12 Mart 2017 Pazar

Çoxhüceyrəli heyvanlarda cinsiyyət hüceyrələrinin inkişafı(qametogenez)

Cinsiyyət hüceyrələri cinsiyyət vəzilərində (spermatozoid-toxumluqda, yumurtahüceyrə-yumurtalıqda) əmələ gəlir. 3 zonadan ibarətdir.
  1. Çoxalma zonası-cinsiyyət vəzinin başlanğıcında yerləşir,burada ilk cinsi hüceyrələr mitoz yolla bölünərək miqdarı artır.(dişi cinsi hüceyrələr erkək cinsi hüceyrələrə nisbətən daha çox artır)(2n2c)
  2. Böyümə zonası-Bölünmə dayanır,hüceyrələr interfaza mərhələsini keçirir.Bu zaman ilkin cinsiyyət hüceyrələri güclü sürətdə böyüyür.Dişi cinsi hüceyrələr sitoplazmadakı ehtiyat qida maddəsi olan sarılığın hesabına daha çox böyüyür.(2n4c)
  3. Yetişmə zonası-Burda hüceyrələr meyoz bölünmə keçirir.Dişi və erkək cinsi hüceyrələrinin yaranması müxtəlif cürdür.(n c)
Spermatozoidlərin yaranması(spermatogenez)-yetişmə mərhələsində ilkin diploid hüceyrədən 4 haploid erkək hüceyrə əmələ gəlir.Bu hüceyrələr əvvəl hərəkətsiz olur,sonra hərəkətli 4 ədəd spermatozoidə çevirirlər.İnsanda bu proses (ilkin cinsi hüceyrədən spermatozoidin əmələ gəlməsi) 4gün çəkir.
                                                      
Bu dövrdə ilk öncə sitoplazma azalır,nüvə kiçilərək hüceyrənin ön hissəsinə keçir, Spermatozoidin başçığı yaranır.Başcıqda nüvə ilə yanaşı Holci aparatı da var ki sonradan o  içərisində yumurta hüceyrənin pərdəsini əridə bilən akrosoma adlı qovucuğa çevrilir.Boyuncuq hissədə sentriollar və mitoxondri yerləşir.Mitxondirilər quyruqda xüsusilə  çoxdur ki  bu da quyruğun titrəyişini təmin edir.Aydın olduğu ki spermatozoidlər kiçik olub başcıq,boyuncuq,quyruqdan(qamçı) təşkil olunub.hərəkətlidir.
                                              
Yumurta hüceyrənin inkişafı(ovogenez)-meyozun 1ci mərhələsində 1diploid ilkin yumurta hüceyrəsindən 1iri və 1 kiçik(1ci dərəcəli yönəldici cisimcik) əmələ gəlir.Meyozun ikinci mərhələsində bunların hər biri yenidən 2 yerə bölünür.Birinci mərhələdə əmələ gələn iri hüceyrə bölünərək 1 iri və 1 kiçik(ikinci dərəcəli hüceyrəyə)çevrilir.Kiçik hüceyrə isə 2yeni kiçik (ikinci dərəcəli hüceyrəyə)hüceyrə əmələ gətirir.Nəticədə ilkin diploid hüceyrədən sonda 1iri 3ü kiçik(ikinci dərəcəli hüceyrə) olmaqla 4 haploid hüceyrə əmələ gəlir.Sonra kiçik hüceyrələr məhv olur,iri hüceyrə yumurta hüceyrəyə çevrilir.
                                                     
Yumurta hüceyrə yumurtalıqda yaranır. Yumurta hüceyrənin sitoplazmasında çoxlu mitoxondri,ribasom,dənəvər vəhamar endoplazmatik şəbəkə olur.Bəzi hevanların yumurtasında sarılıq maddəsi az(dərisitikanlılar,neştərçə.məməlilər),bəzilərində isə (balıqlar,suda quruda yaşayanlar,sürünənlər,quşlar)çox olur.
 

Hiç yorum yok:

Yorum Gönder