26 Mart 2018 Pazartesi

Müasir İnnovasiyalar Liseyi 7 sinif .Mövzu Həlqəvi qurdlar- Zəlilər

Zəlinin bədəninin ön və arxa nahiyələrində sormac adlanan xüsusi törəmə vardır. Ön sormac qidalanmağa, arxa sormacla birlikdə isə həm də yapışmağa və hərəkətə xidmət edir.Bədənin ön ucunun üst tərəfində yarımdairə üzrə düzülən 5 cüt göz yerləşir.Bədən xaricdən kifayət qədər möhkəm olan kutikula qatı ilə örtülüdür. Bu qatda çoxsaylı kiçik sormaclar yerləşir.Zəlinin dəri-əzələ kisəsində bütün əzələlər var. Bu əzələlər onun hər tərəfə dönməsinə kömək edir. Zəli onurğasızdır. Onun iki ədəd ''kutikula'' ilə örtülü kəsici dişcikləri var. Zəli parazitlik edərkən, qanı sorarkən onun diçciklərinin yeri üçbucaq formasında olur. Tibb zəlisinin (Hirudo medicinalis orientalis) bədəni qurdvari olub, bel-qarın istiqamətində yastılaşmışdır. Uzunluğu orta hesabla 120 mm (labarotoriya şəraitində yetişdirilən fərdlərdə isə 250-300, hətta 440 mm) eni isə 10–12 mm –dir. Təbiətdə də bu cür iri fərdlərə nadir hallarda olsa da rast gəlinir. Kütləsi 2-5 q. və daha çoxdur.Zəlilərdə tənəffüs bütün bədən səthi ilə gedir.Zəlillər hermofroditdir. Zəlilərin dünya miqyasında 400 növü, Respublikamızın su tutarlarında isə cəmi 15 növü məlumdur.
Zəlillərin 3 dəstəsi var:

  1. Qıllı zəlilər
  2. Xortumlu Zəlilər
  3. Çənəli zəlilər)(tibb zəlisi bura aiddir)
Zəlilərdən bir çox xəstəliklərin müalicəsində istifadə olunur.Zəlilərin sekretində hirudin adlı ferment vardır.Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesi aradan götürür və yüksək təzyiqi azaldır.Hirudin fermentinin sayəsində qan bir neçə ay zəlinin bağırsağında laxtalanmamış, dəyişilməmiş formada qalır. Hirudoterapiya-zəli vasitəsilə müalicə zamanı-zəlini bədənin müxtəlif nahiyyələrinə qoyurlar.Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.  Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyianemiyatuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz.Zəli yalnız 1 dəfə istifadə olunur. "İstifadə olunmuş" zəli seansdan dərhal sonra öldürülür.
Zəli vasitəsilə müalicə olunan xəstəliklər:

1.Qan damar xəstəlikləri
2.Ürək xəstəlikləri
3.Miqren
4.Allergiya
5.Asma
6.Çiban (çıxaran adama)
7.Diş iltihabında
8.Xərçəng (bəzi növlərində)
9.Dırnaq xəstəliklərində
10.Çirkli yaralarda   
11. Şəkər
12.Ayaqlarda damar xəstəlikləri 
Maraqlı burasıdır ki,bədənimiz kremli və ya ətirlidirsə, xəstənin qanında alkol varsa və ya seansdan əvvəl insan siqaret çəkibsə, zəli ona yapışmır.Zəlilər insanlardakı çirkli qanı udurlar və qanımız yenilənir. Bir sözlə desək qanımızı təbii yolla dəyişirik. 

Bu məlumatlar ilə tanış olduqdan sonra canlı olaraq tibb zəlisini izlədik.Pinsetlə xüsusi məhlulda olan zəlini ət parçasının üzərinə qoyduq və  onun xarici qurluşunu və qidalanmasını izlədik.




1 yorum:

  1. Your Affiliate Money Making Machine is ready -

    And getting it running is as easy as 1...2...3!

    Here is how it all works...

    STEP 1. Tell the system what affiliate products the system will promote
    STEP 2. Add PUSH button traffic (it ONLY takes 2 minutes)
    STEP 3. See how the affiliate system explode your list and upsell your affiliate products all by itself!

    Are you ready to make money ONLINE??

    Your MONEY MAKING affiliate solution is RIGHT HERE

    YanıtlaSil