1 Ekim 2017 Pazar

Biologiyanın tədqiqat üsulları

Biologiya elminin bir sıra özünəməxsus ümumi tədqiqat metodları vardır. 
Bunlara aşağıdakıları misal göstərmək olar:
Ümumi metodlar: 1) Müşahidə, 2) Eksperiment, 3) Ölçmə

1.Müşahidə-Hadisənin gedişinə müdaxilə etmədən,onların hiss üzvlərimiz vasitəsilə duyulması və ya cihazlar(mikroskop,lupa) vasitəsilə izlənilməsinə  deyilir.
Müşahidə metodu adi gözlə,mikroskopla və lupa vasitəsilə aparıla bilər.
Gözlə müşahidə-İnsan gözü 576 meqapikseldir və 180 dərəcəliq bucaq altında ətrafdakıları seyr etmə funksiyasına malikdir.
Mikroskopla müşahidə- Mikroskop canlıların öyrənilməsində istifadə olunan cihazdır.
Mikroskop (yun.kiçik və baxıram) — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır

İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxariya Yanssenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi. Ancaq "Yanssen mikroskopu"nun təkmilləşdirilməsində Qalileo Qaliley, Leonard Eyler, Ernst Abbe kimi məşhur alimlərin də böyük rolu oldu. 1674-cü ildə isə məşhur ingilis alimi Robert Huk(1635-1703) daha güclü bir mikroskop icad etdi. O, öz mikroskopu ilə mantar kəsiyinə baxanda onun arı pətəyinə oxşar ayrı-ayrı gözcüklərdən ibarət olduğunu gördü və Robert Huk bu gözcükləri "hüceyrə" adlandırdı.
Mikroskopun tarixində ən böyük addımı isə hollandiyalı Anton van Levenhuk (1632-1723) atdı. 
                                                  Mikroskopun quruluşu
                                         


Mikroskopun yaradılması və təkmilləşdirilməsi Zaxariya Yanssen,Qalileo Qaliley, Leonard Eyler, Ernst Abbe,Robert Huk  və Anton van Levenhukun  rolu böyük olmuşdur.Elm və texnikanın inkişafı  nəticəsində isə mikroskoplar daha təkmilləşmiş və müasir forma və görünüşə malik olmuşdur.Müasir mikroskopların çoxunda Okulyar hissə monitor ilə əvəz olunmuşdur.
                                       

Mikroskopun növləri:
  • İşıq(optik) mikroskopu
  • Elektron mikroskopu
  • Rentgen mikroskopu
  • Köçürən zond mikroskopu
  • Differensial interferension- kontrast mikroskop
Mikroskopun böyütmə dərəcəsi

İlk yaranan mikroskopun böyütmə dərəcəsi 3-10,Anton van Levenhukun Mikroskopu 270,müasir işıq mMikroskopun böyütmə dərəcəsini bilmək üçün obyektiv və okulyar üzərində yazılan rəqəmləri bir-birinə vurmaq lazımdır. Alınan rəqəm mikroskopun böyütmə dərəcəsini göstərir.ikroskopları isə 3600 dəfə böyüdür.Elektron mikroskoplar isə  əşyanı 10-100000 dəfə böyüdür.


Lupa ilə müşahidə- Lupa iki tərəfdən qabarıq şüşədən  və şüşəni yanına dəstək bərkidilmiş çərçivənin ibarətdir.
Lupadan istifadə edərkən, onun dəstəyindən tutub, baxılan əşyanı yaxşı görünə biləcək məsafəyə qədər yaxınlaşdırmaq lazımdır. Lupa baxılan əşyaları 2-25 dəfəyə qədər boyüdür.
                                         
2.Eksperiment-Müşahidə nəticəsində irəli sürülən mülahizəni yoxlamaq ,onu təsdiq və ya inkar etmək üçün təcrübələrin aparılmasıdır.
                            
3.Ölçmə- Müşahidə və eksperiment nəticəsində baş verən dəyişiklikləri  ölçmə üsulu vasitəsilə müəyyən etmək olur.
                                 




  • Spesifik metodlar: Təcrübi (empirik) metodlar: 
                       1) Bioloji obyekt və hadisələrin müşahidəsi;
                       2) Orqan və orqanoidlərin ölçülməsi;
                       3) Orqanizmə müxtəlif amillərin təsiri;
                       4) Orqanizmi öyrənməyin fiziki və kimyəvi analizi, 
                       5) Orqanizmləri təsnifləşdirmə.
  • Nəzəri metodlar: 1) Tarixilik, 2) Statistik, 3) Modelləşdirmə, 4) Sistemli metod.
Bu metodların vasitəsi ilə canlılar aləmi və onlarda gedən fizioloji, biokimyəvi proseslər, onların qarşılıqlı əlaqəsi, qanunauyğunluqları öyrənilir.








5 yorum: