28 Mayıs 2017 Pazar

Təkamül

Təkamül canlının ətraf mühitindəki şərtlər dəyişdikdə baş verir. Lakin ətraf mühitdəki dəyişikliklər heç də həmişə təkamülə yol açmır.Robert Ceymson – “evolution”(təkamül) terminini ilk işlədən şəxs olub.
Təkamülə yol açan faktorlar
  •  İqlim dəyişikliyi
  • Coğrafi mühitdəki digər dəyişikliklər.
  • Vulkan və digər təbii fəlakətlər
  • Ekosistemi əmələ gətirən digər bir canlı növünün nəslinin tükənməsi
  • Radiasiya və digər kimyəvi təsirlər
  • Atmosferdəki qaz balansının dəyişilməsi.

 Təkamül bir növdən başqa növə bir başa çevrilmir. Bir növdən başqa növə doğru gedən dəyişmədə bir neçə fərqli növ yaranır. Təkamül bir ağacdır. Tək bir növdən başlayan və hər yeni dəyişikliklərlə bərabər qarışıq, eyni zamanda inkisaf etmiş canlılara doğru gedən inkişaf ağacıdır.


Təkamül uzun müddət davam edən bir prosesdir. Kainat daim dəyişməkdədir. Yer kürəsi də kainatın bir parçası olaraq dəyişir və planet olaraq müxtəlif geoloji dövrlərdən keçir. Dəyişməz olan heç bir şey yoxdur. Bütün canlılar da kainatla, eyni zamanda Yer kürəsiylə birlikdə dəyişir və bu dəyişmə müəyyən bir zaman alır. Təbiətdə heç bir mürəkkəb quruluş anidən yaranmır. Mütləq şəkildə sadə bir başlanğıcdan başlayıb, müəyyən müddət ərzində fərqlənmə və seçmə mexanizmləriylə təkamülə uğrayaraq mərhələli şəkildə mürəkkəb quruluş əldə edir.

Təkamülü ilk dəfə 1927 ci ildə Y.A.Flipçenko 2 prosesə bölüb.

Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii seçmə istiqamətləndirdi. Çox adamlar təkamül termini işlədərkən elə təbii seçməni nəzərdə tuturlar.Məhz ona görə də ziddiyyətli fikirlər meydana gəlir.

Bitkilər aləminin təkamülü



Heyvanlar aləminin təkamülü




Atın təkamülü


İnsanın təkamülü





Tarixi nöqteyi nəzərən baxsaq  canlılarda,təbiətdə  nə qədər dəyişiklilərin baş verdiyinin şahidi olarıq.Təkamül bir canlının başqa canlıya çevrilmə prosesi deyil.Təkamül- həyatda baş verən sadədən mürəkkəbə doğru gedən bir inkişaf yoludur.Məhz ona görə də nə qədər ki həyat var təkamül də olacaq.Bu gün yaranan elm ,texnikanın inkişafı təkamül deyilmi?Bunlar da insan beynin təkamülü nəticəsində baş vermiş,yaranmışdır.




Təbitətdə təkamülün necə getdiyini daha yaxşı başa düşmək üçün tarixi inkişafın əsas yollarını və istiqamətlərini bilmək lazımdır.
A.N Severtsov Və  İ.İ. Şmalhauzen təkamülün  2 istiqaməti olduğunu söyləmişlər.

1.Bioloji tərəqqi-növlərin yüksələn xətlə inkişafıdır.Bu zaman baş verir:

  • Populyasiyada fərdlərin sayı artır
  • Doğum ölümdən çox olur.
  • Areal genişlənir,yeni populyasiyalar yaranır
  • Bioloji tərəqqidə olan növlər:sap qurdlar,cücülər,sıçanlar,dovşanlar
2.Biloji tənəzzül-növlərin enən xətlə inkişafıdır.Bu zaman baş verir:
  • Populyasiyada fərdlərin sayı azalır
  • Ölüm doğumdan çox olur
  • Areal kiçilir
  • Bəzi növlər məhv olur.
  • Bioloji tənəzzüldə olan növlər:plaunkimilər,fil.kərkədan,bizon
Təkamülün yolları
A.N Severtsov Və  İ.İ. Şmalhauzen təkamülün 3 yolu olduğunu söyləmişlər.

