10 Nisan 2017 Pazartesi

Suda -quruda yaşayanlar -Amfibilər

Suda-quruda yaşayanlar və ya amfibilər — onurğalılar yarımtipinə aid sinifdir. Bunların inkişaf dövrü Palezoy erasının daş-kömür dövrünə təsadüf edir.

Xüsusiyyətləri
  • Heyvanlar həm suda, həm də quruda yaşayırlar. 
  • Quruya çıxan onurğalı heyvanlardır.
  • Soyuqqanlıdırlar
  • Dəridə selik vəziləri vardır.
  • Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. 
  • Qabırğalar döş sümüyünə çatmır.
  • Əsl qabırğalar və döş qəfəsi yoxdur. 
  • Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
  • Yetkin halda və qışlayarkən quruda olur.
  • Sürfələr qəlsəmə ilə yetkin halda ağciyərlər və dəri ilə tənəffüs edir. 
  • Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla olur.
  • İlk səs bunlarda əmələ gəlib
  • Müasir amfibilərin dərisində pulcuqlar olmur.


Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağ ciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir.
            Göl qurbağasının  qurluşu
Xarici qurluşu-başda 1 cüt göz(başın içinə doğru çəkilərək qorunma qabliyyətinə malikdir)2cüt göz qapaqları(alt-mütəhərrik ,şəffaf və üst-dərişəkilli),1cüt burun dəliyi (həm qoxu həm tənəffüsə xidmət edir)yerləşir.Eşitmə daxili və orta qulaq,xaricdən təbil pərdəsi görünür.Bəzi qurbağalarının bədənlərinin üzərində olan bəzi vəzlər zəhər ifraz edir.

Skeleti-Onurğa qısadır,1 boyun  fəqərəsi var.7 gövdə fəqərəsi (boyun+gövdə fəqərəsi onurğa beyni zədələnməkdən qoruyur.)1 oma fəqərəsi Quyruqsuzlar dəstəsində quyruq fəqərələri birləşərək quyruq sümüyün əmələ gətirir.Quyruqlularda isə quyruq fəqərələri hərəkətli birləşib.Qurbağalarda əsl qabırğalar və döş  qəfəsi yoxdur.



Həzm sistemi- Üst çənədə dişlər var,alt çənədə yoxdur.Dil alt dodağın daxili-ağağı  tərəfindən bitişib,ov zamanı kənara çıxa bilir.Qurbağalar su içmirlər,su  orqanizmə yalnız qida və dəri ilə daxil olur.Qaraciyər,mədəaltı vəzi və tüpürcək vəzi var.
ağız→udlaq →qida borusu→mədə→bağırsaq→ klaoka

Qan- damar sistemi- Yetkin qurbağada ürək üç kameralıdır. Qapalı qan damar sisteminə malikdir.2 qan dövranı var.Bədənə arterial qanla venoz qanın qarışığı gedir.

Tənəffüs sistemi-sürfəsi qəlsəmələrlə,yetkin halda ağciyər və dəri ilə tənəffüs edir. Ağciyərlər zəif inkişaf etdiyindən dəri tənəfffüsü ilə birlikdə ümumi tənəffüs 1:1 nisbətinədə baş verir.Boğazı saniyədə bir neçə dəfə aşağıya doğru çəkilir,hava ağız boşluğunda seyrəkləşir və burun boşluğuna keçir.Nəfəs almanı təmin edən əzələlər başda yerləşir. Qırtlaqdakı səs bağlarının titrəməsi nəticəsində qurbağa quruldayır.Hava 2 yolla daxil olur.
Hava→burun dəlikləri→ağız boşluğu→qırtlaq→hava kisəsi→ağciyərlər
Hava→nəm dəri
Sinir sistemi-baş beyin və onurğa beyindən ibarətdir.Ön beyin güclü,beyincik zəif inkişaf etmişdir.Bədənin müvazinəti ön ətraflar vasitəsi ilə təmin olunur.



Böyrəklər→Sidik kisəsi→Sidik axarları→kloaka
Çoxalması-Mayalanma xaricidir,yazda dişi qurbağa bir-birinə yapışmış  topa halında kürüləri suya tökür. Təxminən 1 saatdan sonra mayalanmış yumurta bölünməyə başlayır.2-3 həftədən sonra mayalanmış sürfədən qurbağanın sürfəsi- çömçəquyruq çıxır.2-3 aydan sonra çömçəquyruq metamarfozla yetkin qurbağaya  çevrilir. Sürfə mərhələsində bitki ilə qidalanır.Erkək qurbağalarda çütləşmə zamanı effektivliyi artırmaq üçün qurultu gücləndirici qovuq-Rezenator var.Dişi qurbağalar quruldasa da onlarda rezenator yoxdur. 
Metamorfoz


Çömçəquyruğun yetkin qurbağadan fərqləri

  1. İlk zamanı ağız olmur.
  2. Bədənin yanlarında xarici qəlsəmə (neştərçədəki kimi)olur sonra daxili qəlsəməyə çevrilir.
  3. Ürək 2 kameralıdır.
  4. 1qan dövranı var.
  5. Yan xətt orqanı var.
  6. Quyruq üzgəci var.
                    Metamarfozu-arxa ayaqlar→ön ayaqlar→ağciyərlər→quyruq itir.
Təsnifatı-3 dəstəsi,73 fəsiləsi,7333növ var.
Müxtəlifliyi-ən kiçik nümayəndəsi 2-3 sm-Cırtdan qurbağa,ən böyük  1.8m Qoliaf qurbağası
Balıqlarla müqayisəsi

3 yorum: