13 Mart 2017 Pazartesi

Seleksiya


Seleksiya sözünün latınca mənası Selectio – seçmə deməkdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır.
Seleksiyanın nəzəri bazası “genetika” hesab olunur. Geniş mənada, seleksiya kompleks elmdir. O, elm kimi Ç.Darvinin işlərindən sonra formalaşmışdır. Ç.Darvin heyvanların əhilləşdirilməsi və bitkilərin mədəniləşdirilməsi haqqında geniş materialı analiz edərək, süni seçmə haqda təlimini formalaşdırılmışdır. Seleksiya təkamül forması olub, ümumi qanunauyğunluqlara tabedir.Burada təbii seçmə insan tərəfindən həyata keçirilən süni seçmə ilə əvəz olunur. Seleksiya prosesinin son nəticəsi olaraq bitkilərdən- sort,heyvanardan- cins,mikroorqanizmlərdən-ştamm yaranır.
Bitki sortu, heyvan cinsi və mikroorqanizm ştammları insan tərəfindən süni surətdə yaradılan, müəyyən keyfiyyətlərə malik olan, oxşar irsi xüsusiyyətlər daşıyan və mühit şəraitinə birtipli reaksiya verən orqanizmlərin cəmidir.
Xarici mühitin təsirinə müəyyən reaksiya göstərmək hər bir cins və ya sort üçün xarakterikdir. 
Məsələn,
  •  Buğdanın yazlıq sortu yazda, payızlıq sortu payızda əkilir. Əgər biz əksinə etsək, onda heç bir məhsul ala bilmərik. Yazlıq və payızlıq buğda sortları zahirən oxşar olsalar da, onların əsas fərqi mühitin temperatur və fotoperiodik şəraitə reaksiyasına görədir.
  •  Müxtəlif heyvan cinsləri də mühitin dəyişməsinə eyni cür cavab vermir. Belə ki, yemləmənin artırılması ətlik qaramal cinsi olan Şorthornun kütləsini artırsa da, yumurta verən Leqqorn toyuq cinsinin kütləsini dəyişmir, lakin onun yumurtlama qabiliyyətini yüksəldir. 
Beləliklə, sort və ya cinsin müsbət keyfiyyətli fenotip əlamətləri yalnız müəyyən saxlama, yemləmə, aqrotexniki şərait və iqlim amilləri olduqda tam şəkildə meydana çıxır. Müasir bitki sortları və heyvan cinsləri insanın apardığı məqsədyönlü seleksiyanın nəticəsidir.Onlar süni seçmə nəticəsində öz vəhşi əcdadlarından törəmişlər.

Vəhşi heyvanların və yabanı bitkilərin inianlar tərəfindənaparılan süni seçmə nəticəsində mədəni formalara çevrilməsi əhilləşdirmə adlanır.Əhilləşdirmə sleksiyanın ilk mərhələsidir.Bu prosesə ilk cəhd b.e.ə 10-20 min əvvəl təsadüf edilib.buna səbəb isə vəhşi heyvanların insanlarla birgə yaşaması olub.Əhilləşdirmənin ilk mərhələsində heyvan və bitkilərdə gedən güclü dəyişikliklər nəticəsində təbii seçmənin stabilləşdirsici formasının təsiri xeyli zəifləyir,bu da suni seçmə üçün şərait yaradır.
Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılamsı N.İ.Vavilov və onun əməkdaşları tərəfindən öyrənmişdir.Bunun üçün o,dünyanın bir çox ölkəsinə ekspedisiyalar təşkil edilmiş (Avstraliyadan başqa) və 1600-ə yaxın bitki növü öyrənilmişdir. O eyni zamanda bitkilərin yoluxucu xəstəliklərə qarşı immuniteti haqda təlimin müəllifidir. Mədəni bitkilərin mənşə mərkəzlərini öyrənmiş və homoloji sıralar qanununu müəyyən etmişdir.
 Hər hansı bir bitkinin növ müxtəlifliyinin və növlərin cəmləşdiyi yer həmin mədəni bitkinin mənşə mərkəzi hesab olunur. Bu mərkəzlər qədim əkinçilik ocaqlarına uyğun gəlir. Vavilov 7 belə müxtəliflik mərkəzini fərqləndirmişdir. Bu mərkəzlər, əsasən dağlıq əraziləri əhatə edir. Mədəni bitkilərin əksəriyyəti cədvəldə adı çəkilən mərkəzlərin bir və ya bir neçəsi ilə əlaqədar mənşə mərkəzinə malik ola bilər

Seleksiyasının metodları:
  • Seçmə -seçmə aparılan bitki növünün çoxaldılma formasından asılıdır.2 növü var. 


  1.  Kütləvi seçmə-Kütləvi seçmə zamanı yerli sortlar arasında qarşıya qoyulmuş məqsədəuyğun əlamətlərə malik fərdlər ayrılır, pis əlamətlərə malik olan fərdlər çıxdaş edilir. 


  • Bir neçə nəsil boyu ümumi kütlə içərisində seçmə aparılaraq müəyyən sort yaradılır
  • .Kütləvi seçmə ən çox çarpaz tozlanan bitkilərə tətbiq edilir. Çovdar bitkisinin bir neçə geniş yayılmış sortları (məsələn, Vyatka sortu), məhz, bu metodla alınmışdır. 
  • Kütləvi seçmə nə qədər dəqiq aparılarsa, yerli sortlardan əmələ gətirilən yeni sortlar hələ genotipcə homo və heteroziqotla qarışıq olur. Belə hallarda seçmə aparılan obyektin içərisində nəzərə alınmayan yararsız əlamətlərin daha artıq yayılması imkanları artırır. Bu cür kütləvi seçmədə nəsilin genetik tərkibi aydın olmur. Deməli, çarpaz tozlanan bitkilərin populyasiyalarında həmişə böyük miqdarda heteroziqot fərdlər olur. 
  • Kütləvi seşmədə keyfiyyət əlamətlərinə görə qiymətləndirmə aparılır.(çiçəyin rəngi,forması)
  • Kütləvi seçmə, adətən, sonrakı nəsillərə dəfələrlə tətbiq edilir, lakin bu, birdəfəlik də ola bilər.


       2.Fərdi seçmə-Fərdi seçmə çarpaz tozlanan bitkilərlə işləyən zaman çətinləşir. Bu halda fərdi öz-özünə tozlanan xətlərin özülünü qorumaq mümkündür.


      •  Fərdi seçmədə ayrı-ayrı fərdlərdə insanı maraqlandıran əlamətləri seçməkdə və ondan nəsil almaqda istifadə edilir. 
      • Fərdi seçmə bir dəfə və ya təkrar aparıla bilər. 
      • Bu üsul, buğda, arpa, vələmir və s. kimi öz-özünə tozlanan bitkilərə tətbiq edilir. Öz-özünə tozlanan bir fərdin nəsli saf xətt adlanır. Öz-özünə tozlanma zamanı homoziqot formalar yaranır. Nəticədə bir və ya bir neçə saf homoziqot xətdən ibarət sort alınır. Lakin saf xətlərdə də mutasiyalar baş verdiyi üçün heteroziqot genotipli fərdlər yaranır. Belə hallarda daha yüksək göstəricilərə malik olan xətlər sonralar seleksiya işində başlanğıc material kimi istifadə edilir.
      • Fərdi seçmə zamanı kəmiyyət əlamətlərinə görə qiymətləndirmə aparılır.(buğda dənələrinin sayı)


      Müasir dövrdə bitki seleksiyasında ən geniş tətbiq edilən metodlar-Seçmə və Hibridləşmədir. Bu metodlardan birlikdə istifadə edilir.Digər metodlar bunların əsasında formalaşır.
      Seçmə
      Seçmə(valdeyn cütü seçən zaman) zamanı diqqət edilən məqamlar:
      1. Bitkilərdə- başlanğıc materialın irsi cəhətdən müxtəlif olması(mənşələrinə,coğrafi və genetik cəhətdən uzaq olmasına ) 
      2. Heyvanlarda-ekstreriyer əlamətlərə fikir verilir.
      Eksteriyer-heyvanın bədən qurluşu,bədən hissələrinin nsbəti -yəni xarici əlamətlərinin cəmi nəzərdə tutulur.

      • Hibridləşmə -genotipcə fərqlənən fərdlərin çarpazlaşdırılması nəticəsində kombinativ əlamətlərə malik fərdlərin ,yəni hibridlərin alınması üsuludur.2 forması var.


