1 Mayıs 2017 Pazartesi

Sap qurdlar tipi

Sap qurdlar-(Nematodlar)-80000-ə yaxın növü qeydə alınıb. Lakin növlərinin dahaçox olması ehtimal edilir. Bu sinfə daxil olan nümayəndələrin müxtəlif ekoloji şəraitdə yayılmasına baxmayaraq hamısı eyni quruluş planına malikdir. Xəzər dənizində 52 növü qeyd edilmişdir. Nematodlar dənizdə, şirin sularda və torpaqlarda yaşayırlar. Nematodlar külli miqdarda inkişaf edir və balıqların qidasında mühüm rol oynayırlar. Bundan başqa, nematodlar suyun və qruntun çirklənməsinin indikatorlarıdır.

Xarakter xüsusiyyətləri 
  • İlk bədən boşluğuna (prosel) malikdir;
  • Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir.
  • Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır.
  • Ağız dəliyi bədənin ön hissəsində yerləşir.
  • Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib).
  • Tənəffüs və qan-damar sistemi yoxdur.
  • Cinsi dimorfizmə malikdir.
  • İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur.
  • Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
İk dəfə sap qurdlarda əmələ gəlmişdir.
1.İlk bədən boşluğu
2.Anal dəlik
3.Dodaqlar
Sərbəst yaşayan və parazit nümayəndələri var.
1.Sərbəst yaşayan formaları -dənizlərdə, şirin sularda və torpaqda olurlar.Ölçüləri nisbətən kiçikdir.(0,3mm)
2.Parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır. İnsanda parazitlik edən nümayəndələrdən insan askaridi, uşaq bizquyruğu, tükbaş qurd, onikibarmaq bağırsağın əyribaş qurdun öyrənilməsi tibbi cəhətdən xüsusi əhəmiyyət kəsb edir.Parazit formaları nisbətən iri olur,( fitonematodlar 8,0 mm,) ən iri formalar isə insan və heyvanlarda təsadüf edilir. Onların uzunluğu 5-10 mm-dən (uşaq bizquyruğu) 8 m-ə kimi olur.
 Parazit formaları
Aşağıdakı linklərdən məlumat ala bilərsiniz!

6 yorum: