlük təşkil edən nişasta, sellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşəratların xarici skeletini təşkil edən xitin və s. aiddir.

Mürəkkəb karbohidratların həzmi və sorulmasına çox vaxt gedir, bu isə toxluq hissinin uzun müddət qalmasına və təkrar qida qəbul etməməyə imkan verir. Məsələn: bəzi zəruri fermentlərin bizdə olmaması səbəbindən, sellüloza orqanizmimizdə həzm olunmur. Aclıq hissinin müddətini uzadır, bağırsağın işini tənzimləyir, parçalanmadan əmələ gələn toksik maddələri orqanizmdən xaric edir, xolesterinin səviyyəsinə müsbət təsir edir.

  • Monosaxarid - qlükoza, fruktoza, qalaktoza, dezoksiriboza, riboza və s.
  • Disaxarid - saxaroza, laktoza,maltoza və s.
  • Polisaxarid - qlikogen, nişasta, sellüloza, xitin, pektin və s 

Funksiyaları


Energetik - karbohidratlar orqanizm üçün əsas enerji mənbələrindən biridir (təqribən - 60%). Beynin, qan hüceyrələrinin, böyrək və böyrəküstü vəzinin beyin maddəsinin fəaliyyəti üçün tələb olunan bütün enerji qlükozanın oksidləşməsi nəticəsində təmin olunur. 1 q karbohidratın oksidləşməsi nəticəsində təqribən 17.6kC enerji ayrılır.

İnşaat -onlar müxtəlif hüceyrə strukturlarının bitkilərdə(sellüloza) və göbələkdə(xitin) hüceyrə divarlarının tərkibində olur.

Plastik - onlar müxtəlif  mürəkkəb üzvi malekulların tərkib hissədir.Orqanizm üçün mühüm olan bir çox maddələrin (nukleotidlər, lipidlər, fermentlər və s.) sintezində iştirak edirlər.

Mühafizə- karbohidratlar bitki toxumlarının qılafının əsas komponentlərindəndir, cücülərin və xərçənglərin xarici skeletlərinin qurulmasında, bakteriyaların hüceyrə divarlarının və bütün canlı orqanizmlərin hüceyrə membranlarının əmələ gəlməsində (zülallarla kompleks şəklində) iştirak edirdilər.

Dayaq - sellüloza və bitki hüceyrələrinin qılafının digər polisaxaridləri hüceyrələri nəinki xarici təsirlərdən mühafizə edirlər, onlar həm də bitkinin möhkəm gövdəsini, onun mexaniki və dayaq toxumlarını yaradırlar.

Ehtiyat qida maddələri- onlar orqanizmdə qlikogen (insanlarda və heyvanlarda), nişasta (bitkilərdə) şəklində toplanmağa qadirdirlər.

Osmotik təzyiqin  yaranmasında iştirak edirlər.Qanın osmotik təzyiqi qatılığından asılıdır.

Reseptor funksiyasını,bir çox oliqasaxaridlər hüceyrə reseptorlarının qıcığının qəbul edən hissəsini əmələ gətirir.


Sutkalıq karbohidrat  norması  500 qramdır.Orqanizmdə karbohidrat miqdarı çox olanda zülala və yağa çevrilmə baş verir.



Lipidlәr. Suda həll olmayan,benzin,benzol və xloroformda həll olan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hüceyrələrinin tərkibinə daxildir.

Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni təşkil edir. Piy toxuması hüceyrəsində onun miqdarı hətta 90%-ə çatır. Belə hüceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məməlilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə toplanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin toxum və meyvələrində yağın miqdarı daha çoxdur.


Lipid-yunanca "lipoz"-sözündən götürülüb, mənası piy deməkdir. Adətən lipidləri iki yerə bölürlər:

  1. Sadə lipidlər. Bura yağlar, sabunlar və mumlar aiddir;
  2. Mürəkkəb lipidlər.



Yağların bioloji rolu. Yağların bioloji rolu çoxcəhətlidir.


Enerji funksiyası- Onlar hər şeydən əvvəl enerji mәnbәyidir. 1 q yağ tam parçalanarkən 38,9 kC enerji ayrılır.

Tempuraturun tənzimlənməsi_ Yağlar bәdәn temperaturunun tәnzimlәnmәsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin edir və bu heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradır.

Suyun əmələ gəlməsi- 1q yağ parçalananda 1.1 q su əmələ gəlir.


Sutkalık bir insan qidasında 100-110 qram yağ olmalıdır.(30q bitki mənşəli)



Cinsi hüceyrələrin yaranması və mayalanma

 

Qametlərin (cinsiyyət hüceyrələrinin) yaranması və inkişafı. 

Qametlərin yaranması prosesi qametogenez adlanır. Cinsi hüceyrələr valideyn orqanizmlərin xüsusi orqanlarında – heyvanlarda cinsiyyət orqanlarında – yumurtalıqda və toxumluqda əmələ gəlir. Öz inkişafının birinci mərhələsində ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür və bu zaman onların miqdarı artır.

                                          Qametogenez prosesi

Mayalanma. Ziqotun yaranması ilə nəticələnən erkək və dişi qametin birləşməsi prosesi mayalanma adlanır. Mayalanma spermatozoidin yumurta-hüceyrəyə daxil olması nəticəsində baş verir. Mayalanma prosesindən sonra ziqot bölünməyə başlayır və diploid rüşeym əmələ gəlir. Sonradan ondan yeni orqanizm formalaşır.

Cinsiyyətli çoxalmada- iki fərd iştirak edir.(dişi və erkək).Onların hər birinin cinsi orqanlarında cinsiyyət hüceyrələri-qametlər əmələ gəlir.Qametlər haploid xromosoma malik olur onların birləşməsi nəticəsində diploid xromosoma malik ziqot əmələ gəlir.Heyvanalrda dişi qametlər hərəkətsiz və iri olur, erkək qametlər isə kiçik və aktiv olur.
 Növləri: 
1.Partenogenez-mayalanmamış yaumurtahüceyrədən tam orqanizm inkişaf etməsidir. Bitkilərdən (zəncirotu və qırğıotunda) və heyvanlardan(mənənə,rotatorilərdə-sap qurdlarda), bal arısında ,yanüzən xərşənglərdə,bəzi balıqlarda,qaya kərtənkələsində,hind toyuğunda
Bal arısı ailəsində 2yolla(mayalanmış və mayalanmamış yumurtadan) nəsil alınır.
Mayalanmış yumurtalardan- işçi və ana arı,
Mayalanmamış yumurtalardan- erkək arılar  yaranır.
2.Ginogenez-bir fərdin mayalanmamış yumurtahüceyəsinə digər növün spermatozoidi daxil olur, Lakin onu mayalandırmamış məhv olsada, yumurtanın inkişafına səbəb olur.
3.Hermofroditizim-oturaq və passiv həyat tərzi keçirən orqanizmlərdə (süngərlər,yastıqurdlar,həlqəvi qurdlar,molyuskalar süfrəsixordalılar və bəzi xordalılar.Belə orqanizmlər həm dişi həm də erkək cinsiyyət orqanına malik olur.Hər iki cinsiyyət orqanına malik olsada  mayalanma çarpaz gedir.
4.Konyuqasiya-sitoplazmatik atmalar vasitəsilə hüceyrələr bir birinə birləşir,aralarında informasiya mübadiləsi baş verir.Mübadilədən sonra hüceyrələr bir birindən ayrıldığına görə çoxalma zamanı hüceyrələrin sayı dəyişmir.(infizor tərlik,spirogira,mukor)