29 Mart 2017 Çarşamba

Xordalılar tipi

Xordalılar  ilk dəfə Proterozoy erasında yaranmışlar.
 Xordalıların  ümumi əlamətələri aşağıdakılardır.
1. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.
2. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
3. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu boru ağızla başlayıb, anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.
4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir
5.Bədənləri ikiyan simmetriyaya malikdir.
6.İbtidai xordalılarda  xorda ömrü boyu qalır,ali xordalılarda isə yalnız rüşeym mərhələsində olur,sonra onu fəqərələr əvəz edir.
7.Xordalıların qan damar sistemi qapalıdır.
8.İbtidai su xordalılarında qəlsəmə ömür boyu qalır,quru xordalılarında isə yalnız rüşeym dövründə olur.  
9.Xordalılar-ikinci bədən boşluğu olan heyvanların ali tipidir. 

Xordalılar tipinin 43 minə yaxın növü məlumdur. Bu tipi 3 yarım tipə ayırırlar: 
  1. Kəlləlilər(onurğalılar)
  2. Kəlləsizlər(onuğasızlar)
  3. Sürfəsixordalılar (onurğasızlar)
Xordalılar sözü ilə onurğalılar sözünü eyniləşdirmək olmaz .Bəzən çoxları xordalılar və ya onurğalılar kimi ifadələr işlədir.Bu yalnışdır.Çünki Xordalılar tipinin yalnız bir yarım tipinin -Kəlləlilər yarımtipinin nümayəndələri onurğalı heyvalardır.Onlarda skelet formalaşmışdır və epidermis çoxqatlıdır.Digər yarım tiplərin(Kəlləsizlər və Süfrəsixordalılar) və tiplərin hamısı onurğasız heyvanlardır.Onlarda isə epidermis -təkqatlıldır.Neştərçə öz qurluşuna görə onurğasızlar və onurğalılar arasında keçid yer tutur.
   
                          Onurğasızlar↔ Neştərçə↔Onurğalılar



Hiç yorum yok:

Yorum Gönder