18 Mart 2017 Cumartesi

Ekolologiyanın əsasları

Ekológiya  canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekоlоgiya оrqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, ekоsistemləri, оnların əlaqəsini öyrənir.
                                  

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q. D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir.Ekoloji amillər 3 qrupa ayrılır.

  • Abiotik amillər-tempuratur,işıq,rütubət  
  • 1.Tempuratur-bütün orqanizmlər müəyən tempuratur diapazonunda yaşayır,quşlar və məməlilərdən başqa bütün canlıların 0 tempuraturda həyay fəaliyyətləri zəifləyir.Əksər orqanizmlər üçün tempuraturun  yuxarı həddi 40-45*C olur.Soyuqqanlı heyvanlarda tempuraturun artması bütün həyati proseslərin sürətlənməsinə səbəb olur.Ptimitiv məməliərin, kiçik gəmiricilərin,bir çox məməlilərin balalarında bədən tempuraturu sabit deyi.İnsan və bir çox məməlilərin doğulan balalarında kürək hissədə tərkibində çoxlu mitoxondri olan qonur piy olur.Bunun hesabına bədənə çox istilik yaranır.
2.İşıq yer üzərinin əsas işıq mənbəyi günəşdir.
İşıq spektri 3növ şüalara bölünür.
           Ulturabənövşəyi-qısa və uzun dalğalı olur.Qısa dalğalı(0,29mkm) canlılar üçün məhv edici təsirə malikdir,lakin ozon təbəqəsi tərəfindən tutulduğu üçün yerə gəlib çatmır.Uzun dalğalı(0,30-0,40mkm)şüaların da az bir qismi yerə çatır,onlarda yüksək dozada məhvedici təsir edir,az miqdarı isə dəridə D vitaminin əmələ gəlməsində iştirak edir.Həşəratlar bu şüaları görürlər.
          Görünən-Dalğa uzunluğu(0,40-0,75mkm).Fotosintez üçün əhəmiyyətlidir.Fotosontez zamanı 
            Yaşıl bitkilərin əksəriyyəti- görünən şüaların qırmızı spektirindən
            Qırmızı yosunlar--yaşıl spektirindən
            Qonur yosunlar--bənövşəyi spektrindən isifadə edirlər.
           Heyvanların əksəriyyəti bu şüaları görürlər.
          İnfiraqırmızı -Dalğa uzunluğu(0,75mkm dən çox olur).insan gözü tərəfindən görünmür.istilik mənbəyi olub,soyuqqanlı heyvanların fəallığını artırır.
3.Rütubət-orqanizmlərin rütubətə tələbatı ilin fəslindən və yaşayış yerindən asılıdır.Bəzi heyvanlarda suya olan tələbat bədənlərindəki piyin parçalanması hesabınadır.
  • Biotik amillər-canlı orqanizmlər  arasında baş verən qarşılıqlı münasibətlərdir.Məsələn, bitkilərin həşəratlarla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir. Canlıların bir-birinə təsiri növdaxili(sahə və reproduktiv əlaqələr) və növlərarası(Qida əlaqəsi)  olur.
    Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir və ya 3 əsas səbəbdən əmələ gəlir: 
    1.qida əlaqəsi, 
    2. sahə əlaqəsi, 
    3. reproduktiv (nəsil vermək) əlaqə. 
  • Antropogen amillər-insanların  canlı təbiətə təsiridir.Antropogen faktorlar öz növbəsində 2 qrupa ayrılırlar:
    1. İnsanın digər canlılara birbaşa təsiri. Məsələn ov etmək, balıq tutmaq və s.
    2. İnsanın başqa canlılara dolayı təsiri-onların yaşama şəraitini dəyişdirməklə etdiyi təsir.  Canlılnın yaşama şəraitini dəyişdirmək ona ətraf mühitdən təsir edən faktorları dəyişdirmək deməkdir.
Hər bir növün müəyyən amilin təsirinə qarşı dözümlülüyünün aşağı və yuxarı həddi var.Belə hədlər ayrı-ayrı növlər üçün müxtəlif olur.Ondan kənara çıxmalar isə növün ölümü ilə nəticələnir.Amilin növün həyat fəaliyyəti üçün daha əlverişli sahəsi optimum intensivlik yaradır.Növ üçün müəyyən dözümlülük həddindən kənara çıxma (maksimum və minumum hədd)-məhdudlaşdırıcı amil adlanır. Məhdudlaşdırıcı amil orqanizmin həyat qabliyyətini azldır.Məsələn Bitki və heyavanların şimala doğru az yayılmasının səbəbi istiliyin az olması,cənuba doğru yayılmanın az olması isə istilyin çox olmasıdır.
Bir sözlə amilin əlverişliliyi-optimal ,azlığı və ya çoxluğu -məhdudlaşdırıcı amil adlanır.
Bioloji ritmlər-Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. 

Hiç yorum yok:

Yorum Gönder