2 Mart 2017 Perşembe

İrsiyyət və dəyişkənlik ...Genlərimiz yoxsa ətraf aləm daha çox təsir edir???

Çox zaman insanları tanımağa çalışanda onun nəslin araşdırmağa başlayırıq,görəsən kimdir, kimlərdəndir?Təbii ki bu səbəbsiz deyil çünki hər bir insan genində ata babalarının irsi xüsusiyyətlər saxlanılır.
                                                     Genetika
Genetika elmi İrsiyyət və dəyişkənliyi öyrənir.Genetikanın əsasını 1865-ci ildə Çexiyalı alim Qriqor Mendel tərəfindən qoyulub."Genetika" adı isə 1906cı ildə U.Betson tərəfindən verilib.
Genetika 4 əsas problemi öyrənir..

  1. Genetik məlumatın saxlanılması(xroomosomlar) problemi
  2. Genetik məlumatın ötürülməsi problemi
  3. Genetik məlumatın realizə olunması problemi
  4. Genetik məlumatın dəyişilməsi problemi

                                           
İrsiyyət-orqanizmlərin əcdadlarına məxsus əlamət və xüsusiyyətlərini gələcək nəslə ötürülməsidir.
Əlamət-canlıların və onların ayrı ayrı hissələrini bir-birindən anaotomik,morfoloji və fizioloji cəhətdən fərqlənməsidir.Genlər və ətraf mühitin təsiri ilə formalaşır.
2 forması var.
1.Kəmiyyət əlamətləri- məs: toxumun kütləsi
2.Keyfiyyət əlamətləri-məs: toxumun rəngi
Gen-DNT nin bir hissəsi olub,xromosomda yerləşir.Əlamətin nəsildən nəsilə ötürülməsini təmin edir.

Dəyişkənlik-Orqanizmlərin yeni əlamətlər qazanması ilə növ daxilindəki fərdlər arasındakı fərqlər yaratmaq xassəsidir. 
2 forması var.

  1. İrsiyyətsiz(Modifkasiya)(Müəyyən)
  2. İrsiyyətli(Qeyri müəyyən)
1.İrsiyyətsiz- Modifkasiya  dəyişkənliyi-- xarici mühit amilləri,yaşayış şəraitinin  təsiri nəticəsində yaranır.
Bu dəyişkənliyin əsas xüsusiyyətləri...
  • Dəyişkən şərait- tempuratur,rütubət,qidanın miqdarı və keyfiyyəti və.s nəticəsində yaranır.
  • Kütləvi xarakter  daşıması- xarici amillərin təsirinə məruz qalan bitkilərin və ya heyvanların bütün qrupu eyni istiqamətdə dəyişilir.
  • İrsən keçmir,genotip dəyişmir,dönərdir.
  • Tədricən baş verir,variasiya sırasına və orta ədədə malikdir.
  • Növə aid olan fərdlərin dəyişən mühit şəraitinə uyğunlaşması və sağ qalmasını təmin edir.
 Müəyyən dəyişkənlik---mühit şəraitinin təsirindən nəslin bütün fərdlərində eyni tərzdə və oxşar dəyişkənliyin yaranmasıdır.Misallar
  •  Ağbaş kələmin isti ölkələrdə baş bağlamaması
  • İqlimin soyuması ilə orqanizmlərdə dərinin qalınmaşması və  sıx tük  örtyünün əmələ  gəlməsi
  • Atlara lazımi qida vemədikdə və dağa çıxardıqda boylarının qəsalması
Reaksiya norması
Müxtəlif əlamətlər üçün müxtəlif şəraitdə modifkasoya dəyişkənliyinin hüdudları müxtəlif olur.Əlamətin modifkasiya dəyişkınliyinin hüdudları onun reaksiya norması adlanır.Orqanizm əlaməti deyil, müəyyən şəraitdə fenotip vermə qabliyyəti-yəni reaksiya nörmasını irsən nəslə ötürür.Bəzi əlamətlər (məs: südlülük)geniş,bəzi əlamətlər isə (yununn rəngi ) məhdud reaksiya normasına malik olur.

      2.İrsiyyətli (Qeyri-müəyyən) genotipik dəyişkənlik---Orqanizmin genotipində baş verən və nəsildən nəsilə irsən keçən dəyişkənlikdir. Adının qeyri müəyyən olmasına səbəb dəyişkənliyin özündən ,valdeyinindən yoxsa əcdaddan baş verdiyini müəyyən edilə bilinməməsidir.Bu dəyişkənlik fərdlərdə müxtəlifliyin yaranması təkamül prosesi üçün materiral verir,növün əmələ gəlməsində əsas rol oynayır. 

Misallar
  • Normal ayaqlı qoyunun qısa ayaqlı quzunun doğması(sonradan bunlardan ankon cinsi yaranıb)
  • Pudel,buldoq,taksa it cinsləri bu üsulla alınıb.
3forması var.
     1.Korelyativ və ya nisbətli dəyişkənlik---Bir gen bir neçə əlamətin dəyişilməsinə səbəb olur.Ç.Darvin tərəfindən kəşf edilib.
Misallar
  • Ayaqlarında lələklər olan göyərçinin barmaqları arasında üzmə pərdəsinin olması
  • Anadangəlmə tüksüz doğulan itlərdə dişin olmaması
  • Ətrafların uzun olması, boyun uzun olmasına səbəb olması
  • Ağ rəngli və mavi gözlü pişiklər həmişə kar olur.
  • Dimdiyi uzun göyərçinlərin ayağı da uzun olur
     2.Mutasiya dəyişkənlik---Hollandiyalı alim de-Friz kəşf edib.Gen və ya xromosom qurluşunun dəyişilməsi nəticisində növ daxilinində genetik müxtəlifliyinin yaranmasıdır.Mutasiyaların yaranması prosesi-mutagenez adlanır.Daima baş verir.
Xüsusiyyətləri
  • Orqanizmlər üçün xeyirli,zərərli və neytral ola bilər
  • Bəzi mutasiyalar letal(öldürücü) təsir edir
  • Adətən ressesiv keçir
  • Həm təbii(yeni növ) həm də süni seçmə ( sort və cinslər)yə material verir
Xromosom aparatındakı dəyişkənliyin xarakterinə görə 3 forması var.
  Formaları
Xromosom mütasiyaları-xromosomda olan dəyişiklik nəticəsində baş verir.
    Bu bir neçə formada təzahür edir.
  • Bir xromosomun müəyyən hissəsinin qopub digər xromosoma birləşməsi
  • Xromosomun müəyyən hissəsinin 180 dərəcə çevrilməsi
  • Xromosom kompleksində sahələrindəki dəyişilmə
           a)Sahənin( genin) ikilişməsi-Duplikasiya
           b)Sahənin( genin) 180  çevrilməsi--Delesiya
           c)Sahənin( genin) çatışmazlığı--İnversiya
           d)Sahənin( genin)homoloji xromosoma yerdəyişməsi--Translokasiya
           e)Q/homoloji xromosomların birləşməsi--Sentrik birləşmə


Gen mutasiyaları(nöqtəvi)-DNT zəncirini təşkil edən nuklotidlərin ardıcıllığının  dəyişməsi nəticəsində yaranır.genlərin dəyişilməsi başqa bir zülalın  sintezi ilə müşayət olunur.Nəticə də bir genin mutasiyası bəzən bir və ya daha çox əlamətin dəyişməsinə səbəb olur.Əksəriyyəti orqanizm üçün zərərli  bəzən isə faydalı olur.

Genom mutasiyaları-Meyoz prosesində xromosomların sayının azalması və artması nəticəsində baş verir.(Daun sindromu)
Poliplodiya  -mitoz və ya meyoz zamanı xromosom sayının artmasıdır.Poliploid bitki növlərinə  təbiətdə tez-tez,heyvan növlərinə isə nadir halda rast gəlinir.
 Eyni növə mənsub orqanizmlərin xromosomların dəfələrlə artması-avtoplopodiya
Müxtəlif növə mənsub orqanizmlərin xromosomların dəfələrlə artması-alloplopodiya
Xromosom sayının artması və ya ayrı-ayrı xromosomların itməsi-aneuploidiya

3.Kombinativ dəyişkənlik-Meyoz zamanı homoloji xromosomların çarpazlaşması nəticəsində təsadüfü ayrılması  və mayalanma da qamətlərin təsadüfü birləşməsidir.Bu dəyişkənlik növlərin irsi müxtəlifliyi və təbii seçmə üçün  ən çox materal verməklə tükənməz  mənbə rolunu oynayır.3 səbəbdən baş verir.

1.Meyoz 1də başverən krossinqover prosesindən
2.Bölünmə zamanı xromosomların təsadüfü qütblərə çəkilməsindən
3.Mayalanma zamanı qametlərin təsadüfü birləşməsindən

Hiç yorum yok:

Yorum Gönder