20 Nisan 2023 Perşembe

Yer planetinin yaranması

 Yer planeti və onun üzərində həyatın əmələ gəlməsi haqqında mübahisəli təsəvvürlər mövcuddur. Yer  Günəş adlandırılan kiçik ulduz sistemində qızmar qaz və kosmik tozdan ibarət qatı kütlə əmələ gətirdiyi, və sonradan bu kütlə soyuyaraq ətrafdakı hissəcikləri özünə birləşdirdirərək  və bərkidiyi  güman olunur.



Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var.

1. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. 

2. F.Engelsin  fikrincə, “Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur və bu yaşama üsulu öz mahiyyətinə görə bu cisimlərin kimyəvi tərkibi və hissələrinin daima öz-özünə yenilənməsindən ibarətdir”.

3.M.V.Volkenşteyn görə “Yer üzərində mövcud olan canlı vücudlar biopolimerlərdən - zülal və nuklein turşularından qurulmuş, öz-özünə tənzimlənən və özünütörədən açıq sistemlərdir”.

2.Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır.

Müasir dövrdə bərk və qalıq yer qabığının yaranması ilə əlaqədar olaraq kütləvi vulkan püskürmələri baş vermir. «Ay erası» dövründə lavalardan çıxan qazlardan əsasən su buxarında ibarət ilk atmosfer yaranmışdır. Ilk atmosferin temperaturu 1000 C-dən yuxarı, tərkibində isə oksigen yox idi. Atmosferin tədricən soyuması nəticəsində güclü yağışlar yağmış və ilk okean-Pantalas yaranmışdır. Bu hadisə 4,5 mlrd il bundan əvvəl baş vermişdir. Yer üzərində ilk okeanın əmələ gəlməsi ilə yerin planetar inkişaf mərhələsi sona yetmiş, yeni, geoloji inkişaf dövrü başlanmışdır.

İlk yerin xüsusiyyətləri:

1.Yerin diametri müasir ölçüsündən kiçik idi

2.Temperaturu indikindən isə çox yüksək idi.Bu tempuraturlda suxurlar əriməyə başladı.Meteroitlər yer səthinə düşdü və tempuratur soyumağa başladı.Tempuratur 100 selsidən aşağı düşdü.

3.Atmosferdə olan su damcıları su buxarına çevrilib yağış şəklində yerə tökülərək okeanları yaratdı.


Həyatın yaranması haqqında fərziyələrdən F. Engels və M.V.Volkenşteynin verdiyi təriflər  müxtəlif olsa daonların hər iksinin ortaq xüsusiyyəti canlınının cansızdan fərqli olmasıdır.

  


12 Nisan 2023 Çarşamba

Düşüncəli fəaliyyət.Nitq,Təfəkkür

 Düşüncəli fəaliyyət-Heyvanların əşya və hadisələr arasında qanunauyğunluqları duyaraq yeni şəraitdə tətbiq etmək xüsusiyyəti düşüncəli fəaliyyət adlanır. Orqanizmdə düşüncəli fəaliyyətin səviyyəsi sinir sisteminin inkişaf dərəcəsindən asılıdır. Düşüncəli fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Bunun vasitəsilə orqanizm nəinki dəyişən həyat şəraitinə uyğunlaşır, o həm də bu dəyişikliyi əvvəlcədən görərək öz davranışında nəzərə alır.

Nitq. Heyvanlar görmə, eşitmə, qoxu və dad, göz analizatorlarının, yəni birinci siqnal sisteminin köməyi ilə ətraf mühitdə rast gəldikləri əşya və hadisələri duyurlar.İnsanlar bu məqsəd üçün həm də ikinci siqnal sistemindən – nitqdən istifadə edirlər. Nitq əşya və ya hadisələri ifadə edən sözlərdən təşkil olunmuşdur. Hər bir söz ətraf mühitdəki əşya və hadisələrin səslə ifadə edilmiş siqnallarıdır. İnsan duyğu orqanları vasitəsilə qavradığı hər şeyi sözlə ifadə edir.

Nitq insanda anadangəlmə qabiliyyətdir. Lakin insan uşaq yaşlarından cəmiyyətdən təcrid edilərsə, danışa bilmir. Uşaq danışmağı 5–6 yaşına qədər öyrənir. Bu vaxta qədər danışa bilmirsə, o, əqli inkişafdan qalır. Uşaqların gələcəkdə hansı dildə danışmaları onun ətrafındakı adamların hansı dildə danışmasından asılıdır.

Şifahi və yazılı nitq insana digər insanlarla məlumatları bölüşməyə, öz biliklərini sonrakı nəslə ötürməyə imkan verir.

Şifahi nitqin formalaşmasında sol yarımkürələrin alın payı, yazılı nitqin formalaşmasında isə gicgah və təpə payları iştirak edir.

Təfəkkür – insanın əşya və hadisələrə qarşı münasibətlərini sözlər və obrazların köməyi ilə digər insanlara təqdim etmək və ötürmək xüsusiyyətidir. Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir. Sözlər vasitəsilə insanlar hər hansı bir prosesi təsvir etməyi, öz təəssüratlarını ifadə etməyi və mücərrəd hadisələrdən obrazlar yaratmağı bacarırlar. 






İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.

Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyətləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol oynayır.

Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir. Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prosesində formalaşır.

Qabiliyyət bir və ya bir necə fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir. Qabiliyyətin yaranması, ilk növbədə, baş beyinin və analizatorların irsi quruluş xüsusiyyətlərindən, onların funksional xassələrindən asılıdır. İnsanın qabiliyyəti həm irsən, həm də tərbiyə yolu ilə müəyyən olunur.

Bütün qabiliyyətləri 2 tipə bölmək olar:

– bir çox fəaliyyət növündə meydana çıxan ümumi qabiliyyətlər;

– konkret fəaliyyət növündə meydana çıxan xüsusi qabiliyyətlər.


İnsanda fiziki və zehni qabiliyyətləri də ayırırlar. 

 1.Fiziki qabiliyyət bədənin quruluş və təbii xüsusiyyətlərindən asılıdır

 2.Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi istedaddır.