9 Temmuz 2018 Pazartesi

Su hidrogenlə oksigenin "xöşbəxt nigahının" məhsuludur

Su -həyatımızda çox önəmli bir yer tutan kimyəvi birləşmədir.İki malekul hidrogen və bir malekul oksigen birləşərkən su əmələ gəlir.Təcrübə borusuna hidrogen və oksigen malekullarını qoyaraq uzun müddət saxlayaq.Lakin 100 illərlə saxlasaq da burada su əmələ gəlməz və ya borunun dibində az miqdarda su əmələ gələr.Bunun  əsas səbəblərindən biri istiliyin zəif olmasıdır.Hətta otaq tempuraturunda belə hidrogen və oksigen ilə gec reaksiya girir.Bu malekullar ancaq toqquşaraq birləşərlərsə,su malekulunu əmələ gətirə bilər.İstilik bu malekullarının enerjisini,dolayısıyla sürətini artırdığı üçün toqquşmaların sayı artır.Yəni enerji nəticəsində bir birini cəzb edən malekullar birləşir və su əmələ gəlir.

 Canlıların həyatında su önəmli rol oynadığından su haqqında bəzi maraqlı məqamları toxunmaq istərdim.
Su rəngsiz,qoxusuz və dadsız bir mayedir.Normal atmosfer şəraitində 100 selsi tempuraturda qaynayır,0 selsi tempuraturda isə donur.Suyun qaynama tempuraturu hava təzyiqinə bağlı olaraq dəyişə bilir,belə ki hava təzyiqi aşağı düşəndə suyun qaynama tempuraturu da aşağı düşür.Yüksəkliyə qalxdıqca havanın təzyiqi azaldığı üçün burada su 100 selsidən aşağı tempuraturda da qaynaya bilir.
Bədənimizin 70-80%  sudur.Orqanizmin suya olan ehtiyacı yaşa,bədənin fiziki qurluşuna  və cinsə görə dəyişir.Embirionda 85-90%,yeni doğulanda 75-80%,gənc 60-70%,yaşlılarda50-60%olur.


Sağlam insan 30-40 gün qidasız qalsada,2-4 gün ərzindəorqanizmin  su ehtiyatını 15%ni itirə bilər.
İnsandagündəlik su itkisi aşağıdakı kimidir.

  • Sidiklə(1-1,5 l)
  • Nəfəslə(350ml)
  • Tərlə(0,1-0,4l)
  • Kalla(180ml)
Su qıtlığı zamanı insan orqanizmində bir çox xəstəliklər və problemlər yaranır.Susuzluğu aşkar etmənin ən asan yolu sidiyin rəngini daim nəzarətdə saxlamaq lazımdır.Tünd sarı,narıncı , və ya qəhvəyi rəngdə olması bədənimizin müəyyən zaman ərzində susuz qalmasından xəbər verir.
Orqanizmdə 2l su itkisi halsızlıq,3l su itkisi huşun getməsi,4l suyun getməsi həyat üçün təhlükənin başlanğıcı kimi qəbul olunur.15% -20% itki isə ölümlə nəticələnir.Bədəndəki suyun 9-10 % azalması qısa müddətli yaddaş itkisinə səbəb ola bilər.
Qocalma insanlar üçün ən qayğılı problemlərdən biri olub.Qocalmanı sürətləndirən başlıca səbəblərdən biri sususzluqdur.Qocaldıqca hüceyrələrdəki su azalır.Buna görə də gənc orqanizmin sirri kifayət qədər su içməkdədir.Su içmək üçün uyğun zamanı müəyyənləşdirmək suyun orqanizmdəki təsir gücünü maksimum artırmaq üçün çox vacibdir.

  • Səhər ac qarnına 2 fincan su içmək- daxili orqanları aktivləşdirir.
  • Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək-həzmə komək edir.
  • hamama girməzdən öncə bir gincan su içmək-qan təzyiqini normallaşdırır
  • Yatmazdan əvvəl bir fincan su içmək- infarktın və insultun qarşısını alır. 

Su həyatda 3 formada mövcuddur.Bərk ,maye və buxar.Bu əsasən tempuraturdan asılıdır.Suyun dadı da temuraturdan asılıdır.İçməli suyun temuraturu 7-11*C arasında olur.Soyuq sular mədə-bağırsağın iltihablaşmasına səbəb olur,bağırsağın hərəkətini məhdudlaşdırdığından isə eyni zamanda  sancıya səbəb olur.İsti su isə mədə divarlarından və qandan birbaşa sorulduğuğundan bədən suyu digər maddələrdən ayırmaq məcburiyyətində qalmır.

1 yorum:

  1. According to Stanford Medical, It is indeed the SINGLE reason women in this country get to live 10 years more and weigh on average 19 KG less than us.

    (By the way, it has absoloutely NOTHING to do with genetics or some secret-exercise and EVERYTHING to about "how" they eat.)

    P.S, What I said is "HOW", not "what"...

    CLICK this link to discover if this quick test can help you decipher your real weight loss possibility

    YanıtlaSil