31 Mart 2020 Salı

Beyin necə işləyir?

İnsan beynin tutumu sonsuzdur,beynimiz 2,5 milyon gb yaddaşa malikdir,nə qədər bililk alarsaq alalım,beyində hər zaman yer vardır.Beyində pozitif feedback  vardır,neqativ feedback yoxdur,yəni stakana nə qədər tutursa o qədər su qoymaq lazımdır,çox olarsa daşar beyin belə deyil,o daşmaz.
Beyin insanın bütün orqanlarını idarə edən1400-1500 qr ağırlığında,su içərisində üzən,1trilyon 100milyard hüceyrədən ibarət bir orqandır.
İnsanın həyatı boyu neyronlar daim inkişafda olurlar. Uzun illər boyunca alimlər sinir toxumalarının və neyronların inkişafını və bərpa olmasını mümkünsüz hesab edirdilər.Ancaq bunun belə olmadığı elmə aydın oldu. İnsan bədəninin digər toxumaları kimi neyronlarda insanın həyatı boyu inkişaf edir.Ancaq o digər hüceyrələrə nisbətən ləng inkişaf edir. Bu fakt beyinin və onun xəstəliklərinin tədqiq olunmasında yeni mərhələ yaratdı.

Beynin  qidalanması və inkişafı üçün daim vitaminə və keyfiyyətli qidaya yağlara ehtiyac duyur. B vitamin qrupu beyin və sinir sisteminin sağlamlığını qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Əks halda depressiya, unutqanlıq və əsəbiliyə yol aça bilər. Qara ciyər, taxıl məhsulları, paxlalılar sinfinə aid olan bitkilər və doşab B vitamininin ən yaxşı mənbəyidir.Tərkibində Omeqa 3 və Omeqa 9 yağları olan məhsullar qan dövranı sisteminin işini yaxşılaşdırır. Bu da beynin də funksiyalarının fəaliyyətini artırır. Odur ki, mütəmadi olaraq balıq və ya qoz yeyin.

İnsanlar arasında formalaşmış fikirə görə sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. İlk olararaq demek olar ki bu sahədə aparılan tədqəqatlar müxtəlif alimlər tərəfindən müxtəlif cür səsləndirilir. Bu tədqiqatlarda alimlərin gəldikləri nəticələr son zamanlar texnalogiyanın inkşafı ilə əlaqədar olaraq dahada genişlənib. Beyin hissələri üzərində aparılan araşdırmalar əvvəlki araşdırmaları ziddiyətli çıxmağa başlayır.Müxtəlif alimlər müxtəlif fikirlər söyləsə də ümumi fikir eyni idi ki, bu da hər iki beynin birgə fəaliyyət göstərməsidir.


Kaliforniya Universitetinin Professoru Robert Ornsteyn bu sahədə apardığı araşdırmada beyinin hər iki tərəfinin müxtəlif funksiyalara malik olub olmadığını praktiki olaraq göstərdi. O araşdırmasında bildirdi ki beyinin sol tərəfi zədələnərsə bədənin sağ hissəsi, sağ hissə zədələnərsə bədənin sol hissəsi iflic olur. Robert Ornsteyn beyinin hər iki tərəfinin birlikdə işlədiyi bildirərək identik beyin fərziyyəsindən çıxış etdi. O beyin hissələrinin hansı funksiyaları yerinə yetirdiyini öyrənmək üçün öz tələbələri ilə birlikdə tədqiqatlara başladı. Müxtəlif tələbələrini müxtəlif sahələrədə sınayaraq onların beyinlərinin hansı hissələrinin aktiv olduğunu müşahidə etdi. Bunun üçün xüsusi aparatdan istifadə edirdi. Məktub və inşa yazmaq, kubikləri düzəltmək, riyazı məsələləri həll etmək, məntiqi təhlil və xəyal etmək kimi müxtəlif sahələrdə beyin dalğalarını izlədi. Belə nəticəyə gəldi ki, sol beyin yarımkürəsi Riyazıyyatməntiq ,ağıl, grammatika, təhlil və yazı, sağ tərəf isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi funksiyalara ayrılır.
                                               

