23 Mart 2017 Perşembe

Ontogenez

Canlıların doğulduğu andan ölənə qədər keçdiyi dövr ontogenez(fərdi inkişaf) adlanır.Bu termini elmə 1866 cı ildə alman alimi E.Hekkel gətmişdir.Coxhüceyrəli orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayır, qocalıq bə bioloji  ölümlə başa çatır. 
Ontogenezi 2 dövrə bölünür.
1. Bətndaxili dövr-embirional inkişaf
2. Bətnxarici dövr-postembrional inkişaf.
Embirional inkişaf
Orqanizmdən yeni nəsillərinin əmələ gəlməsində iştirak edən hüceyrələr kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurtahüceyrədir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bü tün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir.Cisiyyət hüceyrələri meyoz yolla çoxalır.Mayalanmış yumurtaya ziqota deyilir.Ziqotdan doğulanadək olan dövr embirional dövr adlanır.Bir neçə mərhələdən ibarətdir.
Parçalanma dövründə sarılığın miqdarında asılı olaraq bolünmə 2 formada gedir
1.Tam bölünmə(sarılığı az olan)-dərisitikanlılar,neştərçə,ali məməlilər,
2.Qeyri tam bölünmə(sarılığı çox olan)-balıqlar,suda quruda yaşayanlar, sürünənlər, quşlar, yumurtaqoyanməməlilər
Qeyd:qurbağada tam bölünmə getsədə,sarılığın çox olması ziqotu çoxlu blastomerlərə parçalayır.Quşlarda isə bölünmə ancaq rüşeym diskində gedir,sarılıq  bölünmür. 
Embional dövr bəzi orqanizmlər ya qısa olur və heç olmur(göbələk,yosun,şibyə)
Ən uzun embirional dövr-məməlilərdə
Ən qısa embrional dövr-Həşəratlarda(kündəcələrdə-1neçə saat)
Rüşeym vərəqələrindən orqanların inkişafı


 Hamiləlik dövrü 280 gün və ya 10 qəməri ay olur.Rüşeymin inkişaf etdiyi 8-12 həftə ərzində əsas orqanlar əmələ gəlir.

Postembirional inkişaf
İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal inkişaf mərhələlərində onun orqan və toxumaları böyüyür, mürəkkəbləşir və bədən forması inkişaf edir.Postembirional dövr 2 üsulla inkişaf edir.
  1. Düzünə
  2. Dolayı


İnsanın həm ebrional həm də postembirional inkişaf dövrünü Yaş fiziologiyası elmi öyrənir.
İnsanın postembirional ontogenezinin  yaş dövrləri
  1. Yenidoğulma 3-4həftə, 
  2. Südəmər 4həftə-1 yaş,
  3.  Məktəbəqədərdən qabaq -1-3yaş,
  4.  Məktəbəqədər -3-6 yaş,
  5.  Məktəbyaşı - 6-17 yaş, 
  6. Gənclik-17-21, 
  7. Yetkin -21-61 yaş,
  8. Ahıldövr-61-74 yaş,
  9. Qocalıq 75-90 yaş, (cinsən qocalıq qadınlarda50-55,kişilərdə 60 yaşdan sonra olur.)
  10. Uzunömürlük 90yaşdan sonrakı dövr.
Hər bir yaş mərhələsində insanların 3 istiqamətdə inkişafı nəzərdə tutulur
  1. Anotomik
  2. Fizioloji
  3. Psixoloji

İnsan inkişafı və formalaşması 2 proqram əsasında baş verir.
1.Bioloji proqram-insan orqanizminin qurluşu və fizioloji funksiyalarını müəyyən edir.Bioloji proqramın daşıyıcısı -xromosomlardır.  
2.Sosial proqrama- insanı əhatə edən xarıcı mühit və insanların təsiri aiddir.Bu proqramın məzmunu insan şəxsiyyətinin formalaşmasını təmin etməkdir.

İnsan 120*C tempuratur dəyişikliyinə dözür(+50dən  -70dək) 

Məlum olduğu üzrə fərdi inkişaf orqanizəmin genotipi ilə idarə olunur. Genlər valideynlərdən övladlara cinsiyyət hüceyrələri ilə keçir. Genlər müəyyən zülalların sintezini təmin edir. Əlamətləri yaradan isə 20 cür amin turşusunun müxtəlif uzlaşmaları sayəsində həddən artıq mövcud olan müxtəlif zülallardır. Canlıların birbirindən müxtəlif əlamətləri ilə fərqlənməsi əsasən zülal tərkibinin müxtəlifliyi ilə müəyyənləşir. Zülalların sintezini idarə edən genlər isə xromosomların tərkib hissələrini təşkil edən DNT molekullarının müəyyən sahələrindən ibarətdir. Deməli, fərdi inkişaf və onun bütün mərhələləri orqanizmin genotipində proqramlaşmışdır.Mayalanmış bir yumurta hüceyrəsi elə böyük potensial imkana malikdir ki, ondan gələcək tam bir orqanizmin bütün toxumaları, orqanları və sistemləri meydana gəlir. Lakin bu imkanlar tədricən realizə olunur. Əgər genotipini təşkil edən genlərin hamısı eyni zamanda fəaliyyətə gəlmiş olsa, onda gərək ziqotdan bir anda yetkin bir orqanizm meydana gələrdi. Lakin, genlər tədricən fəaliyyətə keçərək fərdi inkişafın bütün mərhələlərini idarə edir. Fərdi inkişaf genlərin fəaliyyətindən asılı olmasına baxmayaraq, xarici mühit şəraitinin bu prosesdə böyük rolu vardır. Bir virus, bir bakteriya və başqa bir mürəkkəb canlı öz böyüməsi və inkişafı üçün lazım olan maddələri tapmasa, o dünyaya gəldiyi anda məhv olar. Orqanizmlər həmin maddələri xarici mühitdən alır. Xarici mühitdə çoxlu miqdarda müxtəlif maddələr mövcuddur. Bunlardan hansılarının istifadə olunmasını da genlər idarə edir. Südlü inək öz nəslinə bol süd verməyi təmin edən genləri keçirir. Lakin bu genlərin funksiyasının realizə etmək dərəcəsi yemin miqdarı, keyfiyyəti, bir sözlə, bəslənilmə şəraitindən asılı olaraq dəyişir. 

2 yorum: