14 Nisan 2017 Cuma

Tısbağalar

Hazırda dünyada 250 növ tısbağa yaşayır.Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür.


 Ən böyük müasir tısbağa dərili tısbağalardır -uzunluğu 2 m, kütləsi 900 kq. 
 Ən kiçik tısbağa namaklavend tısbağalarıdır, uzunluğu 10 santimetrdir.

Quru və su tısbağaları xarici görnüşünə görə fərqlənirlər.
Xüsusiyyətləri

  • Tısbağalar Yer kürəsinin ən qədim heyvanlarından biridir. 
  • 200 milyon ilə yaxındır ki,  mövcuddur və heç bir dəyişikliyə məruz qalmayıblar.
  • Bəziləri quruda, bəziləri isə suda yaşayır. 
  • Tısbağa həm qədim, həm də ən uzunömürlü heyvandır. 
  • Alimlər onların 200-300 il yaşadıqlarını güman edirlər. 
  • Ömürlərinin axırlarına qədər çanaqlarını dəyişmirlər.
  • Əksəriyyəti bitkilərlə qidalanırlar.
  • Yumurta qoymaqla çoxalırlar.


Çoxalması
İstini çox sevən dişi tısbağa qumda çala qazaraq yumurtalarını basdırır. Bununla da onların övladlarına qayğısı sona yetir. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir

2 yorum: