23 Ekim 2014 Perşembe


Vitaminlər-həyat üçün lazım olan üzvi birləşmələrdir.
Vitaminlər haqqında təlimin banisi N.İ.Lunin olub.Onlar
həyat fəaliyyətinin mühüm tənzimçiləri kimi bütün
biokimyəvi və fizioloji proseslərdə iştirak edirlər.
Vitaminlər heyvan mənşəli qida məhsullarında olsalarda
onların əsas mənbəyi bitkilərdir.Vitaminlər orqanizmdə
əmələ gəlmir(D vitaminindən başqa)biz onları yediyimiz
qidadanalırıq.Orqanizmdə lazımı vitaminlərin çatışmaması
nəticəsində avitaminoz adlanan xəstəlik əmələ gəlir,
maddələr mübadiləsi pozulur,ağır xəstəliklər inkişaf edir.
Vitaminlər çox davamsız birləşmələr olduğundan onlar
bişən kimi dağılır.Ona görə də avitaminozun qarşısın
 almaq üçün çiy tərəvəz və meyvə tapmaq lazımdır.
Vitaminləri A,B,C,D,K,E və s latın hərifləri ilə adlandırırlar.
Həll olmasına görə vitaminlər 2 qrupa bölünür:
1. Yağda həll olanlar-A,D,E,K
2. Suda həll olanlar-B,C,P,PP



Hiç yorum yok:

Yorum Gönder