26 Aralık 2016 Pazartesi

Zamansız ölümlərin səbəbkarı-Xərçəng



Əsrin bəlası olaraq adlandırdığımız xərçəng xəstəliyi son dövrlər artaraq can almaqdadır.Bəs bu xəstəlikdən necə xilas olmaq olar?Hansı halda insan bu xəstəlikdən sağala bilər?
  Əslində əgər xəstəlik erkən dövrdə baş verərsə onda  xilas olmaq mümkündür.Bu xəstəlik çox zaman genetik olaraq da keçir.Bəzən səhhətimizdə baş verən hər hansı bir narahatçılığa biganə yanaşırıq,vaxtında üzərinə düşüb müalicə etdirmirik.Nəticədə isə xəstəliyin ağır fəsadları ortaya çıxır.Halbuki vaxtında qoyulmuş diaqnoz nəinki xəstəliyin tez sağalmasına hətta ömrün uzadılmasına  səbəb olur.
                                     Xərçəng necə yaranır?
Xərçəng-DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin sistemsiz və anormal şəkildə bölünüb,çoxalması və sürətlə inkişaf etməsidir.Hüceyrələrin zədələnməsi və dəyişməsi nəticəsində əmələ gələn şişlər 2 cür olur.
1.Xoşxassəli-bunlar yayılmır,sərhədləri müəyyəndir ,müalicə olunduqda yenidən əmələ gəlmir.
2.Bədxassəli -qonşu orqan və toxumalara yayılır(metastaz).sərhədləri qeyri müəyyəndir.

Bəs hansı əlamətlər xərçəng xəstəliyinin ilkin əlamətləri ola bilər?
  1. Qəfildən iştahanın itməsi və çəkinin azalması-mədəaltıvəzin,mədə.boğaz,ağciyər xərçəngini əlaməti ola bilər.
  2. Dəridə sağalmayan yaralar və qeyri adi rəngli ləkələr-dəri xəçənginin əlamətidir.
  3. 37,6 və 38,2 dərəcəli qızdırma ,artan yorğunluq,qan azlığı-Leykemiyanın əlaməti ola bilər.
  4. Udqunma problemi,ağızdakı yaralar  -ağız xərçəngi ola bilər
  5. Müalicə olunmasına baxmayaraq keçməyən baş ağrılar- beyin xərçəngi ola bilər.
  6. İzah edilməyən ağrılar bəzən -sümük xərçənginin əlaməti ola bilər
  7. Süd vəzlərində əmələ gələn şişlər,dərinin sərtləşməsi-süd vəzi xərçənginin əlamətləridir.
                         Xərçəngin müalicəsi
Şüa müalicəsi-xərçəng yaranan hissəyə şüa tətbiq etməklə
Kimyaterapiya-dərmanlarla
Cərrahiyə-əməliyyatla şiş olan hissəni götürməklə
Alternativ tibb- immun sistemi gücləndirib xalq təbabətindən istifadə etməklə

Xərcəng vaxtında aşkarlanmadıqda o sürətlə çoxalaraq ,metastaz verir yəni bütün orqan və toxumalara yayılır.Bu zaman isə artıq xəstəliyin müalicəsi mümkünsüz olur.Ən acınacaqlı hal isə bu xəstəliyin get gedə cavanlaşmasıdır.İndi hətta bu xəstəliklə doğulan uşaqlarda var!

Hiç yorum yok:

Yorum Gönder