23 Mart 2017 Perşembe

Dayaq hərəkət sistemi

Dayaq hərəkət aparatı 2hissədən 3komponentdən təşkil olunub.

1.Dayaq(passiv)↗1.Sümük
                          ↘ 2.Sümük birləşmələri                    
2.Hərəkət(aktiv) →3.Əzələlər

Dayaq hərəkət aparatının funksiyaları

  • Hərəkət funksiyası
  • Dayaq funksiyası
  • Qoruyucu funksiyası
  • Qanyaradıcı funksiyası
  • Metobalik funksiyası
Dayaq hərəkət sisteminin əsasını eninəzolaqlı əzələlər və sümüklər təşkil edir.
                   


Sümüklər-insan skeletini təşkil edir.Onlar sümük toxumasından yaranmışlar.Sümük toxuması sinirlərlə və qan damarları ilə zəngin olur.Sümük toxumasının 2\3 hissəsi mineral duzlar hopmuş löhvəşəkilli hüceyrəarası maddə  və 1\3 i isə canlı sümük hüceyrələridir.Sümük hüceyrələri-löhvəciklərin daxilində yerləşir və nazik çıxıntılarla bir biri ilə birləşirlər.Və onları əhatə edən "kanalcıqların "daxilindəki hüceyrəarası maye ilə qidalanır və tənəffüs edirlər.Hüceyrəarası maddə sümük hüceyrələrindən 2 dəfə çoxdur.
Sümük toxumasının struktur vahidi-osteondur.

Sümüyün  tərkibi
Sümük üzvi və qeyri üzvi maddələrdən təşkil olunub.
Üzvi maddələr-sümüyə elastiklik verir.Cavan yaşda miqdarı çox olur.Sümükdə üzvi maddəni təyin etmək üçün onu yandırmaq lazımdır.
Qeyri -üzvi maddələr-sümüyə sərtlik verir.Orqanizmdə olan mineral maddələrin əsas hissəsi sümükdə toplanır.Sümükdə qeyi -üzvi maddəni təyin etmək üçün onu 10%liHCL məhlulunda saxlamaq lazımdır.Sümükdə ən çox kalsiumfosfat duzudur.
A və D vitaminləri sümüklərin inkişafı üçün vacibdir.D vitamini Ca və P un sümükdə toplanmasını təmin edir.

Sümüyün  böyüməsi
Eninə -sümüküstülüyünün daxili tərəfindəki hüceyrələrin bölünməsi hesabına böyüyür.
Uzununa-başcıqdakı qığırdaq toxumasının hüceyrələrinin bölünməsi hesabına böyüyür.
Sümüklərin uzununa böyüməsi kişilərdə 20-25,qadınlarda 18-21 yaşadək olur eninə böyümə isə ömür boyu davam edir.Sümüyün inkişafını hipofiz vəzi(somotropin hormonu) tənzimləyir.

Sümüklərin qurluşu




Sümüklərin birləşmələri
1.Hərəkətsiz-Kəllə sümükləri(alt çənədən başqa),oma və büzdüm fəqərələri,çanaq sümüyü
2.Yarımhərəkətli-Qabırğalar,fəqərələr,döş sümüyü,
3.Hərəkətli-ətraflar,1ci boyun fəqərəsi ilə ənsə sümüyü.
Hərəkətli sümük birləşmələrinə oynaqlar da deyilir.Oynaqda birində oynaq başı ,digərində oynaq çuxuru olur.Oynaq başı oynaq çuxuruna girir.Oynağın üzərini oynaq kisəsi örtür.Onun içərisində oynaq mayesi olur ki bu da hərəkət zamanı sürtünməni azaldaraq oynaq başının çuxurda sürüşməsini təmin edir.

Sümük iliyi
2cür smük iliyi var.
1.Qırmızı sümük iliyi-Yastı sümüklər,uzun borulu sümüklər
2.Sarı sümük iliyi-uzun borulu sümüklər

Onurğanın normal əyrilikləri
Sağlam insanda 2cür olmaqla(2lordoz və 2kifoz) 4 (boyun,döş,bel,oma)əyrilik var
Lordoz(önə)↗Boyun
                    ↘Bel

Kifoz (arxaya)↗Döş
                       ↘Oma
İnsanın skeleti (220 sümük)
Skelet 3 hissədən təşkil olunub.


1.Kəllənin skeleti-2şöbədən ibarətdir.

2.Gövdənin skeleti-58-59 sümükdən təşkil olunub.

3.Ətrafların skeleti 



Döş qəfəsi
Döş qəfəsi ürək.ağciyərlər,nəfəs və qida borusu və s. orqanları qoruyur.


Sümüklərinin skeletə olan nisbətinə aid cədvəl
Əzələlər

9 yorum: