18 Haziran 2017 Pazar

İnsanın əmələ gəlməsi

İnsan və heyvanlar arasında olan oxşarlıqlar alimlərin insan və heyvanların eyni bir başlanğıcdan yaranması fikrini söyləmələrinə səbəb olmuşdur.Bu sahədə bir çox təkamülçü alimlər müxtəlif fikirlər söyləmişlər.

  • K.Linney bu oxşarlıqları nəzərə alaraq XVI-XVII əsrdə öz təsnifatında insanı meymunlarla bir qrupda primatlar dəstəsində yerləşdirmişdir.
  • J.B.Lamark isə ilk dəfə insanın ağaclara dırmaşmaqdan yerdə gəzməyə keçmiş meymunabənzər əcdadlardan başlanğıc götürməsini irəli sürmüşdür.
  • Ç.Darvin isə özünün “İnsanın mənşəyi və cinsi seçmə” əsərində1871ci ildə  müqayisəli anatomiya,sistematika və embrioloji məlumatlara əsaslanaraq,insanın insanabənzər meymunlarla qohumluğunu sübut etməyə çalışmışdır.Darvinə görə insan təkamülün ən son halqasıdır.
  • F.Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində(1896) insanın yaranmasında sosial amillərin xüsusilə əməyin böyük rol oynamasını göstərmişdir

İnsanın təsnifatda yeri..

İnsanın ontogenezində embirional və postembrional inkişafı zamanı taksonomiya uyğun dəyişikliklər baş verir.
Bunlara şağıdakılardır.
Xordalılar tipi ücün xarakterik əlamətlər:

  • xordanın yaranması
  • bel hissədə sinir borusunun yaranması
  • qəlsəmə yarıqlarının olması
Kəlləlilər yarımtipinin əlamətləri:
  • Onurğa sütunun yaranması
  • İki cüt ətrafın yaranması
  • Ürəyin bədənin döş hissəsində yerləşməsi
Məməlilər sinfinin xarakterik əlamətləri:
  • 4kameralı ürəyin olması
  • Başbeyin qabığının inkişafı
  • Diafraqmanın olması
  • Süd vəzilərinin inkişafı
  • Bədəndə tük örtüyünün olması
  • Dişlərin differnsiallaşması
Plasentalılar yarımsinfinin xarakterik əlamətləri:
  • Dölün bətndaxili inkişafı
  • Plasenta ilə qidalanması
Primatlar dəstəsinə aid xarakterik əlamətlər:
  • Tutucu tipdə ətrafın olması-yəni baş barmağın digər barmaqla qarşılaşa bilməsi
  • Yastı dirnaqların olması
  • Süd vəzilərinin bir cüt əmziklərə malik olması
  • Körpücük sümüklərin yaxşı inkişaf etməsi
  • Sonradan süd dişlərinin daimi dişlərlə əvəz olunması
  • Əksər hallarda tək balanın doğulması
İnsanabənzər meymunlar(hominidilər) yarımdəstəsinə aid xarakterik əlamətlər:
  • Onurğada quyruğun reduksiya olunması
  • Kor bağırsaqda appendiks çıxıntısın olması
  • Baş beyin qabığında qırışların çox olması
  • 4 qan qrupunun  olması
  • Mimiki əzələlərin inkişafı
Homo(insan)cinsinə aid xarakterik əlamətlər:
  • İnsan beyninin həcmcə insanabənzər meymunlardan 2,5 dəfə iri(1600sm3),beyin səthinin 3,5 dəfə çox(1250sm3) olması
  • Onurğanın S vari əyriliyə malik olması
  • Ayaqda tağşəkilli pəncənin olması
Dərrakəli insan növünə xas olan əlamətlər:
  • Dik yerimə
  • Aşağı ətraf əzələlərinin güclü inkişafı
  • Tağşəkilli ayağın olması
  • Hərəkətli biləyin olması
  • 4 əyriliyə malik onurğanın olması
  • İri həcmli və böyük beynin olması
  • Beynin üz şöbəsindən kiçik olması
  • Binokulyar görmənin olması
Hazırda dünyada  insanın yalnız 1 növü-dərrakəli insan (Homo sapiens) növü yaşayır.


