28 Şubat 2017 Salı

63 saylı məktəbdə 1B sinifini "Ana dilim" tədbiri

Hər bir xalqın borcudur ki, öz dilini mükəmməl bilsin və gələcək nəsillərə çatdırsın.Mən deyərdim biz bəlkə də yeganə millətlərdənik ki, çox zaman öz dilimizdə yox bildiyimiz başqa xarici dillərdə danışmağı daha məqbul sayırıq.Hətta bəziləri belə olanda özlərini daha savadlı olduğunu sübut etməyə çalışmağa və ya göstərməyə çalışır..Mən  də çox dilləri bilməyin tərəfdarıyam  və bu indiki dövrdə çox vacibdir,lakin  hər birimiz ailəmizdə övladlarına öz doğma dilimizi öyrətməyə  borcluyuq.Axı doğma dilini mükəmməl bilməyən insan onu düzgün təbliğ edə bilməz..Kimlər məni bu fikrimdə qınasa da mən belə düşünürəm ...

Nə yaxşı ki doğma dilimizi qoruyan ,onu uşaqlara sevdirən müəllimlərimiz var..Belə müəllimlərdən biri də Bakı şəhəri 63 saylı orta məktəbin 1B sinifinin sinif rəhbəri İlhamə müəllimədir.O, savadı, peşekarlığı, yüksək mədəniyyəti ilə seçilən bir müəllimədir.Eyni zamanda doğma elini sevən,onu uşaqlara sevdirən gördüyü işlərlərlə bir çox müəllimlərə nümunə ola biləcək bir müəllimədir.
    O, 21 fevral 2017ci ildə rəhbəri olduğu 1b sinif sagırdləri ilə birlikdə "Ana dilinə "həsr olunmuş çox gözəl tədbir hazırlamışdır.Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur.Baxmayaraq ki, uşaqlar 1sinif şagirdləri idi, onlar bir dəfə də olsun çaşmadan çox gözəl tədbiri başa vurdular.Bu isə müəlliməni uğuru və peşekarlığ nəticəsində olmuşdur.
    Sonda Valdeyinlər adında müəlliməyə Təşəkkürnamə təqdim edildi.


Eyni zamanda sonda Təhsil İnustutu tərəfindən müəlliməyə "Qızıl qələm" mükafatı təqdim olundu.
               

Hiç yorum yok:

Yorum Gönder