18 Mart 2017 Cumartesi

Bitkilərdə cinsiyyətli çoxalma

Cinsiyyətli çoxalmaya həm ibtidai həm də ali bitkilərdə rast gəlinir.Heyvanlarda olduğu kimi bunlarda da cinsi hüceyrələr-qametlər erkək və dişi cinsiyyət orqanlarında yaranırlar.Çoxalmada adətən nəsil növbələşməsi baş verir.

İbtidai bitkilərdə cinsiyyətli çoxalma
Nəsil növbələşməsi gedir.Qurluşundan asılı olaraq müxtəlif tipli qametlər əmələ gəlir.
Ali bitkilərdə cinsiyyətli çoxalma  
Nəsil növbələşməsi gedir.
            

Toxumlu bitkilərdə tozcuq borusunun inkişafı mayalanmada suyun inkişafını aradan qaldırdı.Erkək ciniyyət hüceyrələri tozcuq borusu ilə yumurtuhüceyrəyə aparıldığından qmçısı olmur və spermilər adlanır.
Çiçəkli bitkilərdə erkək cinsi hüceyrələrin yaranması
Proses- tozluğun xüsusi toxumasında gedir. 2mərhələdən ibarətdir.
1.Sporogenez və ya qeyri cinsi mərhələ
  • Əvvəl mitoz yolla diploid xromosomlu çoxlu ana hüceyrələr yaranır.
  • Bu hüceyrələrin hər biri meyoz yolla haploid xromosomlu 4 hüceyrəyə(mikrospora)çevrilir.
2.Qametogenez və ya cinsi mərhələ
  • Mikrosporlar 2qatlıqılafla örülülərək tozcuq dənəsinə çevrilir.
  • Tözcuq dənəsinin nüvəsi mitoz yolla 2 yerə bölünərək vegetativ və generativ nüvəni əmələ gətirir.Artıq mayalanmaya tam hazırdır.
  • Bu tozcuq dişicik ağzına düşdükdə cücərərək tozcuq borusunu əmlə gətirir və generativ nüvə mitozla bölünərək 2 sperm əmələ gətirir.

Çiçəkli bitkilərdə dişi cinsi hüceyrələrin yaranması
Proses-yumurtacıqda gedir.Bu da 2mərhələdən ibarətdir.
1.Sporogenez və ya qeyri cinsi mərhələ
  • Mitoz yolla çoxlu ana hüceyrələr əmələ gəlir.
  • Onların hər biri meyoz yolla 4 hüceyrəyə(1 iri,3 kiçik) bölünür.
2.Qametogenez və ya cinsi mərhələ
  • İri hüceyrənin nüvəsi  mitoz yolla 3 ardıcıl bölünmə keçirir.(2-4-8nüvə)8nüvəli rüşeym kisəsi yaranır,
  • Sonr 8 nüvədən 2si ortaya gəlib birləşir.Nəticədə 1 diploid,6 hapolid xromosoma malik 7 nüvəli rüşüym kisəsi yaranır.
  • Yəni iri hüceyrə(1ədəd) inkişaf edərək rüşeym kisəsini əmələ gətirir.Kiçik hüceyrələr isə məhv olur.
  • Yumurtacığın girəcəyindəki iri nüvədən -yumurta hüceyrə,mərkəzdəki diploid nüvədən mərkəzi hüceyrə əmələ gəlir.
                          
Çiçəkli bitkilərdə ikiqat mayalanma
Yumurtacığın girəcəyinə daxil olan tozcuq borusu partlayır,spermilər rüşeym kisəsinə daxil olurlar.Spemilərdən bir yumurta hüceyrən,digəri isə mərkəzdəki  hüceyrəni mayalandırır.Bu proses ikiqat mayalanma adlanır və ilk dəfə 1898 ci ildə S.Q.Navaşin tərəfindən kəşf edilib.Maylanmadan sonra yumurta hüceyrə diploid rüşeymə.mərkəzi hüceyrə isə triploid xromosoma malik endospermə(ehtiyat qida maddəsinə) çevrilir.

Bu prosesi əyani olaraq görmək üçün aşağıdakı animasıyanı izləyin.

Hiç yorum yok:

Yorum Gönder