30 Mart 2017 Perşembe

Qaraciyər,qurluşu,funksiyaları

Qaraciyərin qurluşu
Qaraciyər qarın boşluğunda yerləşmiş,bədən olan ən iri həzm vəzdir.Çəkisi 1.5-2kq-dr. O sağ tərəfdə diafraqmanın və qabırğaların altında yerləşir.Sağ və sol paylara bolunur.Sağ pay sol paydan böyükdür.Onun Sağ payı sağ qabırğaaltı nahiyəsini və qarınüstü nahiyəsini və sol payı sol qabırğaaltı nahiyəsini tutur.
 Qadınlarda qaraciyər, ümumiyyətlə, bir az aşağı olur; qocalarda da bir qabırğa aşağı enir. tənəffüs və orqanizmin vəziyyəti qaraciyərin topoqrafiyasını dəyişdirir. Nəfəs alıb-verən zaman qaraciyər diafraqmanın hərəkətini təqib edir, belə ki, nəfəs aldıqda 2-3 sm aşağı enir və nəfəs verdikdə bir o qədər yuxarı qalxır. İnsan ayaq üstə durduğu və oturduğu zaman qaraciyər aşağı enir; uzandığı vəziyyətdə isə öz yerini tutur.
Yenidoğulmuşlarda qaraciyər yetkin şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə artıq olur. Yetkin şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır.Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir, sanki uzununa dartılmış olur; sonralar armud şəklini alır.

Təkamül baxımından ilk dəfə qaraciyər Molyuskalarda əmələ gəlmişdir.
                                    

Qaraciyrəin digər orqanlarla əlaqəsi

Qaraciyər bir çox qonşu üzvlərlə rabitədədir. Onun konsinstensiyası yumuşaq olduğu üçün hansı üzvə söykənirsə, o üzvün izi onun üzərində qalır və nəticədə aşağıdakı basıqlar əmələ gəlir:
Qaraciyərin funksiyaları
Qaraciyərin vəzifəsi çox müxtəlifdir. İndiyədək qaraciyərin 500 dən çox funksiya yerinə yetirdiyi öyrənilib.Onlardan mühüm olanları təqdim edirəm.
1. Öd  ifraz edir.Öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur
 2. Sidik cövhəri ifraz edir.Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur.
 3.Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. 
4.Qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir.
5.Yetkin  dövrdə isə qanazlığı zamanı yaşlı eritrositləri parçalayaraq hemoqlobinlərdən öd piqmentlərini  və yeni eritrositlərin hemoqlobinlərini əmələ gətirir.Qaraciyər demək olar ki qan ambaradır.Bədəndə olan qanın 10%burda ehtiyat halında saxlanılır.Lazım olan zaman orqanizmdə istifadə olunur.
6. Qaraciyər mühafizə vəzifəsini də daşıyır –  faqositoz vəzifəsini görür -bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələr(95%)i zərərsiz hala keçirir.
7. Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur
8.Qan damarında laxtalanmaya əngəl olan Heparin maddəsini əmələ gətirir.
9.Laxtalanmayı həyata keçirən Trombositləri və Fibrinogen zülalını qana verir.
10.A,D, K  vitaminlərini Fe,Cu,amin turşu və yağları ehtiyat halında saxlayar.(anbar rolu)
11.Provitamin A dan A vitaminin sintez eder.
12.Glikogeni ehtiyat halında saxlayar.
13.Limfa istehsalını təmin edir.
14."Artıq"hesab olunan bəzi hormonlar-qlukaqon və inusilin,cinsi hormonlardan testestron və estrogen,stress hormonlar-adrenalın burada parçalanır.
15.Və əsas funksiyalarından biri-Orqanizmə daxil olan ilkin məhsullardan orqanizmin yaşaması üçün lazım olan Zülal,Yağ və karbohidraların sintezini həyata keçirir.
Qaraciyərə qan iki damar ilə gəlir:
1. qaraciyər arteriyası –bu arteriya ilə gələn qanda qida maddələri az,oksigen çox olur. 
2. qapı venası – Burda şəkərin miqdarı çox ola bilər,bu zaman o ehtiyat şəkərə(qlikogenə) çevrilir.Qapı venası ilə gələn qanda qida maddələri çox ,oksigen az olur.

Qaraciyərdən çixan damar 1 ədədəir.
   1.Qaraciyər venası(qaraciyərdən aşağı boş venaya açılır)qlükoza qapı venasına nisbətən burda az olur.
Qaraciyərin xəstəlikləri
1.Hepatitlər(A,B,C)
2.Qaciyər serrozu
3.Qaraciyər piylənməsi
4.Qaraciyər xərçəngi


Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdə özünü yeniləyən çox vacib orqandır.Onun çixarılması insanın ölümü ilə nəticələnir.Lakin qaraciyər hüceyrələrini regenerasiya qabliyyəti nəticəsində onu 3\4 hissəsi itirilsə belə o bir neçə həftə ərzində itirilmiş hüceyrələrini yenisi ilə əvəz edir.Tam şəkildə öz işinə davam edir.


1 yorum: