20 Ağustos 2016 Cumartesi

Orqanizmimizin dəvətsiz qonaqları və ya parazitlər


Parazitlər-(parazit-yun"para-yaninda"  "sitos-qidalanma "canlı orqanizmlərdə yaşayaraq,ondan qida mənbəyi kimi istifadə edən,özünün xarici mühitlə munasibətinin tənzim olunmasını qismən yaxud tamamilə sahibə "həvalə edən"və ona zərər verən orqanizmlərdir,Parazitlər 2 qrupa bölünür:
1.Ektoparazitlər-sahibin üzərində yaşayanlar(bit,birə)
2.Endoparazitlər-sahibin daxilində yaşayanlar(parazit qurdlar)
Parazitlə sahibin birgə yaşayış formasına-parazitizm deyilir.Parazitizmin də 2 növü var.
1.Müvəqqəti-bu zaman parazit sahibin bədəninə ancaqqida qəbulu zamanı daxil olur ,sonra isə orani tərk edir.Məs: Zəli,gənə və qansoran cücülər
2.Stasionar-bu zaman isə parazit uzun müddət hətta bir ömür boyu sahibin bədənində qalır.Stasionar parazitizmin də 2 forması var :Dövrü və Daimi
1.Dövrü parazitizm-də parazit inkişafının müəyyən mərhələsini xarici mühitdə sərbəst keçirir.Onun bu mərhələsi,başlıca olaraq paraziti yaymağa və yeni sahib orqanizmləri yoluxdurmağa xidmət edir. Sporlar,helmintlər,buğumayaqlılar və s.
2.Daimi parazitizm-parazit xarici mühitdə hətta qısa müddətdə də yaşaya bilmir,onun  inkişaf mərhələləri bir neçə sahib orqanizmdə keçir.(qan parazitləri)
Parazitizm-anlayışını  elmə V.Dogel tərəfindən gətirilib.Parazitologiya-heyvan və insan orqanizmində olan parazit və onların törətdiyi xəstəlikləri öyrənir.Parazitosenoz-orqanizmdə parazitlik edən canlıların məcmusu.Bunlara-spiroxetlər ,bakteriyalar, göbələklər, ibtidailər, helmintlər, buğumayaqlılar aiddir.




Hiç yorum yok:

Yorum Gönder