13 Nisan 2017 Perşembe

Pulcuqlular dəstəsi

6000növü var.4 yarım dəstəyə bölünür

1.Buqələmunlar-90 növü var,ağacda yaşayırlar.Ayaqları bir birinin qarşısında yerləşərək, kəlbətin şəklindədir.Məhz buna görə ağacdan möhkəm yapışır.Gözləri 180 dərəcə firlana bilir.Mühit amillərinin təsirindən rəngiuni dəyişə bilir.16-80 yumurta qoyur,onu dərin basdırır.Bəzi növləri diri bala doğur.

2.Kərtənkələlər-3300 növü var.Azərbaycanda 27 növü var.Ayaqlı və ayaqsız növləri var. Ayaqsız növləri ilana bənzəsə də fərqli xüsusiyyətləri var.Ayaqsız kərtənkələlər ilandan fərqli xüsusiyyətləri-döş sümüyünün,ətraf qurşaqlarının,göz qapaqlarının olması,təpil pərdəsinin olduğu üçün yaxçı eşitməsidir.Koramal ayaqsız kərtənkələdir.

  • Hindistanda Komada adlanan ən böyük kərtənkələ yaşayır. Kərtənkələnin uzunluğu 3 m, kütləsi isə 135 kq-a çatır. Sürətlə qaçan bu kərtənkələ ağaca yaxınlaşıb onun budaqlanına dırmanır və birdən donub yerində qalır. Bu anda onun başı üzərində plaşabənzər qəribə bir sey qalxır. Bu onu bildirir ki, kərtənkələ yırtıcı heyvanı gördüyündən həyəcanlanmış və düşmənini qorxutmaq üçün öz plaşını açmışdır. Plaş çətirə oxşayır və nazik qığırdağ toxumasından ibarətdir. Plaşın rəngi şəffafdır. Bundan başqa həm də eşitmə aparatı rolunu oynayır. Plaşı hərəkətə çox möhkəm, həmişə gərgin olan əzələlər gətirir. Belə kərtənkələlər Avstraliyada da yaşayır.
  •  Göyçə gölü (Sevan gölü) sahillərində çox qəribə həyat tərzinə malik kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribədir ki, bu erkək kərtənkələlər yumurtlayır. Onların yumurtalarından yaranan kərtənkələlər də erkək olur.


Sıçrayan kərtənkələ
Qumlu səth daha yumşaq olduğuna görə, onun üzərində yerimək daha çətindir. Ancaq zebraquyruqlu kərtənkələlər bu çətin şəraitdə belə çox sürətlə hərəkət edə bilirlər. Çünki bu canlılar bir saniyədə 1.5 metr qət edəcək hərəkət qabiliyyətinə malikdirlər. Bundan əlavə, qumda yeridiyi kimi, palçıq, çınqıl kimi səthlərdə də yeriyə bilir. Zebraquyruqlu kərtənkələnin qumda yeriyərkən yayılan, ayağını qaldırdıqda qıvrılıb yığılan uzun ayaq barmaqları var. Bu barmaqlar kərtənkələyə hər cür səthdə yeriməyə imkan verir.r.
Suda yeriyən kərtənkələ
Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üzərində çox sürətlə qaçır. Ayaqları suya dəydiyi anda hər barmaq gərilərək ayağın səth sahəsinin artmasını və suyu asanlıqla itələməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını tarazlayır. Kərtənkələnin ayaqları suyu itələdikdə hava qovuqcuğu əmələ gətirərək əlavə dəstək qazanır və digər ayağın qayıdışını tamamlayıb suya dəyməsi üçün zaman qazandırır. Ağırlığı ikinci ayağa ötürülərkən kərtənkələ hava qovuqcuğu partlamadan əvvəlcə birinci ayağını sudan çəkir. Hava qovuqcuğu çox vacibdir, çünki ayağı birbaşa suya toxundursa, kərtənkələ suya batar. 
Şüşə tavanda yeriyən qekkonlar

Qekkon adlı bir kərtənkələ növü tək barmağı ilə bir səthdən asılı qalır və ya şüşə tavanda başıaşağı yeriyir. Qekkonun barmaq ucları setae adlanan xüsusi toxuma ilə örtülüdür. Bu toxumada tükcüyə bənzər çıxıntılar var və bu çıxıntıların ucları da yüzlərlə mikroskopik tükcüyə bölünür. Hər bir tükcüyün qalınlığı millimetrin 5000-də 1-inə bərabərdir. Qekkonun ayağındakı milyonlarla mikroskopik tükcük toxunduğu səthdəki atomların cazibə qüvvəsindən istifadə edərək o səthə yapışqan kimi yapışır. Bu, kvant fizikasında “Van-Der-Vals qüvvəsi” adlandırılır. Ağlı və şüuru olmayan kərtənkələnin ancaq son əsrdə kəşf edilən atom və onun cazibə qüvvəsindən xəbərdar olması, bundan istifadə etmək üçün sistemlərə malik olması möcüzəvidir.


