2 Haziran 2017 Cuma

Rezus faktoru nədir?

1940-cı ildə ilk dəfə 72 yaşlı Landşteyner və Vinterin  Əntər meymunun (Macaca rhesus) qanında rezus faktorunun olduğunu aşkar etdi. O bu kəşfini əntər meymunun adı ilə Rezus amili (Rh) adlandırdı.Sonradan məlum olub ki, insanların 85% qırmızı qan hüceyrələrində rezus amili  Rh faktoru var.15% insanda isə bu amil yoxdur.


Rezus faktoru nədir?

Rezus-faktor - yer kürəsi insanlarının 85%-nin eritrositlərinin səthində olan spesifik qan zülalıdır. O, ana bətnində inkişafımızın 7-8 həftəsində(3-4cü ayda) formalaşır.

Sizdə bu aşkar olunarsa, onda sizin qanınız rezus-müsbət (Rh+),(85% insanda olduğu kimi)
aşkar olunmasa onda qanınınz rezus-mənfi (Rh-)dir.(yerdə qalana 15 % insanlarda olduğu kimi)
Rezus faktoru 3 varianta ola bilir.Rh0 RhI RhII

Rezus faktoruna malik olmayan valdeyinlərin övladları olmur,onlar sonsuz olur.
Rezus-faktor hər bir insanın orqanizmində genetika qanunlarına uyğun olaraq qoyulur. Deməli, onun növü valideynlərimizin rezus-faktoru və mayalanma zamanı xromosomların bölünməsi ilə müəyyən olunur. 
Bu, o deməkdir ki,
  •  Rh+ ata və Rh+ ananın körpəsi həm Rh+, həm də Rh- ola bilir.
  •  Rh+ ata və Rh- ananın körpəsi Rh+ və ya Rh- ola bilir.
  •  Rh- ata və Rh+ ananın körpəsi də Rh+ və ya Rh- ola bilir.
  •  Rh- ata və Rh- ananın uşağı yalnız Rh- ola bilər.




Nə mənfi, nə də ki, müsbət rezus-faktor bizim sağlamlığımıza təsir göstərmir. Bu, yalnız hamiləliyin keçirilməsinə və nəticəsinə təsir göstərir.
Adətən hər iki valdeyin eyni rezus faktora malik olarsa onda uşaqda  döldə problem olmur.

Lakin bəzən ana -, ata + olur bu zaman bir çox problemlər yaşanır.Və uşaq 4 xəstəliklə doğula bilir.
  1. Ölü doğulma(eritrositlər parçalanır,oksigen çatışmamazlığı baş verir)
  2. Sarılıqla doğulma
  3. Ödemlə doğulma
  4. Qan azlığı ilə doğulma
Birinci hamiləlikdə anticisimlərin sayı az olur və uşaq, adətən, sağlam doğulur. 
İkinci hamiləlikdə isə bu anticisimlər daha tez və daha sürətli yaranır ki, hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi də olduqca artır. 

Əgər iki uşaq arasında ən azı 4 il zaman olsa onda ikinci uşağa da heç bir şey olmaz.
   
Ana(-) ata(+) olarsa uşaq çox vaxt atanın rezus faktorunu götürür,yəni (+) olur.Və bu zaman 
Hamiləlik zamanı onların qanı heç bir halda qarışmasa da, maddələr mübadiləsinin əksər məhsulları plasenta vasitəsilə anadan dölə keçir və əksinə.Onun vasitəsilə anaya həm də dölün eritrositləri daxil olur.Hamiləlik dövründə döldə hər hansı pis halın  baş verməsinin səbəbi - qanı rezus-müsbət olan dölün qanındakı eritrositlərin, qanı rezus-mənfi olan ananın qan dövranına daxil olmasıdır (bu hal hamiləliyin 7-8-ci həftəliyindən başlayır).Bu zaman ananın immun sistemi dölün qanındakı eritrositləri yad kimi qəbul edərək onlara qarşı xüsusi zülallar - anticisimlər hazırlayır. Bu anticisimlərin məqsədi isə, rezus-mənfi ana üçün yad olan dölün rezus-müsbət eritrositlərini məhv etməkdən ibarətdir. Daha sonra bu anticisimlər cift vasitəsilə dölə keçərək onun eritrositlərini məhv etməyə başlayırlar. Nəticədə döldə və ya yeni doğulmuş uşaqda hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi yaranır.Bu xəstəlik zamanı dölün eritrositləri daim parçalandığı üçün onun qara ciyəri və dalağı həddən artıq yüklənmiş olur ki, bu da onların ölçülərinin artması ilə nəticələnir. Hemolitik xəstəliyin əsas əlamətləri – qara ciyərin və dalağın ölçülərinin artması, dölyanı suların çoxalması, ciftin qalınlaşmasından ibarətdir 

 Maraqlı fakt budur ki, qaradərili insanlarda mənfi rezuslu qana ağdərili insanlarla müqayisədə daha az rast gəlinir. Lakin Efiopiyada yaşayan qaradərili yəhudilərdə mənfi rezus qan qrupu geniş yayılıb.


Qan köçürmə zamanı bilməniz  vacibdir.


Rezus”-” şəxsə “+” qan köşürdükdə birinci dəfədə həmən şəxsdə “+” amilə qarşı xüsusi hissəciklər əmələ gəlir ki,bir daha bu şəxsə belə qan köşürdükdə həmən şəxsdə şok halı baş verə bilər.


Mənfi rezusa malik insanlar hansı rezus faktoruna qan verə bilər?

Müsbət rezusa malik insanlar hansı rezus faktoruna qan verə bilər?

Şəkilllərdən də aydın göründüyü kimi Rezus(-) qan qrupunu həm (+) həm də (-) qan qrupuna köçürmək mümkün olsa da rezus(+) qan qrupunu yalnız (+) qan qrupuna köçürmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder