30 Mayıs 2014 Cuma

Gullər ölkələrin rəmzi kimi.....


Lotus gülü(ağ su zanbağı) isə Hindistanın rəmzi hesab olunur. Bu güllər rəssamların əsərlərində, tikililərin sütunlarında və məbədlərdə təsvir olunur. Hindistan xanımları bu çiçəklərlə saçlarını bəzəməyi xoşlayırlar. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Ona görə də hindistanlılar bu güldən çox istifadə edirlər. İspaniya və İtaliyanın isə rəmzi zanbaq gülüdür. Fransada da ağ zanbağa böyük əhəmiyyət verilir.Lakin Almaniyada zanbaq gülü ölülərin dünyası ilə assosiasiya olunur. 
Xrizantem gülü də Yaponiyada çox sevilən güllərdəndir. Bu gülün rəsmini yaponların pasportunun üzündə də görmək olar. Ən yüksək orden imperator möhürünü simvolizə edən Xrizantem Ordenidir. Amerikada hər ştatın öz rəmzi - gülü var. Texasda valehedici göy rəngli lupin ştatın rəmzi sayılır. Lupin gülləri açanda torpağın üstünü sanki göy xalça örtür.



 ABŞ-ın özünün isə rəmzi ümid verən və sevinc gətirən qızılgül hesab olunur. Qızılgül həm də İngiltərənin də rəmzi gülü sayılır.








Çinin isə rəmzi pion gülüdür. Bu gül əmin-amanlıq, xoşbəxtlik və sevgi mənasını verir. Hər il Çinə pion gülünün festivalında iştirak etməyə minlərlə adam gəlir. Pion gülü festivalı həm də nikah bağlamaq üçün uğurlu gün sayılır. Çində gənclərin çoxu məhz bu gün nikah bağlamağa üstünlük verirlər.


Rusiyada isə çobanyastığı günü təbiəti simvolizə edir.

Hiç yorum yok:

Yorum Gönder