İnsanla heyvanların oxşar xüsusiyyətlərini sübut edən dəlillər

  • Hər ikisinin inkişafının mayalanmış yumurtadan başlaması
  • Balıqlarda olduğu kimi biraylıq insan rüşeymində 2 kameralı ürək,3 cüt qəlsəmə yarığı,quyruq arteriyası və qovuq şəkilli beyinin olması.
  • Amfibilərdəki kimi barmaqları arasında üzmə pərdəsinin olması.
  • Sürünənlərdəki kimi 1,5-3 aylığında onurğanın quyruq hissəsi yaranır,lakin sonradan reduksiya uğrayır və büzdüm sümüyü şəklində qalır.
  • Sabit bədən tempuraturu olmayan heyvanlardakı kimi  yeni doğulan və hətta 5 yaşadək uşaqlarda zəif istilik tənziminin olması
  • İbtidai məməlilərdə olduğu kimi dölün beynində də qırışlar olmur və kloakaya malik olur.
  • 6 həftəlik rüşeymdə bir neçə süd vəzisi olur.
İnsan və insanabənzər meymun arasında olan oxşarlıqlar
  • Mimiki əzələlər
  • 4 əsas qan qrupunun (O,A,B,AB)olması
  • Yüksək inkişaf etmiş sinir sistemi,yaxşı yaddaş olması.
  • Barmaqlar üzərində yastı dırnaqlar olması.
  • 12-13 cüt qabırğa,5-6 oma fəqərəsi olması
  • 32 daimi dişin olması.Azı,kəsici və köpək dişlərinin sayı.
  • Ümumi parazitlər ( baş biti) və xəstəliklər ( qrip,vəba,çiçək) olması
  • Sevinc və kədər hissi,nəsil qayğısına qalma.
İnsanabənzər meymunlar
İnsana ən yaxın olan insanabənzər meymunlar Qorilla,Şimpanze,Hibbon və Oranqutandır. Bunlar içərisində ən çox  insana şimpanze( zülallarının 99% oxşarlığı)oxşar olduğu sübut olunub.Onlarda xromosom sayı isə 48 dir.Digər meymunlar da müəyyən xüsusiyyətləri ilə oxşardır.
  • Qorillaümumi bədən nisbətlərinə görə
  • Şimpanze-kəllənin quruluşu və ətrafların ölçülərinə görə.
  • Oranqutan12 cüt qabırğasına görə
  • Hibbon-hamar formalı başı və yastı döş qəfəsinə görə.

Rudiment və Atavizimlər
İnsanın heyvanlarla qohumuluğunu sübut edən digər dəlillər rudiment(Lat.-qalıq) və atavizimlərdir(lat.əcdada qayıtma).
Rudiment-təkamülcə öz ilkin əhəmiyyətini itirmiş qalıq orqandır.
Rudiment orqanlar özü də 3 qrupa ayrılır:
1.Tam yox olanlar
2. Bədənimizdə olan və fəaliyyət göstərməyənlər
3. Yeni funksiya əldə edənlər

Hal-hazırda insan bədənində 100-ə qədər rudimentin olması aşkar edilmişdir. Aşağıda onlardan bəzilərinə nəzər yetirək:


  • Appendiks 
  • Ağıl dişləri 
  • Büzdüm sümükləri ,
  • Üçüncü göz qapağı ,
  • Qulaq seyvanı əzələləri
  • Badamcıq vəziləri
  • Kişilərdə süd vəziləri


Bəzən insanlar əcdadlarının müxtəlif əlamətləriylə,yəni atavizmlərlə doğulması halları da məlumdur.Atavizm(lat :əcdada qayıtma)lərə misal olaraq quyruğun olması,sıx tük örtüyü və çoxməməliliyi  göstərmək olar.




Antropogenezin hərəkətverici qüvvələri
İnsanın mənşəyini,əmələ gəlməsini öyrənən elm sahəsi-antropologiya adlanır.
Yunanca “anthoporos” - insan, “genesis” - mənşə deməkdir.Antroponogenez insanın təkamül proseseidir.Antropogenezin hərəkətverci amilləri2 növdür.
1.Bİoloji amillər(irsi dəyişkənlik,təbii seçmə,yaşamaq uğrunda mübarizə)Bu amillər insan yarandığı andan mövcud olmuş və insanın morfofizioloji dəyişməsinə səbəb olmuşdur.Ç.Darvin izah etmişdir.
2.Sosial amillər (əmək,ictimai həyay tərzi,nitq.təfəkkür)Sosial amillərin rolunu F.Engels izah etmişdir.
 İnsanın formalaşmasında bioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynamışdır. Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.

Əmək İnsanın formalaşmasında başlıca rol oynayan əməkdir. Əmək, bacarıqlı insan tərəfindən əmək alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək alətləri yarada bilir. Əmək alətlərini təkmilləşdirməsi nəticəsində insanda bir çox dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri ilə insanlarda morfofizioloji dəyişikliklər baş vermişdir. Belə dəyişikliklər antropomorfozlar (yun. “antropos” – insan) adlanır.
Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyerimənin meydana çıxmasının insanın inkişafında mühüm əhəmiyyəti olmuşdur.Onun həlledici rolunu Ç.Darvin və F.Engels qeyd etmişdir.

Dik yerimə nəticəsində baş verən dəyişiklikərin "+" və "-" tərəfləri var.
Dik yerimənin müsbət tərəfləri:
Dikyerimə nəticəsində

  • Ağırlıq mərkəzi arxa ətraf üzərinə keçdi və orqanların nisbəti dəyişdi
  • Döş qəfəsi yanlara doğru genişləndi
  • Onurğa stunu S-varı əyildi
  • Oma sümüyü möhkəmləndi
  • Aşağı ətraf əzələlərinin inkişafı gücləndi.
  • Ön ətrafların yermiə funksiyasından azad olması əllərin müxtəlif hərəkətlər qazanmasına səbəb oldu.
     Dikyerimənin mənfi tərəfləri:
  • Hərəkət sürəti məhdudlaşdı
  • Çanağın hərəkətsizləşməsi nəticəsində doğuş çətinləşdi
  • Bəzən aşağı ətraflarda varikoz genişlənmə yarandı
  • Yastıayaqlılıq yarandı

İnsanın əmələ gəlməsi zamanı baş verən morfoloji və fizioloji dəyişmələrə səbəb kimi ilk addım olaraq dik yerimək, əsas hərəkətverici amil kimi isə əmək göstərilir. Dik gəzməyə keçid əllərin yeriməkdən azad olmasına səbəb oldu. Əl vasitəsilə fərqli üsullarla müxtəlif qidalar toplanılmağa başlandı, əmək alətləri düzəldildi. Əmək alətlərinin düzəldilməsi insanla meymun arasında fərqin yaranmasına səbəb oldu. İnsanın sinir sistemi də mürəkkəbləşdi və nitq yarandı. Əllər əməklə məşğul olduqca daha da təkmilləşdi və müasir forma aldı.

İctimai həyat tərzi-Əmək nəticəsində sürü halında yaşayan insanlar sonradan ictimai həyat tərzinə keçmişlər.Cəmiyyət halında yaşama onların düşməndən qorunmanı və heyvan ovunu asanlaşdırdı.Odda bişmiş qida ilə qidalanma çeynəmə əzələlərinin öz mahiyyətini itirsməsinə,btki qidasından qarışıq qidaya keçmə isə bağırsaq qısalmışdır.

Nitq-insanın cəmiyyət halında yaşaması onun ünsiyyət zamanı səslərdən istifadə etməsinə səbəb oldu və nəticədə nitq  yarandı İnsan ətraf aləmdən siqnalları 2 formada alır :
1.Birinci siqnal sistemi vasitəsilə-yəni hiss orqanları ilə(bu siqnal sistemi insanabənzər meymunlarda təfəkkürün inkişafına səbəb olub)
2.İkinci siqnal sistemi vasitəsilə-yəni nitqlə(Bu siqnal sistemi isə insanı heyvanlardan fərqləndirir)
Təfəkkür-nitqin yaranması şüurun əmələ gəlməsinə,mücərrəd təfəkkürün formalaşmasına səbəb olmuşdur.

Sonda nəticə etibarı ilə deyə bilərik ki
 Əmək→ İctimai həyat tərzinin → Nitqin → Təfəkkürün yaranmasına səbəb olub.


Xüsusi qeyd
Müasir insanın atası olan Homo sapiens dil qabiliyyətinə sahib tək insan növü idi. Keçmişdə danışmağın yerini alan əl hərəkətləri isə dilin inkişafına öz töhfəsini verib.İnsan beyni  bir meymunun beyninin iki qatı ağırlığındadır. Bunun səbəbi tək bir mutasiyaya bağlanır. Digər məməlilərin çənə əzələləri insanlarınkına nisbətən daha güclüdür. Bu əzələ də kəlləni sıxışdıraraq beynin böyüməsinə mane olur. İnsanlar 2 milyon il əvvəl bu əzələdən xilas olub. Daha sonra isə beyinin inkişafı başladı. İki ayaq üzərində dayanmağa başlamağın bir digər əhəmiyyətli səbəbi isə uzaqdan gələcək düşmənləri daha asan müəyyən etmək olaraq izah olunur.İnsanların iki ayaq üzərində qalxmağa başlamasının səbəbi alət istifadə etməyinin başladığı tarixə söykənir. İnsanlar da tüklərinin azalmasının səbəbi planetimizin istiləşməsinə bağlanır. Çünki insanlar havalar istiləndikcə tüklərinə görə tərləməyə başladı. Stringer bu vəziyyəti belə izah edir: "Çünki bizim fillər kimi böyük qulaqlarımız yox idi". Fillər qulaqlarını sallamağıyla havadan alınan soyuqla bədənini soyutmaq üçün istifadə edir. İnsanların tüklərinin tökülməsinini digər səbəbi isə cinsi münasibətdir. Tüklərin arasındakı parazitlərin xəstəlik yaymasına görə insanlara qarşı cinsdən az tükü olanlarda daha çox cazibədarlıq tapmağa başladı. Daha az tük sahibi olanların genləri dominant olunca da insanlar tüklərini zamanla itirməyə başladı.



Hiç yorum yok:

Yorum Gönder