Aramarfozlar-qurluşu sadədən mürəkkəbə doğru,ümumi yüksəlişə aparan yoldur. Aramorfozlar həyat qabliyyətini artırır,bioloji tərəqqiyə səbəb olur.İndiyədək baş verən əsas aramarfozlar:
  • Fotosintezin yaranması
  • Çoxhüceyrəlilik
  • Cinsi çoxalma
  • Daxili mayalanma
  • Çiçəyin yaranması
  • Ağciyərlər
  • Ətrafların yaranması
  • Hər bir takson (fəsilədən yuxarı) aramorfoz yolla yaranır
  • Tip,şöbə kimi iri taksonomyialar yaranır.
  • Ürəkdə kameraların sayının artması,qan dövranın inkişafı

Qan dövranınn  aramorfozu



İdioptasiya-müəyyən həyat şəraitinə uyğunlaşmanı təmin edən təkamül yoludur.Bu zaman da bioloji tərəqqiyə səbəb olan uyğunlaşmalar yaranır.Misallar:
  • Kambala və skatın suyun dibində yaşamağa uyğunlaşması
  • Həşəratla tozlanmaya uyğunlaşma
  • Heyvanalarda qoruyucu rəng,maskalanma,mimikariyanın əmələ gəlməsi
  • Yarpağın tikana pilcuğa çevrilməsi
  • Meyvə və toxumların yayılmağa uyğunlaşması
  • Yarpaqlarda buxarlanmanı azltmağa uyğunlaşması
  • Növ,cins, fəsilə kimi taksonomiyaların yaranması
Ümimi degenerasiya-qurluşu mürəkkəbdən sadəyə doğru aparan təkamül yoludur.Bu sonda bioloji tənəzzül ilə nəticələnir.Həyat tərzi ilə orqanizmlərdə bəzi orqanların yoxa çıxması misal ola bilər.Misallar:
  • Öküz soliterində həzm orqanlarının,duyğu orqanlarının yox olması,sinir siteminin sadələşməsi
  • Qızıl sarmaşıqda yaşıl rənginn itməs,kök və yarpaqların yox olması
  • 3yarpaq yoncada yarpağın yox olması
Təkamülün yolları(aramorfozlar,idioptasiya,ümumi degenerasiya)bioloji tərəqqiyə səbəb olur.Yəni Bioloji tərəqqi bu 3 yolla yaranır.

Təkamülün nəticələri
  1. Canlı orqanizmlərin quruluş səviyyəsinin tədricən mürəkkəbləşməsi
  2. Orqanizmlərin mühit şəraitinə uyğunlaşması
  3. Növlərin çoxşəkilliyi

22 Mayıs 2017 Pazartesi

Makrotəkamül


 Canlıların fiziki dəyişiklikləri makrotəkamül, genetik dəyişiklikləri isə mikrotəkamül ilə öyrənilir.
                 Makrotəkamül
Növdən yüksək səviyyədə baş verən təkamüldür.Yəni bu zaman cins,fəsilə,dəstə ,sinif,şöbə,tip aləm və s. əmələ gəlir.Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır.Yəni Makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir.Makrotəkamülün əsasında mikrotəkamül durur.Onlar arasında kəskin fərq yoxdur.
Makro və Mikrotəkamülün oxşar xüsusiyyətləri.
  • Hər ikisinin əsasında divergensiya durur.
  • Hər ikisinə təbii seçmə təsir edir.
  • Hər ikisinə yaşamaq uğrunda mübarizə təsir edir.
Makrotəkamülü sübut etmək üçün bir çox dəlillərdən istifadə olunur.
1.Müqayisəli anotomiya dəlilləri
Divergensiya-həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parşalanmasıdır.Divergensiya növ ilə bərabər cinslərdə,dəstələrdə,fəsilələrdə  və başqa  taksonomoyalarda da baş verir.Divergensiya qohum növlərdə homoloji orqanların əmələ gəlməsi ilə baş verir.Homoloji orqanalar-Mənşəcə eyni, quruluş və funksiyaca müxtəlif olan orqanlardır.Məsələn:
  • Quru və su onurğalıların  ətrafları( suiti,delfin)
  • Yarasanın qanadı ilə insanın qolu
  • Noxudun bığcığı ilə kaktusun tikanları(hər ikisi yarpaq mənşəlidir)
Konvergensiya-Müxtəlif sistematik qruplardakı canlılarda oxşar mühit amillərinin təsirindən təkamülcə oxşar xüsusiyyətlər yaranmışdır.Konvergent inkişaf zamanı xarici qurluşda oxşarlıq yaranır.Bəzən isə bu fizioloji proseslərdə özünü göstərir(suda yaşama ilə əlaqədar suiti və balinada piy qatının yaranması)
Konvergensiyaya aid misallar
  • Suda yaşama ilə əlaqədar akula,ixtiozavr və balinalarda bədən formasının balığa bənzəməsi
  • Torpağı qazmağa uyğunlaşmış Köstəbək və danadişininin ön ətraflarının qurluşu
Konvergensiya analoji orqanların yaranmasına səbəb olur.Analoji orqanalar isə quruluş və funksiyaca oxşar olub,mənşəcə fərqli olan orqanlardır.Məsələn
  • quşun və kəpənəyin qanadları
  • danadişi və kostəbəyin qazıcı ön ətrafı
  • zirincin və yemişanın tikanı (1.Yarpaq.2.Gövdə mənşəlidir)