3.Amfisbenlər-üzəri pulcuq əvəzinə qərni törəmələrlə örtülüdür.Soxulcan kimi torpağın altında həm irəli həm geri hərəkət edir.Ona görə də bunlara ikiyerişlilər də deyilir.

4.İlanlar- sürünənlər sinfini pulcuqlular dəstəsinə aid yarımdəstədir. İlanlar həm suda, həm quruda yaşayan çoxsaylı növlərə ayrılır. Dünyada 2700 ilan növü mövcuddur. Antarktikadan başqa bütün materiklərdə yaşayırlar. İrlandiyada, İslandiyada və Yeni Zelandiyada ilan yoxdur. Bütün ilanlar başqa heyvanları yeyir.Təkamül prosesində sürünənlərdə ayaq qısalmış,bədən üzanmışdır ona görə dəİlanların kəırtənkələlərdən əmələ gəldiyi güman edilir.Koramal -ayaqsız kərtənkələdir.İlan deyil!İlanlarda döş sümüyü və döş qəfəsi olmur.Təbil pərdəsi yoxdur,eşitmirlər.

İlanların çoxalması
Onların bəzi növləri diri bala doğmaqla, bəziləri isə yumurta qoymaqla çoxalırlar. Həm dişi, həm də erkək ilanlarda cinsi orqanlar quyuq hissəsində, onurğanın iki tərəfində yerləşir. Onlar xüsusi kanallar vasitəsilə cütləşmə mövsümündə açılır. Bu mövsüm isə yazda, sürünənlərin çoxu qış yuxusundan ayılanda başlayır. Bu zaman aqressiv olan erkəklər dişin ilanı izləyərək onu tutur, dişləri ilə boğazından yaxud belindən dişləyir, gövdəsinin ətrafın sarılır və cütləşir. Ona görə də “cütləşmə mövsümü”ndə dişilərin əksəriyyətinin dərisində yaralar və cızıqlar olur. Bu mövsümdə dişilər xüsusi iy yayaraq erkək ilanların onları tapmasına kömək edir. Cütləşmə qrup halında olur. Belə ki, dişini dövrəyə alan çoxsaylı erkəklər onunla cütləşirlər. Lakin yalnız ilk cütləşən ilan xüsusi tərkibli maddə ifraz edərək dişi ilanın klaokasını “möhürləyir”.Bundan sonra heç bir erkək ilan onunla cütləşə bilmir. Əksər ilanlar diri doğsa da, boa və gürzələr yumurtadan balaları çıxana qədər yumurtanı içərilərində gəzdirirlər. Yumurtalar çoxqatlı olduğu üçün xarici təsirlərdən asanlıqla qorunur və elastik olur. Gürzələrin bir çox növləri və su ilanları isə quruya çıxaraq diri bala dünyaya gətirirlər. Afrikadakı mamba ilanları isə bir dəfə cütləşdiyi erkəyin spermasını 7 ilə qədər öz daxilində saxlaya bilər. Ona görə də cütləşmədən illər sonra belə yüzlərlə bala doğula bilər.
Bəzi ilanlar isə hermofrodit- yəni həm erkək, həm də dişi cinsi orqanların daşıyıcısı olur. Belə ilanlar Cənubi Amerikadakı Kaimada-Qrande adasında rast gəlinir. Ada botropsu adı verilən bu ilanlar həm erkək kimi dişi botropslarla cütləşə, həm də dişi kimi nəsil verməyə qadirdir. Hermofrodit ilanlara görə ada botropsları arasında erkəklərə ehtiyac yoxdur və bu səbəbdən onların sayı kəskin azalıb.

Hissetmə qabliyyətləri
Eşitmə qabiliyyəti yoxdur
Görmə qabiliyyəti zəifdir. 
Güclü iybilməyə malikdirlər.
Ətrafdakı səsləri isə hər dəqiqə bayıra cıxardıqları dilləri ilə bilirlər.

İlanların qidalanması
İlanların hamısı öz ovunu çeynəmədən bütov udur.İlanların çənə sümükləri digər heyvalardan fərqli olaraq bir-birinə elastiki bağlarla  birləşdiyindən o ağzını geniş aça bilir.Dişləri udlağa doğru qatlanıb.Dişlər qidanın ağızdan çölə çıxmasına mane olur.Zəhərli ilanlar ovunu dişi ilə sancıb,öldürür,sonra udur,zəhərsiz ilanlar isə boğaraq öldürüb udurlar
Ən sürətli ilan
Dünyanın ən sürətli ilanı:Qara Mamba – quruda yaşayan ən sürətli sürünən olan mambaların sürəti saatda 20 kilometrə çata bilir. Bu ilan növü Afrika materiki üçün endemikdir. Yetkin qara mambanın uzunluğu 2.5-4.5 metr arasında dəyişir. Güclü zəhərə və yüksək sürətə malik olduqları üçün bu ilanları Afrikanın ən qorxulu sürünəni hesab etmək olar.
Uçan ilanlar
Uçma qabiliyyətinə sahib olan bu sürünənlər Chrysopelea paradisi növündən olan ilanlardır. Uçuşdan qabaq onlar ağac budaqlarının sonuna sürünüb oradan latın J hərfini xatırladan formada sallanırlar. Uçuş üçün planlaşdırdıqları istiqaməti seçərək müvafiq tərəfə çevrilirlər. Ardından isə budaqda qalan quyruq hissəsi ilə özlərini havaya ataraq, eynən yerdə olduğu kimi, havada da lazım olan yerə istiqamət təyin edirlər. Bu üsulla uçan ilanlar havada hətta 100 metrə qədər məsafə qət etməyə qadirdirlər.
Uçuş müddətində ilanların dairəvi bədəni inanılmaz dərəcədə düz olur. Uçan ilan havada qabırğalarını düz tutur və qarnını içəriyə doğru çəkir. Beləcə bədəninin altında çökük səth yaradır. Bu transformasiya onun bədənini tam aerodinamik formaya çevirir.

Dəniz ilanları
Dənizdə 47 növ ilan yaşayır. Onların çoxu quruda heç bir hərəkət edə bilmir. Dəniz ilanları balıq, krevet yeyirlər. Hamısı çox zəhərlidir. Engidrin ən qorxulu zəhər daşıyıcısıdır.
Zınqrovlu ilanlarZınqrovlu ilanlar səs salıb düşmənlərini xəbərdar edir ki, ondan aralıda dursunlar. Onun quyruğundakı bərk halqalar tərpəndikcə səs çıxarır. Hər dəfə qabığını dəyişdikdə həmin halqalar yenidən əmələ gəlir.
Zəhərli ilanlar(450 növ)İlan növlərinin ancaq üçdə biri zəhərlidir. İnsana zərər yetirə bilən ilanların sayı daha azdır. Zəhərsiz ilanlar öz ovlarını ya boğur, ya da diri-diri udurlar.
.Zəhər zəhər vəzilərində əmələ gəlir.Təkamül prosesində bəzi tüpürcək vəziləri zəhər vəzisi ilə əvəz olunub.Zəhər vəzidən zəhəraparıcı kanala oradan dişlərə gəlir.Zəhrə dişlərinin 3 tərəfi deşik olduğundan zəhər ovun bədəninə sürətlə keçir.

İlan sancması zamanı ilk yardım 
Zəhərli ilan sancmış insana qatıq,süd,çay verməli,bədənə zərdab və fizilioloji məhlul vurmalı təcili həkim nəzarətinə götürülməlidir.
Zərdabın hazırlanması
1.Sağlam atlara -donorlara uzunmüddət dozanı artırmaq şərti ilə ilan zəhəri vurulur.
2.Sonra həmin  atdan qan alınır.
3.O qandan zərdab hazırlanır.
Zərdab 2cür olur.
1.Monovalent- 1növ ilanın (müəyyən növ)zəhərini (zərərsizləşdirən)neytrallaşdıran
2.Polivalent-Bir neçə növ ilan zəhərini neytrallaşdıran

Ən uzun ilanCənubi-Şərqi Asiyada yaşayan torlu pitonun uzunluğu 10 metrə çatır. Cənubi Amerikada yaşayan anakonda pitondan ağır, lakin ondan gödəkdir. Pitonlar və anakondalar zəhərsizdir. Onlar öz qurbanlarını ya dişləri ilə öldürür, ya da boğurlar. Piton gizlənərək pusqu qurur, ovu yaxınlaşdıqda çıxıb ona dolanır və boğur.
İlan qabığıİlanlar böyüdükcə, ya da zəhərləndikdə qabıqlarından çıxırlar.Onlar mövsüm ərzində 3-4 dəfə qabığını dəyişirlər. Birinci ilində ilan sürətlə böyüyür, ona görə də bu müddətdə qabığını yeddi və daha çox dəfə dəyişir. Sonrakı dövrdə hər ildə bir dəfə qabığını dəyişir. 

Hiç yorum yok:

Yorum Gönder