18 Kasım 2017 Cumartesi

Xemosintez

Avtotrof qidalanmanın 2 forması var.
1.Fotortof
2.Xemotrof

1.Fototrof qidalanma-fotosintezedici canlılar tərəfindən həyata keçirilir.Bu zaman o canlılar Günəş enerjisindən istifadə edərək qeyri üzvi maddədən  üzvi maddə istehsal edirlər.Və bu zaman üzvi maddə əmələ gəlkməklə eyni zamanda təbiətə sərbəst halda oksigen buraxılır.Canlıların normal inkişafı- tənəffüsü  üçün bu prosesin əhəmiyyəti böyükdür.Fotosintez prosesi əksəriyyət yaşıl bitkilərdə,bəzi bakteriyalarda və bəzi heyvanlarda var.

2.Xemotrof qidalanma isə xemosintezedici canlılar tərəfindən həyata keçirilir.Xemosintez edici canlılara bakteriyalar aiddir.Onların  bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilirlər. Lakin bu zaman onlar enerji mənbəyi kimi günəş enerjisindən deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edirlər. Bu proses xemosintez adlanır."Xemo"-kimya,"sintez "-əmələ gəlmə deməkdir.Bu proses 1889-1890 cı illərdə S.N.Vinoqradski tərəfindən kəşf olunub.
Beləki ,bakteriyalar kimyəvi reaksiyaların enerjisini həmçini qeyri-üzvi maddələrin oksidləşməsindən alınan enerjini sintez olunacaq üzvi maddələrin kimyəvi enerjisinə çevirməyə malik xüsusi fermet aparatına malikdir.Və nəticədə onlar bu sayədə xemosintez proseseini həyata keçirirlər.Bu canlıların olması və bu proses də çox faydalıdır.Torpağın məhsuldarlığı , təbiətdə azot dövranında  bu canlılar xüsusi əhəmiyyəti var.
Xemosintetik canlılar
  • Azot bakteriyaları(torpağın məhsuldarlığında, azot dövranında)
  • Kükürd bakteriyaları
  • Hidrogen bakteriyaları(torpağın məhsuldarlığında)
  • Dəmir bakteriyaları
Bu bakteriyalar qeyri-üzvi birləşmələrin enerjisinin üzvi birləşmələrin rabitə enerjisinə çevrilməsini fermentlər qrupunun köməyi ilə həyata keçirir.Bu  zaman enerji ayrılır və bu enerji üzvi maddə sintez etmək üçün istifadə olunur.
Qeyri üzvi maddələrdən üzvi maddələr sintez edən canlılar produsentlər adlanır.Buna görə də xemosintezedici bakteriyalar produsentlərə aid edilir.Bu calıların qida zəncirində özünəməxsus,əhəmiyyətli bir rolu var...


Fotosintez ilə Xemosintez prosesinin müqayisəsi...
Fotosintez prosesi zamanı günəş enerjisindən istifadə olunduğu üçün işıqda  gedir,Xemosintez isə həm işıqda həm qaranlıda gedir.Xemosintez yalnız bakteriyalar tərəfindən həyata keçirilir,fotosintezdə bitkilər ,bəzi heyvanlar və bəzi bakteriyalar iştirak edir.Fotosintezdə  üzvi maddə və oksigen əmələ gəlir,Xemosintezdə isə yalnız üzvi maddə əmələ gəlir.


2 yorum:

  1. Axi qida zencirinde rolu haqqinda yazmadiz

    YanıtlaSil
  2. Strange "water hack" burns 2 lbs overnight

    Over 160k men and women are using a simple and secret "water hack" to drop 1-2lbs each night in their sleep.

    It is very easy and it works with everybody.

    This is how you can do it yourself:

    1) Get a glass and fill it with water half full

    2) Proceed to learn this crazy hack

    so you'll become 1-2lbs skinnier the next day!

    YanıtlaSil