11 Haziran 2014 Çarşamba

Yuxu nədir və həyatimizdaki rolu nədən ibarətdir?

  Yuxu — beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesidir. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.İnsan ömrünün 3/1 yuxuda keçirir.
Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.
 Yuxunun faydası
 Gündüz yatan adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyacan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stres və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir.Günorta 10 dəqiqə yatmaq cox faydalıdır.
 Yuxugörmə
Yuxugörmə onunla izah olunur ki bu zaman qabiq tam ləngimir onun bəzi sahələri oyanmış vəziyyətdə qalır. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.Yuxular isə ağ-qara və rəngli ola bilir.Yuxuları hər kəs görür, hətta o kəslər ki,yuxu görmədiklərinə əmindirlər.Onlar yanılmırlar, çünki onlar yuxu gördüklərini umurlar.Alimlər sübut edib ki,yuxuların 90%-ı unudulur.Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Ən çox yatma rekordu 18 gün 21 saat və 40 dəqiqə olmuşdur.Tibbi araşdırma olmadan birinin həqiqətən yatılı və ya oyaq olduğunu başa düşmək çətindir. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.Yuxugörmə zamanıbeynin ənsə paylarında sinir hüceyrələrinin fəaliyyəti artır,görmə sistemində əmələ gələn oyanma buraya gəlir.Yuxugörmə tez yuxu fazasında baş verir.
 Yuxunun fazaları
Yuxu tez və gec yuxu fazasindan ibarətdir.İnsan yuxuya gedərkən ilk olaraq ləng yuxu fazası başlayır.Bu zaman beynin bioelektrik fəaliyyəti əyrisində dalğa əmələ gəlir.Bu vaxt əzələlər boşalır.tənəffüs sakitləşir,ürək döyüntüsü yavaşıyır,göz alması hərəkətsiz vəziyyətdə olur,tempuratur aşağı düşür.Ləng yuxu 1-1,5 saat çəkir.
Sonra tez yuxu fazası başlayır.Bu fazada bütün daxili orqanların fəaliyyəti artır,tənəffüs tez-tez dərinolur,ürəyin işi güclənir,əzələlər yiğildiqindan əllərdə qollarda və mimikada dəyişiklik ola bilir.Tez yuxu 10-15 dəqiqə çəkir,sonra yenidən ləng yuxu başlayır.Səhərə yaxin isə tez yuxu 25-30 dəqiqə olur.

Hiç yorum yok:

Yorum Gönder