30 Haziran 2024 Pazar

Mikrobiologiya

 

 Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır.

Mikroorqanizmlərin quruluşunun, funksiyalarının, fəaliyyət sahələrinin müxtəlifliyi mikrobiologiyanın müxtəlif şöbələrə ayrılmasına səbəb olmuşdur



Mikroorqanizmlər və ətraf mühit

 Mikroorqanizmlər və ya mikroblar (yun. μικρόςmikrós, kiçik vəorganismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır.

Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür. Mikroorqanizmlər Yerin atmosferində dinamik mütənasibliyin qorunub saxlanmasında və ekosistemdə maddələr mübadiləsində böyük rol oynayırlar

Mikroorqanizmlər üzvi maddələri qeyri-üzvi maddələrə parçalayır, atmosfer havasındakı azotu bitkilər tərəfindən mənimsənilə biləcək hala gətirir. Bununla da torpağın münbitləşməsində və öz-özünü tənzimləmə prosesində iştirak edir. İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa düşən mikroorqanizmlərin əksəriyyəti müxtəlif ekoloji amillərin təsirindən məhv olsa da, bir qismi uzun müddət yaşama qabiliyyətini saxlayaraq yenidən insanları yoluxdurur və müvafiq xəstəliklər törədir.


Mikroorqanizmləri karbon və azot mənimsəməsinə görə fərqləndirirlər:

1. Karbon mənimsəmə xüsusiyyətlərinə görə avtotrof və heterotrof;

2. Azot mənimsəmə xüsusiyyətinə görə aminoavtotrof və aminoheterotroflar.

Avtotroflar üzvi maddələri sintez etmək üçün qeyri-üzvi birləşmələrdən, əsasən, sudan və karbon qazından, heteretroflar isə karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edir.

 Aminoavtotroflar zülal sintezi üçün azot mənbəyi kimi ya havanın azotundan, ya da ammonium duzlarından, aminoheterotroflar isə azot mənbəyi kimi amin turşularından və zülallardan istifadə edir.





Torpağın mikroflorası

Torpaqda üzvi və mineral maddələrin, eləcə də rütubətin olması torpaqda mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Bu canlıların sayı 5-20 sm dərinlikdə daha çox olur. Dərinliyə getdikcə onların miqdarı azalır, 1 m dərinlikdə isə minimuma enir.Cənub qurşaqlarında münbit və gübrələnmiş torpaqlarda mikroorqanizmlərin miqdarı çox olur.

Torpaqda azotfiksəedici, nitrifikasiya, denitrifikasiya, sellüloza parçalayıcı bakteriyalara, göbələklərə, şibyələrə və bir sıra ibtidailərə təsadüf edilir. Bunlar maddələr dövranının həyata keçməsində mühüm rol oynayır.


Torpağın sanitar mikrobioloji müayinəsində:


1 q torpaqda olan bakteriyaların ümumi sayı;
• Sanitar göstərici mikroorqanizmlərin - bağırsaq çöplərinin miqdarı;
•1 q torpaqda olan termofil* bakteriyalar;

• Epidemioloji göstərişlər olduqda patogen mikroorqanizmlər (salmonellalar*, tetanus və botulizmin törədiciləri, bəzi viruslar) təyin edilir

Suyun mikroflorası

Təbii su mənbələri öz-özünü tənzimləmə xüsusiyyətinə malikdir. 

Açıq su hövzələrində (dənizlər, göllər, çaylar) torpaq mikroorqanizmlərinə daha çox rast gəlinir.

Yaşayış məntəqələrinin ərazisində olan axar çayların suyunda insanın bağırsaq mikroflorasının növlərinə daha çox rast gəlinir. Yaşayış ərazilərindən uzaqlaşdıqca özünütənzimləmə prosesi nəticəsində onların sayları azalır. Öz-özünü tənzimləmə nəticəsində suda saprofit mikroorqanizmlərinin miqdarı da tənzimlənir.

Su vasitəsilə yoluxan xəstəliklərə qarın yatalağı, dizenteriya, vəba, salmonelloz və s. aiddir.

Suda olan  mikroorqanizmlərin  zərərsizləşdirilməsi

Bunun üçün sterilizasiya və dezinfeksiya  üsullarından istifadə olunur.  Suyun qaynadılması oradakı mikroorqanizmləri və onların sporlarını, əsasən, məhv edir. İri yaşayış məntəqələrinin su təchizatı üçün istifadə olunan mənbələrdə su, əsasən, xlorlaşdırılmaqla zərərsizləşdirilir. Bu məqsədlə bəzən ozonlaşdırma da tətbiq edilir.


Atmosferin mikroflorası

Havadakı mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiyanın aeromikrobiologiya*  şöbəsi məşğul olur. Hava onların yaşaması üçün əlverişli mühit olmadığından burada onlar müvəqqəti mövcud olur. Lakin göbələk və bakteriya sporları, vərəm çöpləri havada uzun müddət həyatilik qabiliyyətini saxlayır.

Havada aktinomisetlər, kif göbələkləri və koklara daha çox rast gəlinir.

Metereoloji şəraitdən asılı olaraq havanın mikroflorası dəyişir. Küləkli havada mikroorqanizmlərin sayı artır və torpaq mikroflorasına yaxın olur. Yağışlı havada isə mikroorqanizmlər azalır. 

 Yoluxma mənbəyi hava olan bəzi xəstəliklər toz və damcı vasitəsilə ötürülür. Damcı vasitəsilə qrip, qızılca, göyöskürək, difteriya, vərəm və s. xəstəliklərin törədiciləri xəstə insanın yuxarı tənəffüs yollarından danışarkən, öskürmə və asqırma zamanı havaya, buradan da sağlam insana keçir.

Havanın sanitar mikrobioloji müayinəsi, əsasən, müalicə və uşaq müəssisələrində aparılır. Bu zaman:

•1m3 havada olan bakteriyaların ümumi sayı;

•1m3 havada streptokokların sayı;

•1m3 havada patogen və şərti patogen* orqanizmlər təyin edilir.



Havanın sanitar-mikrobioloji müayinəsi 2 üsulla - çökdürmə və aspirasiya üsulları ilə aparılır.

Çökdürmə üsulu zamanı havadakı mikroorqanizmlər qidalı mühitlərin səthinə mexaniki çökdürülür. Bu, mikrofloranın tərkibini öyrənmək üçün tətbiq edilir.

Aspirasiya üsulu zamanı isə hava qidalı mühitlərdən keçərək sovrulur. Bununla mikroorqanizmlərin sayını və tərkibini öyrənmək olur.

Təbii və süni ventilyasiya yolu ilə qapalı yerlərin havasında mikroorqanizmlərin sayını azaltmaq mümkündür. Ultrabənövşəyi şüalarla təsir etməklə cərrahi əməliyyat otaqlarının, mikrobioloji laboratoriyaların havası zərərsizləşdirilir.



Qida məhsullarının mikroflorası

Qida məhsulları mikroorqanizmlərin yaşaması üçün əlverişli mühitdir. Burada həm saprofit, həm də parazit mikroorqanizmlərə rast gəlinə bilər. Qidanın növündən, mənşəyindən, saxlanılma şəraitindən və s. asılı olaraq onun mikroflorası fərqli olur.


Süd (1ml) və süd məhsullarının (1q) mikrobioloji müayinəsi zamanı mikroorqanizmlərin miqdarı təyin edilir.

Spesifik mikrofloraya malik olan turş süd məhsullarının müayinəsi ümumi mikroorqanizmlərin sayına görə deyil, onda olan bağırsaq çöplərinin miqdarına görə təyin olunur.

Ət və ət məhsullarının sanitar-mikrobioloji müayinəsi zamanı aşağıdakı göstəricilər təyin edilir:

• məhsulun lq-da olan bakteriyaların ümumi sayı;
• məhsulun lq-da bağırsaq çöplərinin miqdarı;
• məhsulun 5 q-da salmonellaların miqdarı.

29 Haziran 2024 Cumartesi

Qida zənciri məsələləri

 1.Qida zənciri  5 halqadan təşkil olunub.2ci halqaya  10.000 kC enerji keçib.1ci halqada nə qədər enerji olar?

izahı:

Ekoloji piramida qaydasına görə qida zəncirinin bir halqasından digərinə keçdikdə qəbul olunmuş qida kütləsinin  5-20 % keçir.

10.000_____________20 %

 x-________________100%

      x=50000 KC


2.Bütün inkişafları ərzində 50 000 000   KC günəş enerjisi düşən ot bitkilərini dövşanlar yemişlər.Dovşanların yeyən tülkülərin orqanizminə minumum nə qədər enerji keçər?

İzahı:

1)       50 000 000_______________100%

                x_____________________1%

                          x=500 000 bitkinin istifadə etdiyi

2) 500 000_______________100%

             x_________________5%

                        x=25000 dovşanın bədəninə keçən enerji

3)  25000_____________100%

         x_______________5%

                 x= 1250 tülkünün bədəninə keçən enerji


3.Şimal yarımkürəsində sentyabrın 22də 1m2  yarpaq sahəsinə düşən günəş şuasının hamısından bitki fotosintez prosesində  istifadə etsəydi onda neçə qram monosaxarid sintez olunardı?

İzahı:

1)    Sentyabrın 22 olduğuna görə 12 saat işıqlı olur. 1saatda bitki 1q üzvi maddə istesal etdiyindən 12 saatda 12 q istesal edər..Bitki üzərinə düçən enerjinin 1% dən istifadə etdiyini bilirik.

2)    12 q______________1% 

           x______________100% (hamısından dediyinə görə)

                     x= 1200 qram üzvi maddə(monosaxarid) əmələ gələr.


4.Bütün inkişafları ərzində 50 000 000   KC günəş enerjisi düşən ot bitkilərini dövşanlar yemişlər.Dovşanların yeyən tülkülərin orqanizminə maksimum nə qədər enerji keçər?

İzahı:

1)       50 000 000_______________100%

                x_____________________1%

                          x=500 000 bitkinin istifadə etdiyi

2) 500 000_______________100%

             x_________________20%

                        x=10 0000 dovşanın bədəninə keçən enerji

3)  100000_____________100%

         x_______________20%

                 x= 20 000 KC tülkünün bədəninə keçən enerji

5.  1ar yarpaq sahəsində sentyabrın 23 də cənub rayonlarında neçə kq qlükoza sintez olunur?

İzahı:

1.   1ar=100m2  
2.      100m2__________ 100 q üzvi maddə yaranar.
3. Sentyabr ayında 12 saatda  işıq olduğu üçün 
4. 1 saatda __________________100 q 
     12 saatda ________________x
                   x-=1200 q = 1.2 kq

28 Haziran 2024 Cuma

Qida zənciri

 Növlərin biri digər növ ilə qidalandığından onlar arasında asılılıq olur və qida zənciri yaranır.

Qida zənciri - ekosistemdə canlılar arasında qarşılıqlı qida əlaqələri ilə bağlı olan orqanizmlər qrupunun ardıcıllığıdır.



Bitkilər üzərinə düşən enerjinin 1%ni istifadə edib üzvi maddə hazırılayır

.Bitkilərlə→otyeyən heyvalar→ətyeyən heyvanlar→insan qidalanır. Nəticədə enerji bir növdən digərinə keçir.

Qida zəncirində iri olçülü orqanizmlərin(cüyür.zubr,tur)biokütləsi az olduğu üçün onların halqada düşməsi zəncirə az,kiçik olçülü biokütləsi çox olan canlıların(məs-bitkiyeyən həşərat)düşməsi  çox  (pis) təsir edir.

Qidalanma zamanı faydalı enerjinin 5%dən-20%ə qədəri bədəndə yeni maddələrin yaranmasına sərf olunur,qalanı isə 80-95% i istilik şəklində yayılır.Enerji itkisi sayəsində qida zənciri 4-5 halqadan artıq olmur.Hər hansı bir növün zəncirdən düşməsi biogeosenozun dağılmasına səbəb olmur.

Produsentlər - işıq və ya kimyəvi enerjidən istifadə edərək qlükoza kimi qida maddələri hazırlayan canlı orqanizmlərdir.
Konsumentlər - hazır qida maddələri ilə qidalanan canlı orqanizmlərdir. Qida zəncirində ilkin (otyeyən), ikinci, üçüncü və s. (yırtıcılar) konsument ola bilər.Konsumentlər 3 qrupa bölünür.
1.otyeyənlər
2.ətyeyənlər
3.Hər ikisi ilə qidalanan
Redusentlər- ölü heyvan cəsədləri və bitki qalıqları ilə qidalanıb onları produsentlərin mənimsəyə biləcəkləri daha sadə maddələrə parçalayan orqanizmlərdir.



İlkin halqanı produsentlər təşkil edir daha sonra konsumentlər sonda isə redusentlər olur.Lakin hər haalqadan sonra redusent gələ bilər.
Bitki ilə qidalanan heyvanlara herbivorlar , ətyeyən heyvanlara karnivorlar , həm bitki, həm də ətyeyən heyvanlara isə omnivorlar deyilir.
Enerji çevrilməsi
Orqanizmlərin birgə yaşamalrının davamlı olması üçün xaricdən daim enerji daxil olur.Produsentlər bunu günəşdən alır,konsumentlər isə qidalanma zamanı əldə edirlər.

Orta hesabla Günəşdən gələn işıq enerjisinin yalnız 10%-i bitki toxumalarında saxlanılaraq bitir.

Heyvan bitkini yeyirsə, bunun yalnız 10%-i yeni heyvan toxumaları yaratmaq üçün istifadə olunur. Qalanı heyvan tərəfindən sağ qalmaq, istilənmək və hərəkət etmək üçün istifadə olunur, bir hissəsi isə nəcis və sidiyində itir.

Böyük məməlilər və quşlar istilik kimi çox enerji itirirlər, çünki onların bədənləri sabit temperaturda qalmalıdır, bu da ətraflarında olandan daha yüksəkdir.

Günəş enerjisi→kimyəvi rabitələr enerjisi→mexaniki enerji→daxili enerji

Qidalanma zamanı faydalı enerjinin 5%dən-20%ə qədəri bədəndə yeni maddələrin yaranmasına sərf olunur,qalanı isə 80-95% i istilik şəklində yayılır.



Qida zənciri ilə bağlı məsələlərə bu linkdən baxa bilərsiniz

Mendelin qanunlarına aid məsələlələr


 Mendelin I qanuna aid məsələlər

1.Heteroziqot qarasaçlı kişi ilə sarısaçlı qadının nigahından  qarasaçlı uşağın doğulma ehtimalı nə qədərdir?

İzahı:

 Aa    x aa

A   a  və  a qametləri birləşmə zamanı valdeyin formalar ki fərdlər yaranır.

1) Aa

2) aa   

Yəni 50% Aa ataya və 50% aa anaya bənzər uşaqlar doğular



2.Monohibrid çarpazlaşma zamanı  2 heteroziqot  fərdin çarpazlaşması zamanı əmələ gəlmiş dominat nəslin hansı hissəsi parçalanma verə bilən fərdlər təşkil edir?

İzahı:

1.Aa xAa _------AA,Aa,Aa,aa    əmələ gələn nəsil 

2.Əmələ gələn  dominat nəsil AA,Aa,Aa   olduğundan  3 nəsildən 2 sini parçalanma verən fərdlər təşkil edər.



3.Gecyetişən vələmir bitkisini tezyetişən heteroziqot  bitki ilə çarpazlaşdırdıqda nəsildə 150 tezyetişən bitki alınmışdır.(tezyetişənlik geni dominatdır) Nəsildə alınan gecyetişən bitkinin ən çox ehtimal olunan sayı neçədir?

İzahı:

1.Aa   x  aa-------------Aa və aa fərdləri yaranır Yəni 1:1 nisbəti 150 tez yetişən varsa 150 gecyetişən bitki yaranar.



4.Sarı toxumlu noxudla yaşıl toxumlu noxud bitkiləri çarpazlaşdılmışdır.Nəsildə alınan noxud bitkilərinin 112 si  sarı,və 111 i yaşıl toxumlu olub.Valdeyinlərin ən çox ehtimal olunan genotipi necə olub?

İzahı:

Şərtə baxan zaman təxminən 1:1 nisbəti görürük.Bu da analizedici çarpazlaşma zamanı olur.Yəni  genotip   Aa  x aa  olur.


5.Hamar toxumlu noxud bitkisi qarışıq toxumlu noxud ilə çarpazlaşdırılıb.Nəticədə F1  nəslində hamısı hamar toxumlar alınıb. Bu hibridlər öz aralarında çarpazlaşdırlıb.Nəticədə F2 də alınan 404 toxumdan 303 ü hamar, 101 ədədi isə qırışıq olmuşdur.F1 nəslinin fərdlərinin genotipi necə olub?


İzahı:

1.F1------BB   x   bb----------Bb

2. F2-----Bb    x   Bb------BB.Bb,Bb. bb\-3:1

3.BB.Bb.Bb=303, bb-101  303+101=404


23 Haziran 2024 Pazar

İfrazat sisteminə aid məsələlər

 1.   5dəqiqədə böyrəkdən  maksimum  neçə litr qan keçər? 


İzahı :

 1 dəqiqədə böyrəkdən 1-1.2 itr qan keçir.


1)   1dəqiqə___________1.2litr

       5 dəqiqə___________x

                     x=6 litr


2..Bir böyrəyindən 5litr qan keçən müddətdə (nisbi sakitlik halında) insanın ağciyərlərinə atmosferdən daxil olan karbon qazının həcmi neçə millitr olar?( böyrəklərdən 1 dəqiqədə 1litr qan keçir)

 İzahı:

1)  1dəqiqədə______________0,5litr

                    x_____________5 litr

                     x=10 dəqiqədə


2)     1dəqiqədə _____________16 (tənəffüs hərəkəti)

         10 dəqiqədə___________x

                       x=160


3)     1 (tənəffüs hərəkəri)________________0.15 karbon qazı daxil olur.

           160 (tənəffüs hərəkəri)_____________x

                              x=24 CO2

3.Bir böyrəyindən 5litr qan keçən müddətdə (nisbi sakitlik halında) insanın ağciyərlərinə atmosferdən daxil olan oksigen  qazının həcmi neçə millitr olar?( böyrəklərdən 1 dəqiqədə 1litr qan keçir)

 İzahı:

1)  1dəqiqədə______________0,5litr

                    x_____________5 litr

                     x=10 dəqiqədə


2)     1dəqiqədə _____________16 (tənəffüs hərəkəti)

         10 dəqiqədə___________x

                       x=160

3)       1 (tənəffüs hərəkəri)________________105 oksigen qazı daxil olur.

           160 (tənəffüs hərəkəri)_____________x

                    x=16,8 litr( 16.800 millitr)

4.Nisbi sakitlik halında yetkin insan orqanizmindəki bütün qan (5l) sutka ərzində ən azı neçə dəfə böyrəklərdən keçər?  (böyrəklərdən 1 dəqiqədə 1litr qan keçir)

İzahı : 

bilirik ki 1 sutka 24 saatdan ibarətdir.24*60 vuraraq  1sutkanın neçə dəqiqə olduğunu tapırıq.

1) 24*60=1440 dəqiqə

2)   1440 dəqiqədə_______________5litr qan keçibsə,onda 1440:5=288 dəfə

            


5.Normal şəraitdə  insan 240 tənəffüs hərəkəti etmişdir.Bu zaman 1 böyrəyindən nə qədər qan keçib?

İzahı:

1.    1dəqiqdə-____________________16 tənəffüs hərəkəti

          x-_________________________240

                      x=15dəqiqə

2)          1dəqiqədə _____________0,5 litr qan( 1böyrəkdən)

              15 dəqiqə______________x

                           x=7.5 litr 

6.Nisbi sakitlik halında  insanın 2dəqiqə ərzində böyrəklərindən keçən qanında  maksimum nə qədər leykosit və eritrosit olar?

İzahı;  1mm3 qanda =4-103 leykosit ,  5-106 eritrosit  olur.

1).    1dəqiqədə_______________1,2 litr

         2 dəq_____________________x

                      x= 2.4 litr qan

2)  2.4 litr= 2400sm3=2400 x1000mm3=2.4x106mm

3)      1mm3---------------10*103leykosit

          2.4x106mm3------------x

                      X=24mlrd leykosit

4)    1mm3---------------5*106 eritrosit

          2.4x106mm3------------x

                      X=12 trln


Yuxuya aid məsələlər

 1.İnsanın cəmi 8 yuxu fazasında yatdığını qəbul etsək (fazaların minumal davametmə müddəti ərzində) o cəmi nə qədər yatıb? (sonuncu tez yuxu fazası 25 dəqiqədir)

İzahı:

Biz bilirik ki yuxu 4-5 tsikldən ibarət olur.Hər biri də 2fazadan(ləng və tez yuxu fazasından ibarət olur.

Ləng yuxu 1-1.5 saat, tez yuxu isə 10-15 dəqiqə davam edir.(səhərə yaxın 25-30 dəqiqə olur)

Məsələnin şərtində 8 faza ,minumal vaxt dediyinə görə 4 ləng və 4 tez yuxu fazasın götürərik.

Deməək 4  * 1saat= 4saat ləng yuxu + 4 *10+25dəqiqə = 55 dəqiqə  tez yuxu

Cavab : 4saat 55 dəqiqə


2.İnsanda 5 yuxu tsikli baş verib. Ləng və tez yuxu fazalarının maksimal müddətdə baş verdiyini nəzərə alsaq ,ləng  yuxu fazalarının ümumi davam etmə müddəti tez yuxu fazalarının davametmə müddətində nə qədər çoxdur?

İzahı:

5 TSİKL = 5 LƏNG YUXU +5 TEZ YUXU

1.    5* 1.5= 7,5 saat ləng yuxu,    4*15+30 =90 dəqiqə(1,5 saat ) tez yuxu

2.    7,5-1,5=6 saat




22 Haziran 2024 Cumartesi

Həzm sisteminə aid məsələlər.

 1.Heyvan mənşəli qidada  bişməmiş halda 25 mq B1 vitamini var .Bişirldikdən sonra neçə mq qalar?


İzahı;

Heyvan mənşəli qidada  bişirlidikdə B qrup vitaminlər 15-60 % azalır.Deməli 

 1)     25_____________100

          x_______________15%

                  x=3,75 mq 

2)     25____________100

           x____________60

                  x=15 mq 

3) 25-3.75=21.25      ,  25-15=10 mq 


2.Bitki  mənşəli qidada  bişməmiş halda 25 mq B1 vitamini var .Bişirldikdən sonra neçə mq qalar?

İzahı:

Bitki  mənşəli qidada  bişirlidikdə B qrup vitaminlər 20 % azalır.Deməli 

1)  25____________100

       x_____________20

             x=5

2)  25-5= 20 mq


3. 70 nəfər şagird 5 günlük səyahətə çıxırlar .Bu müddət ərzində onlara maksimum nə qədər B1 vitamini lazımdır?

İzahı:

Bilirik ki gündəlik 2-3 mq B1 vitamini lazımdır.Maksimum dediyi üçün 3mq götürürük.

1)    1gün _________________3 mq

       5 gün_______________x

               x=15 mq ( 1 nəfər üçün )

2)      1gündə  1nəfər ______________15 mq

                       70 __________________x

                          x= 1050 mq


3.20 nəfərdən ibarət gəmi heyəti 30 günlük səyahətə çıxır.Onlar özləri ilə minumum nə qədər C vitamini götürməlidir?

İzahı:

 1nəfər 1 gündə 50 mq -70 mq C vitamini lazımdır....

Minimum  dediyi üçün  1 gün _____________50 mq

                                         30 gün_____________ x

                                                X= 1500mq 

             2) 1 nəfər -------------1500 mq

                  20 nəfər________x

                            X= 30000 mq 


4.Əgər bişmiş kələmdə 160 mq B qrupu vitamini  qalıbsa ,kələm bişməmişdən əvvəl bu vitamin miqdarı neçə mq olmuşdur?

İzahı:

Bunun ən rahat yolu 5n/ 4 düsturu ilə həll etməkdir.  Yəni 5*160/4=200 mq


5. 2 kq ətdə 100 mq B qrupu vitamini olduğunu nəzərə alaraq,bu əti qaynatdıqdan sonra onun tərkibində qalan B qrupu vitamini maksimum neçə kq ətdə olar?

İzahı: Bişirildikdə ətdə B qrupu 15- 60% azalır,deməli 85-40% qalır.

1). 100mq___________100 %

           x______________85%

                   x=85 mq

2) 2 kq ətdə _____________100  mq

         x_________________85 mq

              X= 1.7 kq


6. Kələmi qaynatdıqda onun tərkibindəki B qrupu  vitaminlərinin miqdarı tempuraturdan asılı olaraq dəyişməsi verilib.Qrafikə əsasən X-i müəyyən edin.

İzahı:
1) Bitkidə B qrupu 20% itirilir.80% qalır.Deməli 

  150--------------100%
     x_________85%
         X= 120 mq 



                                            

20 Haziran 2024 Perşembe

Çılpaqtoxumlular şöbəsinin məsələləri

 

1. 20 pulcuqlu  şam qozasının hər bir tozcuq kisəsində 100 ədəd  tozcuq olarsa,onda bu qozada neçə tozcuq  kisəsi və onların tozcuqlarında neçə hava qovuqcuğu olar?


İzahı;

1)Erkək qozaların hər pulcuğunda 2 ədəd tozcuq kisəsi olduğundan 20*2=40 tozcuq kisəsi olar.

2) 40*100=4000 tozcuq

3)  Hər bir tozcuqda 2 hava qovucuğu olur.Deməli 4000*2=8000 hava qovucuğu olar.


2. Şam qozasının tozcuqlarında 12000 hava qovucuğu və hər tozcuq kisəsində 100 ədəd tozcuq olarsa ,Bu hissədə tozcuq kisələrinin sayını tapın.

İzahı:

1)      1 tozcuqda ___________2 hava qovucuğu var

           x_______________________12000

             x=6000 tozcuq.

2)    1tozcuq kisəsində ____________100 tozcuq  varsa

            x________________________6000

              x=60 tozcuq kisəsi

3.Şam qozasının tozcuqlarında 12000 hava qovucuğu və hər tozcuq kisəsində 100 ədəd tozcuq olarsa,qozalar neçə pulcuqdan təşkil olunub?


İzahı:

1)      1 tozcuqda ___________2 hava qovucuğu var

           x_______________________12000

             x=6000 tozcuq.

2)    1tozcuq kisəsində ____________100 tozcuq  varsa

            x________________________6000

              x=60 tozcuq kisəsi

3)  1 pulcuqda___________________2 tozcuq kisəsi olur.

           x________________________60 tozcuq kisəsi

               x=30 pulcuq

4. 50 küknar toxumunun əmələ gəlməsi üçün mayalanmada bilavasitə neçə hüceyrə iştirak edib?

İzahı :

Çılpaqoxumlularda 1 toxumun əmələ gəlməsində 2 hücyerə(yumurta hüceyrə+sperm) içtirak edir.
50*2=100

30 Mayıs 2024 Perşembe

Yosunlar ilə bağlı məsələlər

 1.Cinsi çoxalma zamanı 200 ədəd sap şəkilli ulotriks yosunun alınması üçün neçə qamet və neçə ziqot lazımdır?

Həlli:

Bir ziqotun yaranmasında  2 qamet iştirak edir.,bir ziqotdan isə 4 spor inkişaf edərək yetkin yosuna çevrilir.Demək ki

1) 1_________4                       2)   1ziqot______________2 qamet

   x-________200                        50 ziqot_____________x

      x=50 ziqot                                      x=100 qamet


2.Ulotriksin 4 yaşıl hüceyrəsinin bölünməsi nəticəsində minumum neçə zoospor əmələ gələr?

Həlli:

1 hüceyrə bölünməsində____________________min 2 zoospor ə/g

4____________________________________x

x=8

3.Ulotriksin 4 qametində neşə qamçı var?

Həlli:

Ulotriksin 1 qametində_______________ 2 qamçı  var

                   4________________________x

                         x=8


4.Ulotriksin 5 zoosporunda neçə qamçı var?

Həlli:

1 zoosporunda -------------4 qamçı 

5------------------------------- x

x=20

5.Xlomidomonadaların cinsi çoxalması zamanı 16 ziqot əmələ gəlmişsə ,ziqotların bölünməsi zamanı alınan orqanizmlərdə cəmi neçə qmçı var?

Həlli:

Ziqot bölünən zaman 4 spor əmələ gəlir və hər birində 2qamçı olur.

1 ziqot_____________8 qamçı 

16_________________x

 x=128

6.Ulotrikslərdə bölünməyən və yaşıl rəngi olmayan 8 ədəd hüceyrə varsa ,bu ulotrikslərin əmələ gəlməsi zamanı mayalanmada bilavasitə neçə qamet iştirak edir?

Həlli:

Ulotriksin cinsi çoxalması zamanı

2 qamet-----1 ziqot----4 spor (və ya ulotriks sapı )əmələ gəlir.

Demək ki  2qamet--------------4ulotriks

                   x---------------------8 ulotriks

                     x=4 qamet.


Məsələ həlli zamanı bəzi yosunlar ilə bağlı bilməniz lazım olan məlumatlar:


Ulotriks yosunun çoxalması


Xlamidomonada yosunun çoxalma



22 Mayıs 2024 Çarşamba

Tənəffüs sistemi məsələləri

 

1)Normal şəraitdə 120 tənəffüs hərəkəti etmişsə ,bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunar?

Həlli:

1dəq--------16 t/h      0,8------0,7

X-----------120t/h          x-------450

X=7,5 dəq=450san       x=393,75 san

2) Qan ağciyər kapliyarlarından 37,5mm məsafə qət etmişdir.Bu zaman ürəyin 0,5 sanlik tsikli şəraitində neçə nəbz vurğusu olar?

Həlli:

1san-------0,5mm

  x------------37,5mm

    x= 75san



Quşlara aid məsələlər

 

1.Əgər quş uçuş zamanı 1 dəqiqədə 400 tənəffüs hərəkəti edərsə,onun ağciyrlərindən bu müddətdə neçə qazlar mübadiləsi gedər?

Həlli: Quşda 2qat tənəffüs getdiyindən 400*2=800

Cavab: 800

2.Göyərçinin dayaq –hərəkət sisteminin kütləsi 150qramdır.Skelet bu sistemin kütləsinin 20%ni təşkil edir.Böyük döş əzələlərinin kütləsini hesablayın.

Həlli:

150---------------100%

X-------------------20%

X=30q skelet

150-30 =120 bütün əzlələr

120: 2=60q döş əzələləri

3.Göyərçinin böyük döş əzlələrinin kütləsi 60 qdır.Onun skeleti bütün əzlələrinin ümumi kütləsinin 25%  təşkil edir.Göyrəçinin dayaq hərəkət sisteminin kütləsini hesablayın .

60*2=120qram bütün əzlələr

120-----------100%

 x---------------25%

   x=30q skelet

120+30 =150 q dayaq hərəkət sistemi

 

18 Mayıs 2024 Cumartesi

Bakteriya məsələləri

Bakteriyalara aid məsələləri həll edən zaman bilməmiz gərəkən xüsusi qeydlər.





 1 .Əlverişli şəraitdə 1 bakteriya hüceyrəsinin 6 dəfə ardıcıl nəsil əmələ gətirməsi  üçün nə qədər vaxt lazımdır?
Həlli:
n=T/20
T=n * 20=6x20=120deq=2saat

2.Əlverişli şəraitdə 3 bakteriya hüceyrəsi minumum sürətlə bölünərsə,3saat ərzində neçə bölünmə prosesi və neçə bakteriya hüceyrəsi əmələ gələr,neçə bakteriyahüceyrəsi bölünməyə məruz qalar?
Həlli:
n=180:30=6 nəsil
Nt=N0 x 2n=3x26=3x64=192 
Nt-N0=192-3=189


 3.180 dəq ərzində maxsimum 1536 bakteriya əmələ gəlib.Başlanğıc hüceyrələrin sayını tapın.
Həlli:
n=180:20=9 nəsil
Nt=N0 x2n    
N0=Nt:2n  =1536:512=3

4..İçərisində 5 bakteriya olan qapalı əlverişli şəraitdə1 saatda maxsimum neçə bakteriya bölünməyə məruz qalar?
Həlli:
Nt=N0 x 2T:20=5x2*60/20 =5 x 23 =5x8=40
Nt-N0= 40-5=35


5.Bir bakteriya hüceyrəsi 2saat ərzində max neçə nəsil verər və neçə bakteriya hüceyrəsi əmələ gələr?
Həlli:
n=120:2=6 nəsil
Nt=1x 26=64 hüceyrə

6. 3bakteriyanın  bölünməsi nəticəsində 3 saatda əmələ gətirdiyi bakteriyaların max sayı,həmin müddətdə əmələ gətirdiyi bakteriyaların minumum sayından neçə dəfə çoxdur?

Həlli:

u  Nt=N0 x 2n

u  1)n=T:20=180:20=9

u  Nt=3 x 29 =1536

u  2)n=T:30=180:30=6

u  Nt=3 x 26    =192

u  1536:192= 8


7. 4 ilkin bakteriya hüceyrəsindən əlverişli şəraitdə  2saat ərzində neçə nəsil,neçə hüceyrə əmələ gələr,və neçə bakteriya bölünməyə məruz qalar?

Həlli:

u  Nt=N0 x 2n

u  1)n=T:20=120:20= 6 nəsil

u  2) Nt=4 x 26 =4*64= 256 fərd əmələ gələr

u  3) Nt-N0= 256-4= 252 bölünməyə məruz qalan hüceyrə


 8. 5 ilkin bakteriyanın intensiv çoxalması nəticəsində 320  fərd əmələ gəlibsə,bu zaman axırıncı bölünmədə 5 ilkin bakteriyadan neçə fərd iştirak edib?

Həlli:

       Nt:N0 =320:5= 64  ( 1bakteriya hüceyrəsindən əmələ gələn hüceyrənin sayı)

       64-32=32 (1 bakteriya hüceyrəsindən əmələ gələn hüceyrəlıərin sayından sonuncu  bölünmədə yaranan hüceyrələriunsayını çıxırıq)

       Cavab: 32 .


9. 4 ilkin bakteriyanın fasiləsiz bölünməsi nəticəsində onların sayı maksimum 64 dəfə artmışsa buna nə qədər vaxt sərf olunub?

            Həlli:

N0=4

Nt= 4x64=256

4--------8---------16--------32---------64--------128--------256

    20         20            20          20            20             20

Hər 20 dəqiqədən bir bölünür və dəqiqələri toplasaq görərik ki 6*20=120 dəqiqə yəni 2 saat vaxt sərf olunar.


 



10.  Əlverişli şəraitdə 2 saatda 1 ilkin bakteriyadan neçə nəsil yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:
 n=T/20=120:20=6 nəsil

11.Əlverişli şəraitdə 2 sutkada 1 ilkin bakteriyadan neçə nəsil yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:
 1)  2 sutka 48 saat edir.    1 saat ---------60 dəq 
                                       48 saat-----------x
                                              x=2880 dəq
 2) n=T/20= 2880/20=144  nəsil



12.Əlverişli şəraitdə 2 saatda 2 ilkin bakteriyadan neçə bakteriya yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:
1)    n=T/20= 120/2=6  
2)  Nt= N0 x 2n = 2 x 26 =2x 64=128 bakteriya


13.Əlverişli şəraitdə 1 saatda 2 ilkin bakteriyadan neçə bakteriya yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:
1)    n=T/20= 60/20=3
2)    Nt= N0 x 2n = 2 x 23 =2x 8=16

 

14.İçərisində 20 ilkin bakteriya olan qapalı qabda əlverişli şəraitdə 1 saatda  maxsimum neçə bakteriya bölünməyə məruz qalar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:


1)  n=T/20=60\20=3
2) Nt= N0 x 2n = 2 x 23 =20x 8=160
3)  Bölünməyə məruz qalan hüceyrələri tapmaq üçün ümumi hüceyrələrdən ilkin bakteriya sayını çıxırıq.  Nt  - N0=160-20=140 

                           Nt= N0 x 2

15.   4 ilkin bakteriya bölünərək sayının  2048 ə çatıbsa buna nə qədər zaman sərf olunub?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:

1) Nt= N0 x 2n       
2)  N0= 4    Nt=2048   
3)   2n=Nt :N0 =2048: 4= 512

               4)      2n=512

                5)   2n=29

                             n=9(nəsil)

                 6)T=n*20=9*20=180(dəqiqə) 

                  7) 1 saat______________60 dəqiqə

                             x_______________180

                                 x= 3saat

                      

  16. Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı,    1 saat  ərzində bu bakteriyaların əmələ gətirdiyi bakteriyaların sayından neçə dəfə çoxdur?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:

      1)   n=T/20=120:20=6

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256

3)   n=T/20=60:20=3

4)   Nt=N0 x 2n= 4 x 23 = 4 x 8=32

5)   256:32=8


i

     17.Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı, bu vaxt  ərzində bu bakteriyaların əmələ gətirdiyi nəsillərin sayından nə qədər çoxdur?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

 

    İzahı:

     1)   n=T/20=120:20=6(nəsil)

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256(əmələ gələn bakteriya)

3)   256-6=250


    18.Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı, bu vaxt  ərzində baş verən bölünmələrin  sayından nə qədər çoxdur?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

 İzahı:

1)   n=T/20=120:20=6(nəsil)

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256(əmələ gələn bakteriya)

3)   Nt-N0 =256-4=252(bölünməyə məruz qalan) 

4)   256-252=4

  

   19. 2 saat ərzində əmələ  gələn bakteriyaların sayı, maksimum 768 olarsa , onda ilkin bakteriyaların sayı nə qədər olub?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

İzahı:

1)   n=T/20=120:20=6(nəsil)

2)   N0= Nt : 2n= 768 : 26= 768:64=12


cc


d