7 Mart 2017 Salı

Xərçəngkimilər sinfi

Xərçəngkimilər sinfi -20 mindən artıq növü var. 


  • Həm suda, həm də quruda (məryəmqurdu) yaşayırlar.(dəniz və şirin sularda )
  • Yırtıcı,süzücü,parazit ,hərşeylə qidalanan növləri var.
  • Əksəriyyəti qəlsəmələrlə tənəffüs etsələr də ağciyərlərlə tənəffüs edən növləri də var.
  • Ayrıcinslidirlər.Oturaq həyat keçirən hermofrodit növləri də var. Bəzi xərçənglərin yumurtasından formalaşmış xərçəng çıxır.


Çay xərçəngi
Onun bədəni baş-döş və qarıncıqdan ibarətdir.Baş-döş hissə nisbətən iri,qarıncıqsa kiçikdir. Bədəninin xitin örtüyü möhkəm və yüngül olub, xarici skelet vəzifəsini yerinə yetirir. Xarici skeletə daxildən eninə zolaqlı əzələ topaları birləşir. Böyümə zamanı vaxtaşırı qabığını dəyişir.
Başında bir cüt uzun və bir cüt qısa bığcıqlar olur.Bunlar hiss orqanıdır. Xərçənglərin çoxlu kiçik gözcükdən –fasetlərdən təşkil olunmuş mürəkkəb gözləri var. Başın alt hissəsində bir cüt üst çənə, iki cüt alt çənə və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir.
Çay xərçənginin döş hissəsində 5 cüt buğumlu yerimə ayaqları olur. Bunların birinci cütündə qidanın tutulmasında, hücum və müdafiədə iştirak edən iri qısqaclar olur. 4 cütü yerimə ayaqlarıdır.
Qarıncıq 6 buğumdan ibarətdir. Buğumlu qarıncıqda ikişaxəli 4 qarıncıq ayaqları və 2buğumda isə quyruq üzgəci yerləşir.Xərçənglərin bədənin 40% üzvi maddələr, 60% kalsium duzları təşkil edir. Bədəni yaşıl boz rəngdə olur.Bədənin rəngi xüsusi boyayıcı maddələr hesabına qoruyucu rəng yaradır. Onları qaynatdıqda və ya spirtə qoyduqda rəng itir və bədən qızarmağa başlayır.(çay xərçəngində )


Hərəkəti

Irəliyə doğru hərəkət edir,qorxu hiss etdikdə isə geriyə doğru hərəkət edir.Üzən zaman isə qarıncığını aşağı tərəfə qatlayıb ,quyruğunun ucu ilə irəli doğru hərəkət edir.

Həzm sistemi
Ağız orqanın qurluşu-12ədəd(6cüt)
1.1 cüt üst çənə⇘
                            Qidanı xırdalayır
2.2 cüt alt şənə⇗
3.3 çüt çənəayaqları-qidanı tutub saxlayır.
Ağız→Udlaq→Qida borusu→Mədə(1.Xitinli+2.Löhvəcikli hissə)→Bağırsaq→Anal dəlik
Mədə 2 hissədən ibarətdir.
1.İri hissə-xitin dişciklərlə qida xırdalanır.
2.Kiçik hissə-qida süzülür.
 Qan -damar sistemi
Ürək ovalşəkilli kisəyə bənzəyir baş-döşün bel hisssəsində yerləşir.Ürəkdən orqanlara 5 əsas 2 şaxə damar gedir.(cəmi 7)Damarların ucu sərbəst çəkildə bədən boşluğuna açılır.Yəni açıq qan damar sisteminə malikdir.Orqanları yuyan qan təmizlənmək üçün qəlsəmələrə gəlir sonra isə təmiz qan ürəyin dəliklərindən ürəyə daxil olur.
         Ürək→Damarlar(arteriya) →Bədən boşluğu→Qəlsəmələr→Ürək dəlikləri→Ürək

Tənəffüsü
Qəlsəmələrlə.Qəsəmələr yerimə ayaqlarının dibində yerləşir.
İfrazat sistemi
1cüt yaşıl vəzilərlə.Onlar uzun bığcıqların dibində yerləşir.
 Sinir sistemi
Udlaq ətrafı sinir halqasından və qarın sinir zəncirindən ibarətdir.(Udlaqüstüdən-gözlərə, udlaqaltından ağız orqanına sinirlər gedir.)
Çoxalması 
Mayalanma suda gedir.Dişilər yazın sonunda kürüləri  qarıncıq ayaqlarına yapışdırır,erkək isə mayesini üzərinə tökərək onu mayalandırır.Yazın sonunadək dişinin ayağında olan kürülər sonda ordan qopub düşür və yetkin fərdə çevrilir.


Dişi cinsiyyət orqanı
Erkək cinsiyyət orqanı
1  cüt Yumurtalıqlar
1cüt yumurtaçıxarıcı boru(3cüt yerimə ayağının dibində xaricə açılır. )
1 ədəd toxumluq(baş-döşdə,ürəyin altında yerləşir)
1cüt toximçıxarıcı(5ci cüt yerimə ayağının dibində xaricə açılır)


.
Xərcənglər iki qrupa ayrılır.
  1. İbtidai Xərçənglər(siklop)
  2. Ali Xərçənglər(mizidlər,yanüzən,omar,krevetka .lanqust,kumlar yengəc)
                             
  Xərçəngkimilər  təbiətdə çirklənmiş suları təmizləyir,üzvi qalıqların emalında iştirak edir,bir çox balıqların qidasında iştirak edir.Eyni zamanda insanlar da onlardan (krevetka, lanqust, omarlar, yengəclər) qida kimi istifadə edir.Onların qarıncıq və qısqac əzələləri  yeyilir Bəzi xərçənglər maraqlı müdafiə olunma funksiyasına malikdirlər.Panilurus cinsinə məxsus xərçənglər yumşaq qabığa malik olduğu dövrlərdə simli müsiqi alətlətlərində narahatedici sürtünmə səsini çıxararaq özlərini  düşməndən qoruyurlar.
Kvins Universitetinin tələbələri xərçənglərin ağrı hissini duyduqlarını təcrübə yolu ilə sinayaraq sübut etmişlər.                            

4 yorum: