19 Mart 2017 Pazar

Biogeosenozlar

Bitkilər və heyvanlar daim qarşılıqlı əlaqədə olub qruplar halında yaşayırlar.Növ  populyasiyalarının oxşar muhitdə yaratdığı bu cür qruplaşmalar biogeosenozları əmələ gətirir
Biogeosenoz-eyni yaşayış sahəsində tarixən yaranan birgə yaşamağa uyğunlaşmış bitki, heyvan, göbələk və mikroorqanizmlərin populyasiyalarının davamlı birlikləridir.Biogesenoz terminini elmə V.N.Sukaçev gətirib.
Biosenozlar-canlı orqanizmlərin qrupları
Biotoplar-calıların yaşayış mühiti
Bunların birgə yaşayışından biogeosenoz yaranır.Yəni
                                     
                                           Biogeosenoz=Biosenoz+Biotop


Biogeosenozları-ekosistem də adlandırırlar.


  • Bütün biogeosenozlar- ekosistemdir.
  • Bütün ekosistemlər-biogeosenoz deyil.Çünki ekosistemlər biogeosenozlardan fərqli olaraq müəyyən ölçüyə və ya sərhəddə malik deyil.
Biogeosenozların xüsusiyyətləri
  • Biogesnozlar (V,N.Sukaçevə görə)müəyyən sərhəddə malikdir,özünəməxsus bitki örtüyü (fitosenoz)ilə səciyyələnir.Məsələn Bataqlıq biogeosenozunda bataqlıq bitkiləri,çəmən biogeosenozunda çəmən bitkiləri olur.
  • Biogeosenozlarda fasiləsiz maddələr dövaranı (canlı təbiətdən cansıza və əksinə) gedir.Bu prosesdə əsas enerji mənbəyi günəşdir.
  • Bütün biogeosenozlarda bir növ digəri ilə qidalanır.Nəticədə növlər bir birindən asılı olu və qida zənciri əmələ gətirir.
  • Biogeosenozlar özünütörətmə və özünütənzimləmə qabliyyətinə malikdir.
  • Biogeosenozların heçbiri daimi deyil,Səbəbsə ilk növbədə xarici mühitin,iqlimin, həyat şəraitinin-biotopların dəyişilməsidir.Biotopun dəyişməsinə səbəb isə papulyasiyanın uzun müddət bir yerdə yaşamasıdır.Nəticədə bu sahə bir növ üçün yaralı digəri üşün yararsız olur.Bir biogeosenozun ardıcıl olaraq dönməz proses nəticəsində digər biogüosenozla əvəz olunmasına suksessiya(lat-suksessiya nəslə ötürülmə)deyilir.Mühitin vəziyyətindən və xassəsindən asılı olaraq 2cür  olurlar.
  1. İlkin suksessiyalar-bu suksessiyalar qaya,qum təpələri kimi həyat olmayan sahələrdə başlayır.belə sahələr ilk növbədə bakteriyalar,göy yaşıl yosunlar,şibyələr kimi orqanizmlər tərəfindən tutularaq dəyişdirilir.
  2. İkincili suksessiyalar-Artıq formalaşmış,lakin sonradan vulkan püskürməsi ,eroziya,quraqlıq və.s səbəblər nəticəsində dağılmış ekosistemin yerində inkişaf edir.
Biogeosenozların əsas göstəriciləri

  • Növ müxtəlifliyi-biogeosenozu əmələ gətirən növl ərin miqdarı.Növ müxtəlifliyi nə qədər çox olsa o daha da davamlı olar.
  • Papulyasiyanın sıxlığı-sahə və həcm vahidinə düşən bir növün fərdlərinin miqdarı
  • Biokütlə-sahə və ya həcm vahidinə düşən üzvi maddələrin quru çəkisi və onda olan enerjinin miqdarı.
  • Məhsuldarlıq-bir vegetasiya dövründə biokütlənin yaranma sürətidir.2cür olur.
  1. Birincili-produsentlərin
  2. İkincili- konsument və redusentlərin əmələ gətirdiyi məhsuldarlıqdır.
Biogeosenozun əsas strukturunu təşkil edən canlılar qrupu...