      1. Qohum Çarpazlaşdırma-Bitkilərdə öz-özünə tozlanmanı misal göstərmək olar.Bu zaman homoziqotluq artır,saf xətlər yaranır,irsi əlamətlər(qiymətli əlamətlər) möhkəmlənir.Heyvanlarda isə bu -inbridinq adlanır.Bu müəyyən  dərəcədə bitkilərdəki öz -özünə tozlanmaya bənzəyir.Hər iki halda homoziqotluq artır,heteroziqotluq azalır.Bu çarpazlaşdırma həm bitki həm də heyvanlarda -həyat qabliyyətinin zəifləməsinə,xəstəliklərə qarşı dözümsüzlüyə,məhsuldarlığın azlamasına-cırlaşmaya səbəb olur.Qohum çarpazlaşdırma nəticəsində yaranan mənfi təzahürlərə depressiya deyilir.Depressiya genotipdə əlverişsiz genlərin homoziqot vəziyyətə keşməsi nəticəsində baş verir.Belə ki orqanizmlərdə daim mütasıyalar baş verdiyi üçün və onlar ressesiv olduğu üçün heteroziqotlarda  fenotipcə üzə çıxmır.Depressiyanın zərərli təsirini aradan qaldırmaq üçün xəttlər arası hibridləşmə aparılır, əlverişsiz genləri heteroziqot vəziyyətə keçirirlər.
      2. Qohumolmayan Çarpazlaşdırma-2 tipdə aparılır.
                 1.Növdaxili-eyni növə malik saf xəttlər arasında aparılır.Bu zaman nəsildə hibrid qüvvəsi və ya heterozis effekti yaranır.Yəni yeni nəsil valdeyinlərindən daha yüksək həyati qabliyyətə malik olur.Lakin heterozis  yalnız birinci nəsildə(F1-də)özünü büruzə verir,sonrakı nəsillərdə zəifləyir.Bu səbəbdən təsərrüfatda yalnız birinci nəsil hibridlərindən istifadə olunur.
                 2.Növlər arası(uzaq hibridləşdirmə)-bu zamanda birinci nəsildə heterozis yaranır lakin,növdaxili hibridləşmədən fərqli olaraq  F1-dolsüz olur.Buna səbəb qeyri -homoloji xromosmların konyuqasiya girə bilməməsi və meyoz prosesinin pozulmasıdır.Nəricədə xromosom sayında və qurluşunda fərqlər yaranır.
      Bitkilərdə uzaq hibridləşməyə misallar
      • Buğda ilə çovdarın hibridi(tritikale)
      • Buğda ilə çayırın
      • Buğda ilə egiloposun(yabanı taxıl bitkisi)
      • Kələm və turp
      • Moruq və böyürtkən(Mİçurin)
      • Gavalı və Göyəm (Mİçurin)
      • Quşarmudu ilə Yemişan(Mİçurin) 
      Heyvanlarda  uzaq hibridləşməyə misallar
      • At ilə eşşəyin hibridi(qatır)
      • Yakla qaramalın hibridi(dişiləri döllü olur)
      • Bölgə və cökə balıqlarının hibridi(bester)
      • Arxar və Merinos qoyunlarının hibridi(Arxarmerinos)(Y.Y.Lusis N.S.Butarin)
      • Birgüvənli və iki güvənli dəvələrin hibridi
      Poliplodiya
      Bitki və heyvanlarda  növlərarası uzaq hibridləşmədəki dölsüzlüyü aradan qaldırmaq üçün Poliplodiya üsülündan(xromosom sayının artması)(1924Q,D,Karpeçenko) istifadə edilir. Bu zaman o bitki mənşəli zəhərdən Kolxitisindən istifadə etmişdir.Poliplodiya zamanı zəhər vasitəsilə hüceyrənin  bölünmə vətəri dağıdılır, nəticədə xromosomlar qütblərə çəkilə bilmədiyi üçün xromosom sayı bir neçə dəfə  artmış olur.Poliploid hüceyrələr daha iri olur,hüceyrə şirəsi çox olur,ona görə  bitkiləe iri olur.Təbiətdə yüksək dağlarda təbii poliplodiya baş verir.Mədəni bitkilərin əksəriyyəti poliploiddir.
      Poliploidlik heyvanlarda ilk dəfə B.L.Astaurov tərəfindən heyvanlardan ipəkqurduna tətbiq olunub.

      Süni mutagenez-Seleksiyaçılar mutagenlərin-yəni mutasiya yaradan amillərin köməyi ilə (rentgen, qamma şüaları,tempuratur,rütubət vəs)təsiri ilə suni mütasiyalar yaradırlar.Mütasiyaların yaranması mutagenez adlanır.Bu mutasiyalar orqanizm üçün əlverişsiz olur çox vaxt ölümlə nəticələnir.Lakin bunlarla yanaşı seleksiyya üçün əhəmiyyətli mutasiyalar da alınıır.Bu üsulla,vitaminlər, mikrorqanizmlərin ştammları,amin turşular,antibiotiklər,zülallar alınır.

      Seleksiyada görülmüş işlər

      Hiç yorum yok:

      Yorum Gönder