2.Embirioloji dəlillər-rüşeymlərin oxşarlığı
Embriologiya-orqanizmlərin rüşeym dövründə inkişafını öyrənir.Əsası ilk dəfə K.Ber tərəfindən qoyulmuşdur.
Embriloji dəlillər- birhüceyrəlilər ilə çoxhüceyrəlilər arasında, onurğalı və onurğasız heyvanlar arasındakı oxşarlıqların olmasını müəyyən etmişdir.
İnkişaf dovründə xordalılarda ilk olaraq tipin sonra isə →sinfin →dəstənin→cinsin→növün əlamətlərini yaranır.
Biogenetik qanun -F.Müller və E.Hekkel tərəfindən müəyyən olunub.Bu qanuna əsasən Hər bir fərd öz inkişafında (ontogenezində) daxil olduğu növün tarixini (filogenezini)təkrar eləyir,qisa olaraq "ontogenez filogenezin qısa tarixi təkrarıdır."
3.Palentoloji dəlillər-təkamülü isbat edən dəlilərdən biri də qazıntı ahalında tapılan canlıların qalıqlarıdır.Bu qalıqlar onların hansı dövrdə hansı şəraitdə yaşadığını ,bu günkü canlılarla oxşar və fərqli xüsusiyyətlərini öyrənməyə imkan verir.Paleontoloji qalıqlara başqa adla Fosil'lər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Palentoloji dəlilləri bir neçə qrupa bölünür:
1.Filogenetik sıralar-arxeolji qazıntılar nəticəsində alimlər bir cox heyvanların filogenetik sırasını müəyyən etmişlər.V.O.Kavaleviski Atın filogenetik sırasını müəyyən etmişdir.
Fenokodus-tülkü boyda həmm bitki həm də heyvanala qidalanan canlı olub.Bunlardan atın əcdadı əmələ gəlib.Onun 5 barmağı olub.
Eohippus- atın əcdadı sayılır.Ön ətrafında 4 arxa ətrafında 3 barmaq olub.Qabarıq dişləri olub.Neogen dövründə quraqlığın yaranması onun düşməndən xilas olmaq üçün sürətli qaçışına səbəb olub.Bu səbəbdən də onun ayaqları uzanmış,onurğa möhkəmlənmiş,barmaqda dırnaqlar yaranmışdır.
Şəraitin dəyişilməsi Merihippus,Hiparion və nəhayət Müsair at yaranıb.


2.İzatoplar-Çöküntü suxurlarının yaşı,yer qabığının yaşı onlarda olan radioaktiv maddələrin izatoplarının miqdarına görə təyin edilir.

3.Keçid formalar- tapılan qalıqların bir çoxu keçid formalar kimi qəbul olunur,aralıq mövqedə dururlar.

4.Stratiqrafik dəlillər-bu dəllilərə əsasən müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqalrının hansı qatlarda yerləşdiyi müəyyən olunur.Beləki ən üst qatda müasir canlılar,ondan aşağıdakı qatda xordalılar,ondan aşağıda isə onurğasız canlıların qalıqları yerləşir.

21 Mayıs 2017 Pazar

Təcridlər(izolyasiyalar)

Populyasiyada olan canlıların bir birinə qarışmamasına səbəb müxtəlif maneələrin-təcridlərin olmasıdır.Məhz təcridlər nəticəsində populyasiyda fərdlər  sərbəst çarpazlaşa bilmir. Təcridlər də təsadüfü xarakter daşıyır  və istiqamətlənməmiş irsi material verir.Təcridlər təkamül amili (hərəkətverici qüvvə) sayılır.
Təcridlər 2 formada özünü göstərir.