Biogeosenozlar 2cür olur.
1.Təbii-təbiiət tərəfindən yaradılır.
2.Süni(Aqreosenoz)- insan tərəfindən yaradılır.


Qida zənciri

Növlərin biri digər növ ilə qidalandığından onlar arasında asılılıq olur və qida zənciri yaranır.Bitkilər üzərinə düşən enerjinin 1%ni istifadə edib üzvi maddə hazırılayır
.Bitkilərlə→otyeyən heyvalar→ətyeyən heyvanlar→insan qidalanır. Nəticədə enerji bir növdən digərinə keçir.
Qida zəncirində iri olçülü orqanizmlərin(cüyür.zubr,tur)biokütləsi az olduğu üçün onların halqada düşməsi zəncirə az,kiçik olçülü biokütləsi çox olan canlıların(məs-bitkiyeyən həşərat)düşməsi  çox  (pis) təsir edir.

Enerji çevrilməsi
Orqanizmlərin birgə yaşamalrının davamlı olması üçün xaricdən daim enerji daxil olur.Produsentlər bunu günəşdən alır,konsumentlər isə qidalanma zamanı əldə edirlər.
Günəş enerjisi→kimyəvi rabitələr enerjisi→mexaniki enerji→daxili enerji



Qidalanma zamanı faydalı enerjinin 5%dən-20%ə qədəri bədəndə yeni maddələrin yaranmasına sərf olunur,qalanı isə 80-95% i istilik şəklində yayılır.Enerji itkisi sayəsində qida zənciri 4-5 halqadan artıq olmur.Hər hansı bir növün zəncirdən düşməsi biogeosenozun dağılmasına səbəb olmur.

Ekoloji piramida

Qida zəncirinidə hər bir sonrakı halqa özündən əvvəlki halqadan növ sayına, biokütlə və enerji  miqdarına az və kiçikdir.Bu ekoloji piramida adlanır.Əksər belə piramidada zəncirin ilk halqasında bitkilər, son halqasında isə yırtıcılar durur.Hər bir sonrakı halqadakı orqanizmlər əvvəlkindən böyük.miqdarı az,zəif  artımlı,yəni az nəsil verən,çoxalma intensivliyi az olur.Yəni aşağıdan yuxarıya döğru getdikcə
  • Enerji azalır
  • Fərdlərin sayı azalır
  • Biokütlə azalır
  • Ehtiyat enerji moqdarı azalır 
  • Çoxalma intensivliyi azalır
  • Bədən böyüklüyü artar
  • Toxumalardakı zəhərli maddələrin miqdarı artar


Qida zəncirindəki canlılararasındakı qida əlaqələrini göstərən hər halqa o canlının qidalanma yoludur. məsələn Yaşıl bitki-Bitki biti-Bakteriya-Virus kimi parazit qida  zəncirində ilkdən sona doğru 
  • Fərdlərin sayı artır
  • Ümumi biokütlə azalır
  • Çoxalma intensivliyi artar
  • Bədən böyüklüyü azlar


Piramidaların formaları
Say piramidası-orqanizmlərin sayının produsentdən konsumentə doğru azalmasını əks etdirir.
Biokütlə piramidası-hər bir sonrakı piramida trofik səviyyədə biokütlənin dəyişməsini göstərir
Enerji piramidası-Hər bir sonrakı trofik səviyyədə enerjinin azazlmasını göstərir.

Enliyarpaqlı meşənin (palıdlıq)biogeosenozu


Bitkilərin kökləri də yaruslarla yerləşir.1ci yarusdakı bitkilərin kökləri daha dərinə gedir.

Hiç yorum yok:

Yorum Gönder