Onun araşdırmalarında oda müəyyən olunmuşdur ki insan beyninin hansı hissəsini daha çox işlədirsə həmin hissə də daha fəal olur. Lakin işlədilməyən hissələr isə geddikcə zəyifləyir. Ona görə də uşaqları böyüdərkən onların müxtəlif sahələrdə beyinlərinin inkşaf etdirilməsinə diqqət yetirilir.
Digər alimlərin fikrincə yaradıcılıq insan beyninin tək bölgəsində yada tək bir hissəsində olması fikri doğru deyildir. İnsan beynin yaradıcılığın hansı dövründə və hansı yaradıcılıqla məşğul olmasından aslı olaraq beyinin mütəlif bölgələri fəaliyyət göstərir. Beyinin müxtəlif bölgələri - həm sağ həmdə solda yerləşən hissələr qarşıya qoyulan məsələni tam olaraq yerinə yetirmək üçün birlikdə fəaliyyət gösdərir. Görülən işlərdən aslı olaraq beyinin müxtəlif hissələri bu işdə aktivlik göstərir. Misal olaraq demek olar ki gözümüzlə hər hansısa həcmi ölçmək və bunu anlamaq beyinin arxa hissəsi aktivləşir. Bu hissə isə müxtəlif hissələr ilə əlaqədədir:Əgər görülən iş dillə bağıldırsa bu zaman : beyinin səsə nəzarət edən Broca bölgəsi, danışıqları anlamağa nəzarət edən Wernicke bölgəsini gösdərmək olar.Ən son olaraq Utah Universitetinin alimləri 2 ilə yaxın araşdırma aparması nəticəsində müəyyən etdilər ki ,insan beyninin hər iki tərəfindən birinin dominantlığı yəni hər hansı bir yarımkürənin digərinə nisbətdə yaxşı işləməsi  bu tərəfin insan üzərində üstün olmasının doğru olmadığı bildirilir. Mindən artıq insan üzərində aparılan tədqiqatlarda nevroloqlar insan beyninin 7 min hissəsini ayrı ayrılıqda incələyir və qeyd edirlər.Bu tədqiqatlar Maqnit Rezonans aparatı vasitəsiyə aparılırdı. Jeff Anderson bu tədqəqatın nəticəsi olaraq bildirir ki, əslində insan funkisyalarının bəziləri insan beyninin yalnız bir hissəsində cəmlənmişdir. Ancaq Anderson bunun yarımkürələrdən hər hansısa birinin daha üsdün olduğu anlamına gəlmədiyini bildirdi.

Beyin haqqında maraqlı faktlar...
-Orta hesabla bir beyin insan çəkisinin 2 %-i qədərdir, amma bu orqan bədəndəki enerji və oksigenin 20 %-ni istifadə edir.
- Beynimizin 73 %-i maye ilə doludur və əgər 2 %-dən çoxu mayesiz qalarsa diqqət, yaddaş, qavrayış hisslərimiz zərər görə bilər.
- Bir araşdırmaya görə, beyindəki məlumat saatda 340 kilometr sürətlə hərəkət edir.Neyronların növü elə də çox deyil və onlarda məlumatın ötürülməsi saniyədə 0.5-lə 120 metr arasında dəyişir.
- Dünyadakı ən böyük beyin balinalardadır. Bu heyvanların beyni 8 kiloqrama qədərdir.
- Beyin enerjisiz və qidasız qalarsa, hüceyrələr bir-birini yeyərək həyatda qalmağa çalışır.
- Mütəxəssislərin tədqiqatına görə, tez-tez təyyarə ilə səyahət etmək baş ağrılarını 6 % artırır.
- Harvard Universitetindəki 7000 beynin saxlandığı araşdırma mərkəzinə gedərək beyinə qarşı olan xüsusi marağı öldürmək mümkündür.
- Gülərkən beynimizdə 5 fərqli bölgə fəal işləyir.
- Araşdırmalara görə, kədərli musiqi səsləndirilən məkanlarda beyin avtomatik olaraq daha çox alış-veriş etməyə köklənir.
- Xroniki stress beynin vaxtından əvvəl yaşlanmasına və zəifləməsinə səbəb olur.
- Elm adamları hesab edir ki, pəhriz saxlamaq beyni daxildən özünü yeməyə məcbur edir.
- Evdə baş verən şiddətli mübahisələrin uşaqların beyninə göstərdiyi təsir ilə müharibələrin əsgərlərin beyninə göstərdiyi təsir eynidir.
-Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur.Hər hüceyrə qlafında isə 70 voltluq enerji var.

-Beyin günortadan fərqli olaraq gecələr daha fəaldır. Beləki, insan yuxuya getdikdə, beyin daha da aktivləşir. Alimlər bunun hələ də, dəqiq səbəbini anlaya bilmir.
-Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə bir o qədər çox yuxu görür. 
-Beyində ağrı reseptorları olmadığı üçün o ağrını hiss etmir. Bütün bunlara baxmayaraq, bu sizi baş ağrılarından xilas etməyəcək. Beyin çoxlu sayda toxuma, sinir və qan damarları ilə əhatə olunduğu üçün ağrıya qarşı həssasdır.
Ən əsas və maraqlı fakt odur ki alimlərin fikrinə görəgələcəkdəbeyinlər arasında bilik alışverişi,hətta  bilik nəqli  də mümkün olacaq.....


Ardı var....

Hiç yorum yok:

Yorum Gönder