Çoğrafi təcrid
Eyni növdən olan canlılar bir quru ərazisinin çökməsi və ya qitələrin bir-birindən ayrılması kimi səbəblərdən coğrafi təcridlərə  məruz qalırlar. Belə olan halda, iki ayrı bölgədəki canlıların aralarında bir-birləri ilə çarpazlaşa bilmədikləri üçün genetik ayrılıqlar baş qaldırır. Başqa sözlə desək, coğrafi təcridlər populyasiyaları bir-birindən ayırır. Məsələn, quruda yaşayan canlılar geniş çöllər və sularla, ya da yüksək dağlarla bir-birindən ayrılırlar.Əgər bir populyasiya coğrafi olaraq iki və ya daha çox bölgəyə ayrılırsa, aralarındakı fərq getdikcə çoxalır və bir müddət sonra bu fərqli ərazilərdəki canlılar fərqli coğrafi irqlər meydana gətirir.Bu ayrılıq populyasiyalar arasında gen axınının qarşısını alacaq həddə çatdıqda, daha öncə bir-biri ilə oxşar xüsusiyyət daşıyan bir növün fərqli variasiyaları arasındakı bənzərlik azalmış olur.
Yer üzündəki fərqli irqlər coğrafi izolyasiyalar vasitəsilə əmələ gəlməmişdir. Coğrafi izolyasiyalar, sadəcə olaraq, insanların genlərində onsuz da əvvəlcədən mövcud olan resessiv, yəni çox vaxt üzə çıxmayan genetik xüsusiyyətlərin ortaya çıxmasına imkan yaratmışdır. Məsələn, bəzi insanlarda qaradərililik xüsusiyyəti üstün (dominant) olduğu və bu insanlar eyni ərazidə yaşayıb öz aralarında çoxaldıqları üçün qaradərililik irqi özünü geniş şəkildə büruzə vermişdir. Qıyıqgözlü uzaq şərq irqləri də eyni şəkildə. Əgər coğrafi izolyasiya olmasaydı, yəni dünyadakı bütün irqlər əsrlər boyunca bir-biri ilə hər zaman qarışıq ailə həyatı qursaydılar, onda hər kəs metis olardı: zəncilər, ağdərililər, qıyıqgözlülər olmaz, insanların hamısı mərkəzi mövqedə olardılar.

Bioloji təcrid
Bu təcrid ekoloji növəmələgəlməyə səbəb olur.Bu təcrid növünə cütləşmə,yuvaqurma vaxtlarında,cinsiyyət orqanlarının qurluşunda olan ,bitkilərin çiçəklənmə və tozlanma dövrlərində olan ,tozcuğun yetişmə sürətində olan fərqlər aiddir.

Mikrotəkamül

1927-ci ildə Y.A.Filipçenko Təkamülü 2 prosesə bölməyi təklif etdi.

1.Mikrotəkamül(yeni növlərin əmələ gəlməsi)
2.Makrotəkamül(yeni cins,fəsilə,dəstə,şöbə,tip,aləm əmələ gəlməsi)

Təkamül - genlərdə mikrotəkamül ilə başlayır və fiziki dəyişikliklərlə, makrotəkamül ilə davam edir.Növ daxilində baş verən təkamül prosesləri mikrotəkamül adlanır. Həyat şəraitinin dəyişməsi nəticəsində mikrotəkamül divergensiya, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikrotəkamül prosesi növün yaranması ilə başa çatır.
Makrotəkamülü  biz adətən hiss etmirik,hiss etməməyimizin səbəbi prosesin çox uzun hetməsi və  ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Biz qitələrin hərəkətini və iqlim dəyişikliklərini də anlıq hiss edə bilmirik, amma geoloji və metereoloji məlumatlarla bu yavaş gedən proseslər haqqında məlumatımız olur. Eynilə makrotəkamülün gec baş verən dəyişikliklərini də arxeoloji tapıntılar və laborator təcrübələrin nəticələri ilə öyrənə bilərik.

Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

                                          Mikrotəkamül
Mikratəkamülün ilk mexanizmini Ç.Darvin vermişdir.Mikotəkamül 2 formada özünü büruzə verir.
1.Coğrafi növəmələgəlmə
2.Ekoloji növəmələgəlmə

1.Coğrafi növəmələgəlmə iki yolla baş verir: 

  1. Arealın genişlənməsi 
  2. Arealın hissələrə parçalanması ilə.

1.Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir.
Məsələn:Uraldan Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi populyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasiyaların) meydana gəlməsinə səbəb olmuş və çarpazlaşma nəticəsində yeni gen kombinasiyaları yaranmışdır. Bu, Daur qaraşamı növünün yaranması ilə nəticələnmişdir.
2.Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanır. 
Məsələn:Meşə inciçiçəyində areal əvvəl tam olmuş və sonradan buzlaqlar nəticəsində hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb olmuşdur


2.Ekoloji növəmələgəlmə zamanı növün populyasiyaları öz arealında qalır.Bu proses areal daxilində həyat şəraitinin dəyişməsi yolu ilə bioloji təcrid nəticəsində baş verir və populyasiyaların gen tərkibi dəyişir. Çox sürətli baş verən ekoloji növ əmələgəlmə bəzi bitkilərdə poliplodiya(xromosom sayının artması)(tütün,kartof,payızgülü xrizentema) ilə müşahidə olunur.Ekoloji növ əmələgəlmədə coğrafi növəmələgəlməyə nisbətən yeni növ forması daha tez yaranır.
Məsələn;qidaya ixtisaslaşma ilə əlaqədar arıquşunun beş növü yaranmışdır. İri arıquşu, qara arıquşu və abıca kiçik həşəratlarla, kəkilli arıquşu isə iynəyarpaqlı ağacların toxumları ilə qidalanır.

Aydın olduğu kimi növəmələgəlmə prosesi demək olar ki təcridlər nəticəsində baş verir.
Coğrafi növəmələgəlmə-Coğrafi təcrid
Ekoloji növəmələgəlmə-Biloloji təcrid ilə əlaqədardır.
       Mikrotəkamülün baş vermə mexanizmi

Növəmələgəlmə prosesləri müasir dövrdə də davam edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növəmələgəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət göstərə bilir. Yeni növün əmələ gəlməsi ilə mikrotəkamül başa çatır.

20 Mayıs 2017 Cumartesi

Təbii seçmə

Təbiətdə yaşamaq uğrunda mübarizədə qalib gələnlər salamat qalıb,çoxalır lakin qalib gələ bilməyənlər isə məhv olur.Yəni onlar təbii sürətdə seçilirlər.Demək ki yaşayış uğrunda mübarizənin  nəticəsi təbii seçmədir.Seçmə populyasiyanın daxilinidə olan orqanizmlərə istənilən yaş dövrlərində təsir edir və istiqamətləndirici  və seçici xarakter daşıyır.
Təbii Seçmənin çox qədim bir tarixi var.İlk  dəfə e.ə. 450-ci illərdə yaşamış olan Empedokles təbiətdə bəzi  canlıların təsadüfi  bir şəkildə daha üstün olduqlarını söyləmşdir. Daha sonralar  Lukretius,  Aristotel, əl-Cehiz,Biruni kimi alimlər təsdiqi edici fikirlər söyləmişlər. Bütün bunların fikirlərindən yola çıxıb, möhtəşəm bir müşahidə gücü və müqayisə qabiliyyətiylə izah edən isə Çarlz Robert Darvin olmuşdur.

Təbii seçmə haqqında izahat

Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii mühit şəraitinə  uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar. Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər. 
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti “faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur. 



                                         Təbii seçmənin formaları
1.Hərəkətverici seçmə(istiqamətləndirici)-Darvin tərəfindən irəli sürülmüşdür.Həyat şəraitinin tədricən dəyişilməsi əlamətin orta həddən kənaraçıxmasına səbəb olmuşdur.Nəticədə mühit şəraitinə uyğun yeni əlamətlər yaranır,reaksiya norması dəyişir.
Məsələn;Sənaye şəhərlərində havanın çirklənməsi ilə əlaqədar açıq rəngli kəpənəklər azalıb,tünd rəngli kəpənəklər isə artıb.


2.Stabilləşdirici seçmə(tənzimləyici)-Növlərin yaşadığı mühitə daha yaxşı uyğunlaşmasına səbəb olan əlamət və xassələrin saxlanılmasına xidmət edir.Bu zaman növ üçün səciyyəvi olan əlamətlərin orta həddindən kənaraçıxan fərdlər çıxdaş edilir.Üzvi aləmdə növlərin uzun müddət nisbi  sabit saxlanılmasıının yəni real mövcudluluğu stabilləşdirici seçmənin nəticəsidir.
Məsələn: Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələr məhv olmuş,orta qanadlılar isə salamat qalmışdır.
Stabilləşdirici seçmə nəticəsində saxlanılmış canlı qalıqlar
  • Latimeriya
  • Hatteriya
  • Tarakan
  • Ginko
  • Kisəli siçovul
Bu varlıqlar əcdadlarına malik bir çox xüsisiyyətləri özlərində cəmləşdirən hal hazırda yaşayan canlılardır.

3.Dizruptiv seçmə(parçalayıcı)-Eyni mühit şəraitində təcridlər nəticəsində populyasiyada bir-birindən fərqlənən formalar yaranır.Bu seçmə növdaxili polimorfizmin (bir-birindən kəskin fərqlənən formaların) yaranmasına səbəb olur. Dizruptiv seçmənin əsasında divergensiya (əlamətlərin parçalanması ) durur. Bu seçmə birdən çox fenotipin yaranmasına səbəb olur.
Məsələn:Su hövzələrində qida çatışmadıqda yırtıcı balıqların iri və cırtdan formaları meydana çıxmışdır.



Təbii və suni seçmənin ümumi əlamətləri
  • Hər ikisinin əsasında irsi dəyişkənlik(mutasiyalar) durur
  • Hər ikisinin nəticəsində yeni formalar yaranır.
  • Hər ikisi bir biri ilə əlaqəlidir.
  • Hər ikisinə eyni amillər təsir göstərir
Təbii və süni seçmənin fərqli əlamətləri

Təkamülün amilləri(hərəkətverici qüvvələri)
1.Ç.Darvinin öyrəndiyi amillər
2.Ç.Darvindən sonrakı öyrənilən amillər

Orqanizmlərin uyğunlaşması
Hər bir canlı müxtəlif mühit şəraitində yaşamağa uyğunlaşmışdır.Bu canlılar bəzən eyni məqsədə çatmaq üçün müxtəlif uyğunlaşmalardan istifadə edirlər.
Məsələn:köstəbək torpağı qazmaq üçün ön ətraflardan,kor siçan isə başı və kəsici dişlərindən istifadə edir.
Ç.Darvin uyğunlaşmanı da təbii seçmənin nəticəsi hesab edirdi.Beləki təbii seçmə nəticəsində təbii mühit şəraitinə uyğunlaşanlar salamt qalır,döllü nəsil verir,uyğunlaşa bilməyənlər isə məhv olur.Uyğunlaşma zamanı isə orqanizmlərdə bir sıra faydalı əlamətlər yaranır və irsən nəslə də keçə də bilir(bəzən isə keçmir).
Orqanizmlər bu muhit şəraitinə uyğunlaşmaq üçün bəzən müxtəlif əlamətlər qazanır.

        Heyvanlarda yaranan uyğunlaşma əlamətləri


          Bitkilərdə yaranan uyğunlaşma əlamətləri

Uyğunlaşma nisbi xarakter daşıyır.Beləki orqanizmdə yaranan uyğunlaşma əlaməti yrandığı şərait üçün keçərlidir.O yerini dəyişəndə isə nisbi olur hətta ölümlə nəticələnə bilər.
Məsələn: ağ dovşan qardan seçilmir,meşədə isə aydın seçildiyi üçün düşmən tərəfindən hücuma məruz qala bilər.Bitkilərdə əmələ gələn tikanı qaramal görəndə yemir lakin ac olanda onla qidalanır.
Uyğunlaşma nəticəsində yaranan əlamətlər zaman keçdikcə öz funksiyasını itirir və rudimentə çevrilir.Hal haqzırda 100dən çox belə rudiment var.
Məsələn:Dağ qazlarının barmaqları arasındakı pərdə,atda qrafel sümükləri(2və4 barmaq),insanda 3cü göz qapağı və s.

Təbii seçmənin  dəlilləri
Təbii seçməni sübut etmək üçün müxtəlif dəlilərdən istifadə olunur.
Əsasən bunlar 3qrupda qruplaşdırılır.
1.Dolayı sübutlar-Güclü küləklər əsən adalarda həşəratlarda qanadlar yaxşı inkişaf etmir bu da onların salmat qalmasına səbəb olur.

2.Birbaşa sübutlar-Yaşayış şəraitinin dəyişilməsi orta həddən kənara çıxan fərdlərin məhvi ilə nəticələnir.Fırtına zamanı orta olçülü qanada malik sərçələrin slamat qalması

3.Eksperimental sübutlar-bu zaman təbii seçməni təcrübə əsasında sübut edirlər.
Məsələn;gicitkən kəpənəyinin puplarını müxtəlif yerlərə düzüblər ,lakin yalnız kicitkən üzərinə qoyulan və muhitin rəngini alan puplar salamt qalmış,digərləri isə quşlar tərəfindən yeyilmişdir.



Populyasiya


Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali) adlandırırlar.Populyasiya növün təkamül vahididir.
Eyni növə mənsub olub müəyyən bir təbii mühitdə yaşayan fərdlər- populyasiyalar şəklində yayılırlar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin müxtəlifliyidir.fərdləri populyasiyada birləşdirən başlıca amil- sərbəst çarpazlaşmalarıdır.
Populyasıyanın xarakteristikası

  • populyasiyalar müəyyən arealda yaşayırlar
  • sərbəst çarpazlaşır döllü nəsil verirlər
  • populyasiyada ancaq yaşamaq uğrunda mübarizədə  və təbii seçmə zamanı qalib         gəlmiş fərdlər qalır və döllü nəsil verirlər.
  • hər bir populyasiya fərdlərin sayı,tutduğu sahə, yaşı və cins tərkibi ilə xarakterizə           olunur.
  • populyasiya da fərdlər müxtəlif maneələrin (təcridlərin)olması nəticəsində bir -birinə       qarışmır.

Populyasiyada fərdlərin sayı
Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şəraiti olan hissəsində daha çox olur.Populyasiyaların sayına bir neçə xarici mühit amilləri təsir edir.
Populyasiyada fərdlərin sayı  doğum və olümdən asılı olaraq dəyişir.Hər bir populyasiya üzrə artım əyrisi müəyyən səviyyədə dayanır.Populyasiyanın sayı mövsüm və illər üzrə dəyişir.
Doğum- müəyyən zamanda doğulanların sayı ,populyasiyadakı fərdlərin ölçü və yaşından  və mühit şəraitindən asılı olaraq dəyişir.Doğum artıqca- fərdlərin sayı,sıxlığı artır,ərazi,dişi və qida uğrunda rəqabət artır.
Ölüm -populyasiyada fərdlərin məhv olmasını,yaxud vahid zamanda ölənlərin sayını əks etdirir.Ölüm artıqca-populyasiyada fərdlərin sayı azalır nəticədə populyasiyada özünütənzimləmə mexanizimləri işə düşür:stress azalır,cinsiyyət hormonlarının səviyyəsi artır,doğum yüksəlir.
Populyasiya sıxlığı-populyaiyanın məskunlaşdığı sahə və ya həcm vahidinə düşən fərlərin sayını bildirən kəmiyyətdir.Populyasiya sıxlığı müxtəlif orqanizmlər üçün müxtəlif üsullar ilə müəyyən olunur.Bu onların  yaşadığı şərait və arealın böyüklüyündən asılıdır.
Məslən :
  • Bitkilər üçün sıxlıq 1m və 1 ha əraziyə görə hesablaınr
  • Su birələri üçün  1dm  suya görə hesablanır
  • Balinalar üçün sıxlıq  1000km2   ərazidəki fərdlərin sayına görə hesablanır
  • Torpaqdakı bakteriyaların populyasiyada 1sm3 ərazidəki fərdlərin sayına görə hesablanır.
Populyasiya dalğaları
Populyasiyada fərdlərin sayının dəyişməsi yəni artması və ya azalması populyasiya dalğaları adlanır.Bu dəyişiklik gen yığımına təsir edirşbu zaman populyasıyanın genefonduna yeni bir gen əlavə oluna bilər və ya itə bilər.Populyasiya dalğaları iqlimdən,fəsillərdən,yem bolluğundan,güclü şaxta və ya quraqlıqdan və təbii fəlakətdən asılı olaraq dəyişir.Populyasiya dalğaları təsadüfü xarakter daşıyır və təbii seçmə üçün istiqamətləndirilməmiş irsi material verir.
Populyasiyalarda 3 ekoloji qrup var.
Prereproduktiv-nəsilvermə qabliyyətinə çatmış  fərdlər qrupu 
Reproduktiv -yeni fərdlər törədə bilən fərdlər qrupu
Postreproduktiv-yeni nəsiltörətmə qabliyyətini itirmiş fərdlər qrupu
Ömrün uzunluğuna görə bu yaş qruplarının davamiyyəti müxtəlif orqanizmlərdə dəyişkəndir.İnsanda isə hər 3 yaş qrupu enyni nisbətdədir,hər biri ümumi həyatın 1/3 təşkil edir.
Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəyyən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müxtəlif olur. 
  • İri heyvanlarda populyasiyanın tutduğu ərazi kiçik heyvanlarda olduğundan daha iri olur.    
  • Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fərdlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər.

19 Mayıs 2017 Cuma

Yaşamaq uğrunda mübarizə

Hər bir orqanizmin normal yaşaması üşün müəyyən bir yaşayış sahəsi lazımdır.Lakin onlar bu sahədə ola biləcəyindən çox,yəni intensiv çoxalırlar.Bu zaman təbiət özü nizamlama apararaq onların sayılarına təsir edir.Beləki kütləvi sürətdə çoxalan orqanizmlərin nəsillərinin bir qismi əlverişsiz mühitinin təsirindən,bir qismi başqa heyvanlar tərəfindən qidalandığından onların az bir qismi cinsi yetkinliyə cata bilir.
Orqanizmlər sağ qalma ,yaşamaq uğrunda mübarizə aparırlar.Yaşamaq uğrunda mübarizə 3 formada həyata keçir.

1.Növdaxili mübarizə-eyni növdən olan orqanizmlərin qida,işıq,su,hava və yaşadıqları ərazi uğrunda apardıqları mübarizəsidir.Bu mübarizə ən kəskin mübarizə formasıdır.
Misal:

  • Erkəklərin dişilər uğrunda mübarizəsi
  • Eyni növdən olan ağacların işıq uğrunda mübarizəsi
  • Yırtıcıların ov uğrunda apardığı mübarizə
  • Qurbanların xilas olmaq uğrunda mübarizəsi

Bu mübarizə forması zamanı növün salamat qalmasına şərait yaranır.Bu zaman fərdlər sağ qalmaq üçün özünə məxsus uyğunlaşmalar yaradırdlar.

Məsələn:

  • Qağayılar nəsillərinin sayı çox olanda onlar balaların bir qismini öldürürlər.
  • Arıquşu da eyni prosesi həyata keçirərək artıq olan sayı tənzimləmək üçün öz balasını yuvadan atır və ya divara sıxışdıraraq oldürür.
  • Kütləvi məhvə səbəb olan epidemiyaların yaranması
Növdaxili mübarizədə fərdlərarasında mübarizənin kəskinliyini zəiflədən uyğunlaşmalar da var.Bu uyğunlaşma zamanı hər bir fərdin özünəməxsus "ov sahəsi" vardır ki o bu sahəni nişanlayaraq digər fərlərin ora daxil olmasına izin vermir.Artıq  bunu bilən digər fərdlər özləri də nişanlanmış sahəyə keçməyə cəsarət etmirlər.
Məsələn;

  • Qonur ayı ağacı  cızmaqla
  • Canavar sidiklə
  • Arıquşu və meşə sərçəsi mahnı oxumaqla sahələrini nişanlayırlar.
Bütün bunlara baxmayaraq növdaxili mübarizədə qarşılıqlı əməkdaşlıq şəraitində də yaşayan fərdlər var.

2.Növlərarası mübarizə-müxtəlif növə məxsus fərdlər arasında baş verir.Əgər həmin növlər yaxın cinslərə mənsubdursa o zaman mübarizə daha da kəskinləşir.(məs: boz və qara siçanın mübarizəsi)
Misal:

  • Şotlandiyada çil qara toyuğun artması oxuyan qara toyuğun azalmasına səbəb olur.
  • Avropadan Avstiraliyaya gətirilən bal arısı,Avstiyalalı  tikansız arıların sıxışdırılaraq çıxarılmasına səbəb olmuşdur.

Növlərarası mübarizə zamanı baş verən hallar:

  • Bu zaman bir növ digərindən bir tərəfli istifadə edir:Balıqların planktonlarla qidalanması
  • Bu zaman növlər bir-birinə qarşılıqlı fayda verir.Çiçək+ tozlandırıcı həşəratın münasibəti
  • Bu zaman simbioz orqanizmlər yaranır.(Şibyə=yosun+göbələk)
  • Yrtıcılıq,parazitizm : "Yırtıcı-qurban"mübarizəsi
  • Cinslərarası mübarizə baş verir
  • Müxtəlif növdən olan bitkilərin işıq uğrunda mübarizəsi
  • Bu mübarizə üsulu növdaxili mübarizənin kəskinləşməsinə nəticədə isə növün dəyişilməsinə və təkmilləşməsinə səbəb olur.



3.Əlverişsiz şəraitlə mübarizə-orqnizmlərin mühit amilləri ilə(quraqlıq,istilik,soyuqluq, nəmlik) olan mübarizəsidir.Bununun üçün də onlar da müəyyən uyğunlaşmalar yaranmışdır.Dəyişilmiş mühit şəraiti ilə orqanizmlər arasındakı münasibətlər də dəyişilir.Muhit amilləri orqanizmlərə təsir edərək onları dəyişdirir,uyğunlaşanlar salamat qalır,digərləri isə məhv olur.

  • Quraqlıqla mübarizə-bitki və heyvanlarda bir sıra uyğunlaşmalar əmələ gəlib



  • Nəmişliklə mübarizə-bu zaman yaranan uyğunlaşmalar aşağıdakılardır.

  1. Yarpaq sahəsinin genişlənməsi
  2. Ağızcıqların böyük olması
  3. Kök təzyiqinin zəifləməsi
  • Soyuqla mübarizə-zamanı yaranan uyğunlaşmalar
  1. Alçaqboylu ağac və kollların yaranması
  2. Heyvanların dəri altında piy qatının yaranması
  3. Birkilərdə donmanın qarşısının alınması üçün hüceyrələrdə şəkərin miqdarırın artması

Orqanizmlərin normal fəailliyətlərinin davam etdirməsi onlar üçün müəyyən tempuratur həddində yaşamasından asılıdır.
Növ üçün həyat fəaliyyəti üçün daha əlverişli sahəsi optimum intensivlik müəyyən dözümlülük həddindən kənara çıxma (maksimum və minumum hədd)-məhdudlaşdırıcı amil adlanır. Məhdudlaşdırıcı amil orqanizmin həyat qabliyyətini azldır.Məsələn Bitki və heyavanların şimala doğru az yayılmasının səbəbi istiliyin az olması,cənuba doğru yayılmanın az olması isə istilyin çox olmasıdır.

Bir sözlə amilin əlverişliliyi-optimal ,azlığı və ya çoxluğu -məhdudlaşdırıcı amil adlanır.


Nəticə etibarı ilə deyə bilərik ki orqanizmlərin sağ qalması və çoxalmasına  müəyyən şərait və müxtəlif amillər təsir edir.
Bu amillər 2 qrupa ayrılır.
1. Biotik amillər- insan ,heyvan, bitkilər,parazitizm, nəsil qayğısı,yırtılcılardan təhlükə, rəqabət
2.Abiotik amillər-kimyəvi elemntlər,su,suyun kimyəvi tərkibi,torpaq  radiasiya ,enerji, yağış, substart növü