8 Mayıs 2020 Cuma

Canlılar və ətraf mühit

Ekológiya (yun. οικος — ev, yaşayış yеri, təsərrüfat; λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir.Ekologiya sözünü ilk dəfə Q.D.Toro işlətmişdir, terminini  isə elmə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernest Hekkel "Orqanizmin ümumi morfologiyası" («Generelle Morphologie der Organismen») əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.
Ekoloj iamillər— Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Orqanizmlər daim ətraf mühit amillərinin təsirinə məruz qalır.  Ətraf mühitin ekoloji faktorları orqanizimdə gedən bioimyəvi və fizioloji proseslərə-qidalanma, tənəffüs, fotosintez və s. proseslərə, elə cə də onun yayılmasına, inkişafına, məhsuldarlığına, ömrünə, sutkalıq və illik fəaliyyətinə təsir edir. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır. Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür: abiotik, biotik və antropogen amillər.
1.Abiotik amillər-(yun. “a” – inkar , “bios” – həyat) cansız təbiət amilləridir. Bunlara işıq, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların miqdarı, torpağın nəmişliyi və aerasiya (yun. “aer” – hava) kimi amillər aiddir. 

2.Biotik faktorlar-Canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşəratlarla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir. Canlıların bir-birinə təsiri növdaxili(sahə və reproduktiv əlaqələr) və növlərarası(Qida əlaqəsi)  olur.
Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir və ya 3 əsas səbəbdən əmələ gəlir: 
1.qida əlaqəsi, 
2. sahə əlaqəsi, 
3. reproduktiv (nəsil vermək) əlaqə. 
3.Antropogen amillər-insanın başqa canlılara təsiri deməkdir. (yun. “anthropos”– insan, “genisisum” – doğulma, mənşə) canlı orqanizmlərin həyat şəraitini dəyişməsi ilə müşayiət olunan insan fəaliyyətidir. Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində Yer səthinin relyefi, kimyəvi tərkibi, atmosferi və canlılar aləmi dəyişir.
Antropogen faktorlar öz növbəsində 2 qrupa ayrılırlar:
  1. İnsanın digər canlılara birbaşa təsiri. Məsələn ov etmək, balıq tutmaq və s.
  2. İnsanın başqa canlılara dolayı təsiri-onların yaşama şəraitini dəyişdirməklə etdiyi təsir.  Canlılnın yaşama şəraitini dəyişdirmək ona ətraf mühitdən təsir edən faktorları dəyişdirmək deməkdir.
Amilin həyat üçün əlverişli intensivliyi optimal intensivlik və ya optimum adlanır. Məsələn, baş kələmin optimal inkişaf temperaturu 15–18°C-dir. Amilin təsiri optimuma nə qədər yaxın olarsa, orqanizmdə həyat prosesləri bir o qədər əlverişli baş verər. Əksinə, optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir.
Hər bir amilin təsirinin maksimal və minimal kritik həddi mövcuddur. Amilin orqanizm üçün yaşama sərhədi dözümlülük həddi adlanır. Amilin kritik həddə yaxın olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə mane olur və onu məhdudlaşdırır. Bu, məhdudlaşdırıcı amil adlanır.

Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. 
Sutkalıq ritmlər
Orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır: Sutkalıq ritmlər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir.Temperaturun da sutka ərzində dəyişməsi sutkalıq ritmə aiddir.İşığın təsiri ilə gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir.Gündüz həyat tərzi keçirən canlılar sutkanın işıqlı şəraitində fəal olurlar. Gecə həyat tərzi keçirənlər isə gecə fəal olurlar. 
Fəsil ritmləri
Fəsil ritmləri: Yerin Günəş ətrafında fırlanması ilə baş verir. Bir çox növlərdə inkişafın, böyümənin, çoxalmanın illik tsikli mövcuddur. Mövsüm hadisələri ilə əlaqədar olaraq il ərzində temperaturun dəyişilməsi həyat proseslərinin sürətinə təsir etsə də, onu tam müəyyən etmir. Bir çox hallarda yazda və payızda temperatur eyni olsa da, canlı təbiət hadisələri müxtəlif istiqamətlərdə gedir.Orqanizmlərdə qışa hazırlıq hələ yayda temperatur yüksək olduqda baş verir.Orqanizmlər üçün təkcə temperatur deyil, günün uzunluğu da həlledici amil kimi rol oynayır.
Bu və ya digər fəslin yaxınlaşması üçün siqnal rolunu temperaturun illik gedişi ilə müşayiət olunan günün uzunluğunun dəyişməsi oynayır. Orqanizmin günün uzunluğuna qarşı verdiyi cavab reaksiyası fotoperiodizm adlanır. Fotoperiodizm mövsüm hadisələrinə uyğunlaşmanı təmin edir.Onun meydana gəlməsi təkcə işıqlanmanın intensivliyindən deyil, həmçinin sutkada işıq və qaranlığın növbələşməsi ilə əlaqədardır.Fotoperiodik reaksiyalar iki tipə ayırırlar: qısagünlü və uzungünlü. Günün uzanmasına orqanizmlər həyat aktivliyinin artması ilə cavab verirlər.Günün uzunluğu adətən, temperatur dəyişməsi ilə müşayiət olunur və orqanizmlərin qış-yaz hazırlığı üçün siqnal amili rolunu oynayır. İnsan orqanizmində biolloji saatla idarə olunan 300-dən çox funksiya və proses olduğu müəyyən edilmişdir. Məsələn,sutka ərzində insanın nəbz vurğusu artıb-azala bilər: Səhər saat 9-10-da normaya çatır; Saat 13-14-də azalır; Saat 16-18 arası tezləşir; Saat 22-23-də isə yavaşıyır. İnsanın qan təzyiqi saat 12-13 arası və 18-də maksimum olur.Ən aşağı göstəricilər isə səhər tezdən və axşam saat 23-24-də olur. Qanda qlükozanın miqdarı sutka ərzində dəyişir. Maksimal miqdar saat 2,9,14,18 və 22-də olur. Bədənimizin temperaturu da sutkalıq ritmdən asılıdır. Səhər minimum, günün ikinci yarısında isə (saat18-də) maksimal olur.